BARBAROSDA QƏTL

18:54 / 01.05.2020
Baxılıb: 3922

Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım metodlarını özünün acizanə məhəbbətinə uyğunlaşdırmağa çalışırdı. Mənzər hər nə qədər sərt xarakterli müəllimə olsa da, Atalayın 15 illik eşqinə qeyri-iradi sayğı duyurdu. Atalay da hocanın bu toleransından gənclik şıltaqlığı ilə istifadə edirdi. Əlgərəz, son günlər Mənzər onsuz da yaxınlaşmaqda olan o qaysaqlı tarixin həyəcanı içindəydi. Atalay da, - hocam, tanıtım örneğini müşteriye ek bilgi bazlı belge türü gibi sunarken kendine eminlik tripi yapmak tüm firmalarda aynı etki gösterirmi? – sorusunun ardınca yani Elife aşkımı sunarken hem de o olmadan da olur gibimi gösteriş sergilemem lazım?- deməyi Mənzərə toxundu. Dərs bitmişdi artıq. Mənzər qısa izahatla dərsi yekunlaşdırıb, auditoriya ilə sağollaşdı. Universitetin pilləkənlərini enərkən - Sariçka (əslində Sara idi adı ) bu gün işim çoxdur. Bilirsən sabah kitabımın təqdimatıdır. Özümü manipulə etməliyəm. Həm də konfransa hazırlaşmalıyam. Prənsesim sabah Londondan gələcək, onun üçün də hazırlıq görməliyəm. Axı o, çox həssasdır. Mütləq hiss etməlidir, görməlidir onun gəlişini necə dörd gözlə gözlədiyimizi. Həm də bu gün… Nəysə sabah danışarıq- deyə hövlnak telefonu qapatdı.

Qolundakı qərinələnmiş yadigar saatına baxdı. 17:43 idi. O məşum an! Hər il üzlü qonaq kimi o tarix və saatın il yarası açmış göynərtisi Mənzərin ömrünə balta vururdu. Gün dönmüşdü artıq, hava sozalırdı. Mənzərin içində elə poyraz yellər əsirdi ki, havanın fərqinə varmırdı. Barbaros bulvarı ilə üzü küçə aşağı xatirələri yelləyə-yelləyə yeridi. “15 il necə keçdi- ceyranın su içişi kimi. Amma səsi 15 desibel belə uzaqlaşmayıb qulağımdan. İlk səsini duyduğumda keçirdiyim həyacan hələ içimdə eyni ocaqla qalanır. Nə akademi təhsil, nə qatıldığım beynəlxalq elmi konfranslar, nə yazdığım tədqiqat işləri, nə də nüsxələnmiş kitablarım - heç biri lalıxlamış xatirələrimə çarə olmadı. Axı necə ola bilər ki, birinin eyni zaman dilimində varlığı və yoxluğu başqasının ürəyində pərçim düyün olsun?! Gəldin günüm gün olmadı, getdin də yerin dolmadı- gedişindən bir neçə ay sonra yazdığım bu misralar hələ də qüvvədədir. Deməli bir etalon sevmək – vaksini tapılmayan bir epidemiyaya yoluxmaq deməkdir. İnsan ayağını yorğanına görə uzatmalıdır, hətta sevərkən belə. Bu ürəkdir, ipəyi də sevər, köpəyi də tezisi ilə  sevda yolçuluğuna çıxılmazmış, ay Mənzər?!  Ömrünü hicaz çölünə döndərdim bir eşqin burulğanında. İndi tələbələrinə - çəkinizdən ağır birini sevməyin, ayrılığın vəbalı taleyinizi qan çanağına döndərər yoxsa - deyə tənbehləməklə özünə təskinlik vermək bihudə illəri pərdələmir! Ah…. (illərin soyuq məngənəsində ah bir zənguləyə dönür peşimanlığı ilə sarmaşıq yaşayanlara) …

Hava tamam qaraldı. Mən dənizin burnunun dibindəydim. Birdən qulağım çınladı ; - “Həyatım, yadındamı səninlə barbaros bulvarında görüşümüz?-  xəyalın ağrısıyla nə qədər qıvrılar adam axı?! Gəl, gəl, gəl səhmana sal dağıtdığın taleyimin düzənini. Burnumun cılız yaddaşında can yeleyi kimi mühafizə etdiyim qoxunu illərə yavanlıq etməkdən yoruldum. Dodağının kənarıyla yanağının sərhədini qibləğah bildim hər gün namaza durdum orda bəlkə gələrsən deyə. Piltəsi quruyan çıra kimi ümidlərim də öləziyir artıq.  

Gedən mütləq  dönər getdiyinə, şayət gedərkən içində bir şeylər aparıbsa. Necə ki qatil cinayət yerinə mütləq baş çəkər yenidən, əgər ortada cinayət əməli varsa. – ruhumun ən sısqa yerinə bir səs sığal çəkdi bu səs sanki.

Axşamınız xeyir.   Bağışlayın hüzurunuzu pozdum deyəsən -  skamyada oturan adama səsləndim yaxınlaşaraq.

Əstəğfrullah! Dərdi ağzından daşana dağ da, daş da, lap elə dəniz də dərdimənddir. Sizin ününüzə Allah daha yaxşı səs verər. Bəlkə gözünə qatıb məni də eşidər. – deyə tərzini pozmadan gözü əlindəki kitabı oxumaqda olan adam mənə də qayğıyla cavab verdi.

Yaradan mənim səsimi eşitsəydi illərin yesiri olmazdım hüzurunda. Dilə asan illərimi bada verdim o göz işlədikcə uzanan Barbarosla Dolmabaxça küçələri arasında. Ağlımla ürəyimin savaş meydanı oldu bu Yıldız parkı. Neçə büküm göz yaşlarıma şahid olmuşdur bu midyeci. Zincirliquyu ilə Beşiktaşın arası ömrümün bihudə astanası oldu onsuzluğu dürtmələyə - dürtmələyə gəzdiyim. Hər dəfə Barbarosun qoxusunu Onun nəfəsinin burnumda qalan qırıntısına yabanlıq edərək tütyə kimi içimə çəkməkdən yoruldum. Hər sözüm, hər istəyim, hətta hər misram, hər hekayəm dodağı bar bağlamış gəlin kimi Onsuzluğun sancısını çəkir. Alnıma qadın simalı müharibə yazmağa gəlmişdi sanki. Özü getdi, kölgəsi əsgər şineli kimi sarılıb mənə. Axı bir kişi getmək üçün gəlməz bir qadının həyatına, bir qadın da qalmaq üçün qalmaz bir kişinin həyatında. Bu qanunauyğunluğu pozdu O. Çünki qanunlar zənginlər üçün deyil. Halbuki O Mogikan idi. Kişiliyi ilə, varlığı ilə, hər sözü-söhbəti, hər əməli ilə fenomen idi.

Xanıməfəndi, yeri dolmayan insan yoxdur adətən. Görünən o ki, siz onun yerini könlünüzdə qala divarları ilə mühafizə etmisiniz. –  deyə adam müdaxilə etdi.

Adətim üzrə mən yenə ona toz qondurmadım; İndiki zamanda elə kişilər muzeylərdə eksponat kimi qorunan səhəng misalı təkəmseyrəkdir. Gecə kimi sakit, amma vahiməli idi, gündüz kimi işıqlı, həm də dopdolu idi həyat, qadın eşqiylə. Dediyini edən, elədiyini deməyən şəxsiyyət idi. İndiki modabaz kişilər elə bilirlər, dar geyinəndə xanımlara xoş gəlir, O klassik üslubu geyimində ağayana biçimdə daşıyırdı. İndi bəylər elə bilir qadın qarşısında ayaqlarını 180 dərəcəli bucaq kimi açanda, qollarını dizinə qədər uzadıb çənəsini qabağa verib, sigareti barmağında təsbeh əvəzi fırladanda bərkgedən kişiyə oxşayır və qadın da bunu “ağ adam” hesab edir. Halbuki Onun siqaret alışdırarkən çaxmağının səsi gəlməzdi, onu necə sümürdüyünü görməzdim. Aristokrat kişi biçimi vardı. İndi cibi 5-10 min pul tanıyan kimi kişilər özünü tapılmaz hind qumaşı zənn edirlər. Hansı ki, O süfrədə hər kəsə özü xidmət edərdi. Sevdiyi insanlara qarşı ən xırda detalı da unutmazdı, minlərlə işi olmasına rəğmən.  Qayğısı, yükü çəkisindən qat-qat ağır idi. Mənə dağ-düyün olan odur ki, O işində də, insanlığında da gerçək bir general idi. Bircə mənə gələndə döndü canalan oldu. Öncə qadın olmağı öyrətdi mənə, sonra da qadınlıq qürurumu bombardman elədi. Gəl gör ki, heç alnımın şaxtalı, boranlı yazısında da qabar bağlamadı ona olan hisslərim. Hər kəsin eşqi mənəviyyatı qədərmiş, mənimki də bu qədərdir!..

Canalanınız kimdir bilmirəm, amma o dünyada vəbalı ağır olacağı qətidir. Əlimdən gəlsə, istərdim kömək edəm. Çünki bir axşam çağı üstü-başı elm qoxan bir xanımın dili min məzarlıq nalə çəkir özü də yabancı eynəkli birinə qarşı. Dərd adamı danışdırır - bu mənada sizi anlayıram. Mən yaxınlıqda yaşayıram. Haçansa dərdmənd axtarsanız sizi tanımayan və sözünüzü kimsəyə deməyəcək məni axtara bilərsiz deyib vizit kartını uzatdı. Mən kartı alıb illərimin Ondan qalan pansionat yadigarı çantama qoydum. Əlimdəki içində bu gün dərc olunan məqaləm olan qəzeti ona- bəyəfəndiyə verib məni burdakı – “teatrallaşmış evliliklər siyasi PR predmeti kimi”  başlıqlı yazıdan tanıya bilərsiz dedim.  

İti addımlarla oradan uzaqlaşdım. İllər sonra bu adam kim idi mən onunla mirvari duygularımı paylaşdım deyə düşünərək o duyğu selinin təsiri altında evə necə çatdığımı bilməmişəm. Sabah Universitetdə dərsim yox idi. Amma qəzetdə iclasımız vardı. Konfransa məqaləni də yazıb bitirməliydim. Günün ikinci yarısı da kitabımın təqdimatı idi. Üstəlik də, ilk bala növrağım Mahidevranım Londondan kursdan gəlirdi anasının təqdimatına çata bilsin deyə onu da qarşılamalıydıq. Əlaçı olduğu üçün dövlət tərəfindən 6 aylıq beynəlxalq dil kollecinə təhsil haqqı qazanmışdı. Mahidevran Onda həsəd çəkdiklərimin gerçəkləşmiş bəhəridir mənə.

Yenə təqvimdən bir gün ötüşdü  yoxluğunu var deyə varlığıma toxuduğum. Və yenə də ölmədim. Yaşamaq daha böyük məsuliyyətmiş, İlahi. Bəlkə də hardasa bir yerdə izləyir məni. İtirdiyi qadının aliliyi ilə qürur duyğusunu yaşatmaq yaraşar müdrik sevdalılara. Onun alim qiyafəli əsəriyəm mən axı!

Beləcə, duyğularımın aqoniyasına dalaraq divanda sabahlamışam.  Sabah oyanıb adətim üzrə televizoru açdım. Sonra  hazırlanıb masaya keçdim. Yenicə çay içirdim birdən efirdə aparıcının - hörmətli tamaşaçılar, elə bu dəqiqələrdə aldığımız üzücü bir xəbərə görə eks general Yalçın Talıbzadə bu gecə İstanbul Beşiktaşda yaşadığı evdə ürək tutmasından vəfat etmişdir. Onun son bir neçə həftə öncə kanalımıza verdiyi müsahibəni sizə olduğu kimi xəbərlər proqramından sonra əməkdaşlarımız təqdim edəcək. Yaxınlarına dərin hüznlə başsağlığı verib, mərhum generala Allahdan rəhmət diləyirik – deməsi ilə dünya başıma ələndi. Sırf onun nəfəsi var deyə yaşadığım bu qürbət şəhərdə onsuzluğu düşünmək ölümü də sıfırladı gözümdə. Eşqin onsuz halı ölüb də məzarsız qalmaq kimidir. Yox! Yox! Sən mənim ömürlüyümsən- yalan xəbərdir. Telefonu götürüb kanaldakı redaktor tanışıma zəng etdim.

“Bəli, Mənzər xanım. Əfsus ki, xəbər doğrudur. Ən son axşam Barbarosu, Dolmabaxçanı gəzib gecə yarısına qədər. Evə gedəndən sonra yazı masasının arxasındaca keçinib. Önündə bir qəzet, barmağında qələm varmış son anda”- bu sözlər içimi ürpətdi. Axşamkı adamı xatırlamağa çalışdım. Amma üzünə baxmamışdım deyə yaddaşımı toplaya bilmədim. Vizitkart ağlıma gəldi. Qaçdım çantaya tərəf. Nə qədər qarderoba baxdımsa çanta yox idi. Xəyal-məyal xatırladım. Evin yaxınlığında bir qızcığaz – nə olar xala bu çantanı mənə ver deyə yalvardı. Mən də verdim.

Təqdimata az qalırdı. Mən ölümün diri üzünü ikinci dəfə yaşayırdım. Bəlkələr, kaşkilər didib-parçalayırdı can möhnətimi.  Evdən necə çıxdığımı bilmədim. Qapıda məni qızcığaz gözləyirmiş – xala çantaya görə çox sağ ol, amma içində bunlar vardı deyə- ovcundakıları göstərdi. – vizitkart və ayrılığın ilk səhərində mənə özəl olaraq hədiyyə etdiyi parfümdən düşən çiçək. İlk və son yadigarlarımı aldım. Həmən vizitkarta baxdım  vəəəəə…..

Təqdimat ancaq 2 ay sonra baş tutdu.  

Artıq heç nə əvvəlki kimi deyildi. Hətta ayrılığın yubileylərində də yoxluğunu var kimi hiss etdirən ümid qəhətə çıxmışdı. Sən demə, ölüm ümidlərin də əzrayılı imiş. Ömürlə ölüm arasındaki ən dərin aqoniyam bu oldu. Sonrası bir topa ağaran saç, sonsuz sükut və kəpənəyin göz yaşları…

Təqdimatda redaktor tanışım məni görcək sanki sözü yarım qalıbmış kimi davam etdi sözünə: Mənzər hocam, bildiniz də, heyf generaldan. Ən çox da mənə qəribə gələn ölümündən sonra tapılan qeyd dəftərindəki son yazısıdır.; “Sən mənim ürəyimin kəpənək sığalı idin!” deyə qeyd edibmiş. Görəsən kimə yazıbmış ? İki aydır araşdırma gedir. Hamını bu sual maraqlandırır?  Niyəsə sövqi-təbi, yoxsa ixtisasım gərəyimi bilmədim- bu fikirdə siyasi nota olmadığı üçün araşdırma əhəmiyyətsizdir- sərt və qəti bir cavab verdim. O gün də günüm gün olmadı, ondan sonra da…

Rübabə SAHİB

Yazıçı-publisist,  AYB nin üzvü,  Prezident təqaüdçüsü.

Goyce.az


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər