Fatimə xanımla söhbətə başlayarkən mən suallarımı necə qurum, necə ünvanlayım ki, yaralı ürəyinə toxunmayım deyə çox götür-qoy etdim.Cəsarətimi toplayıb :
Fatimə xanım, belə bir kəlam var ,“ Şəhid şam kimidir...”
Bəli ,“Şəhid şam kimidir,onun işi yanaraq nur saçmaqdır”. “Şəhidlərə ölü deməyin onlar Allah dərgahında diridilər və məkanları cənnətdir". Bu fikirləri tez-tez deyirdi, əsl mənasını mənə dərk etdirə-etdirə illərlə qisas hissiylə yaşayan Camal bizi öz şəhidliyinə hazırlayırdı. Mənə onun şəhid olma xəbəri çatanda dedim ki, arzusuna çatdı. Çünki ən böyük arzusu vətən uğrunda döyüşüb, şəhadətə ucalmaq idi. Elə də oldu , layiqincə vuruşub, düşməndən qisas alıb, şəhadətə ucaldı. Mən onun haqında keçmiş kimi danışmaq istəmirəm, o hər an bizimlədir. Bizi izləyir, bizi duyur. Mən övladlarımı qoymuram ağlamağa başa salmışam ki, atanız cənnətdədir, biz də bir gün gedib ona qovuşacağıq. Düzdür, atamız üçün çox darıxırıq, darıxmaqla yanaşı həm də onunla qürur duyuruq. Çünki Camal illərlə ağrısını duyduğumuz, hər dəfə izləyəndə, oxuyanda kədərləndiyimiz Xocalıdakı günahsız öldürülən körpələrimizin, analarımızın, bacılarımızın, əliyalın öldürülən insanların qisasını aldı. O “Qarabağı tezliklə azad etməliyik, bu yükü gələcək nəsilə ötürməməliyik” duyğusuyla hərbiyə ömrünü həsr etmişdir. Qarabağın azad olması uğrunda da şəhid oldu və o bu gün Vətən uğrunda canını fəda edən QALİB ŞƏHİDDİR.
Çox şəhid olan hərbiçilərimizin xanımları yoldaşlarının toya-bayrama gedirmiş kimi evdən ayrıldıqlarını deyirlər. Sizin xatirinizdə necə qalıb vida anı?
Özü hərbiçiydi, gündəlik işə gedib evə gəlirdi. Sentyabrın 24-ü axşamüstü uşaqları anama verib, şəhərə gəzməyə getdik. Bir az gəzib dolaşdıq, söhbət etdik, amma bir qəribəlik sezirdim, fikirliydi, gözü elə hey yol çəkirdi. Dedi, sabah ola bilsin təlimə getdik. O təlimə tez- tez gedirdi. Mən adi qarşıladım hər şey yaxşı olacaq, sağ-salamat gedib qaydacaqsan, inşallah, dedim, ancaq qəfil sözümü kəsib mənə güvəndiyini ona bir şey olsa gözünün arxada qalmayacağını, övladlarımızı ilk öncə Allaha, sonra mənə və vətənə, dövlətə əmanət etdiyini, dedi. Mən "elə danışma, buhəmişəki təlimlərdən biridir, uzaqbaşı bir həftə, on günə çıxıb gələcəksiz. Ancaq o, yenə də nəyi, necə edəcəksən deyə tapşırmağa başladı. Dünyaya gələcək oğlumuzun adını belə qoydu. Dedi, adı AlpArslan, soyadı Camal olar. Çox tapşırıqlar verirdi, adi qəbul edirdim, çünki 11 ildə hər dəfə təlimə gedəndə tapşırıqlar verərdi, demək olar vəsiyyət yazıb gedərdi.
Qızlarımıza çox bağlı ata olub, onlarla bağlı xeyli arzuları, planları var idi. Dönə-dönə tapşırdı ki, onların təhsilinə xüsusi diqqət ayır, yaxşı oxusunlar. Ali təhsillərini xaricdə alıb, yaxşı mütəxəssiz olaraq yetişsinlər ,vətənə millətə xeyirli övlad olsunlar" deyə vəsiyyətlər edirdi. Şəhərdə bir az da gəzib evə qayıtdıq. Özünəməxsus xüsusi əşyalarını çantasına yığdı. Uşaqların yatmaq vaxtıydı, aparıb yatırmaq istəyirdim, qoymadı, xeyli onlarla söhbət elədi, oyunlar oynadı. Sentyabrın 25-i səhər saat beşiydi, yenə həmişəki kimi bəzi tapşırıqlar verdi, sağollaşdı və “Mən sizi heç vaxt tək qoymaram, mütləq qayıdacağam” deyib ayrıldı.Yola salarkən nigarançılığım, narahatçılığım yoxuydu, ancaq gedərkən dəfələrlə çönüb arxaya baxması ürəyimə izah edə bilməyəcəyim qəribə bir duyğu yüklədi. Son dəfə Allaha əmanət ol deyib evə keçdim...
Camalla Fatimə xanım 2008-ci ildə ailə həyatı qururlar. Onların 2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adlı qızları dünyaya gəlir. Fatimə xanım şəhidimiz Camal haqqında ömrünə ən gözəl günləri bəxş etmiş dəyərli bir yoldaş kimi, övladlarının hər daim gülmsəyərək xatırlayacağı ,qürur duyacağı ata kimi, vətənini ülvi məhəbbətlə sevən hərbiçi kimi elə böyük şövqlə danışırdı ki, sözünü kəsmək istəmirdim. Göz yaşları özündən bixəbər ovuc-ovuc göllənmişdi, ancaq şəhid yoldaşının xatirəsini dilə gətirərkən gözlərindəki parıltı sevgisinin böyüklüyünü, əbədiliyini əxz etdirirdi. İlahi,necə gözəl sevgidir, necə müqəddəs sevgidir Fatimə xanımın sevgisi. Fatimə xanım deyir, hərbiçi yoldaşı olmaq həm möhtəşəm qürurverici, şərəfli duyğudur, həm də olduqca məsuliyyətlidir.
İlk tanış olduğumuz gündən bəri o məni bir gün şəhid ola biləcəyi duyğusuyla həyata öyrədirdi. Hansısa şəhidimizin dəfnindən nümunə gətirib deyərdi ki, “Gör yoldaşı necə qürurla qarşıladı şəhid yoldaşının tabutunu, çünki o əvvəldən bilirdi yoldaşı hərbiçidirsə, bir gün şəhid ola bilər, çünki biz müharibə şəraitində olan bir ölkənin hərbi qulluçularıyıq. Kəşfiyyatçı olduğu üçün hər şeyi evdə danışmazdı. Mən sadəcə onunla bağlı bəzi məqamları söyləyə bilərəm. Bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlayışı var, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada Qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanın açılışında iştirak edib.
Camal Füzuli uğrunda gedən döyüş zamanı döyüş meydanından dostunu xilas edəndə ayağından və qolundan yaralansa da, bizə bildirmədi. Hətda dörd gün hospitalda olduqdan sonra yenidən cəbhəyə qayıdır. Dostu Kamil qucağında keçinib. Hospitalda olmağını özünə sığışdıra bilmirdi. Onunla danışanda gördüm səsi nəsə sakit yerdən gəlir. Soruşdum "hardasan?" dedi ki, kazarmadayam, ayağım burxulub, həkimlər buzlu su qoyub. Sən demə yaralanıbmış. Bunu sonradan bizə döyüş yoldaşları dedilər. Arada telefonla danışanda Qarabağda gəzərkən necə qürurlandığını deyirdi, qayıdıb bir gün övladlarını, məni Qarabağa aparacağı sözü də vermişdi. Döyüş yoldaşlarının sözlərinə görə, son döyüşündə elə təxminən 200-ə qədər ermənini Camal özü öldürüb. Yarısını güllə ilə, yarısını bıçaqla, əlbə-yaxa döyüşərək öldürüb.
Müharibədə olanda ara-sıra zəng edirdi, danışırdıq uzağı 1-2 dəqiqə, bəlkə də az hal-əhval tuturdu. Yenə həmişə olduğu kimi o od-alovun içindən olsa belə uşaqların dərslərini oxuyub oxumadıqlarını, kurslara gedib getmədiklərini o qısa dəqiqəyə sıxışdırıb soruşurdu. Bir dəfə də həkimə müayinə etdirmək üçün gedib-getmədiyimi soruşdu. Mən də müayinəyə sən sağ-salamat gəl, sənlə bir gedəcəm, dedim. Güldü "inşallah" deyib sağollaşdıq.
Bəs uşaqlar atalarının şəhidlik xəbərini necə qarşıladı?
Mənə xəbər çatanda, eşidəndə ki,şəhid olub, bayaq dediyim kimi arzusuna çatdı dedim.Camal namaz qılıb qurtarıb, dua edəndə eşitməzdim səssiz dua edərdi, sadəcə bir duasını tez-tez eşidərdim deyirdi “Allahım mənə şəhadətə ucalmağı nəsib elə” .
Əvvəl uşaqlarıma demişdim ki, ata hospitalda yaralıdır, ata qəhrəman ola bilər. Amma uşaqlar artıq neçə vaxtdı deyirlər ki, ana, deyəsən atamız cənnətdədir, göylərdədir. Qızım deyir, hamı mənlə şəkil çəkdirir, elə fərəhlənirəm, atamla qürur duyuram. Belə az da olsa danışmışam, bəzi məqamları demişəm onlara, amma gözləri hələ də yoldadır, onun yolunu gözləyirlər. Uşaqlara görə özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, məni tək qoymayacaq, həmişə bizimlə olacaq.
Amma bir danılmaz həqiqət var, biz Camal üçün çox darıxırıq...
Fatimə xanımla xeyli danışdıq ,bu cür məğrur şəhid xanımıyla həmsöhbət olmaq onu dinləməkdən böyük qürur hissi duydum.Əslində veriləcək suallarım çoxuydu, ancaq Fatimə xanımın vəziyyətiylə bağlı çox sual verib ürəyindəki yaranı dərinləşdirmək, onu daha çox narahat etmək istəmədim.
Şəhid, Xüsusi təyinatlıların baş giziri, kəşfiyyatçı İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 1986-cı ildə ailəsi ilə birlikdə Rusiyanın Krosnayarski vilayətində köçmüş, birinci sinifə orda başlamış, 1991-ci ildə yenidən Azərbaycana dönmüş və öz doğma Neftçala rayonunda təhsili davam etdirərək orta məktəbi burda bitirmişdi.
Ailədə iki qardaş, bir bacı olublar. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal dərin zəkası, bacarığı ilə hərbi hissədə komandirin diqqətini çəkir və beləliklə hərbiçi olmağa qərar verir. Beləcə, Camalın həyatında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan XTQ-nin baş gizir kimi fəaliyyəti başlayır. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir.18 il ərzində cürbəcür kurslarda iştirak etmiş, təhsilini artırmış, istər nəzəri, istər praktik cəhətdən çox irəli getmiş və buna görə də hərbi hissə komandirləri tərəfindən dəfələrlə medallara və fəxri fərmanlara layiq görülmüşdür.
Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. Doğma Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edir. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbiçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulur. Son döyüşündə – Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər düşmənlə döyüşərək, rəhbərlik etdiyi dəstəylə ilə birlikdə oktyabrın 23-ü şəhidlik zirvəsinə yüksəlir.
İsmayılov Camal bundan öncə də 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib.
Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb. Allah şəhidlərimizə rəhmət eləsin.Biz vətən uğrunda canından keçən şəhidlərimizi əsla unutmayacağıq.
Aysel Nəsirzadə
Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı
15.01.2021Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı
12.01.2021MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı
12.01.2021SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ
10.01.2021Yurd hekayəsi
09.01.20213 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar
08.01.2021II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
08.01.2021Əsgərin yanında olan general-mayor
02.01.2021Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"
01.01.2021Yazıçı Prezidenti təbrik etdi
“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
31.12.2020Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan
31.12.2020Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2020Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş, “Jiquli”də gəzən divan və 4 erməni diversant - YARIMÇIQ REPORTAJ
30.12.2020Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş
28.12.2020Bir gölün dəniz dərdi
26.12.2020 26.12.2020Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?
26.12.2020Qarabağın fatehi
24.12.2020Prezidentdən həqiqi hərbi xidmətlə bağlı
23.12.2020Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar
21.12.2020Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...
19.12.20207 mindən çox hərbçi təltif edildi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı
18.12.2020Xüsusi təyinatlıların şəhid komandirinin son arzusu: “Dilqəm Əsgərovu azad etmək istəyirdi”
17.12.2020Əsir düşməmək üçün son gülləsini özünə vuran şəhid gizir - Fotolar
16.12.2020Prezidentin təltif etdiyi şəhid müəllimlərin adları - Foto
16.12.2020Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətirildilər - Foto
14.12.2020Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
12.12.2020Özümə dost hesab etdiyim Heydər Əliyevin ruhu qarşısında baş əyirəm – Şakir Göyüşov
12.12.2020ARZUSUNA ÇATAN ŞƏHİD
07.12.2020Cavidin nəşi üçün gedəndə Bəylər Eyyubov bacımın rəhmətə getdiyini dedi” - Fotolar
04.12.2020Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı
03.12.2020Laçınım, Laçınım mənim...
02.12.2020Vətən müharibəsi iştirakçılarına veriləcək medallar - Fotolar
01.12.2020Ermənilər Ağdamda məscidi də yandırıb - Fotolar
30.11.2020Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
30.11.2020Zəngəzur məsələsi aktuallaşır: Kompensasiya
30.11.2020Həyat yoldaşını və işini eyni gündə itirən Xalq artisti haqda - Faktlar+Fotolar
28.11.2020Demarkasiya gündəmdə ! - “Sərhəd xətləri yenidən müəyyənləşməlidir”
28.11.2020Səfir MARAQLI FAKTLARI AÇDI: Rəsmi hissədən sonra Əliyev Köçəryana dedi ki... - FOTO
26.11.2020Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu - FOTO
26.11.2020İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - FOTO
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
25.11.2020Azərbaycan ordusu Kəlbəcərə yola düşüb
Şuşaya çəkilən yoldan fotolar
24.11.2020Ermənistan Əsgəran qalasının görkəminə ciddi zərər vurub
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
24.11.2020Polkovnik leytenant Rasim İbrahimov
24.11.2020“Heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır”- Prezident İlham Əliyev
21.11.2020