ZOD 

16:58 / 06.08.2023
Baxılıb: 5070

Zodun qədim tarixinə şəhadət verən mad­di dəlillərlə yanaşı çoxsaylı yazılı məlumatlar da mövcuddur.

Göyçə gölünün şərqində, Basarkeçər kəndindən (indiki Vardenis şəhə­ri) 10 km. şimal-şərqdə, dəniz səviyyəsindən 2016 metr hündürlükdə qə­rarlaşmış bu kənd ümumən oğuz türklərinin ən qədim yaşayış məskənlərindən və Göyçənin tarixində müstəsna rolu olmuş kəndlərdən biridir. Kəndin coğrafi mövqeyindən irəli gələn strateji əhəmiyyəti və ərazisin­dəki zəngin qızıl yataqlarının açıq mədən üsulu ilə işlənmə imkanları hə­lə ta qədimdən bu yerə marağı artırmışdır.

XX əsrin ortalarında burada aparılmış qazıntılar zamanı aşkarlanmış şaxtaların eramızdan əvvəlki bi­rinci minilliyin ortalarına aid olması, Göyçə gölünün cənub-qərbində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış, eramızdan əvvəlki III-II əsrə aid bə­zək əşyalarının məhz ZOD qızılından hazırlanmasının elmi cəhətdən sübuta yetirilməsi Zodun azı 3000 illik tarixinə şəhadət verən maddi sübutlardısa; kənd ərazisindəki III-V əsrlərə aid yurd yerlərinin və oğuz məzarlığının xərabəlikləri Zodun hələ 1500 il öncə sənaye və mədəniyy­ət mərkəzi rolu oynamasını, müxtəlif yerlərdən müxtəlif məqsədlərlə gəl­miş insanların kəndə yaxın ərazilərdə məskən salaraq, burada yaşayıb-yaratmasım təsdiqləyən faktlardır. Zodun qədim tarixinə şəhadət verən mad­di dəlillərlə yanaşı çoxsaylı yazılı məlumatlar da mövcuddur.

428-ci ilə aid olduğu artıq elmi təsdiqini tapmış sənədlərdən birində Göyçə gölü hövzəsindəki ZOD XANƏDANI-ndan söhbət açılır. Hansı yollasa Matenadarana düşmüş bu sənəddə Zod dövlətinin kiminsə nəzarətində olması barədə bircə kəlmə belə qeyd olunmasa da, erməni tarixçiləri həmin Zod xanadanının Arşakilər hakimiyyəti dövründəki inzibati vahidlərdən biri ol­duğu barədə iddia irəli sürüblər və o iddiaya görə, güya o tarixi sənəddə “SOTK” kəlməsi müəllifin xətası ucbatından “ZOD” kimi işlənib. İddia­nın absurdluğu elə özündən bəllidir: V əsr müəllifi o zaman dövləti ol­mayan bir millətin-ermənilərin “tarixi adları”nı hansı məntiqlə təhrif etməliydi və ümumiyyətlə V əsr müəllifi XIX-XX əsrlərdə cərəyan edəcək siyasi proseslərə hansı əsasla müdaxilə etməliymiş.

Belə bir fikri söylə­mək xəstə təxəyyül təzahüründən savayı bir şey deyil... Və ermənilərin nə danışmasından, nəyi necə yozmasından asılı olmayaraq əlahəzrət fakt bütün əsassız iddiaları yenmək qüdrətindədir. Zod məsələsi də bu baxım­dan istisna təşkil etmir. Zodun müasir coğrafi ərazisindəki qədim məzar­lıq oğuz kultunun, III-IV əsrlərə aid məbəd alban mədəniyyətinin, Х-ХII əsrə aid sənduqələrin qalıqları islam mədəniyyətinin izlərini yaşadır. Am­ma bu ərazilərdə erməni mədəniyyətinin izinə işarə ola biləcək bir nişanə belə yoxdur...

1555-ci ilə dair yazışmalarda isə Zod kəndi Səfəvi-Azər­baycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati vahidlərin­dən biri kimi təsniflənir. 1578-ci ildə Sultan Ill Murad Səfəviləri yenərək Azərbaycan torpaqlarının bir qismini, o cümlədən Göyçə hövzəsinin şərqindəki kəndlərdən bir neçəsini ələ keçirdikdən sonra tətbiq edilmiş inzi­bati bölgüyə əsasən Zod kəndi Ordubad qəzasının Zar nahiyəsinin ərazi­sinə daxil edilmişdi ki, bu tarixi reallıq da 1590-cı ildə tərtib olunmuş “İrə­van əyalətinin müfəssəl dəftəri”nin 326-cı səhifəsində müvafiq qeydlərlə təsdiqlənir.

1595-ci il tarixli “İrəvan əyalətinin icmal dəftərindəki qeyd­lərdən isə bəlli olur ki, Sultan III Muradın hakimiyyəti illərində Zod kən­di timar qismində, yəni dövlətin səlahiyyətli nümayəndələrinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Vəli Bayram oğlu, Əhməd İlyas oğ­lu, Əli Mustafa oğlu, Hacı Abdin oğlu adlı şəxslərin istifadəsinə verilib­miş. Əlavə olaraq, Damğa və Cahanşah kəndlərindən vergi alan Dürri İsg­əndəroğlu adlı şəxsin gəlirlərinin bir qsmi də Zod kəndinin vergiləri he­sabına ödənirmiş. Timar şəkilli verginin 20000 ağça həddində olduğunu və həmin dövrdə 3-4 kəndin bir timarı ödədiyini nəzərə aldıqda qətiyyət­lə demək olar ki, XVI əsrin sonlarında Zod kəndi Göyçə hövzəsinin ən iri və ən abad yaşayış məskəni imiş.

1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib olunmuş və 1728- ci il aprelin 12-də Əhməd şah Mehmet xan oğlu tərəfindən təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 16-cı səhifəsində aparılmış qeydlərdə isə Zod kəndi İrəvan əyalətinin Məzrəə nahiyəsinin inzibati vahidlərindən biri kimi təsniflənir və onun birbaşa sultan xəzinəsinə xas şəkilli Ödənci­nin 7214 ağça həcmində müəyyənləşdirildiyi göstərilir.

Erməni mənbələrində isə Zodun adına ilk dəfə XIX əsrin əvvəllərin­ də, 1828- ci ildə yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlu­matlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarı ilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588, 1914-cüildə 1988 nəfər olmuşdur.

Maraq­lı cəhət isə odur ki, Zodun inkişafı təkcə əhalinin say artımı ilə səciyyə­lənmirdi. Hələ 1885-ci ildə Zodda mədrəsə ilə yanaşı müasir tipli mək­təb fəaliyyət göstərirdi və bu məktəbin bütün xərclərini öz üzərinə götürmüş Səmənd ağa kəndin yüksək dini təhsillə yanaşı avropa təhsili almış ziyalılarının-Mirzə Əsgər, Mirzə Bəylər və Hacı Əliş Ağanın təqdimat verdiy istedadlı gənclərin Rusiyanın və Avropanın ən mötəbər ali təhsil ocaqlarında oxumasına şərait yaradır, onların təhsil məsrəfləri­ni ödəyirdi. Elə həmin nurlu şəxsiyyətlər “Mola Nəsrəddin” dərgisinin Göyçədə yayılmasını da təşkil etmişdilər.

Təbii ki, ermənilər bu cür hər­ tərəfli inkişafın, XX əsrin əvvəllərində Zodun ümumən Nor-Bayazit qə­zası türkləri üçün mədəniyyət mərkəzinə və qeyri-rəsmi inzibati mərkə­zə çevrildiyinin fərqində olmaya bilməzdilər. Odur ki, 1918-ci ildə Göy­çədə qətliamlar planını həyata keçirmək niyyətinə düşən ermənilər Zoda xüsusi diqqət yetirdilər. Amma Andronikin ən məhşur sərkərdəsi Sulikovun 1918-ci ilin dekabrındakı həmləsi bir nəticə vermədi, Zod mərdliklə müqavimət göstərdi. Həmin döyüşlərdə ermənilər yüzlərlə itki versə də, Zodun özünümüdafiə batolyonundan cəmi bir nəfər-Məcid Süleyman oğ­lu şəhid oldu, 4 nəfər isə ağır yaralandı.

Bundan az sonra Səmənd Ağa­nın təşəbbüsü ilə Göyçə kəndlərinin özünümüdafiə dəstələrinin gücləri birləşdirildi. Ermənilər 1919-cu ilin martında Zoda növbəti həmlə zama­nı Göyçə kəndlərinin birləşmiş qüvvəsi ilə üz-üzə qaldılar və... Sulikov öldürüldü, yüzlərlə daşnak qırıldı, qalanlar isə qaçıb dağıldılar. Bu döyüşdən sonra ümumən Göyçəni itirmək təhlükəsinin reallığını duyan ermənilər həmişə olduğu kimi hiyləyə əl atdılar və danışıq təklifi ilə Basarkeçərə dəvət olunmuş Səmənd Ağa namərdcəsinə qətlə yetirildi. Sə­mənd Ağa itkisindən sonra Göyçə müdafiə dəstələri arasında rabitə bir növ pozuldu və bu fürsətdən istifadə edən ermənilər aprelin 13-20-si ara­lığında Göyçə kəndlərinə, xüsusən də Basarkeçər nahiyəsindəki 22 kən­də divan tutdular.

Həmin döyüşlərdə Zod kəndinin 200 sakini şəhid oldu, sağ qalanlar Kəlbəcərə çəkilərək oradan əsasən Cavanşir qəzasının sər­həd kəndlərinə və Cəncəətrafı kəndlərə səpələndilər. 1922-1926-cı illər­ də kəndə qayıdan qaçqınların sayı rəsmi statistikaya görə 1325 nəfər olsa da, 1931-ci ildə Zod əhalisinin sayı artıq 1599 nəfər idi. Və elə həmin dövrdən etibarən Ermənistanın bolşevik-daşnak hökumətinin Zoda qarşı repressiyalarının yeni gizli dalğası başladı və bu məkrli oyun 1988-ci ilə qədər fasiləsiz olaraq davam etdi.

XX əsrin otuzuncu illərində Zodun nüfuzlu adamlarının böyük qismi, 100 nəfərdən çox savadlı adam müxtə­lif bəhanələrlə həbs olunaraq sovet repressiya maşınının məngənəsində məhv edildi. 1945-ci ildən sonra isə qızıl mədənlərinin işlənməsi bəha­nəsi ilə Zodun qarışıq yaşayış məntəqəsinə çevrilməsi yönündə məq­sədyönlü iş başladı. 1948-1953-cii illərdə İ.Stalinin havadarlığı ilə Ermə­nistan türklərinə qarşı həyata keçirilən deportasiya zamanı Zod əhalisinin yarısı Azərbaycan SSR-in Xanlar və Daşkəsən rayonları ərazisinə köçürüldü, əvəzində isə Zodun ərazisində yeni salınmış qəsəbəyə 1000 nəfər erməni və rus yerləşdirildi. Amma Zodun əzəli sahiblərinin mütə­şəkkil müqaviməti öz sözünü dedi və 70-ci illərin sonunda artıq Zod ye­nə də sırf türk kəndlərinin siyahısında idi. Bu zaman artıq Zodun türk əhalisinin sayı 4137 nəfərə çatmışdı və kənddə iki orta məktəb, bir tex­niki peşə məktəbi, iki fabrik filialı, məişət xidməti mərkəzi, avtomat te­lefon stansiyası, 10-na qədər müxtəlif təyinatlı mağaza, mədəniyyət evi, klub, xəstəxana, iki aptek fəaliyyət göstərirdi.

1988-ci ildə Ermənistan hökuməti rəsmi Moskvanın birbaşa hərbi yardımı ilə Zod kəndini bir həf­tə ərzində talanlara məruz qoydu və kənd əhalisi məcburi qaydada Azərbaycan SSR ərazisinə deportasiya edildi. Bu hadisələr zamanı Zod bir şə­hid vermiş- 58 yaşlı kənd sakini Qocayev Teymur Ələsgər oğlu aldığı xəsarətlərdən həlak olmuşdur. Ermənistan Respublikası parlamentinin 9 aprel 1991 -ci il tarixli qərarı ilə Zod kəndi “Sotk” adlandırılmışdır.

Tədqiqatçı-jurnalist: Salman VİLAYƏTOĞLU

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025
Bütün xəbərlər