Xatirə Həsrət Göyçənin səsinin arxasınca gedib sözünü Qoşqar dağının zirvəsində üzü Göyçəyə bayraq yelləyən gördüm...
Şeir sözdən çox səsdir. Həyatın, hislərin, təbiətin və Tanrının səsi. Bu səslərin yaratdığı harmoniya hansısa formada (musiqi ya da poeziya kimi!) sənət əsərinə çevrilir.
Bütün müəlliflər şeirini kağızdan öncə, öz səsinə yazır. Yaşantılarını, daxili dünyasını ifadə edən səsinə...
Bir yol sosial şəbəkədə Xatirə Həsrət Göyçənin səsinin arxasınca gedib sözünü Qoşqar dağının zirvəsində üzü Göyçəyə bayraq yelləyən gördüm. Hələ onda Qarabağ işğaldan azad olunmamışdı – Şuşanın gözləri yollarda, Laçının, Kəlbəcərin qolları qandallı idi. Ümidlərin xəyalqırıqlığına uğradığı bir vaxtda Xatirə bizi həsrət dolu şeirləri ilə təkcə ovutmur, həm də mübarizəyə səsləyirdi. Çünki o, həsrətin “dadını” qarabağlılardan öncə, körpəlikdən dadmışdı. Göyçə gölünün qırçınlı ləpələrinin ağuşunda uyuyan doğma Cilini, Göyçəsini, uşaqlığını itirmişdi. O həsrətin ağrıları ilə böyüyüb, boy atan Xatirə özü də bilmədən şair oldu. Adının yanında təxəllüs kimi yazdığı “Həsrət” və “Göyçə” şairi.

Xatirə Həsrət Göyçə sazlı-sözlü mühitdə doğulduğundan, misraları da sazın köynəyidən keçib qoşma, gəraylı, təcnis görkəmində poeziyaya vəsiqə alır. Sazın tellərindən qopan çınqı sanki onun misralarına bir nizam verir. Bədii inersiya sözün melodiyası ilə bağrı-badaş olub qulaqlara hakim kəsilir. Aşıq Müseyibin “Qaragöz”ünün laylasında, Zəki İslamın ibrətamiz qoşmalarının işığında pərvazlanan bu şeirlər min illərin o üzündən Xatirənin könül dünyasına işıq tutur:
Ümidlərim bircə tükdən asılı,
Əcəl hazır, fərmanına yazılı.
Gözlərində məzarım var, qazılı,
Baxışların kəfənimi biçəndən.
Örnək gətirdiyim bu bənddəki misralar müəllifin mübaliğədən uzaq səmimi hislərinin poetik təzahürüdür.
Xatirə Həsrət şeirlərini hər cür kanyukturadan uzaq, ədəbi izmlərin çölündə – ürəyinin diktəsi ilə yazır. Həmin şeirlər dilimizin folklor qatında yazıldığından, Xatirə bir qələm adamı kimi daha çox yaddaşlara söykənir. Ağsaqqal babalarımızdan, ağbirçək nənələrimizdən eşidib öyrəndiyi zərbi-məsəlləri, xalq deyimlərini poeziyaya gətirir.
Xatirə Həsrətin yaradıcılığında daha çox üz tutduğu bir ünvan var – dağlar! Saysız sayda “dağlar” rədifində şeirlər yazıb. Sanki əli hamıdan üzüləndə sözünü deyəcək, həsbi-hal olacaq yeganə dostu, doğması “qütrətən səngərli, qalalı dağlar”dı.
Ah-naləm tutub cahanı,
Gəl dadıma çat, ay dağlar!
Leysan olan qəm yaşımı,
Sellərinə qat, ay dağlar!
Qarını yorğanım elə,
Şehini üstümə çilə.
Ağuşunda oda bələ,
Al qoynuna yat, ay dağlar!
Cəmiyyətdəki eybəcərlikləri, ictimai bərabərsizliyi gördükcə ayrı düşdüyü dağlara Qoşqarın ətəyindən üzünü tutub həsrət-nisgil dolu misraları ilə öz dərdini pıçıldayır. Və bəzən təkcə öz dərdini pıçıldamır, Göyçə, Qarabağ həsrəti ilə qürbətdə sümüyü sürmə olmuşların torpaq yeyən arzularını sözün-şeirin yaddaşına yazır. Bu, təkcə şeir yazmaq deyil, həm də bir missiyadı. Vətən sərhəddindən kənarda qürbətə dönən Göyçəmizi, Zəngəzurumuzu, İrəvanımızı, Vedibasarımızı göynək dolu misralarda yaşatmaq, unudulmağa qoymamaq missiyası.
Xatirə Həsrət illərdi yazıb-yaratdığı şeirləri dəftər-vərəq küncündən toplayıb “Dumanlı kölgələr” adı ilə gün işığına çıxarıb. Həsrətliklə öz oxucularını gözləyən bu şeirlər, ümid edirəm müəllifinə geniş şöhrət qazandıracaq. Çünki bu şeirlərdə özünü və yurd-yuvasını axtaranlara poetik bir hədiyyə var: Xatirə Həsrətin “Göyçə” hədiyyəsi...
Qılman İman
Şair-publisist
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025