İçimdən göyərən dərdimdi Göyçə… I HİSSƏ

16:07 / 09.11.2018
Baxılıb: 3824

 O soyuq baş daşını siləndən, babamın son mənzili olan torpağa sığal çəkəndən sonra güc gələrdi qollarına, təpər yığılardı dizlərinə sanki.

Yaddaşım Göyçənin zirvəsi sayılan Çalmalı dağın sinəsindəki bir yaşantıdan başlayır... Zaman hansı zaman idi?!. Bilmirəm. İlin hansı fəsli, ayın hansı günüydü?!. O da yadımda deyil. Yadıma gələn odur ki, Göyçənin çox nadir hallarda müşahidə olunan dumansız-çənsiz günlərinin biriydi...Çalmalının sinəsində nazlanan, suyu diş göynədən “Qumlu” bulağın başında məclis qurulmuşdu. Kimin şərəfinə, nə məqsədlə?!. Bunu da bilmirəm. Öz xəyal dünyasını yaşayan bir cocuq üçün, təbii ki, bunun bir fərqi yox idi. Həmin an mənim üçün əhəmiyyətli olan bircə şey vardısa, oda təbiətin qoynunda olmağım idi: uca bir zirvədəydim-dünya ayaqlarımın altındaydı. Göyçənin əsl əzəmətini də, zənnimcə, yaddaşımın başlanğıcı olan o anda duymuşam... ...Hara baxırdımsa xalı kimi rəngbərəng dağlar görürdüm. Yaxını da belə, uzağı da; sağım da, solum da gül-çiçəklə bəzənmiş yamyaşıl dağlardı. Arxam da dağdı-Çalmalı dağı. Kürəyimi ona söykəyib, baxdıqca baxıram ağlıma sığışdıra bilmədiyim bu genişliyə, bu gözəlliyə. Uzandıqca uzanır bu dağlar. Sonra nələr var? Kəsdirə bilmirəm. Gözlərim dağların sonsuzluğundan yorulanda aşağı baxıram. Yenə sonsuzluğa qədər uzanan göylük görürəm. Yamyaşıl xalıya bənzəyən o sonsuzluğun ortasında gömgöy bir ayna alışıb yanır... Uşaq marağım güc gəlir:

-O yanan nədi, dədə? -Göyçə gölüdü...

-O boyda göl olar?

-Göyçənin ozü də böyükdür axı...

-Bəs o dağlar haradı?

-Göyçə dağlarıdı...

-Bəs bu yandakılar?

-Ora da Göyçədi...

Uşaq təxəyyülümü qane etmədi bu cavab. Necə yəni, söykəndiyim dağda Göyçədi, qənşərimdəkilər də? Bu göy sulu bulaqda Göyçədi ayna kimi parlayan o göldə? Tərs kimi göydə səmanın göylüyünə xələl gətirəcək bircə əlçim bulud yoxdu. Bu nədi, bütün dünya Göyçədimi? Daha heç kimə sual vermədim, bəlkə də artıq böyüklərin məni dinləmək istəmədiyini anlayıb susdum və bir tərəfə çəkilib öz suallarıma özüm cavab tapdım, ilk və son kəşfimə imza atdım: göy qübbəsi Göyçə dağlarının çiynində dayanıb! Və elə o gündən Dünya məfhumu mənim üçün Göyçə kəlməsinin sinoniminə çevrildi. ... Zaman hansı zaman idi?!. Bilmirəm. Birinci sinfimi bitirmişdim, ikincinimi?!. Onu da bilmirəm. Bildiyim odur ki, yay tətli idi və mən Göyçənin özü qədər uca sandığım Abbasəli babama qoşulub, anamın İrəvan yaxınlığındakı dədə-baba yurduna qonaq gedirdim. Aftobus düz gölün sahilindəki bir yeməkxananın qarşısında dayandı... Gözlərimə inana bilmədim. Qarşımda gömgöy göl, o tayda gömgöy dağlar... Ətraf isə süd rəngindədi. Torpaq da, daş da ağappaqdır... Uşaq marağım yenə güc gəldi:

-Bura haradı, baba ?

-“Göyçə gölü”dü də...

-Gölü soruşmuram kəndi deyirəm...

-Ağqaladı...

-Bu camaat hansı dildə danışır belə?

-Erməni dilində. Ermənilərdi də...

-Göyçədə də erməni olar? Uşaq marağından çox heyrətdən doğmuşdu bu sual. Amma görünür babamın dürlü nağıl danışmağa həvəsi qalmamışdı. Odur ki, hövsələsizliklə dedi:

-Qasım müəllimi tanıyırsan? 

-Niyə tanımıram ki...   

-Bax, bu kənd oların dədə-baba yurdudur. İndi burda ermənilər yaşayır. - Bəs Qasım müəllimgil kəndlərini niyə veriblər ermənilərə? 

-Verməyiblər. Ermənilər bu kəndi yandırıb. Camaatını da qovublar burdan...   

-Heç adamı da öz kəndindən qova bilərlər? 

-Qovarlar bala...Arxası-köməyi olmayanı hər yerdən qövarlar...üzü gölə tərəf dayanıb buları deyirdi babam. Bəlkə də dərdini, nisgilini Göyçə gölünə danışır, cavab tapa bilmədiyi suallara Göyçə gölündən cavab istəyirdi babam... ... Zaman hansı zaman idi?!. Bilmirəm kənd dəymişdi bir-birinə. Sanki səfərbərlik idi, kişilər döyüşə gedirlərmiş kimi əllərinə keçənlərlə yaraqlanıb, idarəyə tərəf axışırdılar. Babam da yığıncaq yerinə tələsirdi. Uşaq marağım yenə məni dinc qoymadı: -Nə olub, ay baba? -“Üçtəpələr”i bizdən almaq istəyirlər. Ayağımın yer tutan vaxtlarıydı, ”Üçtəpələr” deyilən yeri həmyaşıdlarımla gəzib-dolaşmağı macal tapmışdım. Düzü, qeyri-adi heç nə görməmişdim o ərazidə. Daş-kəsəkli, əkinə-biçinə yararsız, bozumtul təpələrdi. Odur ki, öz təəssüratlarıma söykənib, çoxbilmişlik etmək istədim: Nə var ki, o “ Üçtəpələr”də?!. Kimə verirlər, qoy versinlər də... Şillənin ağzımın üstündən açılması o qədər ani oldu ki, indi, o hadisədən 30-35 il ötəndən sonra belə o anı xatırlaya, babamın həmin məqamda hansı hisslər keçirdiyini təsəvvürümdə canlandıra bilmirəm. Bəli, o gün babam ömründə birinci və axırıncı dəfə əl qaldırdı mənə və bəlkə də məhz o usta şilləsi mənim torpağa münasibətimin bünövrəsi, içimdəki Vətən sevgisinin toxumu oldu... ... Şuşada yaşadığımız zamanlarıydı. Yay tətillərinin birində dədəm babagili dilə tutub Şuşaya köçürmək sevdasına düşmüşdü. Nənəm “ daş atıb başını tutdu”: mən əzizlərimin qəbrini qoyub heç yana getməyəcəyəm, mən Göyçəsiz yaşaya bilmərəm! Nəhayətdə, Göyçə nənəmin Göyçə sevgisi bizi kəndimizə qaytarmağa vadar etdi. ... Bakıda qaynar tələbəlik illərimi yaşayırdım. Yol uzaq, gediş-gəliş çətin idi. Kəndimizdən Bakıya gəlişimiz ən azı 15 saat, Bakıdan kəndimizə dönüş isə ən azı 24 saat vaxt aparırdı. Bu azmış kimi 2-3 nəqliyyat dəyişmək məcburiyyətindəydik. Amma bütün bu əziyyətlərə baxmayaraq, üçcə gün boş vaxt tapan kimi əksər göyçəli tələbələr kəndə üz tutardılar. Çox vaxt kəndi sadəcə seyr etməyə belə vaxt qalmazdı, günlərimiz elə yollarda keçərdi. Amma gedərdik, qanadlana–qanadlana gederdik Göyçəmizə sarı...Bircə udumluq yurd havası üçün gederdik Göyçəmizə...Ocaq istisinə bircə gecə qızınmaq üçün üz tutardıq Göyçəmizə...O bircə udumluq yurd havası daxilən, mənən təmizləyərdi sanki bizi; o bircə gecəlik ocaq istisi illərə, aylara yetəcək qədər güc verərdi bizlərə... Uzaq Uralda işləyəndə də, Şərqi Almanyada olanda da şirin yuxularım Göyçəylə bağlı olub. Sinəmdə bir sevgi-Göyçə sevgisi, gözlərimdə bir həsrət-Göyçə həsrəti gəzdirmişəm; cənubundan şimalına, şərqindən qərbinə dolaşdığım sovetlər imperiyasının hansı diyarına ayaq basmışamsa, orda bir Göyçə bənzərliyi aramışam, amma... Göyçəyə bənzər bir yer görəmmədim ki, görəmmədim... ...Babamı son mənzilə yola salırdıq. Qohum-əqraba, el-oba yığışmışdı. Cənazə namazı zamanı dədəmin arxasında dayanmışdım. Hiss edirdim ki, arxasından dağ uçub və mən o dağın əzəmətini əvəzləyəcək gücdə deyiləm. Pəhləvan cüssəli, hec kimin heç bir vasitəylə əyə, sındıra bilmədiyi dədəm bir andaca yüz yaş qocalmışdı sanki... Hərdən dədəm min bir bəhanəylə yolunu qəbristanlıqdan salardı. Bilirdim niyə gedir. Hər xəlvəti gedişindən sonra açıq-aşgar qıvraqlaşardı.O soyuq baş daşını siləndən, babamın son mənzili olan torpağa sığal çəkəndən sonra güc gələrdi qollarına, təpər yığılardı dizlərinə sanki. Nə hikmət vardı o daşda, nə qüdrət vardı o bircə əlçim torpaqda, bax onu kəsdirə bilmirdim... Amma 1985-ci ilin o yay günlərində artıq ağlımın kəsdiyi bir mütləq həqiqət vardı: daha nə dədəmi, nə də nənəmi bu kənddən ayırmaq mümkün deyil... Babamın itkisindən sonra dədəmə sanki ilahi bir güc gəlmişdi. Dayanmadan- durmadan, usanmadan-yorulmadan daş üstünə daş qoyur, hər daşında babamın əllərinin izi olan evimizi ocaqlaşdırır, yurdlaşdırırdı; kəndimizdəki adnan deyilən bağımızdakı hər ağacın üstündə əsim-əsim əsir, yeni tinglər basırırdı. Söznən deməsə də, niyyət aydın idi: bizi ocağa bağlayan telləri möhkəmlədirdi dədəm. Xüsusən də mənə aid idi əyani dərs. Bu dərsdən sonra mənim o ocaqdan uzaq düşməyə sadəcə mənəvi haqqım yox idi... ...İrəvanda, “Sovet Ermənistanı” qəzetinin redaksiyasında işlədiyim vaxtlar hər həftə 200 kilometrlik yolu basa-basa kəndə baş çəkərdim. Cəmi bir gecəlik bu ziyarətlərdən sonra sanki özümdə yeni güc hiss edirdim; yolun ağrısı acısı belə eynimə gəlməzdi. Bircə həftə getməyəndə içimdən hansı tellərinsə qırıldığını, nəyinsə çatmadığını açıq-aşkar duyurdum. O bircə gecəlik ziyarətlər əlavə enerji mənbəyi idi sanki mənim üçün, bircə ovuc Göyçə suyu mənən təmizləyirdi məni, həyat başqalaşırdı gözümdə. Nə sirr idi, nə hikmət idi, bilmirəm. Heç bu günün özündə də o hikməti izah etmək iqtidarında deyiləm. Bildiyim təkcə bir şey var: Göyçə dünyanın bir sirri-müəmması idi və sirr açmaq heç vaxt heç kimə nəsib olmadı...Bundan sonrası da bəlli... İrəvanda işlədiyim illər mənim üçün bir xoş tale fürsəti, ömür amanıydı. Göyçəni də, Ağbabanı da, Loru-Pəmbək ellərini də, Çuxur Sədd ovalığını da, Dərələyəzi də, Zəngəzuru da oba-oba, yaylaq-yaylaq gəzmək; qədim-qayım yurd yerlərimizin tarixçəsindən soraq tutmaq, qeyrətli, dizli-dirəkli müasirlərimlə tanış olmaq fürsətim vardı. Və o fürsətdən qədərincə istifadə etməyə çalışırdım. O yurd yerlərinin əzəmətini göz yaddaşıma, tarixini, folklorunu söz yaddaşıma hopdururdum zərrə-zərrə və beləcə, içimdəki yurd sevgim də boy atırdı qətrə-qətrə... Və o sevgi ilə yanaşı bir dərd də cücərirdi içimdə. Açıq-aşkar hiss olunurdu zamanın qara əsintiləri. Qeyrətli oğulların gözümçıxdıya salınması, düşünən beyinlərin yurddan perik salınması çəkilməsi mümkün olmayan bir dərd idi. Göyçəni gəzə-gəzə, hüsnünü, qeyrətli övladlarını vəsf edə-edə içimdəki yurd sevgisi nə qədər boy atırdısa; gördüklərim bu yurdun taleyi sarıdan nigarançılığımı bir o qədər artırırdı... 1918-ci ilin qanlı fevralı idi. Artıq içimizdəki səksəkə gerçək yaşantılarla əvəz olunmuşdu. Qara niyyətlilərin qara nəfsi yurd yerlərimizi açıq-aşkar qarsalayırdı. “Durna köçü görən nə vaxt qayıdar?” adlı iri həcmli yazım dərc olundu. Almalı deyilən bir yurd yerinin timsalında Ermənistandakı cəmi türk obalarının qara taleyinin bəri başdan söylənmiş ağısı, vida şərqisi idi o qəzet yazısı. Bunun ardınca isə “Yurd itirmık qorxusu var ellərin...” adlı həyacan siqnalı süzüləcəkdi qələmimdən. Və nakam taleli o yazı əzəli-əbədi türk şəhəri olan İrəvanda yazacağım son yazı olacaqdı. Gecəynən səhifədən çıxarılaraq, əlyazması və makina variantı Mərkəzi Komitəyə aparılmış o yazının taleyi qundaqda qanına qəltan edilmiş çocuqlarının taleyinə bənzəyəcəkdi. O yazıya görə redaktorumuz Zərbəli Qurbanovun başı çox ağrısa da, məni zərrəcə incitmədən İrəvandan sağ-salamat çıxmağıma şərait yaratdı və özü Bakıya köçəndə o nakam taleli yazının əlyazmasını da özüylə gətirdi. Amma... Zərbəli müəllimin bütün cidd-cəhdlərinə baxmayaraq, Azərbaycanın o zamankı dövrü mətbuat orqanlarının heç biri ermənilərin qəzəbinə səbəb olmuş o yazını dərc etmədi... Göyçə adlı əsrarəngiz xalçaya xal düşdüyü, ilməsinin pozulub, çeşnisinin dağıldığı xəbərini İrəvanda aldım. İki saatlıq yolu keçib pərişan halını görmək isə mənə müyəssər olmadı. Yol-iz, bənd-bərə bağlanmışdı. Qayda-qanun adı ilə yollara düzülmüş rus əsgərləri, əslində Göyçənin qollarında qandala, ayağında buxova dönmüşdülər. Respublikanın müxtəlif bölgələrindən səfərbər edilərək Basarkeçərə göndərilən silahlı “Krunk”çular Göyçəyə heç bir sorğu sual olmadan buraxılır; yurd-yuvasına, el-obasına, ata-anasına həyan durmağa tələsən silahsız türk oğullarının üzünə isə qapılar bağlanırdı. Axırıncı dəfə üçcə gün əvvəl ziyarətində olduğum kəndimizdə artıq kimsənin qalmadığına özümü inandıra bilmirdim. Telefonlar inadkarcasına susur, Göyçəyə getmək üçün komendanta müraciətlərim cavabsız qalırdı. Amma mən o kəndə mütləq getməliydim; heç olmasa halallaşmaq üçün. Getdim də... Amma iki saatlıq doğma yollarla yox... (ardı var)

Salman VİLAYƏTOĞLU

Təqdim etdi: İlqar İSMAYIL


Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər