Heç kim və heç nə unudulmur – Milli Qəhrəman İbrahim Məmmədov haqqında müsahibə

15:35 / 17.01.2019
Baxılıb: 3520

Ehtiyyat kadrların hamısı öncəbhədə vuruşurdular. Peşəkarların hamısı döyüşdə idilər. Cəbhədə itkilərin yerini doldurmaq üçün arxa cəbhə ehtiyat ordu yaratmalı idi. Lakin arxada əskər yığmaq olmurdu. Hamı qaçırdı, gizlənirdi. Ona görədə məcburən küçələrdən adam yığmalı olurdular.
Hərbi komissarlıqlar adam tapmırdı cəbhəyə. Cəbhəyə əsgər o vaxt lazım idi.

İbrahim Məmmədov 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. 1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirib,bir il Su Tikinti İdarəsində işlədikdən sonra, 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcı-operatoru ixtisasına yiyələnib. 1979-cu ildə ordudan tərxis olunaraq Moskvaya gedir və avtomobil zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyə-işləyə, 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1993-cü ildə təhsilini başa vurur.


Azərbaycanda Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərə atılır. İ.Məmmədov Könüllü Batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Ermənilər həmin gün 15 nəfərə yaxın itki verərək geri çəkilirlər.
Cəsur döyüşçü 1994-cü il fevralın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim mübarizəsində düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda snayper gülləsinə tuş gəlir. O, aldığı yaradan həlak olur.
Ailəli idi. İki övladı var.(Mənbə: Vikipediya)

İbrahim Məmmədovla birgə Kəlbəcərdə döyüşmüş Telman bəyin komandiri ilə bağlı xatirələri. (müəyyən səbəblərə görə soyadını qeyd etmirik, şəkilini vermirik)

Telman bəy, İbrahimlə necə tanış oldunuz?

– 1988-ci ildə Xalq Hərəkatında iştirak edənlərdən biri idim. İbrahimi də orda tanıdım. 1992-ci ildə daha yaxından tanıdım. “ Boz Qurd ” batalyonundan tanıyırdım. Çox vətənpərvər insan idi rəhmətlik. Bilirsiniz ki, “Boz Qurd” batalyonunun komandiri Nurəddin Xoca idi. Nürəddin Xoca İlə İbrahim çox əməliyyatlarda olub. Sonra Rusiyaya getdiyini eşitdim. Düzü İbrahim Rusiya vətəndaşı idi. Ailəsi də rus idi. Həm də 20 Yanvar hadisələrini Moskvada ictimaiyyətə çatdırmaq üçün fəal iştirakçılardan biri idi. Bu barədə İbrahimin zəhmətini danmaq olmaz.
Sonralar mən onunla Goranda “Banka” deyilən hərbi hissədə görüşdüm. Əfqanıstanda döyüşüb gələnlər bu briqadanı yaratmışdılar.
Orda münasibətlərimiz daha yaxın oldu. Orda təlimlər keçəndən sonra biz getdik Murova. Ordanda getdik Kəlbəcərin Yanşaq kəndinə. Bir dəfə artıq Kəlbəcəri qaytarmışdıq. Orda çox itkilər verdik. Kəlbəcərin relyefi çox qəlizdi. Oraları tanımayan, bilməyən adamlar gedib düşürdü qara.

Yanşaq nə vaxt alındı? 


– Yanvarda alındı. Biz qayıtdıq meydançaya. Bizə göstəriş gəldi ki,Yanşaq yenidən qaytarılmalıdır. Onda İbrahim mənə dedi ki, Telman 6 nəfər götürək, kəşfiyyat edək, görək orda vəziyyət necədir?

Niyə altı nəfər?

– İbrahimin yaxşı tanıdığı adamlar idi. Biz Yanşaqa çatanda ermənilər bizə atmağa başladılar. Onlar bizə, biz onlara atırdıq.

Ermənilər qayıdacağınızı əvvəldən bilirdilər?

– Bilirdilər deməzdim, hiss edirdilər. Bizimlə gələn altı nəfər peşəkar olmadığı üçün döyüşü İbrahimlə mən aparırdım. İbrahim bir nəfəri vurdu. Vurulan erməninin yanındakı yoldaşı qaçanda İbrahim onu vurmağımı əmr etdi. İkinci dəfə atanda ermənini yaraladım. Üçüncü dəfə atanda ölmüşdü. Qalan ermənilər qaçdılar. İbrahimlə mən risk elədik, öldürdüyümüz ermənilərin cəsədlərinə yaxınlaşdıq, onların sənədlərini götürdük. Mənim vurduğum erməni mayor idi. Petros Arşayusi Qevondiyan. Bu ad yadımdan heç vaxt çıxmaz. İki ildən sonra ermənilər Petrosa Dağlıq Qarabağın milli qəhrəmanı adını verdilər. Guya vurulan dostunu xilas etmək istəyəndə şəhid olubdur. Halbu ki, mayor döyüş yoldaşlarını qoyub qaçmışdı. O qaçmasaydı, bəlkə də mən onu vura bilməzdim. Sənədləri rəhmətlik İbrahim götürmüşdü. Bu hadisə fevralın 14 olmuşdu. Yanşaq istiqamətində geri qayıtdıq. Bir gün dincəldik. Fevralın 16-da ermənilər bizə yenidən hücuma keçdilər.

Hara hücum etdilər?

– Murovda “Yol ev” deyilən yer var. Ermənilər ora hücum etdilər. Orda çox itkilər verdik. İbrahim həqiqətən uşaqları yığdı başına, qəhrəmanlıq göstərdi. Ermənilərin üç BTR–ni vurdu. Çox itki verməkdən sayımız azalmışdı. Şaiq, Murad, İbrahim. Çoxları şəhid oldu. Soyadlarını unutmuşam, yaddaşımda qalanların adlarını çəkirəm. Məsələn, Şaiqin pulemyotu susmurdu, gecə-gündüz atırdı. İbrahim döyüşdə bizim komandirimiz idi. İbrahim geri çəkilməyimizi istədi. Dedi ki, mən sizi qoruyacam, geri çəkilin. Dedim, komandir, sizi necə tək qoyub geri çəkilək? Dedi ki, sizə əmr edirəm. Hardasa 100 m uzaqlaşmışdıq, İbrahimin silahının səsi susdu. İbrahim artıq vurulmuşdu. Sonradan uşaqlarla İbrahimin cəsədini sürüyə-sürüyə birtəhər çıxara bildik. “Yol ev”-inə qədər gətirdik, qoyduq maşına göndərdik.

Geri çəkildikdən sonra hara getdiniz?

– İbrahim mənə əvvəlcədən göstəriş vermişdi, Murovdağa tərəfə gedək. Daşkənd tərəfə getsəydik, çox güman orda da mühasirəyə düşəcəkdik.

Digər cəsədləri də götürə bildiz?

– Təkcə komandirin cəsədini götürdük.

Təxminən nə qədər itki vermiş olarsız?

– Nə qədər itki verdiyimizi deyə bilmərəm, amma çox itkilər verdik.

Telman bəy, elə bilirəm ki, nə isə gizlədirsiniz? Hiss edirəm, bəzi məqamların üstündən keçdiniz.

– Bilirsiniz, biz hər şeyi mətbuatda işıqlandırırıq. Mənfi olaylarımızı da. Düşmən bugün dilimizi çoxlarından yaxşı bilir və mənfi nə paylaşırıqsa bizə qarşı istifadə edirlər. Deyiləsi çox şeylər var. Onları danışaram, şəxsən sizin üçün. Mətbuata verməmək şərti ilə.

Əlbəttə… sizə söz verirəm, mənim üçün danışdıqlarınızı mətbuatda qeyd etməyəcəm.

– Çox sağ olun.

Heç olmasa, bu sualıma cavab verin. Atəşkəs olandan sonra, sizlərə qarşı münasibət necə oldu?

– Bu suala şəxsən sizə cavab verəcəm. ( Telman bəy sualıma cavab verdi. Söz verdiyim üçün mətbuata yerləşdirmirəm)

Keçmiş döyüşçü ,“Boz Qurd” batalyonunun sabiq komandiri Nurəddin (Xoca) İsmayılov İbrahim haqqında danışır.

Nürəddin bəy,İbrahim Məmmədovla bağlı nə deyə bilərsiniz?


İbrahimlə bağlı çox danışmaq olar. İbrahim səhv etmirəmsə altı bacının bir qardaşı idi. İlk dəfə 88-ci ildə meydanda görüşdük. Dostluğumuz o vaxtdan başlamışdı. Millətçi idi, millətini sevirdi. Onunla çox əməliyyatlarda olmuşuq. Bizim gizli adamlarımızdan biri idi. 1990-cı il 20 Yanvar hadisələrindən sonra mən tutuldum. Biz İbrahimə dedik ki, aradan tez çıxsın, Rusiyaya getsin.

Rusiyaya niyə?

– Rusiya vətəndaşı idi. Xanımı da rus idi, uşaqları vardı. Həddindən artıq risk edən insan idi.

Səbəb təkcə bu idi?

– Əlbəttə yox.Onun bizə çox köməyi dəyirdi. Belə deyək, bizim gizli olan adamlardan biri idi. Mən tutulanda sonra İbrahimin adı heç bir yerdə hallanmadı. Sonra 90-cı ilin axırıncı aylarında qayıtdı.

20 Yanvar hadisələrindən sonra sizi niyə tutmuşdular?

– 90-cı ildə mən Azərbaycan Xalq Cəbhəsinin müdafiə komitəsinin sədrinin operativ işlər üzrə birinci müavini idim. Bakıdan ermənilərin köçürülməsində bilavasitə rəhbərlik etmişəm. Rəhmətlik Əbülfəz Elçibəyin tapşırığına əsasən. Siz bilməzsiniz, o vaxt Moskvanın planlarından biri idi, Bakını yarıya bölsünlər. Yəni o zamanlar olanlar bilir, ermənilərin Bakını Beyruta çevirəcəyik planlarının arxasında dayanan plan bu idi. Bakı şəhəri ortadan xristian və müsəlman əhaliyə bölünür və ortada yaşıl sülhməramlı zolaq keçir. Bir tərəfdə ermənilərlə ruslar yaşamalıydı, bir tərərfdə də azərbaycanlılar. Ortada guya sülhməramlar olacaqdı.
Əslində, ermənilərə Bakıda heç nə etmədilər. Edə də bilməzdilər. 20 yanvarda ordu şəhərə girdi ki, guya Bakıda millətlər arası qırğın var. Bakı ermənilərin əlindən çıxmamalıydı. Ermənilrin Bakıdan köçürülməsi planında insanları qırmaq yox idi. Biz belə bilirdik. Bəlkə də başqa adamlar başqa cür bilirdi, onu deyə bilmərəm. Ona görə rəhmətlik Elçibəy bizə tapşırmışdı, Bakını ermənilərdən təmizləyin. Bir şərtlə, bacardığınız qədər qurbansız erməniləri rədd eləyin getsinlər. Bakıda erməni qırğını üçün planlar hazırlanırdı, guya azərbaycanlılar erməniləri qırırdılar. Bu planda birbaşa Moskvanın əli vardı. Biz bunun qarşısını aldıq. Yanvar hadisələri zamanı 4-5 erməni ölərdi ya yox. Əslində, plana əsasən yüzlərlə erməni ölməliydi. Vaxtından əvvəl Bakıdan çıxıb gedən ermənilər şaiə yaymışdılar Bakıda guya erməniləri öldürüb ştabellə meyidlərini üst-üstə yığırlar.

Deyirsiniz İbrahim gizli adamlarınızdan biridir. İbrahimin sizə Rusiyada xeyri nə idi?

– Pulnan Rusiyadan istənilən silahı almaq olurdu. Silahı gücü çatdığı qədər alıb gətirirdi. O vaxt xarici vətəndaş olan adamlarımızın hamısı lazım olan köməyi edirdilər. Müdafiə Komitəsi bütün cəbhəyanı bölgəyə bacardığı köməyi edirdi. Bu bölgələrin könüllü özünümüdafi batalyonlarının komandirləri ilə əlaqədə idik. Arif Paşayev, rəhmətlik Ramiz Qəmbərov, Qubadlıdan Aydın Həşimov, Aydın Şükürovun, Mincevandan Exim Qazax Alik və başqalrı bizimlə bir idi. 90-cı illərin axırlarında İbrahim Moskvada iki ermənini Reçnoy vağzalda güllələyib qayıtdı.

Niyə güllələdi? 

– Dağlıq Qarabağdakı ermənilər üçün pul yığırdılar. Onları güllələdi, silahla da qayıdıb gəldi.

İbrahimlə hansı əməliyyatlarda iştirak etmisiniz?

– İbrahim boy-buxunlu, yaraşıqlı oğlan idi. Mənimlə çox əməliyyatlarda iştirak edib. Bakının özündə Pirküşkül əməliyyatında sağ çıxanlardan biri idi.
Pirküşkül əməliyyatında iki nəfər öldü, dörd nəfər yaralandıq. Qaraheybət hərbi hissəsini götürəndə yanımda olub. Dəniz portu hərbi hissəsini götürəndə yanımda olub. Badamdar hərbi hissəsini, Razində Rabitə hərbi hissəsini də onunla birgə götürmüşük. Lökbatan, Biləcəri, Zığ və bir çox başqa əməliyyatlarda olib. Bakının komendant rotosını da yolda pusqu quraraq tərki silah etmişik. SSSR-də ilk dəfə belə bir hadisə olmuşdu. Bu xəbəri Moskva televiziyasında verdilər. Bunları İbrahimlə bir yerdə etdik.
Sonra Qarabağda Zəngilanda, Qubadlıda, Ağdərədə, Ağdamda əməliyyatlarda batalyonda olub və əməliyyatlarda iştirak edib.
Sarıbaba əməliyyatında yaralanmışdım, belində məni sürüyüb çıxarmışdı.
Ağdərə əməliyyatında birbaşa iştirak edib. Odur, İsgəndər Həmidovun qaynı Hüseynalı Hüseynov. O birilərinin adı indi tam yadımda deyil. Qubadlıda dəfələrlə mənimlə vuruşub. Laçının ağır vaxtlarında vuruşub. Rəhmətlik Vaqif Salmanov, Mübariz( biz ona cin Mübariz deyirdik), İbrahim olub. Sarıbaba əməliyyatında ermənilərin arxasından reyddən birbaşa iştirakçısı olub. Baxmayaraq iki uşağı vardı. Bakıda ailəsi kirayə qalırdı, bir dəfə olsun, onun gözündə qorxu görmədim.

Ümumiyyətlə, tapşırığı kimlərdən alırdınız?

– Mənim batalyonum çoxfunksiyalı bor hərbi hiossə idi. Əsasən İskəndər Həmidovun əmrini yerinə yetirirdik, lakin rəhmətli Elçibəyin də tapşırıqları olurdu. Müəyyən məsələlər tapşırılırdı. Yerinə yetirib gəlirdik.
Mənim batolyonum belə demək olarsa təlim batolyonu idi. Uşaqları yığırdım, gedirdilər cəbhəyə əməliyyatlarda yoxlanılırdı, yoxlamanın əsasında mən onları ya orduya, ya polisə, ya gömrük polisinə, ya da daxili qoşunlara göndərirdim.
50-60 nəfər vardı ki, onlar həmişə mənim yanımda olublar. 701 ci batalyonun əsasını bizim Boz Qurd batalyonunun uşaqları qoydular.
93 cü ildə batalyonu buraxdıq. Mən onda xalq cəbhəsinin şöbə müdiri idim. 15-20 nəfəri mühafizədə saxladım. Qalanlarını orduya göndərdik. Onda İbrahim dedi ki, mən də gedirəm erməniylə vuruşmağa. Mən hələ döyüşüb qurtarmamışam. İbrahim onda getdi Əfqan batalyonuna. Murov əməliyyatında İbrahimin ölüm xəbəri gəldi və bizi sarsıtdı.

Müsahibələrinizin birində qeyd etmişdiniz ki, bir çoxlarını qəhrəman hesab etmirsiniz. İbrahim Məmmədovu necə? Qəhrəman hesab edirsiniz?

– Çox adamın qəhrəman sayılmasını şəxsən mən qəbul etmirəm. Buna görə dəfələrlə söz-söhbətim olub. Həmişə demişəm ki, bu millətin kişiləri vuruşmalıdır da. Öz borclarını yerinə yetirdiklərinə görə bəyəm qəhrəman demək olar? Bəs nə etməlidir? Gedib vətənini qorumaq bəyəm qəhrəmanlıqdır? Qəhrəmanlıq mənim fikrimcə tamam ayrı bir şeydir. Əlimdəydi, batalyonumda nə qədər vuruşan varsa, hamısına bu adı verdirə bilərdim. Qəhrəmanlığı mən əfsanə hesab edirdim. İndi də əfsanə hesab edirəm. Qəhrəman mənim fikrimcə, ona tapşırılmış tapşırığı artıqlaması ilə yerinə yetirən və onu iki qatını edərkən həlak olan bir adamdır. Onun hərəkətinin nəticəsi olmalıdır.
İbrahim doğrudanda qəhrəman adına layiq idi. İbrahimin hərəkətinin nəticəsi var idi. Özü həlak olsa da yoldaşlarını qorudu. Bu qəhrəmanlıqdı. Çünki İbrahim orda ölməyə də bilərdi. Komandir idi. İstəsəydi birini orda qoyub geri çəkilərdi. Amma orada situasiyanı nəzərə alıb vuruşdu. Zabit idi və ona zabit şərəfinin nə olduğunu başa salmaq lazım deyildi. O zabit şərəfinin nə əmr etdiyini gözəl bilirdi.
Yoxsa tankın yanında şəkil çəkdir, adını qoysunlar qəhrəman. Bunun nəyi qəhrəmandır?

Azərbaycanda olan Sovet Hərbi bazaların birində partlayış etmisiniz. Səbəb nə idi?

– Biz partlatmamışıq. Partlayış olub düzdür, amma o bizlik olmayıb.
Biz Piriküşküldə atışmaya girmişik.
Böyük hərbi hissənin silahlarını götürməliydik. Əfqanıstandan çıxarılan briqada vardı, onlarla toqquşmamız oldu. İki adamımızı da elə orda itirdik.

Rəhmətlik Elçibəy demişdi ki, o silahlar Rusiyaya getməməliydi.

– Getmədi də. O silahlar bizdə qaldı. O silahların qalmağında Rəhim Qazıyevin şəxsən böyük əməyi olub.Həmçinin Nasosnudakı silahların qalmasında da əməyi oldu. Bizə xəbər gəldi ki,Nasosnudan silahları çıxardırlar.
Onda Nasosnuda hərbi aerodram vardı. 6 maşınla biz özümüzü çatdırdıq aerodrama, silahları çıxmağa qoymadıq. Rəhim Qazıyev silahları saxlatdırdı. Xaçmazda gecəylə bizə xəbər verdilər, üç kamaz, iki ural maşını ağzınacan doludur sursatla, Bakıdan çıxır Rusiyaya gedir. Biz maşınların qabağını Xaçmazda kəsdik, geri qaytardıq. Qaytaranda bir maşını aşırdıq. Mənim maşınım başqa maşınla toqquşmuşdu.20 yanvarda çıxaçıxda SSSR Daxili qoşunlarının 4 kamaz, hərbi sursat və silah çıxan yerdə tutduq və qaytardıq. O vaxt bizim bazamız Kirov qəsəbəsində bağda idi. Rəhmətlik Elçibəyin əmri var idi. Azərbaycandan silah çıxmamalıdır,vəssalam.

Nurəddin bəy, o illər torpaqların itirilməsini gözləyirdinizmi?

– Əlbəttə gözləmirdik. Biz döyüşürdük və qalib də gəlirdik. Şəxsən 93-cü ildə biz qalib gəlirdik. Bizim üçün Laçının,Şuşanın getməyi gözlənilməz oldu. Şuşa gedə bilməzdi. Laçının işğal olmağından söhbət gedə bilməzdi. Axı biz Xankəndinin bir addımlığında idik. Birdən birə hər şey elə qarışdı ki, birdə gördük Laçın da, Şuşa da, Kəlbəcər də getdi. Getməməli olan hər şey getdi. Və nəticədə atəşkəs elan olundu.

Bizə atəşkəs lazım idimi?

– Mənə görə yox. 94-cü ildə Rusiya da bərbad gündə idi, Ermənistan da. Azərbaycan amma Ermənistana baxanda normal idi. Sadəcə 93-94 cü ildə ruhu öldürmüşdülər. Onsuzda mənim dilim həmişə başıma bəla olubdu. Müharibəyə ən birinci vətənpərvərlər gedib, ürəyiyananlar gedib. 15-16 yaşında uşaqlar döyüşməyə can atırdılar. Onlar vuruşmaq istəyirdilər, vuruşa bilmirdilər. Vətənpərvərlər gedirdilər həlak olurdular. Ehtiyyat kadrların hamısı öncəbhədə vuruşurdular. Peşəkarların hamısı döyüşdə idilər. Cəbhə əsgər tələb edirdi. Cəbhədə itkilərin yerini doldurmaq üçün arxa cəbhə ehtiyat ordu yaratmalı idi. Lakin arxada əskər yığmaq olmurdu. Hamı qaçırdı, gizlənirdi. Ona görədə məcburən küçələrdən adam yığmalı olurdular.
Hərbi komissarlıqlar adam tapmırdı cəbhəyə. Çağırışçılar qaçıb ana bacılarının tumanlarının altında gizlənirdi. Cəbhəyə əsgər o vaxt lazım idi. Batalyonlar itki verir əsgər tələb edirdilər. Gələnlər isə küçədən tutulmuş hərbiu hazırlıq keçməyən uşaqlar olurdu. Əllərinə keçən bunlar idi və hazırlıqsız basırdılar səngərə. Hətta onları hazırlamağa 1-2 ay vaxt olmurdu. Çünki komisarlıqlar cəbhənin əsgər tələbatını ödəyə bilmirdi.

1992-ci ildə Xalq Cəbhəsinin yaradılması vacib idimi?

– Mən biləni müharibəsi olan ölkəyə müxalifət lazım deyildi. Amma rəhmətlik Elçibəy demokratik adam idi. Onun mərhəmətindən, saflığından çoxları öz xeyrinə istifadə etdi. Axırıda belə oldu, xaos və məğlubiyyət. Sonra bizə gərək olmayan atəşkəs və 23 il çəkən danışıqlar.
Əsas isə torpaqlarımız işğal altında, oğul, qız gəlinlərimiz əsirlikdə!

Sonda nə deyə bilərsiniz?


Sadəcə bir şeyi deyə bilərəm, mənim batalyonum çoxfunksiyalı bir hərbi hissə idi. Bacardığımızı etdik. Biz səngərdə oturmamışıq, rəhbərliyin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirib döyüş zonasından çıxmışıq. Bu zaman bir çox məsələləri həll edirdik. Həm təzə gələn əsgər və zabitləri döyüş şərəitində yoxlayırdıq, həm də komandanlığın qarşımıza qoyduğu vəzifəni yerinə yetirirdik və sairə.

Söhbətləşdi: Şəfaqət Cavanşir


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər