Özü yer üzündə gəzən, əslində, bu yerin adamı olmayan şairi ilk dəfə virtual aləmdə tanımışam. Sonra iş yerinə, Azərbaycan Arxiv İdarəsinə dəvət etdi, məmnuniyyətlə qəbul elədim. Hələ yaradıcılığıyla dərindən tanış olmadığım şairin hiss edirəm ruhunun dərin qatında gizli məqamlar çoxdu, hansı ki duyan insan üçün çox şey öyrənib götürmək olar.
İlk görüşümüzdən Nazim Əhmədli mənim daxili aləmimi duymuşdu, qəlbimə dəyməyəcək yüngül tənqidləriylə özümü mənə tanıtdırmışdı. Yolboyu, evə gəldikdən sonra da şairin dediklərini beynimdə süzgəcdən keçirir, tez-tez güzgüyə baxa-baxa ancaq özümü dəyişdirmək haqqında düşünürdüm.
Aradan çox zaman keçdi, şairlə AYB-nin binasında rastlaşdıq. Məni görəndə həm təəccüblənmişdi, həm də dəyişdiyim üçün sevinmişdi. Qısa da olsa, söhbətimiz alındı. O an ürəyimdən keçirdim; Nazim Əhmədli kaş yaxın qonşumuz olardı, motivasiya üçün hər gün müsbət enerjisindən mənə ötürə biləydi.
Arada yenə məsafələr uzandı.
Nazim müəllim zəng elədi ki, mayın 17-də 276 nömrəli tam orta məktəbdə mənimlə görüş olacaq, sən də gənc yazıçı kimi dəvətlisən. Sevindiyimdən nə məktəbin nömrəsini öyrəndim, nə də tədbirin mahiyyətini. Dünən vədələşdiyimiz görüşə yarım saat tez getmişdim. Tədbirin mahiyyətini yenə soruşmuram, yarım saatdan bir az artıq qalmış vaxtımızı şairin şeirlərinin mənalarını müzakirə etməyə xərclədik. Hansı şeirləri, hansı mövzuları söhbət elədik, yazmayacam. Növbəti görüşümüzə qədər sizləri intizarda saxlamalı olacam. Bunun üçün Nazim Əhmədliyə geniş yer vermək lazımdır.
Vədə tamam oldu. Biz 276 nömrəli məktəbə getdik. Məktəbin həyətində filologiya elmləri doktoru, ədəbiyyatşünas Qurban Bayramovla rastlaşdıq. İlk baxışdan məktəbin görünüşü, sonra içindəki aura diqqətimi çəkdi. Şagirdlərin nizam-intizamı, mehribançılığı ürəyimi açdı. Məktəbin direktoru Bəhram Şiriyev əvvəlcə on beş dəqiqə bizi öz otağına, çay süfrəsinə dəvət elədi. Şairin şair qardaşı Vüqar Şamiloğlu da burdaydı.
Bir-birimizlə ətraflı tanış olduqdan sonra, şairin üzünü görmədiyim ömür gün yoldaşı Rəhilə xanım həm qudası, həm də məktəbdə müəllimə işləyən, tədbirin təşkilatçısı Patimat Xatatiyeva və tədbirin digər təşkilatçısı, müəllimə Naibə Kəlbaliyevayla birlikdə tədbirin başlamasına az qalmış otağa daxil oldular. İlk dəqiqədən bir-birimizə qanımız qaynamışdı ki, neçə ilin doğmaları kimi görüşdük. Nazim müəllimin əvvəlcə haqqımda Rəhilə xanıma danışdığı məlumuydu. Bəhram müəllimin müşahidəsiylə məktəbin zalına keçdik.

Şagirdlərin alqış səsləri adamı tamam başqa aləmə aparırdı. Tədbiri Bəhram müəllim özü açdı. Nazim Əhmədlinin şairliklə yanaşı, bu məktəb üçün nümunəvi valideyn olduğunu vuğuladı. Cəmiyyət üçün uğurlu övladlar yetişdirdiyini söylədi, hansı ki ölkəmizi xarici ölkələrdə təmsil edirlər. Bəhram müəllim ilk sözü Qurban Bayramova verdi. Qurban müəllim neçə illik ailə dostunun sadəliyindən danışdı, haqlıydı. Mən özüm də bir dəfə olsun Nazim müəllimin özünü tərifləməsini, gördüyü işlərdən uzun-uzun danışdığını eşitməmişəm. Amma şair hiss olunurdu ki, narahatdır. Ünvanına deyilən sözlərəürəyi tam açılmırdı. Qəfildən ayağa qalxdı, yaralı yerimizdən - sabah Laçının işğal günün olduğunu, bugün əslində, Laçın üçün bura toplandığımızı söylədi. Qurban müəllimin təbiriylə desək, sən özünü yaxşı mənada reklam eləməyi həqiqətən bacarmırsan, şair.

Sonra şagird aparıcılar bir-bir şairin əvvəlcədən hazırlaşdıqları vətənə, sevgiyə aid şeirlərini ifa elədilər. Mənim diqqətimi, adlarını sonradan öyrəndiyim , birinin əlində milli dəyərlərimiz olan tar, birinin əlində saz olan Səxavət Məmmədlə, Tural Qafarlı oldu. İrəliləyən dəqiqələrdə ikisinin də ifasını dinlədik. Bəhram müəllim sözü gənc yazıçı olaraq mənə də verdi. Nazim müəllim onunla bağlı səmimi fikirlərimi zaldakılardan yaxşı bilirdi. Mənim üçün şairdən öncə ürəyimin sözünü rahat deyə biləcəyim etibarlı dostdur. Daha sonra şairin qardaşı Vüqar Şamiloğlu öz çıxışında, şairin 70-80-ci illərdə yazdığı şeirləri əzbər bildiyini vurğuladı. Şair üçün bundan böyük xoşbəxtlikmi olar?!... Sən ruhunu vərəqə köçürürsən, qan qardaşın sənin üçün şeirlərini yaddaşında yaşadır. Məktəbin istedadlı şagirdlərindən biri Nəzrin Xanməmmədova hamımızın yaralı yeri olan "Ay Laçın, can Laçın" mahnısını məlahətli səsiylə gitarasında ifa elədi. Nəzrin ifasını bitirənə qədər mən ancaq şairi müşahidə edirdim. Elə bil tədbirdə deyildi.

Nəzrin ifasını bitirsə də, şairin ruhu hələ də o torpaqların havasındaydı. Söz şairə və əvvəlcədən suallarını verməyi səbrsizliklə gözləyən zalda əyləşmiş şagirdlərə verildi. Şairlə balaca oxucuları üz-üzə qalmışdılar. Şairə sevgidən, vətəndən suallar verdilər, şair hər zaman olduğu kimi səmimi cavablandırdı.

Tədbirin sonunda Nazim Əhmədli üzünü gənc nəslə tutub təəssüflə bildirdi. Təəssüflə yazıram, kövrəkliyi səsindən bilinirdi.
" Bir ayda 10-15 dəfə yuxuda Laçını görürəm. Kəndimiz adam şəklində gecələr yuxuma gəlir. Və biz nəslin günahı o oldu ki, Qarabağ məsələsini siz nəsillərə saxladıq"
Yanımda əyləşmiş xanımın gözləri yaşarmışdı. Ümid edirəm, Laçının, digər rayonlarımızın, Göyçəmizin, İrəvanımızın azadlığı gənc nəsillərə qalmayacaq, bizlər azad edib gənc nəsillərə əmanət kimi verəcəyik.
Hazırladı: Şəfaqət Cavanşir
Goyce.az
Qılman İmanın yeni kitabı nəşr olundu
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025