Musa Yaquba camaat az qala ürəyini verməyə hazırdır, durub iki min manat verirlər.

19:38 / 21.05.2019
Baxılıb: 5326

Goyce.az saytı şair Ayaz Arabaçının müsahibəsini oxuculara təqdim edir:

Xoş gördük, Ayaz müəllim. Əvvəlcə Goyce.az saytına müsahibə verdiyiniz üçün kollektivimiz adından sizə təşəkkürümü bildirirəm. Deyəsən, sizi çox gözlətdirdim?!

- Məni dəvət etdiyiniz üçün mən təşəkkür edirəm. Yox, çox gözlətmədin. Səməd Vurğun bağına yaxın köşkdə kitablarım var. Kitablardan birini sənin üçün imzalayırdım. Nöqtəni qoyanda zəng elədin.

Çox sağ olun. Kitabınızın adını "Uzaqlar yaxın olsa" qoymusunuz. Maraqlı ad seçiminiz var. Niyə məhz uzaqların yaxınlığına daha çox ehtiyac duyuruq?

- Ən yaxşı nə varsa, həmişə uzaqlardan gözləyirik. Ən xoş günü də, taleyin ən xoş tərəfini də uzaqlarda axtarırıq. Hardasa əlçatan deyil. Mənə qəlbən yaxın, fiziki uzaq insanların əksəriyyəti kitab təqdimatıma gəlmişdilər. Hətta bu barədə status paylaşmışdım. Əslində, uzaqlıq deyilən bir şey yoxdur.  Çoxdan görmədiyim əlçatmaz adamları kitab təqdimatında görəndə ürəyim açıldı. Şair üçün kitab təqdimatı ən gözəl gündür.

Onda şair üçün uzaqdakı sevgi də yaxındakından iki dəfə yaxındır. Dediklərinizdən bu qənaətə gəldim.

- Uzaqdan sevgi əlçatmazdır. Biz nə qədər desək də, deməsək də ilk sevgilər ki var, qəlbimizdə kök atanlardı. Onları qaytarmaq mümkün deyil.

İlk sevgilər deyəndə ki, neçə dəfə sevmisiz elə?

- Çoxu platonik sevgilər olub. Bir...iki...üç və s. Bilirsiz, necədi? Qubaya getdim, gördüm ki, yaşıl çəmənlik, bağ-bağat adamın könlünü oxşayır, vurulursan təbiətə. Sonra Qəbələyə gedirsən, görürsən ki, ondan da gözəl təbiət var. İnsan belədir. Seçim yoxdur. Gözəlliklər şairi bir başqa cür yaşadır. İlk sevgilər deyəndə onu nəzərdə tuturam. Hamısını mənəvi olaraq bağrına basmaq istəyirsən.

Sevgidən söhbət düşmüşkən, deyirlər, əsl sevgi 40 yaşından sonra başlayır. Ayaz Arabaçının əsl sevgisi neçə yaşında qarşısına çıxıb?

- Məncə, əsl sevgi hər yaşda başlayır. Hər dəfə daim təzələnir. Açığı, hansı sevgimin əsl olduğunu hələ mən ayırd eləyə bilməmişəm. Yaşadığım sevgi hisslərinin hamısını müqəddəs qəbul edirəm. Hamısı mənim üçün gözəldir, əzizdir.

Sevgidən söhbət düşəndə hamısını birdən xatırlayırsınız?

- Hamısı eyni vaxtda yada düşə bilməz. Adicə fəsilləri götürək. Sizə sual versəm ki, ilin hansı fəsli gözəldir, deyəcəksiniz hamısı yaxşıdır. O sevgilərin də biri qış qədər, biri yaz qədər, biri yay, biri payız qədər gözəldir. Hərəsinin xatırlanası öz fəsli var.

Belə bir ifadə var: Çox oxuyanlar yaxşı yaza bilmir, yaxşı yazanlar isə çox oxumur. Siz daha çox oxuyursunuz, ya  çox yazırsınız?

- Deyərdim məndə paraleldir. Amma son vaxtlar oxumağa daha çox zaman ayırmışam. Adam hər dəfə yeni kitab oxuduqca, yazmağa çəkinir. Çünki daha dəyərli nümunələrlə rastlaşırsan. Bəzən qibtə hissi keçirdirsən ki, mən niyə bu cür yaza bilmirəm. Ümumiyyətlə, yaradıcı adam özündən narazı olmalıdır. Nə vaxt ki razılıq hissi baş qaldırır, onda mənəvi ölüm başlayır. Son zamanlar da qayğılar məni kitabdan uzaqlaşdırıb. Keçən il mütaliə eləmək şansım da çox olmuşdu. Maraqlı bir iş düşdü əlimə. Orada həm zəngin kitabxana vardı, həm də mənim boş zamanım. Gördüyüm iş çox az vaxtımı aparırdı. Yeddi saat boş qalırdım, onda da ancaq kitab oxuyurdum. Ən çox dünya ədəbiyyatından oxuyurdum.

Oxuduğunuz dünya ədəbiyyatında hansı şairin yaradıcılığıyla Ayaz Arabaçının yaradıcılığı bir-biriylə kəsişir? Hansının ruhunu ruhunuza yaxın hesab edirsiniz?

- Ruhən heç birində yaxınlıq hiss eləmədim. Açığı, şeir kitablarını çox az oxuyuram. Daha çox nəsrə üstünlük verirəm. Arada nəsr yazmaq fikrimdən keçdi, sonra gördüm çox ağır işdi və məni şeir yazmaqdan saxlayacaq qədər cəlb edirdi. Ona görə də yazdıqlarımı cırıb atdım. Yenə də nəsr formasında ələ gələcək on hekayəm, bir az da xatirələrim var.

Çap elətdirmək fikriniz yoxdur?

- Fikrimdə vardı. Amma şeir kitabı qabağa düşdü

Kitabı özünüz çap elətdirdiniz, ya çapını nəşriyyat öz öhdəsinə götürdü?

- Yox, Rizvan adında iş adamının təşəbbüsüylə kitab ərsəyə gəldi. Ümumiyyətlə, bu barədə kiməsə ağız açmağı özümə ayıb bilirəm. Heç kimə indiyəcən ağız açmamışam. Yazılarımın çapıyla bağlı məndə bir az problem var.

Ayaz Arabaçı ədəbiyyatda öz sözünü demiş şairdi. Məncə, sizə deməmiş yazılarınızı çap eləmək olar.

- Sağ olsunlar, dostlar  var ki, mənə deməmiş yazılarımı çapa verirlər. Aqil Abbasın adını çəkə bilərəm. "Ədalət" qəzetində dəfələrlə geniş şəkildə şeirlərimi veriblər. Bu yaxınlarda "Ulduz" jurnalında çıxdı. "Azərbaycan" jurnalında da çap olunur. Açığı, heç deməyə ehtiyac da görmürəm. Mənim üçün virtual aləm var. Şeirlərimi paylaşıram, oxucular oxuyur.

Sosial şəbəkə çox insanın tanınmasında böyük rol oynadı. Təbii hər birimiz bu imkandan geniş şəkildə yararlanırıq. Əvvələ baxanda istər-istəməz fərqi görürük.

- Şübhəsiz. Heç kimə minnətli olmadan, heç kimdən asılı olmadan fikir sərgiləyirsən. Hər adam səni oxuya bilir, axtara bilir. Mətbuat elədir ki, tiraj azdır. Sosial şəbəkədə isə yazdıqlarını həm oxuyurlar, həm fikir bildirirlər, həm də öz səhifələrində paylaşırlar. Şeir yazana qədər sənin, yazdıqdan sonra oxucunun olur. Əvvəl ən yaxşı şeirləri xatirə dəftərinə, balaca kitabçalara köçürərdik, olardı sənin şeirin.

- Bilmirəm müqayisə etməyim nə dərəcədə düzgündür. Amma sizin sevgi şeirlərinizlə Ramiz Rövşənin sevgi şeirləri tamam fərqli üslubda yazılıb. Pafos yoxdur, həyatın özüdür. Amma sizin şeirlərinizin çoxunda üsyanı hiss edirəm. Elə bil inqilabı şeirlərinizlə edirsiz.

- Düzdür, mən sevgidə yaşanılanları yazıram. Yaşaya bildiklərimi yazıram. Təkcə bayraq dalğalandırmaq xətrinə sevgi şeiri yazmıram. Ramiz Rövşənin də yaxşı sevgi şeirləri var. Elə ülvi hisslər var ki, heç adam özü onu yaza bilmir. Nə sözlə ifadə olunur, nə də rənglərlə. O ki qaldı üsyana, ədəbiyyatda haqsızlığa qarşı həmişə üsyankar olmuşam, olacam da. Bu mənim amalımdır. Çünki bu bizim vətənimizdir, torpağımızdır. Kimliyindən asılı olmayaraq, hər kəs bu torpağa sevgiylə yanaşmalıdır. Yüksək vəzifəlisindən tutmuş, siravi vətəndaşınacan. Bizim vətəndən başqa heç nəyimiz yoxdur. Ona görə də qorumaq lazımdır. Pis niyyətli, iblis xislətli adamlardan qorumaq lazımdır. Ən əsası, haramçılıqdan qorumaq lazımdır. Haqsızlığa qarşı hər zaman bu yolda varam, heç bir şeydən çəkinmirəm. Mirzə Cəlil demişkən, qələmin müqəddəs vəzifəsi nədir? Ancaq həqiqəti yazmaqdır. Dəqiq xatırlamıram kim deyim, bu cümlə xoşuma gəlir. Qaranlığı oturub lənətləməkdənsə, bir şam yandırmaq lazımdır. Bacardığın qədər ətrafı işıqlanırmalısan.

Şairin qılıncı onun qələmidir.

- Sözsüz.

AYB-nin üzvüsünüz?

- 1999-cu ildən.

Son zamanlar tanınmışlara mükafat verildi. Ayaz Arabaçıya niyə verilmir?

- Məmməd Araz demişkən, alın tərindən yaxşı mükafat ola bilməz. Küləklər əsib hərdən o tərini soyudursa, bizim mükafatımız odur. Və mən mükafat şairi deyiləm.

Belə çıxır ki, həmkarlarınız mükafat şairidir?

- Bəlkə də. Kim özünü necə görürsə, elədir. Mən mükafat əxlaqında olan şair deyiləm.

Mükafatların kökündə bəlkə yaradıcılığı qiymətləndirmək məsələsi dayanır? Əminəm ki, sizin yaxşı şair olduğunuzu danmırlar, amma işsiz olduğunuzu da bilirlər.

- Gəlin məsələyə bugünkü çərçivədən baxaq. Burada tamam başqa mətləblər var.

Məsələn?

- Dəstəbazlıq var. Deyək ki, kimsə kiməsə adam tapmalıdır, kimsə kiminsə bığının altından keçməlidir və s. uzun söhbətdir. Qısaca deyəcəm, mənim mükafata ehtiyacım yoxdur.

Şair kişilər var ki, qadının şairəliyini qəbul eləmir. Ədəbiyyatda qadın görməyə gözləri yoxdur. Buna münasibətiniz necədi?

- Mən elə bir şeylə rastlaşmamışam, axı. Kim qəbul eləmir?

Məsələn, deyirlər, qadınlar kişilər qədər güclü yaza bilməz.

- Şəxsən razı deyiləm. Təfəkkür məsələsidir. Necə yəni, kişi ağac kəsə bilər, qadın kəsə bilməz?

Əksinə, sizdən bir saat gec də olsa, kəsə bilərik.

- Əlbəttə, bu intellekt məsələsidir. Sənə güclü yazan şairə xanımların adını çəkərəm ki, kişi şairlər onların əlinə su tökməyə belə yaramaz. Hətta, ədəbiyyatda çox şairə xanımlar var ki, kifayət qədər öz sözlərini deyiblər.

Ad çəkə bilərsiniz?

- Ad çəkməyəcəm. İkisinin adını çəkəcəm, birinin adını unudacam, sonra inciklik olacaq. Bir halda ki, poeziyanın mənbəyi güldür, çiçəkdir, qadındır, deməli, elə poeziyada qadınlar kişilərdən güclüdür. Kişilər bir az boşboğaz ola bilər, amma qadınlar bir az praqmatikdilər. Onlar yazılarında da dürüstdülər, istedad baxımından da kişilərdən üstündülər.

Nə üçün şairin sevgi şeirlərini sevə-sevə oxuyurlar, amma şairin ürəyindəki sevgiyə inamsızlıq var? Şairin sevgisinə etibar yoxdu, deyirlər.

- Onun mənə aidiyyatı yoxdur. Belə deyək, qadınlı-kişili çoxumuzun nakam sevgisi olub və ya sevgiləri olub. Şair sevgi şeiri yazır, sevgisini yaşaya bilməyənlər, nakam sevgisinin dadını-duzunu o şeirdə duyur. Bəlkə də fikirləşir ki, axtardığı ideal adam budur. O şeirə vurulub şairi sevmək olar. Bəzən o ümidlər doğrulmur. Şeirlə şair tamam başqadır. Çoxumuz eşitmişik, filan kəs çox gözəl şairdi, amma bir köpüklük adamlığı yoxdur. Mənə görə isə, şair yazdığı kimi olmalıdır.

Doğrudan necə olur? Yazdıqları yaxşıdır, özü yox.

- Bunu mən özüm də anlamıram. Mən biləni, yaxşı hisslər yaxşı adama verilir. Onsuzda belədir. Yaxşı olan nə varsa, ən yaramaz adamlara verilir. Söhbət təkcə yazmaqdan getmir. Vəzifədə də ən yaramaz adamlar oturub. Az qismini çıxmaqla, ən alçaq adamlar var-dövlət sahibidilər. Ədəbiyyatda da belədir. Baxırsan ki, yazdığı bir köpüklük deyil, mükafatdan, ad almaqdan boldu. Çox uzatmayacam. Ataların bir məsəli var. Meşədə armudun yaxşısını ayı yeyir. Bəlkə də ona görə yaxşı şeylər o cür adamlara qismət olur.

Heç sizə təklif ediblərmi, bir az yumşaq yaz, sənin üçün geniş imkanlar yaradaq, sən də rahat çörəyini qazan?

- Bu suala cavab vermək istəmirəm

Səbəb?

- Cavab vermək istəmirəm. Örtülü qalsa yaxşıdır.

Bəlkə də təklif edən mötəbər bir adam olub, ona görə cavab vermirsiniz.

- Təklif olsa belə, mən nəyəmsə oyam. Dəyişə bilmərəm.

Ailə qayğıları da sizi buna məcbur eləməyib?

- Məni heç kim heç nəyə məcbur edə bilməz. Heç qayğılar da. Həyatda düşdüyü şəraitlə barışmağı bacaran insanam.

Yəni, hər şəraitə uyğunlaşan insan?

- Hər şəraitə yox, ancaq çətinliklərə dözməyi bacaran adamam. Allı-güllü şeylər məni cəlb eləmir. Birinci gələn mənəvi məsələlərdir, adamın vüqarıdır, qürurudur. Qalan şeyləri boş ver.

Cümləm bir az kobud çıxacaq. Ədəbiyyatda yaxşı yazan, sonradan sınan şairlər oldu ki, bir zaman ədalətsizliyə qarşı yazdılar, sonra ədalətsizlik edənlərin yanında dayandılar. Qələmi yolunu dəyişdi, vəzifədə də oldu, qabağa da getdi. Onlarla sonradan münasibətiniz necə oldu?

- Onlara münasibətim pis. Yazıq günündədilər. Ad-sanları da var, deputat da olublar, mənim gözümdə qarışqa qədər də yoxdular.

Tanınmış yazıçılar  var ki, pulnan adam tutur, ideyasını verir, sonra hazır kitabı öz adına çıxartdırır. Oxucular bilmədən elələrini yazıçı kimi qəbul edir. Siz necə, qəbul edirsiniz, ya özünüzü qəbul edirmiş kimi göstərirsiniz?

- Bu bilirsən nəyə bənzəyir? Biri var öz maşınını sürürsən, biri var dövlətin avtobusunu. Sən avtobusa mənimdir deyə bilərsən?

Nəticədə ikisi də sürücüdür, axı!...

- Mən bunu qəbul edə bilmirəm. Ədəbiyyatda o mənə yad gəlir. İki yazı yazaram, bilərəm ki, özümündür. İnqibator deyiləm ki. Biri var ki, şir bir dəfə balalayır, amma aslan balalayır. Biri də var ki, tülkü bir-neçə bala verir. Bu lap surroqat ananın məsələsinə döndü. Məncə, elə əsərlərin heç çəkisi yoxdur.

İndiyəcən ən böyük peşmançılığınız nə olub?

- Vallah, çətin sualdır.

Yaxşı, belə deyək. Son nəfəsinizdə xatırlamaq istəmədiyiniz peşmançılığınız maraqlıdır mənə.

- Yoox, Allaha şükür, elə bir şey yoxdur. Yəni, o qədər naqis iş tutmamışam ki, peşman olum. Düzdür, mən də süddən çıxmış ağ qaşıq deyiləm, amma o qədər böyük günah işlər tutmamışam ki, onun peşmançılığını yaşayım.

Maraqlıdır, yüngül günahlarınız hansı mövzulardadır ki, xatırlamırsınız?

- Yüngül günah deyəndə ki, dostların xətrinə dəymək olar , bir xanımın qəlbini incitmək olar. Olub ki, hansısa hissləri cavabsız qoymuşam. Bu da yəqin ki, günaha yazılmaz.

Tez-tez "kaş bunu zamanında edərdim" deyirsiz?

- Yox, mən alın yazısına inanan adamam. Hansısa bir idarəetməyə inanıram. Hesab edirəm ki, hər şey bir düz xətt üzrə gedir. Məndən asılı çox az şeylər varsa da, o da məndən asılı olmayan bir şeydir.

Yaradıcı insanı tanımadığı oxucular oxuyur, izləyir. Amma yanındakıları yaradıcılığına qarşı diqqətsiz qalır. Sualım şəxsi olacaq. Həyat yoldaşınız yaradıcılığınızı izləyirmi?

- Nə bilim, yəqin ki, izləyir.

Sevgi şeirləriniz ailədə söz-söhbətə səbəb olub?

- Desəm ki, olmayıb, ağ yalan olar. Qadındır, hissləri də var, qısqanclığı da. Əksər hallarda biruzə verməyib. Düşünürəm ki, mənə olan sevgisidir, hörmətidir.

Çox qəlb qırmısınız, yoxsa qəlbiniz çox qırılıb?

- Elə bil ki, çox qəlb qıran özüm olmuşam. Oxucular bu səmimiyyətimi necə qarşılayacaq, bilmirəm. Özündən müştəbehlik kimi çıxmasın, olan budur. Sevgidə hisslər qarşılıqsız olub, istər-istəməz qəlb qırılıb.

Şairə xanımlarla eşq yaşamısız?

- Bir- neçə dəfə olub. Adını qoya bilmədiyim hisslər olub.

Adını qoya bilmədiyimiz hisslər niyə dərin olur?

- Labirintdir. Elə bir kubik-rubikdir, ağları bir yerə, sarıları bir yerə düzürsən, ya da digər rəngləri. Hisslər məndə o cürdür. Bir dəfə olsun nə sarıları bir yerə düzə bilmişəm, nə ağları, nə də göyləri...

Gənc nasirlərdən, şairələrdən kimləri oxuyursunuz?

- Gənclərin çoxunu oxumuşam. Gözümün qabağında biri sən. Bir-neçə hekayəni redaktə də eləmişəm. Məsələn, Mənsur Həsənzadənin maraqlı şeirləri var. Sahib Altay var. Xəlil Adıgözəl, İntiqam Yaşar, İlkin Kərimli, Elməddin Nicat, Elşən Əzim, Aysel Xanlar qızı və hal-hazırda adını unutduğum istedadlı çox gənclərimiz var.

Tənqidçilər yaradıcılığınıza niyə münasibət bildirmir?

- Ya çox yaxşıdılar, şeirlərimi bəyənmirlər, ya da çox zəifdilər, münasibət bildirə bilmirlər.

Əslində, hər iki halda tənqid olmalıdır. Tənqid ədəbiyyatın həm də inkişafı deməkdir.

- Düzü, tənqidə ciddi yanaşmıram.

Azərbaycanda, ya dünya ədəbiyyatında?

- Ümumiyyətlə, tənqidçilərə ciddi peşə sahibləri kimi baxmıram. Azərbaycanda tənqidçilərə bilirsən necə baxıram? Maddi marağı nəyəsə söykənmiş adamlardı. Əlli manat ver, səndən yazım. Ən yaxşısı, əlli manat verim, məndən heç nə yazma. Bir lətifə var. Babasının kim olduğunu üzə çıxartmaq üçün bir milyon pul xərcləyir. Sonra üç milyon xərcləyir ki, arxivi bağla. Əsl tənqidçi elə oxucudur.

Yaxşı, oxucular içində şeirlərinizi tənqid edən olubmu?

- Ədəbi cəhətdən yox. Ancaq xəbərdarlıq ediblər. Sərt yazma, başını sal aşağı, bir tikə çörəyini qazan. Cəhənnəmə rüşvət alsınlar. Köhnə bazara təzə mıx qoyacaqsan? Cəhənnəmə ölkəni satsınlar, cəhənnəmə baltalasınlar və s.

Sizin yaxşılığınız üçün deyirlər.

- Neyniyim? Məndə yaxşılıq anlamayan adamam(gülür). Mənim üçün milyonların sevgisi hər şeyə dəyər. Ölümdən də əzizdir. Məmməd Arazın bir şeiri var.

Ürəksiz kəlmə yazan deyiləm,
Nə qədər ki öz əlimdir yazanım.

Musa Yaqub da bu şeirə nəzirə yazıb;

Pərqulaqda xəstə olub yatınca, 
Sağlam olum, daş üstündə uzanım.

Musa Yaquba mükafat verdilər. Təsəvvür edin, Ayaz Arabaçıya da ömrünün ahıl çağında, mükafata ehtiyacı olmayan bir vaxtda mükafat verirlər.

- Mənə mükafat nə indi lazımdır, nə də ahıl çağımda lazım olacaq. Yüngül şeylərlə xoşbəxt olan adamam. Musa Yaquba camaat az qala ürəyini verməyə hazırdır, durub iki min manat verirlər. Bütün ölkə Musa Yaqubun mükafatı deməkdir. Bir gün uşaq gedirmiş, şah uşağı görür, xoşu gəlir ondan. Uşağı çağırır ki, al bu qızılı, sənə bağışlayıram. Uşaq qızılı götürmür ki, atam bilər, məni döyər. Şah deyir, atana denən bunu sənə şah Abbas verib. Uşaq deyir, yox, atam deyər ki, şah Abbas adama bir kisə qızıl verər, bir qızıl verməz. 
Musa Yaqub kimi şairə iki yüz min, iki milyon pul vermək lazımdır. Dilənçi pulu kimi iki min verirlər.

Deyirlər, düz adam düzdə qalır. Çoxmu arzularınız  düzdə qalıb?

- Mənim o qədər arzularım var ki, demək olar heç iyirmi faizini həyata keçirə bilməmişəm. Çox şərəfsiz bir dövrə düşdük. İnqilablar, müharibələr arzularımı həyata keçməyə imkan vermədi. Ölkə üçün görüləcək gözəl-gözəl arzularım vardı ürəyimdə. Hamısı avaraçılığa, çayxanalara, mənasız ömrə məhv olub getdi.

Kişi kimi xoşbəxtsinizmi?

- Bu sual çox mənalara aparıb çıxardır.

Siz hansı mənada qəbul edirsinizsə, o cür cavab verin

- Fiziki baxımdan deyirsənsə, xoşbəxtəm.

Bəs, mənəvi olaraq?

- Mənəvi olaraq kişi kimi sınıxıq. Torpaqlarımız işğal, mənəviyyatımız tapdaq altındadır. Hər yetənin ağzında lağ obyekti olmuşuq. Koroğlu, Babək kimi düşünəndə o cür xoşbəxtlik yoxdu. Sındırıblar.

Son sualımı yenə ədəbiyyatdan verim. Deyir, yaradıcı insanlar mazoxistdilər. Ən gözəl əsərlərini əzab çəkməmiş yaza bilmirlər. Sizin şeirlərinizin ilham qaynağı hardandır?

- Sevgidir. Sevgi insana daha çox ilham verir, ruh verir. Söhbət yataq sevgisindən getmir. Sevginin çox gözəl anlamı, görünməyən tərəfi var. Sevgi çox gözəl hissdir.

O zaman mən sizə ömür boyu sevib-sevilməyi arzulayıram.

- Çox sağ ol. Mən də sənə arzulayıram.

Goyce.az saytına ürək sözlərinizi eşitmək istərdim.

- Sadəcə eşq olsun. Ən azından əlimiz çatmayan, ünümüz yetməyən torpaqların adını saytınızda yaşadırsınız. Saytınız Ələsgərin, Alının, Növrəs İmamın ruhunu yaşadır. Göyçə bizim folklorumuzdur. Yaradıcı imkanlarımızın genişliyidir, nəfəsidir.

Söhbətləşdi: Şəfaqət Cavanşir

 


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər