Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

12:54 / 10.06.2019

1933-cü ilin yanvarında Bakıda Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirilir. Bu simvolik cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayıla bilər - Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi.

Əgər Bakıda bu cür hadisə baş vermişdisə, Azərbaycanın ucqar kəndlərində çadranı atmaq hərəkatının hansı ciddi maneələr, hədələr, hətta cəza və ölümlə qarşılandığından danışmağa artıq etiyac qalmır. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilir. Minlərlə qadın dəfn mərasiminə qatılır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirir və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içirdilər.

Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın (onu “Neft komandiri” də adlandırırdılar) qızı Rəbiyyə Sultanzadə xatırlayır: “Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də”.

Yenə də Rəbiyyə xanımın xatirələrində anası Füruzə xanımın çadranı hansı şəraitdə tulladığının nəqlinə rast gəlirik: Bu hadisə 1922-ci ilin 15 mayında baş verir. Həmin gün Bakıda partiya üzvü olmayan qadınların I qurultayı işinə başlayır və 17 yaşlı Füruzə də onun iştirakçılarından biri olur.

Rəbiyyə xanım danışır: “İri qara gözləri olan yaraşıqlı qızı görən Azərbaycan Kommunist partiyasının o vaxtkı birinci katibi Sergey Kirov onu səhnəyə çağırır və başından çadrasını açmağı təklif edir. Görünür, presedent yaratmaq niyyəti ilə Kirov çadranı tikə-tikə edir və zala doğru atır. Özünü itirdiyindən qıpqırmızı olan anam utancaq halda səhnənin ortasında dayanır və təcrübəli Ayna Sultanova ona yaxınlaşıb deyir: “Bu cür yaraşıqlı sifəti çadranın altında gizlətmək olmaz”. Zaldakı eyforiya ötüb keçir, qadınlar dağılışırlar, anam isə yerə oturub ağlayır: “Mən çadrasız Balaxanıya necə gedəcəm?” Belə olanda, rəyasət kürsüsünün üzərindəki qırmızı qumaşı çıxarıb Füruzəyə verirlər. Doğrudan da, o vaxtlar Balaxanı küçələri ilə çadrasız yerimək mümkün deyildi...”

***

Respublikada azərbaycanlı qadınların özlərinin təşəbbüsü ilə çadranı atmaq uğrunda 1920-ci illərin əvvəllərində başlayan və getdikcə genişlənən hərəkatını əhalinin qabaqcıl hissəsi müdafiə edir. 1928-ci ilin oktyabrında toxucuların konfransında çıxış edən nümayəndə - Gülcə Nadir qızı deyir: “Mən çoxdan çadranı atmaq istəyirdim, ancaq qorxurdum. Mən bunu bütün həyatım boyu arzulamışam, ancaq indi qərara almışam, and içirəm, bir daha onu geyməyəcəyəm”.

Bu şəraitdə Cəfər Cabbarlının "Sevil" əsəri də az iş görmür, onun tamaşası teatrların repertuarından düşmür, əsər əsasında 1931-ci ildə bədii film də çəkilir. 1928-ci ilin oktyabrında Bakıda çadra məsələsinə həsr edilən yığıncaqda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsindən (MİK) xahiş edilir ki, qadınların çadra örtməsini qadağan edən dekret versin. Düzdür, bu cür dekret verilmir və çadraya qarşı direktiv, administrativ üsullarla mübarizənin əks-effektlə nəticələnə biləcəyi ehtimalının yüksəkliyini nəzərə alsaq, dekretin reallaşmamasını o dövr hakimiyyətinin düzgün addımı saymaq olar.

Ümumilikdə respublikada çadra əleyhinə aparılan mübarizə nəticəsində artıq 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə 20387 nəfər qadın çadradan imtina edir. Sonrakı illərdə bu rəqəm durmadan böyüyür.

“Bakinskiy raboçiy” qəzetinin 2 noyabr 1928-ci il tarixli nömrəsində Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin qadınlara müraciəti dərc olunur. Müraciətdə deyilirdi:

“Azərbaycan qadını tamamilə azadlığın astanasındadır. Ölkənin hər bucağından gələn və çadra gəzdirməyi qadağan edən dekretin verilməsi xahiş olunan nəhəng dalğa əsrlərin qaranlığının, şəriət fanatizminin və məişət ukladında qalan vəhşilik qalıqlarının köləyə çevirdiyi azəri qadınının qara çuvala qarşı mübarizədə yüksək fəallığından xəbər verir.

AKP Mərkəzi Komitəsi bütün yerli təşkilatlarına çağırış edərək partiya və komsomol üzvlərinin hamısının həyat yoldaşlarının, qızlarının və bacılarının çadralarını atmasını tələb edir... Bu hərəkatdan geridə qalan kommunistlər və komsomolçular İnqilabın fərarilərinə tay tutulacaq və kommunizm uğrunda mübariz adlandırılmağa layiq sayılmayacaqlar”.

***

Səriyyə Xəlilovanın xatirəsi isə cəmisi 1 il sonra “İsmət” (digər adı - “Adətin məhvi”) bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilir.

Filmin rejissoru 31 yaşlı Mikayıl Mikayılov (1903-1986) Azərbaycanın ilk rejissorlarından biridir. O, hələ 1930-cu ildə “Lətif” bədii filmini çəkib.

“İsmət” filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır.

Rejissor Mikayıl Mikayılov xatirələrində yazırdı: “ 1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadınlar klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi...”

Filmin böyük təbliğati rolunu unutmamaq gərəkdir: Təyyarəçi İsmətin nümunəsində minlərlə qadın öz keçmişindən ayrılıb cəmiyyətin fəal üzvünə çevrilir. “U-2” markalı təyyarəsində Azərbaycanın ən ucqar rayonlarına gələn Leyla Məmmədbəyova da çox vaxt özü ilə “İsmət” filmini aparır, kənd camaatı arasında aviasiyanı, təyyarəçi peşəsini təbliğ edirdi.

Filmdə əsas rollardan İsmət rolunu Yuka Mixelson, Səməd rolunu isə Xeyri Əzimzadə (1893-1958) oynayırdı.

***

İsmətin prototipi olan Leyla Məmmədbəyova (1909-1989) nəinki Azərbaycanda və Qafqazda, həm də Yaxın Şərqdə ilk qadın təyyarəçidir.

O, Bakıda dünyaya göz açır, sənət təhsilini də yerli aeroklubda alır. 1931-ci ildə ilk uçuşunu yerinə yetirir. Sonra təhsilini Moskvada davam etdirir və 1933-cü ilin 17 martında Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə tullanaraq Nina Kamnevadan (1916-1973) sonra SSRİ-nin ikinci qadın paraşütçüsü olur. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirir. Böyük Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmaq istəyir, ancaq yetkinlik yaşına çatmamış 4 uşaq anası olduğundan, mayor Məmmədbəyovanın bu xahişinin yerinə yetirilməsindən imtina edilir.

O, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Təyyarəçi karyerasını 1949-ci ildə son uçuş ilə başa çatdırır. Böyük oğlu Firudin İkinci Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağ cəbhəsində vuruşur...

Məmməd Süleymanov

karabakhmedia.az


Etiket:
Xəbərlər

“Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir

20.07.2019

"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" adlı sənədli filmi ictimaiyyətə təqdim olundu.

19.07.2019

Oğlunun ölümündə özünü günahkar bilən ateist Xalq şairi- Maraqlı Faktlar

18.07.2019

Azərbaycanlı tarixçidən maraqlı iddia - Keşikçidağda eramızdan əvvəldən oğuz türkləri yaşayıb

18.07.2019

Ağbulaq

17.07.2019

Qərbi Azərbaycan həqiqətlərini ermənilər etiraf etdi. 

16.07.2019

Tarixi şəxslər barədə qalmaqallı faktlar

15.07.2019

İlham Qəhrəman - "Könül işi"

13.07.2019

Seyid Əzim ateist idimi? - ARAŞDIRMA

11.07.2019

Mif ibtidai təfəkkürün gerçəkliyi anlamaq cəhdidir – İkinci Mahmudun müsahibəsi

09.07.2019

Mən də kəfənimi geyib gedirəm

08.07.2019

Bəxtli bu dünyadan bəxtsiz getdi... - Azər TURAN yazır

08.07.2019

İkinci Mahmud - Tanımal Mustafa (hekayə)

07.07.2019

Şərq və İslam mədəniyyətinin rus ədəbiyyatına təsiri... - Mətanət Vahid yazır

05.07.2019

Türkün oxunmamış bəlgələri : Nüvədi-Qarqadaşı kitabəsi

04.07.2019

Türkmənçay müqaviləsində “Ermənistan” sözü yoxdur

03.07.2019

Aqşin Xəyal - “Yad əl, doğma sığal” (hekayə)

02.07.2019

Qurd Cəbrayılın oğlu: Anam dəsmalı niyə atdığını soruşanda dedi, dəsmal ayrılıqdır, bilmirsən? Bizdə ayrılırıq.

01.07.2019

Daşkənd kəndindən 2-ci dünya müharibəsində itkin düşən və həlak olanlar

01.07.2019

Stalinin nazirlərinə kələk gələn dələduz – “Qəhrəman” donuna bürünən Vaysman

29.06.2019

Bəşəri problemlər və həll yolları Albert Eynşteyn

28.06.2019

Kəsəmən kəndindən ikinci dünya müharibəsində itkin düşən və həlak olanlar

27.06.2019

İnsanlığın taleyini dəyişən tarixi məkanlar - İLK DƏFƏ burada... - FOTOLAR

27.06.2019

NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış

26.06.2019

26 İyun Milli Ordunun yaranma günüdür

26.06.2019

İsrafil Məmmədov vəfat edib

25.06.2019

Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup şəxsin BƏYANATI

25.06.2019

Şirməmməd Hüseynovdan sitatlar: “Bilirsiniz, kimə səcdə etmək lazımdır?

25.06.2019

Eldar Baxışın heç yerdə yayımlanmayan şeirləri

24.06.2019

İsa Peyğəmbəri kim satıb? — Kariotlu İuda satqın idi, yoxsa..?

23.06.2019

Aristotelin dostluq fəlsəfəsi niyə bu gün də aktualdır?

23.06.2019

Sirri açılmayan Xüdafərin Körpüsü

22.06.2019

Dost-dost deyə-deyə... - Etimad Başkeçid

21.06.2019

Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şerinin yazılma tarixçəsi

20.06.2019

Vahid Əziz: Qadınlar məşhur roman müəllifi, rəssam, bəstəkar ola bilərlər, amma şair ola bilməzlər.

19.06.2019

Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmiş

19.06.2019

Şadlinskilər

18.06.2019

"Turan eli"ndə Ramiz Rövşənlə...

17.06.2019

Nəsimini sevən qadın necə öldü? – Faciəli tale

17.06.2019

Görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, böyük alim

16.06.2019

Dünya siyasətçilərinin Heydər Əliyev haqqında səmimi fikirləri...

15.06.2019

Dövlətimizin və müstəqilliyimizin xilaskarı

15.06.2019

Meyitlərin altından sağ çıxan dünyaca məşhur azərbaycanlıdan İNANILMAZ SÖZLƏR: 27 il öncə Şuşada...

14.06.2019

“Atamı yalnız qışda görürdük”– Mirzə Cəlilin Polşadakı ailəsi ilə EKSKLÜZİV MÜSAHİBƏ (FOTOLAR)

13.06.2019

Abdal - Təsəvvüfün (Sufizmin) əsası kimi

12.06.2019

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” – MÜSAHİBƏ

12.06.2019

Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN – MARAQLI FAKTLAR

11.06.2019

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

11.06.2019

Qədim Türklərdə SIRĞA

10.06.2019

Azərbaycanda çadra əleyhinə hərəkat - Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli

10.06.2019
Bütün xəbərlər