Nəsimini sevən qadın necə öldü? – Faciəli tale

17:36 / 17.06.2019
Baxılıb: 5880

Azərbaycan kinematoqrafiyasının sevilən ekran əsərlərindən olan “Nəsimi” filminin ən yaddaqalan qəhrəmanlarından biri də Şəms rolunu canlandıran Almaz Əsgərovadır.

Goyce.az Kult.az-a istinadən xatırladır ki, Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub.

Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurub. Azər Süleymanov Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdanda Almaza aktrisa olmağı məsləhət görüb. Bundan sonra Almaz xanım kinostudiyada Adil İsgəndərovun kursuna daxil olub.

Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradıb: “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür”də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Ürək… Ürək…”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilib.

Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin sənətkarın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”in Firdovsinin “Şahnamə”si əsasında çəkdiyi “Rüstəm və Söhrab” filmində baş rolu oynayır.

Nəhayət, Almaz kinoda ən yaddaqalan və son obrazına – “Nəsimi” filmindəki Şəmsə həyat verir. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini çox böyük məhəbbətlə sevirdilər. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asardı. Hər yerdə həmişə birlikdə olublar, bütün çəkilişlərə bir yerdə gediblər.

Lakin yalnız bir dəfə – 1983-cü ildə Azər Almazsız Moskvaya gedir və oradan onun ölüm xəbəri gəlir. Bu itki Almaz xanımı sarsıdır. O, dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Hətta film çəkilişinə və tamaşalara dəvət alsa da, qəti şəkildə rədd edir. Məhz özünə qapanması onun vəziyyətini ağırlaşdırır və bir gün Almaz xanım ağır xəstəliyə tutulduğunu öyrənir.

Beləcə, Azərbaycan tamaşaçısının yaddaşına Şəms kimi həkk olunan Almaz Əsgərova 1988-ci ilin avqustunda uzun sürən xəstəlikdən vəfat edir.


Etiket:
Xəbərlər

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025
Bütün xəbərlər