Vahid Əziz: Qadınlar məşhur roman müəllifi, rəssam, bəstəkar ola bilərlər, amma şair ola bilməzlər.

17:32 / 19.06.2019
Baxılıb: 4072

Vahid Əziz: "Ən əxlaqsız qadın belə, bir nəfər üçün müqəddəsdir"

Ötən ay Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq şairi adına layiq görülmüş Vahid Əziz AYNA-nın qonağı olub. Nəğməkar şair həm yaradıcılığı, həm də ədəbiyyat cəbhəsində baş verənlərlə bağlı danışıb.  

İnanmırdım ki, mənə Xalq şairi adını verələr

 

- Vahid Əziz Xalq şairi adını çoxdan gözləyirdi?

- Düzdür, adam öz zəhmətinin müqabilində nəsə gözləyir. Mənim də istər ədəbiyyat sahəsində, istərsə də vətənpərvər kimi müəyyən gözləntilərim var idi. Ancaq inanmırdım ki, mənə Xalq şairi adını verələr. Prezidentimiz sağ olsun ki, məni bu ada layiq gördü.

- Bu adı almağınıza dodaq büzənlər oldumu?

- Mənə elə gəlir ki, nə mənə, nə Musa Yaquba, nə Ramiz Rövşənə Xalq şairi adına görə dodaq büzən olmadı. Onu da qeyd edim ki, mən Qərbi Azərbaycandan olan ilk şeir yazanam ki, Xalq şairi adına layiq görüldüm. Həmçinin Yazıçılar İttifaqının 2500 üzvü arasında yeganə Qarabağ müharibəsi veteranıyam. 1988-ci il hadisələri başlayandan Xankəndində erməni gülləsi qarşısında dayanmışam. Buna görə də Qarabağ müharibəsi veteranı adı verilib.

- Bundan sonra həyatınızda nə dəyişəcək?

- Bir dəfə də qeyd etdim bunu, sizə də deyirəm, yəqin ki, bundan sonra məni görəndə şlyapasını çıxaran çox olacaq. Təəssüflər olsun ki, bu gün bizim cəmiyyətdə adı, titulu olmayandan uzaq qaçırlar. Düşünürlər ki, bunun nəyisə var ki, qayğıdan, diqqətdən uzaqdır. Ancaq bununla gördülər ki, rus demiş: “Ya ni volq”. Ölkə rəhbərliyi sağ olsun ki, bu məsələdə haqqımın tapdanmasına imkan vermədi.

Dilənçilik həddinə salındım, amma sınmadım

- Çoxmu haqqınız tapdanıb?

- O qədər. Bu həyatın türmədən başqa hər üzünü gördüm, əzablar yaşadım, ölümü, sındırılmaq cəhdlərini, imkansızlığı, yoxluğu, dilənçilik həddinə salınmağı, gördüm, amma mənliyimi sındırmadım, mərdliyimi qorudum. 52 yaşıma qədər  bir çox vəzifələrdə işləmişdim. 22 ildir isə heç yerdə işləmirəm. Halbuki bu boyda təcrübəylə məndən istifadə edə bilərdilər. Azərbaycanda ilk dəfə marketinqin əsasları kitabını mən çap etdirmişəm, hazırda dərslik kimi istifadə olunur. Azərbaycanca-rusca lüğətin 3-cü cildini, həmçinin Azərbaycanca-rusca-ingiliscə terminlər lüğətini mən çap eləmişəm. O vaxt rəhmətlik Arif Mansurov Qarbaçovun əleyhinə “Tarixin ağ ləkələri” kitabını yazdı, onu mən nəşr eləmişəm. Ermənilərlə bağlı 12 kitabı çap etdirib yaymışam. Təkcə şeir yazmamışam, fəal həyatda olmuşam. Bunların hamısına kölgə salınması mənə ağır gəlirdi.

- Səhv etmirəmsə, bir dəfə depuatat da olmaq istəmisiz, alınmayıb.

- İki dəfə deputatlığa namizəd oldum, imkan vermədilər. 8-ci kilometrdə yaşayan əhalinin 70 faizi Qərbi Azərbaycandandır. Vahid Əziz oradan deputatlığa namizd oldu, cəmi 0.2 faiz səs yığdı. Şikayət etdim, üzə çıxdı ki, əslində, 88 faiz səs yığmışam. Amma yenə də səsimi çıxarmadım, xaricdən gələn nümayəndələrin qarşısına çıxmadım ki, ayıbdır. Dedim, zaman gələr, hər şey yerini tapar.

Mənə fəxri ad verilməsinə qarşı çıxanlar da olub

- Kiminsə haqqını tapdayanın haqqı tapdanır deyirlər. Bəlkə siz də zamanında kiməsə qarşı haqsızlıq etmisiz...

- Ömrüm boyu kiminsə haqqını yeməmişəm. Bacardığım qədər hər kəsə yaxşılıq etməyə çalışmışam. Əslində o yaxşılığı özümə etmiş oluram, çünki etdiyimizin nəticəsi övladlarımıza, nəvələrimizə qayıdır. Yaxşılıq etməkdən zövq almışam. Ancaq adam var ki, əqrəb xislətlidir, sancanda, namərdlik edəndə zövq alır. Bunun da axırı çox pis olur.

- Sevincinizə şərik çıxanlar çox oldu?

- Əlbəttə ki, çox oldu, 2 gün telefon zənglərinin ardı-arası kəsilmədi. Çörək yeməyə belə, vaxt tapmırdım. Sosial şəbəkələrdə də təbriklərin sayı-hesabı olmadı. Açıq deyim ki, bəlkə mənə fəxri ad verilməsinə qarşı çıxanlar da olub. Çünki xasiyyətimdə köntöylük, tərslik, qabağından yeməmək var. Amma bütün bunlara baxmayaraq, Prezidentimiz məni bu ada layiq gördü və bu, nəvələrimin, övladlarımın, həyat yoldaşımın, bu gün Azərbaycanda sayı 4 milyonu keçən qərbi azərbaycanlıların sevincinə səbəb oldu. Mənimçün də bundan böyük hədiyyə yoxdur.

Bəli, Vahid Əziz gözəlbazdır

- İstəyirəm, söhbətimizi bir qədər poetik müstəvidə davam etdirək. Məşhur bir fikrinizi xatırladım: “şair şorgöz olmur, gözəlbaz olur”. Xalq şairi olandan sonra bu gözəlbazlığın aqibəti necə olacaq?

- Xalq şairi olmağın buna dəxli yoxdur ki, cin ayrı, şeytan ayrı. Gözəlbazlıq gözəlliyi sevməkdir, yazmaqdır, yaratmaqdır. Qadın da gözəllikdir, çəməndə çiçək kimidir, çiçəyin çirkini olmur. Ancaq daxili çirkin, xəbis olanlar çirkindir. Daxili çirkin olmayan qadının parlaq gözəlliyi olmasa da, mütləq şarmı, cazibəsi, müsbət aurası var. Mən də gözəlliyi sevmişəm, sevirəm, sevəcəyəm də, son nəfəsimə qədər gözəllik vurğunuyam. Bəli, Vahid Əziz gözəlbazdır, gözəlliyi sevməsən yazmaq mümkün deyil.

Ən əxlaqsız qadın belə, bir nəfər üçün müqəddəsdir

- Maraqlıdır, şairlərin vəsf etmək istədiyi qadın obrazı, əslində, necə olmalıdır? Şair üçün əxlaqlı, əxlaqsız qadın fərqi varmı?

- Ən əxlaqsız qadın belə, bir nəfər üçün müqəddəsdir. O bir nəfər isə onun övladıdır. O övlad böyüyüb başa düşənə qədər anası onunçün alidir. Şair isə qadınları, ümumiyyətlə pis görməməlidir. Şeirlər yazırıq ki, qadın atdı, getdi, xəyanət eti, unutdu. Görün, qadınları nə qədər ittiham edirik. Ancaq qadınlar heç vaxt kişiləri ittiham etmirlər, çox nadir hallarda kişi ittiham olunur. Ədəbiyyat isə təmizliyə meylli olduğuna görə şeirdə qadın tərtəmiz tərənnüm olunmalıdır. Qadını əxlaqsız etmək onu uçurumun kənarına gətirib ordan itələmək kimidir, böyüklük isə onu uçurumun qırağından çəkməkdir. Qadın olmasa, biz məhv olarıq.

- Bu gün qadın daha asan qınaq obyektinə çevrilir. Sizin dediyiniz kimi, daha çox ittiham olunur. Səbəb nədir?

- Bugünkü həyatda baş verənlər hər zaman olub, sadəcə o zaman bu qədər informasiya bolluğu yox idi. Bilirsiz, kapitalizm cəmiyyəti insan əxlaqını məhv edən çox yırtıcı rejimdir. İmkanlılar imkansızları əzir, bir nəfərin milyonçu olması üçün, azı min nəfər müflis olmalıdır. İnsanlarda acgözlük yaranır, sonradan görənlərin əlinə imkan düşür, heç kimi saymırlar. Qadınlarımızı da məcburiyyət, ehtiyac qul edir, diləndirir, qapı-qapı salır. Qadınların özlərini satmasını əxlaqsızlıq kimi qəbul ediriksə, bunda onların özlərinin ən çox 30 faiz günahları var. Onların çox az bir hissəsi kefdən əxlaqsızlıq edir. Qadın həqiqətən də zəif, zərif məxluqdur, kişi qadını xanım da edə bilər, səhv yola da çəkə bilər. Qadının ləyaqətinin qorunması qadının özündən 10 faiz asılıdırsa, 90 faizi kişidən asılıdır. Qadın görəndə ki, onun ləyaqətinə biganə qalırlar, o, öz ləyaqətini qorumaqdan imtina edir. Qadına əşya kimi baxmaq olmaz, qadını qorumaq lazımdır. Amma kişini də kişi edən qadındır. Qadın kişini ucalda da bilər, hörmətdən də salar.

- Sevgi nədir bəs?

- Sevgi deyəndə hamı elə bilir ki, bu, qadınla kişi arasında olan bağdır. Amma elə deyil, sevgi Tanrının insana bəxş etdiyi ikinci mənəvi ruhdur. Bir şeirimdə deyirəm ki, nişan oldu, toy çalındı, duvaq başdan götürüldü, bir gecənin içində əlçatmaz olan adiləşdi. Əslində, sevgi adiləşmir, ancaq sonradan bölünür, uşaqlara, nəvələrə keçir, inkişaf edir, yaşayır. Mənə elə gəlir ki, münasibətlərdə sevgidən öncə, ilk növbədə dostluq olmalıdır. Dostluqdan hər yerə yol var, kişi qadınıyla həqiqi dost olanda onlara heç nə utanc gətirmir. Çirkablıqdan başlayan münasibətdən isə heç yerə yol yoxdur.

Yazıçılar İttifaqının üzvləri arasında 10 nəfər əməlli-başlı şair tapmazsan

 

- Etiraf edək ki, qadın şairlər ədəbiyyat camiəsində bu gün daha çox önə gedə bilmirlər. Sizcə, kişilər onları öndə görmək istəmir, yoxsa ədəbiyyata gələrkən hansısa bir kişinin kölgəsinə sığınırlar deyə qabağa gedə bilmirlər, kölgədə qalırlar?

- Azərbaycanda Mədinə Gülgün, Nigar Rəfibəyli, Mirvarid Dilbazi kimi öndə gedən şairlər olub.

- İndidən söhbət gedir.

- Axı indi onlar yoxdur. Bu gün poeziyamızda 60-cı illərin parıltısı hiss olunmur. Yazıçılar İttifaqının üzvləri arasında 10 nəfər əməlli-başlı şair tapmazsan. Qadınların yazdıqlarının çoxu şeir deyil. Bəzən elə şeir qarşıma çıxır ki, mən kişi ola-ola utanaram onu yazmağa. Qabağa gedə bilməmələri də zəif yazmalarından irəli gəlir. Bunun səbəbi isə özlərindən müştəbeh olmaları, az mütaliə etmələridir. Bir məsələni də qeyd edim, qadınlar məşhur roman müəllifi, rəssam, bəstəkar ola bilərlər, amma şair ola bilməzlər. Çünki qadınlar tərənnüm olunandır, tərənnüm edən yox. Bütün ədəbiyyat, mədəniyyət qadın gözəlliyi üzərində qurulub. 

Kimsə mənə şair deyəndə utanıram...

 

- Bəzi şairlərimiz var ki, hansısa qadının yerinə şeir, hətta kitab yazıb ədəbiyyat camiəsinə təqdim edirlər. Bir sözlə, həm özləri vəsf edirlər, həm də vəsf etdirirlər. Nə vaxtsa hansısa qadın şairə deyəcəklərmi ki, ona Vahid Əziz himayədarlıq edib?

- Yox, deməyəcəklər. Düzdür, qadınların şeirini oxuyub redaktə etmişəm, şeirlərinin, kitablarının çapına kömək etmişəm. Amma kiminsə yerinə şeir yazmamışam. Şair olmaq vacib deyil axı. İkinci bir məqamı deyim, mənim özümə kimsə şair deyəndə, utanıram. Heç vaxt özümə şair deməmişəm. Mənə kimsə şair deyəndə də əsəbləşirəm, adımı deməsini tələb edirəm. Mən ancaq şeir yazanda şair oluram. Qadınlarda da xoşuma gəlməyən odur ki, özlərini təqdim edəndə deyirlər, şairə filankəs. Bu da abırsızlıqdır, sırtıqlıqdır, inciməsinlər məndən, amma olan budur. Qadınların şeirlərində kəşf, obrazlı deyiliş yoxdur, baxırsan ki, elə gözəl misra deyirlər, amma o misranın kütləsi, çəkisi azdır. Şevgi şeirlərini belə, çox açıq-saçıq verirlər, etikadan, estetikadan uzaqlaşırlar. Başa düşmürlər ki, çılpaqlıq gözəllik deyil, əksinə ikrah hissi doğurur. Necə ki, çimərlikdə olan bir nəfər paltarlı qadın hər kəsə maraqlı görünür, şeir də eləcə. Təkcə şeir yox, ümumiyyətlə həyat belə olmalıdır.

Qabağda gedənin boynu qatmalıdırsa, biz hara gedə bilərik

 

- Sizcə, şair obrazı necə olmalıdır, ümumiyyətlə, şair görkəminin hansısa tərifi varmı?

- Şair üçün deyirlər ki, gərək şairin şalvarı yamaqlı, köynəyi ütüsüz, əzik-üzük, üzü-başı saç-saqqallı, yerişi fərqli, özü də sərxoş ola, ağlı başında olmaya və s. Bu nə fikirlərdir, anlamıram. Əksinə, şair millətin irəlidə gedənidir, qabağda gedəmizin boynu qatmalıdırsa, biz hara gedirik?! Mən dövrü gördüm, Azərbaycanda bu gün ağlı olan 2-3 nəfər varsa, onlar içki düşgünü olmadırlar. Bir adam deyə bilməz ki, Vahid Əzizi sərxoş görüb.

- Son sualı da verim, söhbətimizi yekunlaşdıraq. Deyilənə görə, bir dəfə siz şeir oxuyanda hansısa qadının ürəyi gedib. Olubmu belə hadisə?

- Bir dəfə 3 cavan jurnalist qız müsahibəyə gəlmişdi. “Təkəbbür” şeirimi oxuyanda qızlardan birinin ürəyi getdi. Qaçıb aptekdən dərman aldılar, qız ayıldı. Ayılandan sonra dedi ki, “Vahid müəllim, siz bu şeiri oxuyanda adamın ürəyi gedir, bəs bunu necə yazırsız?”. “Təkəbbür” şeirində bir yer var,

“Sən harda, mən harda, bilmirik indi

Zəlilmi olmuşuq, kormu qalmışıq.

Sevgi ikimizin böyüyü idi,

Gör, kimin sözünü yerə salmışıq”...

 
Müəllif: Rumiyyə Miraslan  (ayna.az)


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər