1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin yaranması, xüsusilə də bu dövlətin adı İranda ciddi narahatlığa səbəb oldu. İran dövləti məsələ ilə bağlı Osmanlı dövlətinə etirazını bildirərək, tarixən bu adda bir dövlətin mövcud olmadığını iddia etdi.
Etirazlar İran mətbuatında da öz əksini tapdı və Azərbaycanın tarixi ərazisi ilə bağlı həqiqətdən uzaq fikirlər irəli sürülərək, Azərbaycan adının təkcə İran sərhədləri daxilindəki əraziyə aid olduğu qeyd edildi. İranda son 100 ildə müxtəlif hökumətlər, fərqli ideologiyalarla hakimiyyətə gəlsələr də dövlətin və hakim ziyalıların azərbaycanlılara və Azərbaycana qarşı olan münasibətində ciddi dəyişiklik görünməməkdədir.
1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra da respublikanın adı ilə bağlı narahatlıq müxtəlif formalarda özünü göstərməyə davam etdi. Bu gün də vaxtaşırı İranda bəzi mətbu orqanların, tədqiqatçıların, bəzən rəsmilərin belə “Şimali İran”, “Aran” və “Bakı Cümhuriyyəti” kimi terminlərdən istifadə etməsinə şahid oluruq. Bu yanaşma bəzən, dərs kitablarında, hətta rəsmi dövlət sənədlərində də öz əksini tapır. Məsələn, 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan tarix dərsliklərinin birində (11-ci sinif) Arazın şimalındakı ərazinin tarixi adının Azərbaycan deyil, Arran olduğu və həmin ərazinin ən qədim dövrlərdən İran torpaqları olduğu iddia edilir. Müsavat hökumətinin Osmanlı türklərinin israrı ilə tarixi təhrif edərək “Arran” sözünü Azərbaycanla əvəz etməsi və bu ad dəyişmənin arxasında Cənubi Azərbaycana qarşı ərazi iddiasının dayandığı iddia edilir.
İddiaların doğru olmadığını göstərən daha bir sənəd
Quzeyli, güneyli Azərbaycan tədqiqatçıları müxtəlif tarixi mənbələrə istinad edərək, bu iddiaların doğru olmadığı, Azərbaycan sözünün istər Arazın cənubundakı, istərsə də Arazın Quzeyindən Dərbəndə qədər olan əraziyə aid olduğu haqda müxtəlif elmi məqalələr yazıblar.
Məsələ ilə bağlı ortaya atılan iddiaların düzgün olmadığını sübut etmək baxımından İranda hakimiyyətdə olan dövlətlərin maliyyə dəftərlərindəki qeydlər (Azərbaycan əyalətinə hansı mahalların daxil olması ilə bağlı) ən yaxşı qaynaqdır.
Qacar dövründə dövlətin bütün mühasibat-maliyyə işlərində Siaqət (Siyaq /Sayaq) xəttindən istifadə olunurdu. Bu xətti və siyaq elmini öyrətmək üçün tərtib olunan 19-cu əsrə aid “Bəhrül-Cəvahir fi elmüd-dəfatir” kitabında Azərbaycan mahallarının adı sırasında Arazın güneyindəki şəhərlərlə yanaşı, Arazın quzeyində yerləşən şəhər və bölgələrimizin adlarının siyaqət xəttindəki yazılış forması göstərilir. Bu mahala Dərbənd, Bakı, Beyləqan, Şirvan və Quba ilə bərabər Qarabağ və İrəvan da daxildir.
Kitabda ərəb əlifbası sırası ilə Azərbaycan mahallarının adları belə verilir: Urumi (Urumiyə), Əhar, İrəvan, Badkubə, Beyləqan, Təbriz, Xalxal, Xoy, Dərbənd, Salyan, Şirvan, Tarım, Quba, Qarabağ, Gəncə, Marağa, Mərənd, Salmas və Naxçıvan.

Kitabın müəllifi Əbdulvahab Şahşani İsfahanidir. Əsərin İranın “İslami Şura Məclisinin” kitabxanasında saxlanılan nüsxəsi 1861-ci ilə aiddir, lakin kitabın fərqli illərdə litoqrafiya üsulu ilə çap edilmiş nümunələri də mövcuddur.
Siaqət xətti haqqında
Bəzi alimlərin fikrincə, siaqət xətti Səlcuqlular dövründən etibarən İslam dünyasında istifadə olunmağa başlamışdır. Adı türkcə say+aq şəkilçisinin birləşməsindən ortaya gələn sayaq /siaqət xətti daha çox dəftərxana və hesabdarlıq işlərində tətbiq olunmuş və ərəb əlifbasının xətt növü olsa da, qədim uyğur yazısına məxsus bəzi cəhətlərə malik idi.(kafkassam.az)
Ümid Niayeş
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025