Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa...
Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…
Zaman: 13 iyul, 2019.
Şənbə günləri adətən yuxudan gec dururam. Çünki iş günü deyil. Bir az sosial şəbəkələrdə dolaşıb, adətən şəxsi işlərimlə məşğul oluram. Həmin gün də elə oldu. Facebook-a göz gəzdirəndə bir foto çıxdı qarşıma.
Hmmm, doğrudanmı odur?
Bəs, nədən?
Tərəddüd məni bir anlıq da olsa buraxmır…
Yox, ola bilməz. Dərhal fotonu paylaşan dostumuzla əlaqə saxlayıram. Odur?
Təsdiqləyir. Və ardınca da nə desə yaxşıdır? Hə, bu artıq, necə deyərlər, əsl şok idi mənim üçün. Dostumuz heyrətamiz bir həyat hekayətinin qısa anonsunu vermişdi.
Etiraf edirəm, həmin foto və fotodakı insanlar məni öz sehrinə salmışdı. “Ola bilməz”, “bu mümkün deyil”; beynimdən çıxmırdı bu sözlər.
…Fotodakı başqa bir xanım dostumuza zəng vururam. Duruxur əvvəlcə, səsi titrəyir və…
Və bircə bunu deyir:
- Mən gördüklərimin təsirindən hələ də çıxa bilməmişəm, Səbuhi. Sanki bir nağıl idi. Necə izah edim axı. Necə deyim?
Bir az da kövrəlir xanım dostumuz.
Amma bu nağıl deyil. Bu, nağıldan da ötədir. Bu, inanılmaz bir həyat dramıdır. Azərbaycan beləsini eşitməyib, duymayıb.
Zaman: 1992-ci il, 20 mart.
Məkan: Bakı ətrafı daş karxanalarından biri.
Əlahəzrət oxucu, indilikdə, yuxarıdakı zamana diqqət et. Çünki bu tarixlə bir daha rastlaşacaqsan!
Hə, Bakı, daha doğrusu, Bakının tozlu-torpaqlı karxanalarından biri. Əslən Şəkidən olan və briqadir işləyən 26 yaşlı gənc, Tariyel adlı karxana müdirinə yaxınlaşır:
- Əlim işə yatmır...
- Niyə, nə olub?
- Mən savaşa gedirəm.
Tariyel əvvəlcə heç nə başa düşmür. Amma sonacan dinləməli olur həmin gənci.
- Bilirsiz, alınmır belə. Dözə bilmirəm, əynimiz-başımız üstümüzdə, yeməyimiz-içməyimiz qaydasında. Gecə evimizdə rahat yatırıq. Amma 300 km aralıda müharibə gedir. Qız-gəlin girovluqda. Nə burda rahat ola bilirəm, nə də burdan baş götürüb getmək. Rusiyanın, Ukraynanın bazarlarda donub ölməkdənsə, Qarabağda şəhid olmaq daha şərəflidir.
Bunu deyib də iş yoldaşlarıyla vidalaşır.
- Mən ordan Şəkiyə gəldim, kəndimizə. Valideynlərimlə görüşdüm, halallaşdım. Elə Şəkidə bir avtobus gənc Şuşaya yola düşdük. Çünki ən təhlükəli yer idi Şuşa. Xocalıdan sonra.
STOP!
Bax, bu, xüsusi seçdirdiyimiz ifadəyə də diqqətlə fikir verin. Yenə qarşınıza çıxacaq.
Zaman: 1992-ci il, 20 mart.
Məkan: Gəncə.
Həmin gün rəfiqəsi Raygüllə yenə hospitaldaydılar. Hər gün cəbhədən yaralılar gəlirdi ora. 22 yaşlı gənc qız tibb kurslarına təzə yazılmışdı. Əvvəl çətin idi onunçün. Ziyalı ailəsində böyümüşdü. Atası hərbi zavodda mütəxəssis idi. Onu heç vaxt ağır işlərə buyurmamışlar. Və birdən-birə sanki qan gölünün içinə atmışlar.
“Rəfiqəmlə birlikdə Müdafiə Şurasının qərargahında çalışırdıq. Həm könüllüləri qeydiyyata alırdıq, boş olan kimi hospitala gedib tibb bacısı kimi işləyirdik. Çox ağır vəziyyət idi. Gəncə cəbhə xəttinə yaxın idi. Həmin günlər şəhər sanki qaynayırdı. Bir müddət əvvəl Xocalı faciəsi baş vermişdi. Həmin gün isə…”
Hə, məhz həmin gün - martın 20-də iki rəfiqə Müdafiə Şurasına müraciət edirlər. Könüllü şəkildə. “Bizi Şuşaya göndərin!” Niyə məhz Şuşa?
- Çünki ən təhlükəli yer idi Şuşa. Xocalıdan sonra...
Əvvəl atasına demək istəmir qərarı barədə. Gözündən bir gün də kənara qoymadığı əziz-xələf qızının cəbhənin ən qaynar yerinəmi buraxacaqdı?
Anasına deyir. Sonra hər ikisi bir yerdə Mikayıl kişiyə yaxınlaşırlar: “Qızın Şuşaya gedir...”
- Çox vətənpərvər kişiydi atam. Heç nə demədi. Sadəcə, alnımdan öpüb, bağrına basdı. Halallığını verdi.
Əslində, Raygüllə ikimiz Xocalıdan sonra ərizə yazmışdıq ki, cəbhəyə getmək istəyirik. Düzdü, Gəncədə hospitalda, elə Müdafiə Şurasında tibb bacıları, sanitarlar çox idi. Amma Şuşa qərarını ikimiz verdik. Səhəri ailəmlə vidalaşıb, kiçik bir maşında Şuşaya yollandıq.
Martın 22-də 22 yaşlı iki gənc qız Şuşaya yol alırlar. Axşamüstü maşın onları Laçına çatdırır. Gündüz belə çox təhlükəli olan Daşaltı yolunu gecə keçməmək üçün bir gün Laçında qalıb, səhəri Şuşaya yol alırlar.
22 mart, Şuşa.
Gəncədən gələn hər iki qızı Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinə təhvil verilər.
Əfsanəvi döyüşçü Tofiq Oğuzun komandir olduğu bu dəstə yaranandan ta sonacan Şuşanın müdafiəsində iştirak etmişdi. Əslən Oğuzun Yaqublu kəndindən olan Tofiq Rzayev Qarabağ döyüşlərində Tofiq Oğuz kimi tanınmışdı. Onun sağ qalıb-qalmaması haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə Laçın dəhlizində başından yaralı vəziyyətdə görmüşdülər. Amma bir qədər səbirli olun: Tofiq Oğuzla bağlı ilginc məqamlara da tanış olacaqsınız.
Onları Şuşadakı tibb məntəqəsinə yerləşdirirlər. Təsəvvür edin, Şuşa uğrunda aramsız döyüşlər gedir, cərrah yox, tibb bacısı yox.
- Vur-tut bircə həkim vardı, Azər həkim. Biz gələnədək tibb bacısının da əvəzindən işləyirdi, öz əvəzindən. O, terapevt idi əslində, amma nə desən edirdi. Çox çətin idi ilk dəfələr. Güllə, raket yağışı altında. Biz belə vəziyyətə öyrəşməmişdik. Peşman olmaq? Qətiyyən. Axı hamı sənə bacı deyir. Şəfqət gözləyir. Bu, çox xoş idi. Qorxmaqmı? İnandırım siz, həyəcan olurdu, qorxmaq yox. Bunu bütün səmimiyyətimlə deyirəm.
22 mart, Laçın.
Şəkidən çıxan könüllülər bir gün Fizulidə gecələdikdən sonra Laçına çatır.
Laçından Şuşaya yola düşən avtobusu isə Daşaltı yolunda saxlayırlar.
“Bizə dedilər ki, avtobus boş keçəcək. İçindəkilər piyada. Təxminən 100 metr yolu piyada keçməliydik. Ermənilərin nişangahındaydıq deyə əyilə-əyilə, birtəhər keçdik. Başımızın üstündən güllə yağırdı. Avtobusun sürücüsü isə sanki mahir kaskadyor kimi ilanvari hərəkətlə o yolu keçə bildi.
Şəkidən gələn könüllüləri şəxsən Tofiq Oğuzun özü qarşılayır.
“Nur vardı üzündə. Əvvəl idman müəllimi olmuşdu. Şuşanın müdafiəsində ilk iştirak edənlərdən idi. Axşamı yatdıq. Səhər bizə əsgər forması verdilər. Avtomatdan istifadə edə bilməyən könüllülərə təlim keçdilər. Sovet ordusunda xidmət edən, odlu silahla davranmağı bacaranları isə səhəri gün posta atdılar. Mən Nəbilərə gedəsi oldum...”
Hər şey hələ indi başlayırdı... (Lent.az)
Davamını sabah olacaq.
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025