"Erməni soyqırımı" yoxdur deyən fransız yazar: "Bir azərbaycanlı ilə görüşdüm, hönkür-hönkür ağlayırdı" - FOTOLAR,VİDEO

11:16 / 26.11.2019
Baxılıb: 4570

"Soyqırım yoxdur, hər iki tərəfdə qətl edilənlər var. Türklərin ermənilərdən daha çox qətliam qurbanı olduğuna əmin oldum."

Goyce.az Musavat.com istinadən xəbər verir ki, bu sözləri fransız yazıçı Ayves Benard deyib. O, araşdırdığı bütün məlumatların "erməni soyqırımı" iddialarını təkzib etdiyini söyləyib.

Fransada "Pantheon" nəşriyyatı bu yaxınlarda müəllif Ayves Bernardın araşdırmalarından tərtib edilmiş 165 səhifəlik "Divergences turco-armeniennes" adlı kitab nəşr edib.

Kitabın yazarı Benard, Türkiyəni qarış-qarış gəzərək, dərin bir araşdırma aparıb. O, türk cəmiyyəti haqqında ədalətin yerini tapmasını istədiyini deyib.

Kitab haqqında açıqlama verən yazar bunları deyib: "Bu kitabı çap etməkdə çətinlik çəkdim. 2009-cu ildə çap etdirdiyim ilk kitab yalnız bir həftə ərzində çap edilə bildi. Çünki nəşriyyata böyük təzyiq var idi. Onlar qorxdular və nəşri dayandırmaq qərarına gəldilər. Bu dəfə çox asanlıqla bir nəşriyyat evi tapdım, lakin ilk kitabım üçün ən azı 60 nəşriyyatla əlaqə saxlamışdım.

"Etiraf etməliyəm ki, soyqırım olduğunu düşünürdüm."

Araşdırmalarının təxminən 5 il davam etdiyini, ilk olaraq getdiyi Türkiyədə bir neçə ay qaldığını ifadə edən Benard Türkiyənin şərqini qarış-qarış gəzdiyini bildirib: "Bütün şəhərlərin adını çox yaxşı xatırlamıram, amma gəzdiklərim arasında Ərzurum, Diyarbəkir, Trabzon və bir çox kiçik qəsəbələr və kəndlər də var idi. Orada çox adamla görüşdüm, ermənilərə sual vermək istədim, amma imtina etdilər, ermənilərin yazdıqları çox kitab var, nəşr etdikləri kitablar haqqında daha çox məlumatlı oldum, türkləri danışdırdım, kitabxanaları ziyarət etdim, çox araşdırma apardım. Mən bir fransalıyam və bir soyqırım olduğunu düşündüyümü etiraf etməliyəm. Fikrimi çox tez dəyişdirən sənədlər var. Oxuduqlarıma inana bilmədim, insanın bu cür  şeylər edə biləcəyinə inanmaq çətindir.

"Kitabım çox dəlil gətirir"

Ayves Benard ermənilərin öz itkilərini şişirtməsi haqqında da danışıb. O rəqəmlərin, itkilərin çox göstərildiyini qeyd edib: "Əlbətdə ki, qətl edilən ermənilər də olub, lakin öncəki aylarda erməni daşnakları mülki vətəndaşları - qadın, uşaq, yaşlı bir çox insanı qətl edib. Unutmayaq ki, bütün bunlar 1914-1918-ci illərdə baş verib. Türk əsgərlər cəbhədə savaşarkən daşnaklar kəndləri yandırıb, evləri uçururdular. Yəni türklərin sonradan intiqam almağını haqlı saymaq olar. Ermənilər də qətl edilib. Çox dərindən araşdırdım. Lakin buna tam əmin oldum ki, türklər daha çox qətl edilib. Onlar daha çox qətliam qurbanı olublar. Ermənilər 1.5 milyon itkidən söz edirlər. Yaxında bunu 2 milyon da edərlər. Lakin mənim araşdırmalarıma görə ermənilərin 400 mindən çox itkisi olmayıb. Qeyd edim ki bu 400 min ölən insanın çoxu öz əcəlləri ilə və əlverişsiz yaşam şəraiti ucbatından ölüb. Kitabım bir çox dəlil gətirir. Düşünürəm ki, bu mövzuda bundan sonra daha ətraflı məlumatlar yazmaq daha asan olacaq". 

Ayves Bernard Türkiyədə müəyyən yaşdakı insanlara çatmanın asan olmadığını da söyləyib: "Əslində onların çox danışacaqları şeylər vardı. Ancaq danışıqlarımız özlərinə keçmişdəki çox çətin anları xatırladırdı. Mənə danışan qadınlar və kişilər həmişə ağlayırdı. Mən də bu vəziyyətdən çox duyğulanırdım. Məsələn, bir azərbaycanlı ilə görüşdüm, mənəvi olaraq güclü görünsə də, o, bir uşaq kimi, hönkür-hönkür ağlayırdı. Bu vəziyyətdə mən də göz yaşlarımı saxlaya bilmirdim".

Turan Oruc

https://www.youtube.com/watch?v=A0vEnq6tNRQ&feature=emb_logo 


Etiket:
Xəbərlər

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025
Bütün xəbərlər