Abbas Bağırovla yaddaqalan görüşlər – Seçici və namizəd halallığı - FOTO

13:50 / 30.01.2020
Baxılıb: 5064

Azərbaycanın 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Abbas Əli oğlu Bağırov seçiciləri ilə həm yaşayış məntəqələrində, həm də seçki qərargahında görüşlərini aktiv şəkildə davam etdirir.

Rakus.az xəbər verir ki, seçki komandasının üzvləri ilə piyada gəzintiyə çıxan Abbas Bağırov yanvarın 26-da ilk olaraq Gəncə şəhəri, Aşıq Ələsgər küçəsinin sakinlərini ziyarət etdi.

Seçicilər yaşadıqları ərazi üzrə namizədliyi qeydə alınan şəxslə yaxından tanışlıqdan sonra, üzləşdikləri problemləri, istək və arzularını dilə gətirdilər. Onlar indiyədək parlamentdə təmsil olunan şəxslərdən narazılıqlarını çəkinmədən ifadə edərək, ümidsizliklərini ifadə etdilər.

Bizi 4 ayda bir dəfə ziyarət edin, yetər!

Abbas Bağırov sakinləri diqqətlə dinlədikdən sonra, növbədənkənar seçkilərin mahiyyətindən, əhəmiyyətindən danışdı. O bildirdi ki, məhz parlamentin vaxtından əvvəl buraxılmasının  səbəblərindən biri də bundan əvvəl seçilmiş əksər şəxslərin seçiciləri ilə maraqlanmaması, qaldırılan problemlərin həlli istiqamətində heç bir iş görməməsi olub.

O, sakinləri ümidsizliyə qapılmamağa, seçkilərdə mütəşəkkil şəkildə iştirak etməyə, istədikləri, onların qayğıları ilə maraqlana biləcək, problemlərinin həlli üçün səylərini əsirgəməyəcək, əhali arasında ictimai hörmətə malik olan, insani davranışlara üstünlük verən, Vətən, el-oba təəssübü çəkən, halal, zəhmətkeş, ən əsası isə Azərbaycanın, o cümlədən ölkəmizin ikinci şəhəri olan Gəncənin və onun sakinlərinin gələcəyi, inkişafı naminə çalışanlara səs verməyin vacibliyini vurğuladı.

Görüşlərdə seçicilər arzu və istəklərinin bir daha səsləndirərək, iş yerlərinin açılması, sosial müavinətlər və s. məsələlərdən danışdılar, A.Bağırov ilə tanışlıqdan məmnun qaldıqlarını, həkimlik peşəsinə sahib bir namizəd kimi ona səs verəcəklərini, namizədliyini dəstəkləyəcəklərini fərəhlə söylədilər. Yekunda onalar  səmimi şəkildə xatirə şəkli çəkdirdilər və bu istəklərinin reallaşmasını xahiş etdilər: Bizi 4 ayda bir dəfə ziyarət edin, yetər!

Namizəd və seçici halallığı

A.Bağırov seçicilərinin bu istəyinin yerinə yetirilməsinin həm mənəvi, həm də vəzifə borcu olduğunu diqqətə çatdırdı və bu ziyarətin 4 aydan bir yox, tez-tez baş tutacağına canla-başla söz verdi. O, Milli Məclisə növbədənkənar seçkilərin demokratik və şəffaf keçəcəyini, seçicilərin ən cox etimad göstərdiyi deputatlığa namizədlərin seçiləcəyini bir daha söyləyərək, səsvermə hüququ olanları 9 fevralda seçki məntəqələrinə gələrək seçkilərdə fəal iştirak etməyə çağırdı və fikrini belə tamamladı: Namizəd və seçici halallığı bütün fəaliyyətin rəhnidir!

Abbas Bağırov günün sonunda 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinə təqdim edilən təbliğat və təşviqat planına uyğun olaraq, Füzuli parkında yüzlərlə seçicinin toplaşdığı möhtəşəm görüşə qatıldı.

Bu görüş barədə geniş məlumat yanvarın 29-da dərc olunacaq.

 


Etiket:
Xəbərlər

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025
Bütün xəbərlər