101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə növbəti görüşü Göygöl Gənclər Mərkəzində keçirildi. 300-dən çox iştirakçının qatıldığı tədbir Ulu Öndər Heydər Əliyevin heykəli qarşısında gül dəstlərəinin düzülməsi ilə başladı.
Mərkəzin iclas salonunda tədbir dövlət himninin səsləndirilməsi ilə davam etdi. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qəzlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Habil Cabbarov 101 saylı Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun həyat və fəlaiyyəti haqda məlumat verdi. Onun ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ölkələrində yayılmasında göstərdiyi xidmətlərdən danışdı. Rayon Ağsaqqallar Şurasının sədri Abdulla Qasımov tədbirin ilk çıxışçısı kimi deputatlığa namizədə öz xeyir-duasını verdi.

Onun qələbə çalacağına əminliyini ifadə etdi. “Mən Ulu Öndərimizi xatırlamadan sözümə başlaya bilmərəm. Onun bizimçün miras qoyduğu siyasi və ideoloji irs bu gün hər bir gəncimizin həyat mənbəyi, qaynağı olmalıdır. Bugünkü toplantıya qatılmağım da məhz bu amaldandır. Mən Möhsüm Aslanovun Azərbaycan Televiziyası üzərindən reportajlarını izləyəndə həm həsəd aparırdım, həm də böyük qürur duyurdum.

Birincisi, hesab edirdim ki, bu böyük bir xoşbəxtlikdir ki, elə mötəbər tribunalardan ölkənin həqiqətlərini səsləndirmək cəsarətin və bacarığın ola. İkincisi, Ulu Öndərimizin ideyalarına bu qədər sadiqliklə Vətəninçün mücadilə edəsən. Bu gün mən belə bir insanın seçki təbliğatında iştirak etməklə onun haqqında öz ürək sözlərimi səsələndirməyi özümə borc hesab etdim. Çox adamdan onun haqqında yaxşı sözlər eşitmişəm, indi bu səmimiyyətə öz gözlərimlə şahid oldum. Mən seçki dairəmizdə olan gəncləri belə bir insana səs verməyə çağırıram”. Bu fikirlər gənc tələbə Türbət İsazadə tərəfindən səsləndirildi. Daha bir gənc, Əhməd Əhmədov isə Möhsüm Aslanovu tanımadığını, amma fəaliyyətini yaxından izlədiyini qeyd elədi. Onun dairələrindən deputat olarsa, gənclərə böyük faydası dəyəcəyinə inandığını bildirdi. Rayon Mərkəzi Xəstəxanasının həkimi Əlikömək Alıyev deputatlığa namizəd Möhsüm Aslanovu lap uşaqlıqdan tanıdığını, bütün fəaliyyətini izlədiyini qeyd etdi. “Əsil mücadilə adamı Möhsüm Aslanova dəstək olmaqla biz gələcəyimizə böyük mənəvi sərmayə qoymuş olacağıq. Onun xalqına necə bağlı olduğunu, hansı qan yaddaşına sahibliyini mən çox içdən bilirəm. Ümidvaram ki, seçicilər 9 fevralda məhz belə bir insana səs verəcəklər”. Çıxış edən Göygöl sakini Tosun Apiyev isə qeyd etdi ki, mən bu gün bura deputatlığa namizədimizlə həmrəy olduğumu, ona canı-dildən inadığımı nümayiş etdirmək üçün gəlmişəm. İnanmadığım heç bir adamın nəinki dalınca, heç önündə də getmərəm. Camaatımızdan da xahiş edirəm ki, Möhsüm Aslanova dəstək olaq. Deputatlığa namizədin vəkili İqbal Əliyev: “Çıxış etməyi planlaşdırmamışdım. Tosun Apiyevin çıxışından sonra öz gözümlə gördüklərimi demədən keçə bilmədim. Mən yerli admam, adamların hazırda proseslərə nə qədər az marağının olduğunu yaxşı bilirəm. Amma biz hansı kəndə, hansı qəsəbəyə getdiksə, 10-15 dəqiqəlik təmasdan sonra insanların üzünün ifadəsinin dəyişdiyini gördüm, hamı deputatlığımıza namizədimizin səmimiyyət işığına toplaşmağa, güvənməyə başladılar. O kəndləri tərk edib getdikdən sonra da haqqımızda yaxşı sözlərin dolaşdığını eşitdim. Çox əminəm ki, tezliklə görüşdüyümüz insanlar seçki qutusunun başına gələrək öz isti münasibətlərini ifadə edəcəklər. Möhsüm Aslanovu seçərək başqa bir şəraitin yaranması üçün iradə nümayiş etdirəcəklər”.

Deputatlığa namizəd Möhsüm Aslanov isə öz platformasını və ürək sözlərini söylədi. Dövlətimizin yürütdüyü siyasətdən, prezident İlham Əliyevin start verdiyi islahatlardan və onun önəmindən danışdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sosial və mədəni sferada nail olduğu uğurları qeyd edərək, söylədi ki, bu gün Mehriban xanım Əliyeva öz isti ürəyi ilə hər kəsin qayğısına qalmağa, hər kəsin imdadına yetməyə çalışır. “Bu iki insanın birliyi və əməyi nəticəsində ölkəmiz uğurla inkişaf edir”. Sonra deputatlığa namizəd seçicilərin arzu və istəklərini, onları narahat edən qayğılarını dinlədi. Sonda ayrı-ayrılıqda xatirə şəkilləri çəkdirildi.








Goyce.az
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025