Böyük şairimiz Məcnun müəllimin ölkəmizdə rus dilində çap olunan “Литературный Азербайджан” (“Ədəbi Azərbaycan”) jurnalında dərc olunmuş və onun bizlərə facebook səhifəsində təqdim etdiyi rübailərini oxuyarkən bu qiraətdən məmnunluq duydum, zövq aldım və ondan götürdüyüm xoş təəssüratı sizinlə bölüşmək istədim.
Əvvəlcə şərq yazılı ədəbiyyatının geniş yayılmış şeir janrlarından biri olan rübai haqqında qısa məlumatı yadımıza salaq. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil poeziya əsəridir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam qoyub getmişdir. Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarları Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və bir çox başqaları da rübai janrında gözəl sənət nümunələri yaratmışlar.
Məcnun Göyçəlinin başqa əsərlərində olduğu kimi rübailərində də xalqının taleyi, onun hiss və duyğuları, vətən, torpaq kimi müqəddəs anlamlar hikmət ümmanında öz obrazlı ifadələrini tapmışlar.
“Çox gəzən çox bilər”, həyatda qoyduğun məqsədə, qəlbində yaşatdığın arzuya çatmaq üçün çox axtarmalı, çalışmalı, əziyyət və iztirablardan keçməlisən. Bu böyük məna daşıyan həyati yürüşdə Allah daim səni imtahana çəkir, sınaqdan keçirir, ona, bəşərə daim lazım olan ən dəyərli keyfiyyəti, səbr etmək bacarığını öyrədir. Bu müdrik, hikmətli fikirləri görün hörmətli Məcnun müəllim obrazlı, poetik misralarla necə gözəl ifadə edir:
По жизни брел я, как в лесу плутал,
В горах блуждал, ноги ободрал.
Я думаю, не только испытанье,
Но и терпенье мне Аллах прислал.
Həyatımızda baş verən təzadlar yanaşı yaşasalar da, bir-biriylə harmoniyadan, həmahənglikdən uzaqdırlar. "Vətənindən, el-obasından, xalqından ayrı düşmüş insanın ürəyi gülə, Vətən həsrətiylə buz bağlamış qəlbi isinə bilərmi?" suallarına şair bədii, poetik dildə belə müdrik cavab verir:
А может ли смеяться сердце,
С весельчаком угрюмец спеться?
Без Родины и без народа,
Душе озябшей не согреться.
Müdrik şair nadanlarla, zülmət dünyasında yaşayan qanmazlarımızla, haqq yolunu azmışlarla bağlı Allahımızdan mərhəmət diləyərək onları, hər şeyə, o cümlədən zülmətə və qorxuya qalib gələ biləcək idrak, ağıl, kamal yoluna qoymağı, bununla da onları xilas etməyi xahiş edir:
Дороги укажи, спаси Аллах,
Тех, кто доселе мечется впотьмах.
Сподобь заблудших – лишь одну внуши:
Лишь разум одолеет мрак и страх.
Vətənpərvər şairin həyatda hər şeyi hərraca qoyan, hətta üzərində şəhidlərimizin qanı tökülmüş torpaqlarımızı cürbəcür yollarla düşmənə satan mənəviyyatını itirmiş geyrətsizlərə, bu gün kef-damaq içində “Qarabağ”, “Şuşa” restoranlarından dəmli çıxan “insan”lara qarşı nifrəti sonsuzdur və haqlı olaraq, onların adının tariximizin biabırçılıq səhifəsinə yazılması qənaətinə gəlir:
Торгуют всем, не зная грани,
Землей, под разными парами.
Цена же тому лишь известна,
Кто лег в нее на поле брани.
В историю страну впиши,
Что веселятся от души.
Те, кто подвыпивши выходят,
Из «Карабаха» и «Шуши».
Təqdim olunmuş paylaşmada şairin qələmə aldığı mövzular olduqca rəngarəngdir. Məcnun müəllimin bütün yaradıcılığında olduğu kimi rübailərində də lirika xüsusi yer tutur.
Əsil sevgi, məhəbbət hətta nakam da olsa, sevənin qəlbində daim hökm sürür, onun xəyalında yaşamağa məhkumdur, surəti daima gözü qarşısındadır, keçirdiyi xoş anlar, hisslər, duyğular onu tərk edə bilməz:
В глазах моих застыл твой лик,
Верни любви ушедший миг.
И родинку не прячь стыдливо,
Душой своей я к ней приник.
Sevgi, sevən qəlbə bahar, gül-çiçək, sevinc notları ilə bərabər, yuxusuzluq, həyəcan hissləri, duyğuları gətirir. Məhəbbətin qaranlıq, aydın olmayan dumanlarında şairin qəlbi sevgi oxuna tuş gələ bilər:
Ты – пышное весны цветенье,
Бессонница и наважденье.
Не поражай Меджнуна душу
Стрелой в тумане заблужденья.
Bu yazıda rübailərdən bir neçə nümunə gətirərək hörmətli şairimiz Məcnun Göyçəlinin rübai janrında da yüksək poetik uğurlara nail olduğunun şahidi olduq. Çox vaxt şeirin başqa dilə tərcüməsində onun sözaltı, sətiraltı mənası, onun ruhu tam əksini tapa bilmir. Lakin Məcnun müəllimin rübaiələrinin tərcüməçisi İnessa Lovkova şairin bədii söz təravətini, obrazlı, poetik düşüncə tərzini qoruyub saxlaya bildiyindən xüsusi təşəkkürə layiqdir!
Rübailərinə məxsus olan müdrik fikirlərin poetik ifadəsindən, hikmətli misraların obrazlı rəngarəngliyindən aldığım xoş təəssürata, zövqə, ruh yüksəkliyinə görə sevimli şairimiz Məcnun Göyçəliyə təşəkkür edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!
Ələddin Allahverdiyev
Professor, Moskva
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024