Səsi min illiklərin o tayından gələn Azərbaycan xalq ədəbiyyatının ən geniş qollarından birini də Göyçə folkloru, mədəniyyəti və poeziyası təşkil edir.
Milli folklor gələnəklərindən bəhrələnərək Göyçə mahalında yaşayıb-yaratmış saz-söz ustadları diqqətə və təqdirə layiq sənət əsərləri yaratmışlar ki, o sənət əsərləri bu gün də öz aktuallığını qoruyaraq müəlliflərinə rəğbət qazandırmaqdadır. Nəhəng sənət bahadırları Miskin Abdalın, Ağ Aşığın, Aşıq Alının, şair Məmmədhüseynin yaradıcılığı ilə rövnəqlənən Göyçə saz-söz məktəbi Aşıq Ələsgər imzası ilə yeni bir zirvəyə yüksəlmiş oldu.
Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasında yeni bir mərhələ yaratmaqla, tarixdə təkrarolunmaz bir sənətkar, övliya kimi özünün və Göyçənin adını əbədiləşdirdi. Haqq vergili ilhamı, poeziyası ilə aşiqlikdən mürşidlik mərtəbəsinə ucaldı.
Ozan-aşıq sənətinə, saza, sözə mehr-məhəbbətdən söhbət gedəndə ilk yada düşən yurdlarımızdan biri, bəlkə də birincisi Ulu Göyçə mahalı olur. Çünki bu yurdun insanları tanrının cilvələndirdiyi bir torpaqda sazın-sözün laylasılya uyuyar, Haqqa bayatı, qoşma misalı poetik duaları ilə tapınardılar. O haqqa tapınan, üzü tanrıya oxunan qoşqular da çox çəkməzdi ki, ağız-ağız dillərdə gəzib dolaşardı.
Ozan-aşıq sənəti tarixinə görə qədim, həcminə görə geniş, əhatəsinə görə çoxşaxəli olmasının əsas səbəbi rişəsini bilavasitə xalqın bədii təfəkküründən almasındadır. Ona görə də əsrlərlə boylaşan zaman ölçüsündə xalqa yol yoldaşlığı edərək hər zamanın ahəngi ilə culğalaşmış, təkmilləşə-təkmilləşə gəlib bu günümüzə yetişmişdir.
Keçən əsrin 60-cı illərin əvvəllərindən Göyçədə adı bəlli İsmixan Didərgin, Sərraf Şiruyə, Alqayıt Xəlilov, Zəki İslam kimi görkəmli el şairlərinin xalq arasında səsi eşidilməyə başlayanda, bir səs də Nərimanlı obasından o səslərə qoşulmuşdu. Bu səs el müdriki, sinədəftər, şair Şahmalı Əliyevin səsiydi.
Şair Şahmalı Əliyev elin hörmət etidiyi, sayıb-seçdiyi sənət, söz ustadlarından biri olaraq, öz mənəvi və yaradıcılıq dünyasının potensialını sənət sinkretizmi ilə bəzəyən bir sənətkar idi ki, bu gün də onun haqqında onu tanıyanlar xatirələrini bölüşür, mehr-məhəbbətlə yada salırlar.
Ünversal istedada malik yaradıcılıq qabiliyyyəti təkcə şeir yazmaqla məhdudlaşmırdı. O, mahir saz ifaçısı kimi musiqi ilə dastançılığı yumoristik mövzuları özünəməxsus təhkiyə ilə danışıb şirinləşdirdirdiyindən, həm də bir dastançı təhkiyə ustası kimi də yaddaşlarda qalmışdır.
Daxili potensialının zəngin olmasına rəğmən, aşıqlıq sənətinə zəruri bir amil kimi yanaşdığından, el arasında həm də ozan sənətinin peşəkar daşıyıcısı kimi tanınmışdır. Şair Şahmalı saz çalıb oxumağı ilə bərabər dastançılıqda bəhs etdiyi hadisələri daramatikləşdirməyi, daha da maraqlı tərzdə təqdim etməyi ustalıqla bacarıdığından, onun dilindən eşidilən dastanlar, nağıllar, hadisələr uzun illər yaddaşlardan silinməz, məqamı düşəndə yenidən xatırlanardı. Bu hal nəzəri baxımdan çox mühüm bir işdir ki, bütün imkanlarını ortaya qoyaraq çoxşaxəli istedadı sayəsində el-oba tərəfindən izzət sahibi olan sənətkar kimi şöhrət qazanmışdır. Məcmuəli söhbətlər, ibrətamiz mənalar müəllifi kimi ad çıxardan Şahmalı Əliyevdən öz dövrü üçün vacib və mühüm olan bütün informasiyaları almaq mümkünüydü. Çünki əvvəlki dönəmlərdə telekommunikasiya, qəzet, jurnal, mətbuat, digər informasiya ötürücüləri olmadığından, insanlar ən maraqlı məlumatları ancaq çox gəzib, çox eşidən, çox bilən el sənətkarlarının dilindən, ozan aşıq sənətinin daşıycılarının vasitəsiylə alardılar.
Ümumiyyətlə sinkretiklik Göyçə mahalında yaşamış insanların mənəvi-psixoloji , bədii estetik zövqünə uyğun olan bir cəhətdir. Sənət sinkretizminin hər bir bəsit şaxəsində Şahmalı Əliyev özünəməxsus manevrlər edərək, sadə tərzlər içərisində sənətini və şəxsiyyətini sevdirməyə müvəffəq ola bilmişdir. Adi dəyərləri zinətləndirərək poetik istedadı ilə peşəkarlığı sayəsində sənət mücəssiməsi yaratmışdır.
Təmiz adla hər diyarı gəz, dolan,
Qəvvas olsan, dəryaları üz dolan,
Şahmalı, sən el içində düz dolan,
Hörmətin ucalsın, nə qədər olsun.
Xalq müdrikliyinə söykənən şair bu bir bənd şeirində öz həyatının məziyyətini olduğu kimi ifadə etmişdir. Dünya malında gözü olmayan şair Şahmalı üçün zəngin həyat tərzi önəmli deyildi. O, yaşam hədəfini dediyi bu misra içərisindəki standarta uyğun şəkildə formalaşdırmışdı.
Şair Şahmalı Əliyev sələfi olan böyük ustadların külli sayda deyimlərini, söhbətlərini köksündə daşıması, geniş biliyə, xalq yaradıcılığına, klassik ədəbiyyata, xalq müdrikliyinə dərindən bələdçiliyi hər misrasında günəş işığı kimi aydınca görünür. Vaxt ilə yazdığı
Pərvanə şamına dolanar hər gün,
Nə murada çatar, nə qılar tərgin.
misralarında klassik ədəbiyyatdan gələn əsintilər, və bir də təffəkürə yerləşməyəcək qədər böyük fəlsəfi mənalar gizlənir. Burada şairin sufi dünyagörüşü və onun təsəvürlərinin izi, həm ilahi sevgi, ədalət sevgisi, nübuvvət sevgisi, imamət sevgisi, valideyn sevgisi, övlad sevgisi, aşiqlik, yara vurğunluq, eşqin dəryasında ümmanlara qərq olmaqlıq, ilahi gözəlliyə vurğunluğun ifadəsi yer almışdır ki, onu inəcələsək iki misranın iki kitab qədər təfsiri yaranar.
Yaradıcı-ifaçı sənətkar kimi şair Şahmalının söz dünyasında hikmət xəmirindən mayalanmış bəsitliklər, təzadlar, qayğılar, nisgillər, gileylər, yumorlarla dolu olan kifayət qədər nümunələr tapmaq olar ki, bunlar hamısı mərhum şairin keçməkeşli həyat bioqrafiyası, zərif ürəyinin döyüntüləridir.
Yaddaşlarda yaşayan qoşmaları, gəraylıları şifahi şəkildə nəsildən-nəsilə ötürülərək, bu günümüzə qədər gəlib çatmışdırsa, bu da şair Şahmalının istedadının, elin ona olan məhəbbətinin göstəricisidir. Şahmalı Əliyev yaradıcılığındakı həqiqət mövqeyi, zamanın eybəcərlikləri Sovet qlavlitinin dəmir məngəsindən keçmədiyindən, təəssüf ki zamanın da çap olunmadı. Ancaq qədir bilən ellərimiz, poeziyasevərlər şair Şahmalını yaddaşlarda yaşadır, yeri düşəndə şeirlərindən zərbiməsəl kimi istifadə edirlər.
Gücünü Göyçə kimi müqəddəs bir torpaqdan, dərsini ustadlardan alan Şahmalı Əliyev sənətin dərinliklərinə baş bura-vura el arasında "şair Şahmalı" statusunu, möhtəbərliyini qazanmışdır. Dildə əzbər misralarının birində qeyd edir ki:
Adım şair qaldı, sən öl!
Tarixən belə olub ki, əlinə saz götürüb ustadlıq həddinə çatmış hər bir aşığın keçdiyi məktəb yolunda onlarla ustadların qoyduğu izlərin nümunələri aşkar edilir. Bu izlərin mənbəyini və mənsəbini yaradıcılığında yaşadıb, əxz etdirmək yalnız İlahi vergi sayəsində mümkün olan işdir ki, bu da şair Şahmalıya Tanrının bir töhvəsi olaraq onun bütün varlığını şöhrətləndirmişdir. O, külli miqdarda şeirlər, poemalar, rəvayətlər, dastanlar, nağıllar, xatirələr, atalar sözləri bilirdi ki, o biliyi, hazırcavablığı məzhəkə meydanında onu yekun söz sahibi kimi təqdim etmək xarakterinə malik bir söz ustadı kimi formalaşdırmışdı.
Şahmalı Əliyevdə sənət improvizasiyası da var idi. Bədahətən şeir deyə bilir, qaralamsı olmayan ardıcıl şeirlər yazırdı. Bəzən heç yerdə çalıb, oxunmayan , ürəkləri fəth etmək, könüllərə ruhi qida vermək gücündə olan saz havaları da ifa edirdi. Onun zəngin poetik təfəkkürü ilə, yaradıcı aşıqlığı vahid bir nöqtədə birləşmişdi.
Şair Şahmalı şeirləri ibtidasından intəhasınadək məzmun və mündəricat etibarilə özünəməxsusluğu, öz üslubuyla seçilir.
Onun işıq üzü görən "Bəlkə qala sözüm, dünya" adlı bu kitabında yığcam yazılar təsbit olunmuş, dəqiqləşdirilmələr aparılaraq əsərləri orjinal variantda çap edilmişdir.
Elin nəzərindən salma özünü,
Kişisənsə, düzgün danış sözünü.
And içmə yalandan, tutar gözünü,
Binəlik yatarsan, oyanmazsan, ha!
Misrasında şairin əqidəsi, amalı, məsləki ibrətamiz tərzdə ifadə olunmaqla yanaşı, indiki dövrdə çətin anlaşılan sözələrə də meydan verilmişdir. Məsələn, buradakı "binəlik" sözü şirin Göyçə şivəsinin, isti Göyçə leksikonunun linqivistik bir nümunəsidir. Bu sözlər arxaikləşmiş sözlərə aid oluna bilər, çünki, yeni nəsil bu ifadəni ümumiyyətlə işlətmir. Zamanın tələbi ilə o sözlər dilimiz də işlənməsə də, Şahmalı Əliyev poeziyasında yaşayır. Şairin əsərlərində bu cür ifadələrə bir neçə şeirlərində rast gəlinir. Bəlkə də poeziyanın dilimizə ən böyük xidməti də elə budur!
Təəssüf ki, yüzlərlə qoşamalar, gəraylılar, təcnislər müəllifi olan Şahmalı Əliyevin xeyli sayda əsərləri müəmmalı şəkildə "it-bata" tuş gəlmişdir. Özünün yaradıcılıq diapozonunun ölçüsü kitabdakı əsərlərindən bir neçə dəfə çox geniş meydanı əhatə etməsinə baxmayaraq, əldə olunan əsərləri kitabda təsbit etməyin məqbul sayılması qənaətinə gəlinmişdir.
Hacı Abbas Əli oğlu Bağırov
Həkim-provizor
Tibb üzrə fəlsəfə doktoru
Qələbə Tibb Mərkəzinin direktoru
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024