Filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Hüseynov nəşr etdirdiyi “Yazıçının dili və üslubu” (1981), “Romanın üslub zənginliyi” (1990), “Dil və poeziya” (2008),“Poetik frazeologiya” (2013) kimi sanballı mono-qrafiyalarına görə Azərbaycan filologiyasında kifayət qədər tanınıb, bir dilçi, tənqidçi kimi şöhrət qazanıb.
Bu günlərdə çap etdirdiyi "Göyçə gölü” (2015) poeması isə onu bir şair kimi dəyərləndirməyə İmkan verir...İlk olaraq “Göyçə gölü” poemasının struktur-semantik yükü ilə bağlı bəzi məsələləri ümumiləşdirmək lazım gəlir: – 296 bənddən ibarət (hər bəndi 5 misra olmaqla) “Göyçə gölü” əsəri irihəcmli lirik poemalardandır; – poema formasına görə M.Şəhriyarın “Heydərbabaya salam” əsəri ilə səsləşir. Bu, poemanın əvvəlində M.Şəhriyardan iqraf kimi verilmiş
“Yaxşılığı əlimizdən aldılar
Yaxşı bizi yaman günə saldılar” misralarında açıq-aydın şəkildə görünür; – poemanın sonuncu bəndində verilmiş “Məhərrəmin Göyçə, Şorca kədəri” misrasının poetik semantikası assosiativ olaraq iki fikri reallaşdırır: şairin əsl adı onun təxəllüsü kimi çıxış edir; sonuncu bənd möhürbənd statusundadır; – xüsusi olaraq vurğulana bilər ki, poemanın müəllifi Azərbaycan şifahi və yazılı ədəbiyyatını, ümumən türk ədəbiyyatını nəinki linqvopoetik baxımdan tam mənimsəyib, hətta onu ruhunun bir parçasına çevirməyi bacarıb; – 296 bəndin hər biri dil deyib ağlayır, hər biri qəmlə yoğrulmuş bayatıları, ağıları xatırladır. Bu mənada “poemanı həm də “Müsibətnamə” də adlandırmaq olar” – deyən A.Bədəlzadə haqlıdır;– “Göyçə gölü” poemasını həyəcansız oxumaq mümkünsüzdür.
Çünki onun hər misrası qəmlə, dərdlə yoğrulub, Vətən dərdi, Vətən həsrəti elə canlandırılıb ki, yatmış ruhları belə oyadır;– poemada təkcə Göyçədən yox, ümumən Qərbi Azərbaycandan deportasiya olunanların (sonuncu deportasiya 1988- ci ildə reallaşdırılıb), qaçqın, didərgin həyatı yaşayanların obrazı sənətkarlıqla yaradılıb. Poemadakı qaçqın, didərgin obrazı ona görə təsirli, təbii və canlıdır ki, bu həyatı miskin şairin özü yaşayıb. Minlərcə göyçəli kimi, onun da yurd-yuvası dağıdılıb, onun da ata-babalarının qəbirləri darmadağın edilib. Amma digər göyçəlilərdən fərqli olaraq onun həm də əlyazması şəklində olan bir sıra elmi əsərləri və zəngin kitabxanası Gədəbəydəki dayısı evində it-bata düşüb;– Azərbaycan dilinin Göyçə şivəsinin şirinliyi poemanın hər bəndində müşahidə edilir; – şair Məhərrəmin Göyçə sevgisi dəlicəsinə sevgidir, onun Göyçəsi tanrı sevgisindən qopan mələkdir, dağ qoynunda pəridir, ana təbiətin şah əsəridir...
“Göyçə gölü” poemasının poetik strukturundan bəhs edən Ağasən Bədəlzadə maraqlı bir açıqlama verir: “Göyçə gölü!” xitabı bütün bəndlərin başında təkrar olunsa da (bütün bənd- lərin yox, 296 bənddən 4-ü istisna olunmaqla – Ə.T.), mənalı, musiqi yaradan, təkrir kimi səslənir, bütün bəndləri bir-birinə ümumi ideya ilə bağlayan bir zəncir rolunu oynayır. Göyçə gölü gözlərimiz önündə bir vətən simvolu kimi obrazlaşır, heykəlləşir, leytmotiv funksiyası daşıyır, təəssüratlarımızı bir mərkəzdə ümumiləşdirir, güclü nəqərat rolunu oynayır” (Yaxşı ki, açıldı çeşmənin ağzı. Kredo qəzeti, 3 yanvar 2016-cı il).
Müəllifin fikirləri bütün parametrlərinə görə elmi və inandırıcıdır. Amma 292 dəfə anafora kimi işlənmiş “Göyçə gölü” hidronimik vahidinə başqa bucaqlarda da yanaşmaq olar. Fikrimizcə, 292 bəndin hər birində semantik dinamikanın məhz “Göyçə gölü” hidronimi ilə başlanması onun təkcə bir bənd deyil, ümumən poema daxilində məntiqi mərkəz funksiyasında çıxış etdiyini göstərir. Bu isə o deməkdir ki, şair “Göyçə gölü”nü ustalıqla kultlaşdırıb. Burada bir məqamdan yan keçmək olmur: “Dədə Qorqud” eposunda Qazan xan həm də su ilə soraqlaşaraq yurdundan bir xəbər öyrənmək istəyir: “Çığnam-çığnam qayalardan çıqan su!... Ordumın xəbərin bilürmisin, degil mana...” Su kultunu, suya olan sonsuz məhəbbəti ifadə edən bu misralar Məhərrəm Hüseynovun poeziyasında tam yeni formada təzahür edir:
Göyçə gölü, möcüzəsən, düzü, sən,
Göyçəmin dünyaya baxan gözüsən,
Ələsgərin suya dönmüş sözüsən,
Səni Alı öydü,Əlləsgər öydü,
Qarşında dahilər, dağlar baş əydi.
Poemanın beşinci bəndində Dədə Qorqud və Göyçə dəniz obrazlarının məntiqi bağlılığının poetik şəkildə ifadəsi də diqqətdən yayınmır:
Dədəm Qorqud “Göyçə dəngiz” deyibdir,
Adicə göl demək sənə , eyibdir,
Sahillərin dağdan zireh geyibdir,
Güneyi yamyaşıl, qardır quzeyi,
Göyçə nədir? – Təbiətin muzeyi.
Həssas qəlbli şairin poetik təfəkküründən süzülmüş bu misralarda emosionallıq və ekspressivlik zəngin qafiyələr(deyibdir – eyibdir – geyibdir; quzeyi – muzeyi), metafora (sahillərin dağdan zireh geyibdir...), antiteza (Güneyi yamyaşıl, qardır quzeyi) və digər vasitələrlə yaradılıb. Bu bəndlə bağlı iki cəhəti vurğulamaq yerinə düşür: birinci misradakı “dəngiz” sözü “Dədə Qorqud” eposunda “dəniz” (Göyçə dəniz) şəklində işlənib; “Dədə Qorqud”dakı “dəniz” forması Azərbaycan dilinin Qərb şivələrində, o cümlədən Göyçə şivəsində eynilə mühafizə olunur. Qeyd etdiyimiz kimi, poemada cəmi 4 bənd “Göyçə gölü” xitabı ilə başlanmır: bunlardan birincisi yuxarıda təqdim etdiyimiz bənddir; iki bənddə “Göyçə gölü” vahidi ilk ifadə kimi işlənməsə də, ona birbaşa işarə olunur: “Sən dağlar qoynunda çırpınan ürək”; “Ulu babam qoynunu yurd seçibdir ”; bir bənddə isə Göyçə gölü hidroniminə deyil, Göyçə toponiminə işarə edilir.
Göyçənin toponimik mənzərəsini, coğrafi koordinatlarını əks etdirən həmin bəndi eynilə təqdim edirik: Toxluca, Ağbulaq, Şorca, Ardanış,Cil, Babacan, Pəmbək tarixə tanış, Ağkilsə, Şişqaya, Məzrədən danış.Allah, allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax! Bəli, şair haqlıdır. Bu adların, bu sözlərin hər biri doğmadan doğmadır, ruhumuzun bir parçasıdır, adları çəkilən bu yurd yerlərimizin hər biri erməni daşnaklarının əlində əsir-yesirdir, hər biri zar-zar inildəyir... Şair “Ardanış” oykoniminin assosiativliyi ilə yaratdığı zəngin qafiyələrlə (Ardanış – tanış – danış), oxucusunu mübarizəyə, inildəyən yurd yerlərimizi azad etməyə səsləyir. Şairin lirik “mən”i üçün iki səcdəgah, iki qiblə var: Kəbə və Göyçə. Bunlardan ikincisi, şairin içindədir, ruhundadır, bir an belə onu rahat buraxmır. Xəyalən Göyçəni gəzən, yuxularında Göyçənin ecazkar gözəlliyindən zövq alan şair üçün oyanmaq zülmə bərabərdir. Çünki oyandıqda dərdli ah çəkməkdən başqa bir çarəsi qalmır.
Səni yuxularda görməkdir peşəm
Oyananda bir dərdli ah çəkmişəm.
Bu dərdlər, bu ahlar burulğanında çapalayan şairin iki arzusu var: bunlardan birincisi, “Təbiətin muzeyi”, – deyə vəsf etdiyi, doğulub boya-başa çatdığı Göyçədə yaşamaqdır:
Qucağında qovuşaydım elimlə
Danışaydım öz ləhcəmlə, dilimlə
ikincisi isə heç yerdə yox, məhz Göyçə torpağında, ata-anası yatan yerdə uyumaqdır:
Son nəfəsdə xahişim var ölümdən
Atam, anam yatan yerdə haqlasın
O torpaqda məzar yeri saxlasın”.
Mən Göyçəsiz qaldım, Göyçə də mənsiz, -deyən şairə görə, Göyçə mahalını türklərsiz qoyanlar tikan bitirən, düşdüyü torpağa ləkə gətirən qara keşişlərdir, nə imanı,nə dini olan, xaçı itiləyib islamı biçən zalım ermənilər, qaniçəndaşnaklar, bir də onlara arxa duran ruslardır:
Göyçə gölü, el bəxti oyanmadı,
Qaniçənlər göydə haqqı anmadı,
Göyçənin əhvalına yanmadı,
Rus ilə hay qarşıma qoşa çıxdı,
"dalət ayaqda, şər başa çıxdı.
Şair bu tip bəndlərdə ermənilərin, həm də onların havadarları olan rusların iç üzünü açır, hətta onları kəskin ifadələrlə tənqid atəşinə tutmaqdan belə çəkinmir. “Göyçə gölü” kitabı böyük şəxsiyyətlərin ermənilər barədə dediyi sözlərlə başlanır:
“Ermənilər dünyanın öz arvadlarını siyasi məqsədlər üçün istifadə edən ilk millətidir (Karl Marks);
“Ermənilər faydalı axmaqlardır” (Vladimir Lenin)...
Şair isə erməni xarakterini, erməni xislətini son dərəcə ustalıqla, zərgər dəqiqliyi ilə canlandıra bilib: erməni qurddan yırtıcıdırsa, dovşandan fağırdır, bədxahdır, yaltaqdır, əzazildir,anasının əmcəyini kəsəndir:
Göyçə gölü, həqiqəti yaxşı bil,
Erməni xisləti düzələn deyil,
Dünyaya yaltaqdır, türkə əzazil,
Qanqal kimi dörd tərəfə əsəndi,
Anasının əmcəyini kəsəndi.
Poemanın onlarca bəndində Aşıq Alı, Aşıq Ələsgər kimi ustad sənət-karların adları hörmət və məhəbbətlə çəkilir. Bu da təsadüfi deyil. Çünki Göyçəni Aşıq Alısız, Aşıq Ələsgərsiz təsəvvürə belə gətirmək mümkün deyil. Burada bütün varlığı, ruhu ilə saza, söz sənətinə bağlı olan, ən əsası isə sözdən inci düzən Aşıq Ələsgəri öz ustadı hesab edən şairin bir bəndini xatırlatmaq yerinə düşür (haşiyə: professor Məhərrəm Hüseynov, bəlkə də, yeganə tədqiqatçıdır ki, Aşıq Ələsgərin şeirlərini əzbərdən bilir; M.Hüseynov Aşıq Ələsgərin şeir diliilə bağlı yazdığı monoqrafiyanı çapa təqdim edib): Göyçə gölü, saz-söz sənin canındır, ləsgər şöhrətin, Alı şanındır, Uluların qəbri ər nişanındırS özlər: “ərənləri yada sal” – deyir. Sədəfli saz: “Misri”, “Cəngi” çal – deyir. “Dədə Qorqud kitabı”nda yurdun talan edilməsi, yağmalanması Qazan xanın dilindən verilmiş parçada poetik şəkildə ifadə edilir: “
...Səni yağı nerədən darımış, gözəl yurdum! Agban evim dikilində yurdu qalmış... Qara mudbaq dikilində ocaq qalmış. Bu motiv M.Hüseynovun lirik poemasında da müşahidə edilir, daha doğrusu, Qazan xanın dilindən verilmiş soylamaya şair sanki yeni nəfəs verib:
Göyçə gölü, saf suların bulandı,
Yurd-yuvamız yağmalandı, talandı,
“Haq-divan var” – desən, vallah, yalandı,
Sədd çəkən olmadı şərin yoluna,
Qanlı qandal vuruldu haq qoluna.
A.Bədəlzadə şairin dilini belə səciyyələndirir: “Məhərrəm Hüseynov bir filoloq, bir istedadlı dilçi alim kimi, sözlərin fonetik funksiyasına, nizamlı, biçimli sintaksisinə, ahəngdarlığına, sözlərin sırasına diqqətlə yanaşır, dili kəkələndirən, dolaşdıran söz və ifadələrdən, rebus qəlizliyindən qaçır, maksimum dərəcədə fikrin ekspressivliyinə əməl edir”.
Biz isə deyirik ki, Məhərrəm Hüseynovun şeir dilindəki zənginlik və rəngarənglik, məna dərinliyi, poetik siqlət heç də onun bir filoloq, bir istedadlı dilçi alim olması ilə yox, məhz əsl şairliyi, coşqun təbiəti ilə bağlıdır. Təsadüfi deyil ki, M.Hüseynov bəzən hətta elmi üslubla yazdığı əsərlərində də bir yazıçı kimi çıxış edir: “ Şeirin misraları poetik rəng və mənası olan sözlə bəzənir. Şairin sözlə döyünən ürəyi hər yeni poetik tapıntılarla ilhama gəlir. Hər yeni söz şairin ömür və yaradıcılıq yollarının poetik naxışlarına çevrilir ”. Professor M.Hüseynovun monoqrafiyasından götürdüyümüz bu cümlələrin hər biri obrazlıdır, poetik səslənir. Bu mənada ilk şeirlər kitabını (Göyçə gölü, 2015) ömrünün 71-ci baharında çap etdirmiş şair Məhərrəmə haqq qazandırmaq olar. “Göyçə gölü” poemasına linqvistik tənqid metodu prizmasından yanaşdıqda şairin dilindəki şirinlik və zənginlik aşıq-aydın şəkildə görünür. Bu mənada aşağıdakılara diqqət yetirək: – poemadakı musiqililik, ahəngdarlıq və poetik məna dərinliyi həm də assonans və alliterasiyalarla reallaşdırılıb: “Ağlaya-ağlaya ağlar qoydular” (a-a-a-a-a-a–a-a-a); “Göyçə gölü, göy gözündə gözüm var” (g-g-g-g-g). Sonuncu nümunədə”g” səsi ilə başlanan “Göyçə gölü” hidroniminin assosiativliyi ilə yaradılmış alliterasiyalar ümumən poeziyamız üçün səciyyəvidir:
“ Göyçə göyüm-göyüm göynədi getdi” (Zəlimxan Yaqub);
“Göyçə gölü nə göyçəkdi, Ələsgərin Göyçəsində” (Ülvi Bünyadzadə); – poemada zəngin qafiyələr qabarıqlığı ilə seçilir: əsditələsdi-kəsdi; udduran-duran-quran; yağır-fağır-ağır; yatıbdırbatıbdır-qatıbdır...;– anaforaların hər biri təbii qarşılanır: Allah, allah, bu yerlərdə ada bax!”; “Göyçə gölü, sənə ömrüm girovdu//Göyçə duyğularım oddu, alovdu”..; – dilimizdəki frazeoloji vahidlərdən sənətkarlıqla istifadə olunub: ciyəri od tutmaq, ürəyi yanmaq (Ciyərim od tutur, ürəyim yanır), şərə düşmək (Şərə düşdü qədim Göyçə mahalı), ağzına su almaq (Üzü dönmüş, ağzına su almısan!)...; – arxaizmlərdən məhz sintaktik mühitə, situasiyaya uyğun şəkildə işlədilmə diqqətçəkən məqamlardan hesab oluna bilər: yağı (Göyçə gölü, daşnak kinli yağıdır); ün (Göyçə gölü, eşit fəryadı, ünü)...; – şairin yaratdığı epitetlərin hər biri xüsusi poetik çəkiyə malikdir: gül hüsn, dönük dövran...;– ermənilərin xainliyi, yaltaqlığı və zalımlığı həm də metonimiyalar kontekstində canlandırılıb:
“Yastıbaş əzəldən türkün düşməni”. Buradakı “yastıbaş” sözü məhz erməniləri işarələndirir; – şairin poetik təfəkkürünün məhsulu olan çoxsaylı metaforalar poemanın bəzəyi kimi çıxış edir: “Sahillərin qardan biçər köynəyin; “Söndürülmüş ocaq ağlar, od ağlar”; “Oxşasın üzümü, dağların mehi”..;– mübaliğəsiz demək mümkündür ki, poema təşbehlərsiz təsəvvürə belə gəlmir: “Ləpən Ələsgərin misraları tək”; “İntizarın qılınc tək kəsir məni”; “Səf-səf qayaların durur ər kimi”...; – “Bizə zəhər çatdı, şəkər ilana”; “Dünən quzu olan bu gün qurd oldu”; “Göyçə gölü, sən qalan, mən gedəri” kimi antitezalar poemanın bədii-estetik kamilliyini şərtləndirən detallar kimi görünür... Dostum, qardaşım, həmkarım Məhərrəm bəy! Göyçə mahalını daşnak tör-töküntülərindən azad edəcəyimizi, orada yenidən yurd-yuva quracağımızı metaforik-metonimik bir dillə belə mənalandırırsan: “
...Pətəkdən güc ilə qovulan arı
Gün gələr, üz tutar pətəyə sarı”.
Bəli, haqlısan! Göyçə mahalı yenə türkcə danışacaq! Ərənlərimiz Göyçə mahalında yenə də at oynadacaq!!!
“Ədalət” qəzeti, 16 yanvar 2016-cı il
Əzizxan Tanrıverdi
Filologiya üzrə elmlər doktoru, professor
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024