Kişilik simvolu və Cahandar ağa

12:05 / 04.12.2019
Baxılıb: 3568

Bu yaxınlarda seminarda idim. " Azərbaycan kişilik simvolu deyəndə ilk ağlınıza gələn isim kimdir " sualına bir xanım cəld " Cahandar ağa " - deyə cavab verdi. Və bir daha bu mövzuya qayıtmalı oldum.

Bilməzlik yoxsa ...

" Bakı metropoliteni " QSC 15 iyul 2016-cı il tarixindən etibarən " Gənclik " stansiyasının keçidlərində Mədəniyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə " Metro Gallery " layihəsi çərçivəsində növbəti sərgini təqdim etdi. Xatırladım ki, sərgi Lenovo şirkətinin sponsorluğu ilə nümayiş olunur. Azərbaycan kinematoqrafiyasına həsr olunan sərgidə köhnə filmlərdən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunur.

Azərbaycan filmoqrafiyasını sevən tələbkar tamaşaçı kimi çox sevindim və mədəniyyətimizin həm də əcnəbilərə çatdırılması işini alqışladım. Fotoların qarşısında ayaq saxlayaraq yaradıcı heyəti bir də nəzərdən keçirməkdən, uşaqlıq xatirələrimi çözələməkdən zövq aldım. " Dəli Kür " filmindən Cahandar ağanın Mələyi qaçırtma səhnəsini görəndə müasir deyimlə desək şok oldum. At üstə əyləşən ağanın gözləri məni illər öncəyə qaytardı...

İsmayıl Şıxlı " Dəli Kür " əsərini səkkiz ildən çox bir müddətə qələmə alıb. Roman bir ildən də çox çap olunmaq üçün növbə gözləyib. 1967-ci ildə dərc edildikdən sonra da romanın ətrafında qalmaqallar səngiməyib.

İ.Şıxlının 1950-ci illərdən yazmağa başladığı əsərdə hadisələr reallığı əks etdirir. Nasirin "Azərbaycan gəncləri” qəzetinə (20 dekabr 1988-ci il) verdiyi müsahibədən bir hissəni diqqətinizə təqdim edirəm.
"...özümdən uydurma süjetlər, hadisələr qura bilmirəm. Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. " Dəli Kür ”də həmçinin, hekayələrim də bu qəbildəndir”.

İsmayıl Şıxlının oğlu Elçin Şıxlı deyir ki, Cahandar ağa Qara Nəbi adlı şəxsin və İsmayıl Şıxlının ana tərəfdən babasının prototipidir: ” Cahandar ağa atamın ata tərəfdən babasıdır. Atam təbii ki, onu görməmişdi, ancaq eşitdikləri əsasında Cahandar ağa obrazını yaradıb. Kənddə Qara Nəbi adlı kişi varmış. Atam Cahandar ağanın zahiri görünüşünü Qara Nəbini göz önündə canlandıraraq təsvir edib ".

Əsəri hələ əlyazma şəklində oxuyan Mehdi Hüseyn ədəbi hadisəyə çevrilməmiş bu roman haqqında İsmayıl Şıxlıya göndərdiyi məktubunda yazırdı: "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn. 12 noyabr 1962-ci il".

Nəhayət 1970-ci ildə " Dəli Kür " filmi çəkilir. Film də əsərin aqibətini yaşayır. " Dəli Kür " Moskvanın senzurasına görə bir xeyli dəyişikliyə uğrayır. Ekran işini görən İsmayıl Şıxlının əsəbləri sarsılır...

Azərbaycan kişisi deyərkən əksəriyyətimizin gözləri önündə Cahandar ağa surəti canlanır. Bu obrazın bu qədər sevilməsinin sirri nədədir? Razılaşaq ki, heç də hamı romanı oxumayıb və Cahandar ağa deyərkən məhz xalq artisti Ələddin Abbasovun yaratdığı mükəmməl ekran təqdimatını xatırlayır. Ona görə fikirlərimi bu rakursdan bildirməyə cəhd edəcəm.

Ə. Abbasovun uğurla canlandırdığı qürurlu ağa əzəmətli manerası, nüfuzedici baxışı, kəskin reaksiyası ilə obrazın sevilməsində müstəsna xidmət göstərib. O, qorxmazdır, torpaqlarını qorumaq üçün çarın əsgərləriylə açıq savaşa çıxacaq qədər mərddir ( bu kadrlar kəsilərək filmdən çıxarılıb), ölümün gözünə dik baxır, hakim sinfin digər nümayəndələrindən fərqli olaraq rəiyyətlə nisbətən mülayim rəftar edir, fırıldaqla məşğul olan molla sinfilə kompromisə getmir, əksinə, nə qədər böyük nüfuz sahibi olsalar da onlara qarşı çıxmaqdan çəkinməyəcək qədər igiddir, qonağı xilas etmək üçün həyatını riskə atacaq qədər gözüqaradır, namusuna toxunan ləkəni qanla yuyacaq qədər ötkəmdir və s. Söz onunçün qanun – kişilik şərəfidir. Cəmiyyətdə sözünün ağası, ailəsində hakimi mütləqdir. Ancaq xoşagəlməz məclisə getdiyi üçün bacısını məhv edən ağa digər bir kişinin namusunu ayaqlar altına salacaq qədər xudbindir. Mələyi gördüyü andaca vurulan və onu özününkü etməyə qərar verən Cahandar ağa şəxsiyyətinin ziddiyyətli tərəfi isə bu hərəkətində özünü haqlı bilməsidir. O, nəinki atdığı addımdan vicdan əzabı çəkmir, hətta bir kişini faciəyə səbəb olacaq duruma saldığının fərqində belə deyil. Onun düşüncəsinə görə burada əxlaq norması pozulmayıb.

Hər bir kişi ( ələlxüsus da şərq kişisi ) ailəsi, eyni zamanda şərəf və namusu üçün mübarizə aparır. Ancaq Cahandar ağanın Mələyin əri Allahyarla atışma səhnəsində onu gözündən vuraraq kor etməsi də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnələrdəndir. Bu işdə onlara " kömək ” edən amillərdən biri isə Allahyarın başının dəstəsilə mənfi tip kimi təqdim olunmasıdır. Filmin Moskva baxışları zamanı çar əsgəriylə olan döyüş səhnəsi kəsilib çıxarılısa da süjet xəttindəki əxlaq normasına uyğun gəlməyən bu nüans diqqətdən kənar qalıb. Ola bilsin ki bu, o dövrün düşüncə tərzinin geriliyini önə çəkmək məqsədi daşıyıb. Amma arvadı qaçırılan kişinin namusu uğrunda mücadiləsi niyə belə aşağılayıcı şəkildə ekranlara yansıyıb? Hətta Allahyarın pis ər və pis insan olması belə onun bu şəkildə təqdim olunmasına əsas vermir.

Bəs namusunu təmizləmək üçün irəli atılan Allahyarı biz niyə sevmirik? Onun yerində olmağı arzulaya bilərikmi? Əlbəttə ki yox ! Bəs niyə onun yox, qarşı tərəfin yanındayıq? Cahandar ağanın müsbət keyfiyyətləri kifayət qədərdir və burda da üstünlüyü ona vermək ehtiyacını yaradan nədir?

Bizlərdən çox az, kişilər tərəfdən isə lap cüzi hissə Cahandar ağanı Azərbaycan kişisinin simvolu olaraq qəbul etmir. Çoxluğun Cahandar ağanı rəmz olaraq qəbul etməsində kiçik xəta hesab edib üstündən keçməyə çalışdıqları bu nüansın mayasında əsrlərin qaynağından süzülüb gələn " Mənim xoruzum başqasının hasarında banlasın " təfəkkürü, " İnək göz etməsə, buğa sıçramaz " məntiqi dayanır. Çox dərin və böyük polemika qonusu olduğundan bu yazımda bu mövzunun qatlarına varmayacağam. Əsrlərlə düşüncələrimizə hakim olan, həyata baxışımızı tənzimləyən bu miskin adət-ənənə burulğanından çıxmaq üçün cəmiyyətimizin işıqlı baxışlara ehtiyacı var.

Anam " Sirr var ev içində, sirr var el içində " məsəlini tez-tez çəkərdi. " Kişi allahın kölgəsidir " məsəlinin bariz nümunəsi olan Cahandar ağanın müsbət keyfiyyətləri el, mənfi cəhəti isə ( başqasının arvadını qaçırma nəzərdə tutulur ) ev içində saxlamalı olduğumuz " sirr " lərimizdəndir. Çünki, bu düşüncə tərzi təkcə bir ağaya, bir türk və şərq kişisinə deyil, genel olaraq hamımıza aiddir. Bir günün, bir qərinənin yox, əsrlərin bizə miras verdiyi sistemli baxış bucağıdır. Hər zaman ailəsini yad gözlərdən qorumaq üçün canından belə keçən Azərbaycan erkəyi, başqasının xanımına ( səbəbi ancaq özünə aid olan ) komplimentlər, yanaşmalar, yaxınlaşmalar və s. etməkdə sərhəd tanımır və ən maraqlısı isə bunu öz şərəfinə elə də nöqsan hesab etmir. Hər bir azərbaycan kişisinin daxilində - mənində bir Cahandar bəy yaşamaqdadır. Bu üzdəndir ki, bu ağa nəsrimizdə, filmoqrafiyamızda ən sevilən obraz, rol hesab olunmaqdadır.

Film sovet vaxtı repressiyaya məruz qalıb. İndi ki müstəqilik, " İvan " qalereyanın düzülüşündə bizə əmr vermir ki?! Cahandar ağanın torpaqlarını qorumaq üçün çar ordusunun zabit-əsgərləriylə savaşdığı və öldürüldüyü kadrın nümayişi niyə yada düşmədi ki?! Onsuz da kəsilərək filmdən çıxarıldığı üçün əksəriyyət tamaşaçı bu kadrdan xəbərsizdir. Həm film bərpa olunar, həm də Azərbaycan bəyinin daxili dünyasının açılması üçün daha önəmli mesaj verilmiş olmazdımı? Cahandar ağanın bacısı Şahnigarı Kürdə boğduğu kadrı yayımlamaq olmazdımı?! Bununla da namusun şərq-türk kişisi üçün nə qədər önəm daşıdığı ismarıcını çatdırmaq yerinə düşməzdimi?! Cahandar ağanın şagird seçmək üçün kəndə gələn rus müəlliminin həyatını xilas etmək üçün özünü irəli atdığı kadr daha möhtəşəm deyilmi? Əcnəbilər qonağın nə qədər toxunulmaz olduğu mesajını görüb haqqımızda məlumatlansaydılar daha yaxşı olmazdımı?

Təsəvvür edirəm ki, sərgidə ilk nümayiş etdirilən bu epizod Bakıda təhsil alan hansısa Conun diqqətini çəkir və o qrup yoldaşından soruşur:

- Bu kişi neyləyir?

Dilotu yemiş qrup yoldaşı da

- Bu bizim bəyimizdir, qonşu kənddən olan Allahyarın arvadını qaçırır- cavabını verir.

Cona yaxşı tanıdırıq özümüzü, bərəkallah.

Ya bu epizod yayımlanmamalıydı, ya da ən azı sadaladığım üç fraqmentlə birgə nümayiş olunmalıydı. Tamı hissələrə bölərkən vurub gözü çıxartmaq olmaz. Atalarımızdan bizə miras qalan ev içindəki sirrimizi bayağı şəkildə el içinə çıxartmağın əleyhinəyəm.

Hər sahədə mütəxəssis və xalqını sevən kadrlar çalışmalıdır. Bu qədər məğrur, əzəmətli və Azərbaycan kişilik simvolu kimi qəbul edilmiş (bu, reallığımızdır) obrazın ekran təcəssümündən yada düşən ilk kadr kimi məhz bu səhnənin seçiliməsi bu işin arxasında dayananın ya yad psixologiyalı biri olduğundan xəbər verir, ya da bunu bilərəkdən edir. Hər iki halda isə uduzan bizik.(karabakhmedia.az)

Kəmalə Səlim Müslümqızı


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər