Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna həsr olunmuş əsərlər

12:30 / 06.05.2019
Baxılıb: 3144

Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna xeyli əsər həsr olunub. Hafiz Hacxalılın araşdırmasında vurğulanır, şair Məcnun Göyçəlinin də şeirləri deportasiya hadisələrini özündə daha canlı və obrazlı şəkildə əks etdirən ədəbi nümunələrdəndir. Bu mənada onun İntiqam Ocaqlının eyni adlı şeirinə nəzirə yazdığı “Hardasan, hardasan, ay ev yiyəsi” şeiri diqqəti cəlb edir, oxucunu daha çox düşündürür: “Bu şeir təkcə yurdunu itirən Ermənistan azərbaycanlılarının, qarabağlıların deyil, bütün 50 milyonluq Azərbaycan türkünün dərdi, faciəsidir. Şair bu şeirdə İrəvanda, Göyçədə, Ağbabada, Dərələyəzdə, Vedidə, və digər qədim yurd yerlərimizdə ocaqları sönən, təndiri qalanmayan, qapısını-bacasını tikan basmış soydaşlarını haraylayır.

Qərib gecələrə baş qoyub dağlar,

Çaylar hönkürtülü, bulaqlar ağlar.

Hər ocaq başında bir zümzümə var!

Döyür pəncərəni xeyli var nədən?

 

Allahlı dünyanın Allahsız səsi,

Hardasan, hardasan, ay ev yiyəsi.

Bir soraq varmı gör Turan elindən,

Yollar qəm bağladı durna telindən!

 

Gül bülbüldən küsüb, çəmən gülündən

Zirvədə təklənib qıy vuran qartal,

Daşlara çırpılır ünü, hikkəsi,

Hardasan, hardasan, ay ev yiyəsi?

Gücü qələminə söykənib dərdi yazmağa çatan bir şairin “Bir soraq varmı gör Turan elindən”- deyə böyük türk dünyasına səslənişi, oğuz birliyinin yenidən var olub, bir olub yüksəlməsinə olan inamı şeirin sonuncu bəndində yurda dönmək arzusu ilə səsləşərək bədii sözün təsir dairəsini daha da gücləndirir.

Daşkənddə sazını kökləyə Hacı,

Sönmüş ocaqların asıla sacı.

Qayıda ellərin gözəllik tacı

Şair ürəyimdə qapılar döyə,

Ocaq məhəbbəti, Vətən şərqisi,

Hardasan, hardasan, ay ev yiyəsi.

Aradan neçə illər keçməsinə baxmayaraq, o yurd yerlərinə dönmək, sönmüş ocaqları yandırmaq, qurumuş bulaqların gözündən öpə-öpə onları yenidən cana gətirmək tək bir şair qəlbinin yox, bütün yurd həsrətlilərinin ən böyük arzusudur. Çünki o yerlərin hər daşı, qayası, gülü, çiçəyi ilahi sehrlə, ilahi harmoniya ilə köklənmiş, doğulandan ta ölənədək əbədi sığınacaq yerlərimizdir. Məcnun Göyçəli də o yurda qayıdışı, o yurda dönüşü və elə o yurdlarda da haqqa qovuşmağı Allahdan belə arzulayır:

Demirəm ki, dünyanın,

Nazıyla güldür məni.

Allahım zəlil eylə,

Vətəndə öldür məni.

“Bəziləri onları, millətimin iki yüz minə yaxın yerindən-yurdundan pələsəng edilmiş övladlarını sadəcə “Köçkünlər” adlandırmağı məsləhət gördülər. Xətirlərinə dəyməmək üçün belə bir yumşaq söz işlətməyi münasib bildilər. Əslində isə onlar köçməmişdilər. Onları zorla, silah gücünə, qanlarını tökə-tökə yudlarından, yuvalarından didərgin salmışdılar. Dağlara, meşələrə səpələnmiş azərbaycanlılara, nəhayət, mərkəzi hökümətimizin “humanist” başçılarının “rəhmi” gəldi, vertolyotlar göndərdilər, ələ keçənləri, sağ qalanları daşıyıb Azərbaycan torpağına tökdülər. İndi özünüz deyin: bunlara “köçkün” adı demək olarmı?

Adam durduğu yerdə min illərlə yaşadığı, ulu əcdadlarının sümükləri basdırılmış torpaqdan köçərmi? Özü də kənd-kənd, oba-oba! Bəziləri dedilər ki, onlar “Qaçqınlar”dır. Sadəcə yurd-yuvalarını atıb gələnlərdir. Adam o zaman yurd-yuvasını ürəyi ağrımadan atıb başqa yerə gedər ki, torpağa bağlı olmasın, Vətən, el-oba qədri bilməsin, onun həsrətini çəkməsin, yurdun hər daşı, hər qarışı, axar-baxarı üçün burnunun ucu göynəməsin! Bizim xalq torpağa, Vətənə bağlı xalqdır. O, hər saatla yurdundan-yuvasından ayrılan deyil! Onları ayırdılar. Zorla, fitnə-fəsadla!… Həmin səhnəni ömür boyu unuda bilmərəm”. (“Didərginlər” toplusu. Bakı, Gənclik, 1990. İsmayıl Şıxlı. Su axan yerdən bir də axar.)

Dərbənddən Təbrizə, Borçalıdan İrəvana, Qarabağdan Kərkükə qədər uzanan dərdlərimizi Zəlimxan Yaqub köçgünlüyün, didərginliyin mənəvi iztirablarını sazın “Dilqəmi”sində:

Göyçə dərdi göyüm-göyüm göynəyən,

Sızım-sızım sızıldayan yaramdı.

İndən belə kirpik çalmaz gözlərim,

İndən belə yuxu mənə haramdı.

 

Göyçə dərdi – talan olan varımız,

İlxı yoxdu, sürü yoxdu, naxır yox.

Bu torpağın yaddaşında, yadında,

Bizdən ötrü əvvəl vardı, axır yox! - deyə qələmə alıb. “Göyçə dərdi” dastanı ədəbiyyatımızda bizdən sonra gələn nəsillərə xalqımızın başına gətirilənləri xatırlamaq, unutmamaq üçün bir yaddaş möhürüdür. Dastanda 1988-ci ildəki ictimai-siyasi hadisələri bir qaçqının, bir yurd itirənin dilindən şair bunları deyir:

Qaçdıq, qaçqın dedilər!

Köçdük, köçkün dedilər!

Küsdük, küskün dedilər!

Susduq miskin dedilər!

 

Hamı ağ günə çıxdı,

Bizə pis gün dedilər!

Hər nəyi dedilərsə,

Yaman kəskin dedilər.

 

Bizə gəlmə dedilər,

Bizə yamaq dedilər.

Evimizin içində

Bizə qonaq dedilər.

İnsanın son mənzili olan qəbir evinin dağılmasına, onun təhqir olunmasına rəvac verənlərə bütün bəşəriyyət nifrətlə yanaşıb, hətta onu, bu gün dünyaya atom başlıqlarının ucunda demokratiya atanlar da tənqid edib, adına beynəlxalq səviyyədə "vandalizm" deyiblər. Lakin 1988-ci ildən sonra demək olar ki, Ermənistanda yaşayan Azərbaycan türklərinin ata-babalarının qəbirləri yerlə yeksan olunmuş və tarixdən silinib.

Zəngibasarda, Gümrüdə, Calaloğluda, Göyçədə, İlməzlidə, Cücəkənddə qədim tarixə malik məscidlər, dini abidələr erməni vandalizminin qurbanı olub.

Bu vandalizm bu gün Gürcüstanla Ermənistan sərhəddində yerləşən qədim memarlıq abidəsi övliya Hacı Xəlil türbəsindən və dədəmiz Ələsgərin də məzarından yan ötməmiş, ermənilər onun da qəbrinə əl uzatmışdılar.

Gözləri yol çəkən, Ələsgər dədə,

Dağlarda təklənən qəbrinə qurban!

Bəd gəldi bizlərə bu vaxt, bu vədə.

Döz, bu da zamandı, səbrinə qurban!

 

Yaxud “

Səsinə bir mahal yığılan kəsin,

Yanında bir nəfər həyanı yoxdur”- misralarında şairin daxilən çəkdiyi vicdan əzabı, “biz ki, bir zaman belə deyildik” fikri poemanın bütünlüklə məğzini təşkil edir. Bu gün ədəbi publisistikamızda da deportasiya mövzusu əsas sütunlardan birini təşkil edir. Flora Xəlilzadənin, Budaq Budaqovun, Teymur Əhmədovun, Qara Namazovun, Qafar Çaxmaqlının, Qərib Məmmədovun, Eldar İsmayılın, Aqil Abbasın və bir çox ziyalıların publisistikasında yurd yerlərinə dönmək arzusu boy verir, hətta həmin əsərlərdə özünü biruzə verən yeni-yeni ideyalar da günün tələbləri ilə səsləşir və bizə o yurd yerlərinə dönmək üçün qol-qanad verir. Məsələn, Qərib Məmmədovun “Qərbi Azərbaycan və yaxud Azərbaycanın qərbi haradır?!” məqaləsi müasir tarixşünaslığımız, siyasi və ictimai fikir tariximiz üçün maraqlı olan məqamlarla izlənilir.

Hal-hazırda belə ruhda və belə elmi sambalda olan məqalələrin toplanılıb toplu şəklində hazırlanması üçün tərəfimizdən müəyyən addımlar atılıb”. Araşdırmaçı daha sonra bildirir, Budaq Budaqov və Qiyasəddin Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”nin, “Qərbi Azərbaycan ədəbi-bədii, publisistik toplusu”nun, İ.Vəlizadə və B.Muradov tərəfindən yazılmış “Ermənistan azərbaycanlılarının soyqırımı” kitabının, Hidayətin “Burdan min atlı keçdi” kitabının, “Didərginlər” toplusunun, Salman Qazinin “İtirdiyim yerlər“ adlı şeirlər kitabının işıq üzü görməsi başımıza gələn deportasiyalara ədəbi-bədii yanaşma, dəyərləndirmə baxımından çox qiymətlidir: Şair Əli Vəkil tərəfindən min zəhmət bahasına tərtib edilən “Ədəbi İrəvan” almanaxı Azərbaycanın müxtəlif yerlərinə səpələnmiş Ermənistandan olan şairlər və yazıçılar üçün ədəbi bir töhfədir.

Ümumiyyətlə, son dövr ədəbiyyat tariximizdə deportasiya mövzusu ədəbi polemikalara səbəb ola biləcək bir baxış bucağı kimi son dərəcə maraq doğurur. Bu mənada professor Təyyar Salamoğlu Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Mövlud Süleymanlının “Köç” əsərinə həsr etdiyi “Azərbaycan-erməni münasibətləri tarixi müstəvisində” adlı məqaləsində əsəri təhlil edərək siyasi xronologiyanı elə gözəl sərgiləyir ki, insan əsərin bədii gücünün ecazına düşür. “Köç” əsərindəki təsvirlərdən məlum olur ki, müəllif Azərbaycan xalqının son 200 illik bir tarixinin bədii səciyyəsini vermək məqsədini əsas götürmüş və Azərbaycan xalqının öz milli varlığını, tarixi torpaqlarını qorumaq üçün əsrlər boyu yadellilərə qarşı mübarizə apardığını, saysız qurbanlar verdiyini, erməni-Azərbaycan qarşıdurmasının bu gün üzdə görünən keyfiyyətləri ilə bitmədiyini, onun köklərinin dərinlərə getdiyini əsrlərdən keçib, bu günkü vəziyyətə gəlib çıxdığını aydın şəkildə açıb göstərib.

Ermənistan adlı qədim oğuz-türk yurdu haqqında “Yurd yeri” adlı silsilə televiziya verilişləri hazırlayan yazıçı Miraslan Bəkirlinin də yaradıcılığında bu gün oxucunu intiqama səsləyən, dədə-baba ocaqlarına dönmək arzusunu tezləşdirən, o yerlərdən ruhumuzda, qanımızda, canımızda gətirdiyimiz ellik adətlərimizi, mənəvi dəyərlərimizi unutmamağa səsləyən motivlər üstünlük təşkil edir. Əslən Ermənistandan olan, o yerlərdə doğulan və 1988-ci il hadisələrindən sonra deportasiyaya məruz qalan gənclərimizin deportasiya mövzusuna müraciət etmələri, bəlkə də çoxlarının belə üzünü görmədikləri öz dədə-baba yudlarına həsr etdikləri şeirlərin, nəsr əsərlərinin yazılması onların doğma yurd yerlərinə dönmək arzusunun ən bariz nümunəsidir.

Məsələn, H.Hacxalılın “Biz unutmadıq”, “Quşçuda Ağbaba yallısı, Göyçə həsrəti” kimi publisistik yazılarında və şeirlərində yurda dönmək arzusu daha qabarıq şəkildə özünü göstərir. Bu mənada deportasiya antologiyasını yaratmaq üçün əlimizdə xeyli material var və biz bu antologiya vasitəsilə gələcək nəsillərimizlə keçmişimiz arasında əbədiyaşar bir körpünün əsasını qoymuş olarıq.

Deportasiyaya həsr olunmuş ədəbi-bədii nümunələrin müxtəlif dillərə tərcümə olunması, həmin əsərlərin qəhrəmanlarına abidələrin ucaldılması, onların bir çox ölkələrdə yayımlanması da beynəlxalq ictimaiyyət qarşısında bizim haqlı mövqeyimizin müdafiə olunmasına xidmət edən bir vasitə kimi dəyərləndirilə bilər.

Uğur

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər