II - ci hissə
Bu cür paradoksu yalnız və yalnız qan qohumlarının hər hansı prinsipial məsələdə umu-küsüsünün ali məqsədlərə mane olmaması kimi psixoloji amillə izahlamaq mümkündür.
Bütün bu deyilənləri:
- Aağaməhəmmədilərin bu kəndin əsasını qoyması barədə fikirlərin kəndin ən qədim tayfalarının ağsaqqalları tərəfindən qeyd-şərtsiz qəbul edilməsini;
-Qaraqoyunluların indiki Ermənistanın İcevan-Krasnoselo rayonlarının əhatə edən dərəyə sığınmasının 1468-cı ildən sonrakı dövrə təsadüf etməsi reallğını;
-Cahan Şahın oğlanları arasında fikir ayrılığının Şah İsmayılın hakimiyyətindən əvvəl yəni 1501-ci ildən öncə baş verdiyini təsdiqləyən rəsmi sənədləri;
-Cahan Şahın oğlanları arasında fikir ayrılığının Şah İsmayılın hakimiyyətindən əvvəl, yəni 1501- ci ildən öncə baş verdiyini təsdiqləyən rəsmi sənədləri;
-Kəndin şiəliyin qəbulu ilə bağlı zəmində ikiyə bölünməsi reallığını;
-Kəndin əsasını qoymuş tayfada Qaraqoyunlu sülaləsinə məxsus tarixi adların - Cahan, Buduq, Hüseyn, Məhəmməd, Yusif adlarının zaman-zaman təkrarlanaraq, nəsildən-nəsilə keçməsi və günümüzə qədər yaşarı olması gerçəkliyini nəzərə alaraq qəti şəkildə söyləmək olar ki: Böyük Qaraqoyunlu kəndinin əsası XV əsrin sonlarında sonuncu Qaraqoyunlu hökümdarı Cahan Şahın kiçik oğlu Məhəmməd Mirzə tərəfindən qoyulub və ilkinliyində kənd CAHANŞAH adlandırılıb.
1555- ci ilə dair sənədlərdə və xəritələrdə Cahanşah kəndi Səfəvi Azərbaycan dövlətinin Qarabağ(Gəncə) bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələnir. Məhz elə o zamanlar Səfəvi dövlətinin sürətli inkişafı osmanlıların qısqanclığına səbəb olmuşdu və bu qısqanclıq Sultan III Muradın qızılbaşlara "patoloji nifrət" inin uzunmüddətli qanlı müharibələrə çevrilməsi ilə nəticələndi. 1578-ci ildə Göyçə hövzəsinin şərq hissəsindəki kəndlərin bir qismi , o cümlədən Zod, Zərzibil, Ağkilsə, Cahanşah, Salaməleyk, Siyaqut, Qayadibi, Daşkənd kəndləri osmanlıların nəzarətinə keçdi ki, bu tarixi reallıq da 1590-cı ildə tərtib olunmuş "İrəvan əyalətinin müfəssəl dəftəri" nin 328-ci səhifəsindəki qeydlərdə əksini tapıb. Həmin qeydlərdən bəlli olur ki, o zaman osmanlıların tətbiq etdiyi struktur bölgüsünə əsasən, yuxarıda adaları çəkilən Göyçə kəndlərinin hamsı İrəvan əyalətinin Ordubad qəzasının Zaur nahiyyəsinin inzibati vahidləri kimi təsniflənirmiş. Osmanlıların bu yerlərə ilk nəzarəti təxminən 50 il davam edib. 1595-ci ildə tərtib olunmuş "İrəvan Əyalətinin icmal dəftəri" ndəki müvafiq qeydlərdən bəlli olur ki, həmin dövürdə Cahanşah kəndi timar şəkilində, yəni dövlət səlahiyyətlərinin gəlirlərini təmin edən vergi ödəyicisi qismində Nahar İsrayıl oğlu, Səfər İlyas oğlu, İbrahim İlyas oğlu və Dürri İsgəndər oğlu adlı şəxslərin mülkiyyətinə verilibmiş. XVII əsrin əvvələrində osmanlılar bu ərazilərə nəzarəti itirdikdən sonra kənd yenidən Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati vahidləri sırasına daxil edilib və bu dövrdən etibarən şiəliyin Qaraqoyunlu ənənələrinə düşmənçiliyindən qaynaqlanan narahatlıqlar aradan qaldırmaq üçün Böyük Yengicə adlandırılıb ki, bu reallıq da məxəzlərdə əks olunub. Belə ki, 1723-cü ildə osmanlılar bütövlükdə Göyçə hövzəsini ələ keçirən zaman bu yurd yeri rəsmi sənədlərdə "başqa bir adı Cahanşah olan Böyük Yengicə kəndi" kimi təqdim olunurdu. 1728-ci ilin aprelin 12-də Əhməd Şah Mehmad xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış "İrəvan əyalətinin icmal dəftəri"nin 15 -ci səhifəsindəki qeydlərdən bəlli olur ki, həmin vaxt kənd inzibati baxımdan İrəvan əyalətinin Məzrə nahiyyəsinin ərazisinə daxil imiş və onun sultan xəzinəsinə illik ödənişi 4582 ağca həcmində müəyyənləşdirilibmiş.
Kəndin adının uzun zaman - təxminən iki əsr boyunca Yengicə, yəni, təzə yurd kimi hallandırılmasını isə qızılbaşlara qaraqoyunluların ideoloji zəmində fikir ayrılıqlarından qaynaqlanan təhlükədən sığortalanmaq, mənasız itkilərdən qaçmaq istəyi ilə izahlamaq olar. XVIII əsrin sonlarına, yəni Səfəvi xanədanının tarix səhnəsindən tam silinməsi əminliyi yarananadək bütün rəsmi sənədlərdə Yengicə kimi təsniflənən bir kəndin adının qəflətən dəyişdirilərək Qaraqoyunlu toponimi ilə əvəzlənməsinin o dövrün tarixi reallıqları baxımından, başqa bir izahını vermək sadəcə mümkün deyil.
Kəndin inkişaf tarixinin sxematik xronologiyasını müəyyənləşdirməyə imkan verən rəsmi sənədlər olmasa da, ağsaqqalların söhbətləri əsnasında belə qənaətə gəlmək mümkündü ki, ağaməmmədlilər və onlarla eyni soydan olub sonradan Bala Qaraqoyunluda məskunlaşaraq, özlərini elə "balaqaraqoyunlular" kimi təqdim edənlər bu kəndin əsasını qoyan tayfalardır. XX əsrin sonlarında Böyük Qaraqoyunluda mövcud olan digər tayfaların bu kənddə məskunlaşma tarixi baxımından ardıcıllığı isə belədir: "Nağılar", "Seyidlər", "Alaboğazlılar", "Kazımlılar", "Şıxlar", "Nəsiblilər", "Kalva Çobanlar", "İmirzəlilər", (Rzalılar: Aşıq Əsəd bu nəslə mənsub idi), "Məşədi Hüseynalılar". Böyük Qaraqoyunluda məskunlaşan sonuncu ən böyük tayfa "İrəvanlılar" adlanırdı ki,onların da əsasını 1905-1920-ci illər aralığında ermənilər tərəfindən dağıdılmış Kəvər - Martuni nahiyyələrindəki türk kəndlərindən gələnlər təşkil edirdi. Bundan başqa Böyük Qaraqoyunluda say tərkibi etibarı ilə çox da geniş olmayan nəsillər də vardı ki, onları da özlərini təqdim etdiyi şəkildə camaatın qoyduğu adla təsnifləyirdilər: "İmamalılar", "Ədillər", "Petoslar", " Xaçdar" və s.
Beləliklə, yazılı rəsmi mənbələrdəki məlumatların təhlilindən aydın olur ki, VXII əsrin ortalarından etibarən Böyük Qaraqoyunlu, müəyyən fasilələrlə Səfəvi Azərbaycan dövlətinin Qarabağ bəylərbəyliyinin inzibati idarəçiliyində olub. Təxmini məlumatlara və ağammədlilərdən Qəzənfər Cahanovun 1930-cu illərdən etibarən ağsaqqallardan eşitdikləri əsasında tətib etdiyi şəcərəyə görə, məsgunluq tarixinin əvvəlindən XIX əsrin ortalarına qədər Böyük Qaraqoyunlunu Ağa Məhəmməd, Qara Hüseyn(Həsən), Cahan, Gödək Alı, Budaq, Yusif, Qara Məhəmməd, Həsən(Hasan), Soltan Əli( Sultanəli), Mustafa, Məşədi Qəhrəman idarə ediblər.
1826-1829- cu illər İran-Rusiya, Türkiyə-Rusiya müharibələri zamanı Göyçə kəndlərinin böyük əksəriyyəti kimi Böyük Qaraqoyunlu da yerlə yeksan edilib. Bu müharibələrin qasırğasından Böyük Qaraqoyunluya yaxın kəndlərdən yalnız Göyçə Yellicəsi, Zərzibil, Tatul Qışlağa, Zod salamat çıxmışdı ki, bu tarixi reallıq da rəsmi sənədlərdə təsbitlənir. Belə ki, XIX əsrin əvvələrində Rusiyanın istəyi və diqtəsi ilə yeni yaradılan erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalında o zaman yaşayış üçün yararlı sayılan 59 kəndin(ermənilərin tətbiq etdiyi bölgüyə əsasən Göyçə hövzəsi kəndlərinin bir qismi Dərəçiçək mahalının inzibati hüdudlarına daxil edilmişdi və bu səbəbdən də olar bu siyahıya düşməyiblər). İ. Şopen tərəfindən tərtib olunmuş siyahısında 42-ci yerdə Yellicə,(Göyçə Yellicəsi), 45-ci sırada Tatul Qışlağı, 46-cı sırada Zərzibil, 47-ci sırada Zod kəndlərinin adı yer alıb. Bu zaman dağıdılmış kəndlərin əhalisinin mütləq əksəriyyəti Göyçə Yellicəsinə sığınsa da az sonra, yəni XIX əsrin ortalarında onların hamsı öz doğma ocaqlarına qayıdaraq, dədə-baba yurdlarını bərpa etmişlər. Paralel olaraq ermənilər də məqsədləri yolunda fəallıq göstəriblər; Göyçə Yellicəsinin hərbi - strateji əhəmiyyətini, kritik məqamlarda Basarkeçər nahiyyəsinin şərq səmtindəki bütün kəndlərin əhalisi üçün təbii səngər - qalaya çevrilməsi reallığını nəzərə alaraq, onun bir inzibati vahid kimi ləğvinə nail olublar. Bu realıq da rəsmi sənədlərdə əksini tapıb. Belə ki, 1831-ci ilə dair siyahılarda Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Siyaqut, Salaməleyk, Ağkilsə kəndləri "adları unudulmuş ölü kəndlər" qrafasında ümumiləşdirildiyi və yalnız Göyçə Yellicəsi yaşayış üçün kənd kimi təsnifləndiyi halda; 1831-ci ildəki "ölü kəndlər"in hamsı 1873-cü ilin statistik hesabatlarına "diri kəndlər" kimi daxil edilib. Göyçə Yellicəsi isə heç bir siyahıya düşməyib.
XIX əsrin 30-cu illərindən etibarən, yəni Göyçə hövzəsi Rusiyanın yaratdığı "Erməni vilayəti"nin idarəçiliyinə verildikdən sonra, təbii ki, bütün rəhbərlər, o cümlədən Böyük Qaraqoyunlunu idarə edən şəxslər də hökümət tərəfindən müəyyənləşdirilib. Böyük Qaraqoyunlu XIX əsrin ortalarında yenidən bərpa edildikdən sonra kəndin rusların tətbiq etdiyi qaydalara əsasən təyin edilmiş ilk rəsmi rəhbəri buraya XVI əsrdə Qara Nağının başçılığı ilə gəlmiş "Nağılar" tayfasının ağsaqqalarından və o vaxt üçün artıq kəndin ən varlı adamı olan Hacı Nağı təyin edilib. Hacı Nağının vəfatından sonra isə bu vəzifəni həm mükəmməl dini, həm də gimnaziya təhsili olan ağaməmmədli Soltan Əli, ağaməmmədli Cahan Məşədi Qəhrəman oğlu, onun qardaşı Molla Nəcəf və seyidlər tayfasından olan Kalva(Kərbalayi) Cəfər daşıyıblar.
1918-1920-ci illərdə ermənilərə qarşı mübarizədə kəndin müqavimət hərakatına ümumi rəhbərlik bütün tayfalarının ağsaqqallarının yekdil rəyi ilə Alaboğazlardan Haxoy kişiyə həvalə olunub. Səmənd Ağanın Sulikova qarşı döyüşündə də Qaraqoyunlu tayfalarının birləşmiş bölüyünün rəhbəri Alaboğazların Haxoyu olub və tarixi döyüşdə Qaçaq Cəmillə, Aşıq Əsəd şücaətləri ilə seçilərək, Səmənd Ağanın mükafatlarına layiq görülüblər. Ümumilikdı isə Alaboğaz Haxoy zəmanəsinin ən adlı-sanlı igidlərindən biri olub və onun ermənilərə qarşı mübarizə tarixçəsi təkcə Göyçə ilə məhdudlaşmayaraq, indi Ermənistan deyilən əzəli-əbədi torpaqlarının az qala bütün bölgələrini əhatə edib. Belə ki, Səmənd Ağa ilə şəxsi dostluğu olan Haxoy onun doğma bacısı oğlu - Vedibasar müqavimət hərəkatının təşkilatçılarından biri olan Abbasqulu Ağa Şadlınski, elə də silahdaşları Qəmlo, Pənah və qeyriləri ilə də mütəmadi əlaqə saxlayırmış. 1930-ci illərdə, kalxozlaşma pərdəsi altında, türklərə qarşı terror kampaniyası başlayanda Kərbalayi İsmayılın dəstəsi ilə Qaçaq Cəmilin Göyçə qaçaqlarının fəaliyyətinin uzlaşdırılması kimi son dərəcə çətin və təhlükəli bir missyanı da məhz Alaboğaz Haxoy həyat keçirib. Bir növ kəşfiyyatçılıq mahiyyəti daşıdığı üçün rəsmi dairələr bu kontekstdə Haxoy kişiyə heç nəyi subut edə bilməyiblər və təbii ki, ona qarşı hər hansı bir ittiham sürməyə belə əllərində əsas olmayıb. Bununla belə, Haxoyun özü ilə yanaşı onun tayfasından olanlar da ciddi təqiblərə məruz qalıblar və bu səbəbdən də alaboğazların böyük qismi Qaraqoyunlunu tərk edərək, müəyyən müddət Daşkəsəndə və Bərdədə məskunlaşmağa məcbur olublar. Sonradan isə onların çox az qismi dönüb kəndə.
1918-ci il mayın 27-də Tiflisdəki Azərbaycan parlamentarları İrəvan xanlığının tarixi ərazisini Ararat Respublikasına peşkaş etdikdən sonra belə, Göyçənin bir qismi - Göyçə gölünün şimal və şimal-şərq ətrafındakı kəndlər, o cümlədən Böyük Qaraqoyunlu da Azərbaycan Demokratik Cümhuriyyətinin tabeçiliyində olub. Amma nə yazıq ki, Azərbaycan Cümhuriyyətinin o zamankı rəhbərləri Göyçənin müdafiəsi barədə əsla düşünməyiblər. 1919-cu ilin aprelində Göyçənin şimal-şərq, şərq və cənub səmtindəki kəndlərin hamsı, o sırada Böyük Qaraqoyunluda dağıdılıb; Əhalinin sağ qalan hissəsi müvəqqəti olaraq Cavanşir qəzasının dağlıq zolağında məskunlaşmaq məcburiyyətində qalıb. Göyçə hövzəsinin, 1918-ci il razlaşmasına görə, Azərbaycan tabeçiliyində olan kəndləri 1920-ci ilin noyabrında" Ermənistanda Sovet Respublikası qurulmasının şərəfinə" növbəti torpaq payı qismində ermənilərə bağışlandı.
Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL
Əvvəli ötən sayımızda (http://goyce.az/news.php?id=1199)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024