"Qutqaşınlının ev muzeyinə gələn ərəblər belə bir görkəmli insanın ev muzeyin bu halda olmasından şok keçirirlər"
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında müasir nəsr, hekayə janrının banilərindən biridir. Qutqaşınlı ədəbiyyatımıza ilk realist nəsr əsəri olan "Rəşid bəy və Səadət xanım" hekayəsini, böyük coğrafi əhəmiyyətə malik olan səyahət oçerki — "Səfərnamə" toplusunu gətirib. Bundan başqa, Qutqaşınlının "Tutu" adlı əsəri də olub. Ancaq təəssüf ki, bu əsər itib, günümüzə gəlib çatmayıb.
İsmayıl Bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də, Qurban bayramı günündə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) zadəgan Nəsrullahın ailəsində doğulub. İsmayıl adının da Qurban bayramına görə qoyulduğu ehtimal olunur. İsmayıl Qutqaşınlı uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib.
Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsa da, gələcəkdə hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Bu öhdəliklərdən biri də o idi ki, bəylər bir övladını Rusiyaya təhsil almaq üçün göndərməliydilər
Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı Nəsrullah da ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsilini uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan Qrenadyor alayında hərbi xidmətə başlayır, "praporşik" (gizir) rütbəsi qazanır. 1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır.
1852-ci ildə İ.Qutqaşınlı istefaya çıxaraq vətəninə qayıdır. O, Dağıstan valisi Tarku Şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla ailə həyatı qurur. İ.Qutqaşınlı 1852-ci və 1854-cü illərdə Məkkəyə Həcc ziyarətinə gedir, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşayır.
İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən xanımı Bikə xanım Usmiyev ilə birlikdə zəhərlənərək vəfat edir. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur. Ağdaşdan Qutqaşına (Qəbələyə) gətirilərək Sultanbaba qəbiristanında dəfn olunur.
1985-1986-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və ictimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılır və yazıçının məzarüstü abidəsi yenidən işlənir. Ev muzeyi yaradıldıqdan sonra İ.Qutqaşınlı haqqında maraqlananlar çox olur və mütəmadi olaraq muzeyə ziyarətçilər gəlir.
O dövr üçün olduqca əlverişli olan ev muzeyi artıq öz görkəmini və gözəlliyini itirərək baxımsız vəziyyətə düşüb. Bina hazırda tam dağılmaq ərəfəsindədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü yararsız haldadır. Yağışlar zamanı içəriyə su keçir və əşyalar yararsız vəziyyətə düşür.
Muzeyin müdiri Çimnaz Mürzəfərova bildirir ki, 1997-ci ildən muzeydə işləyir və bu müddət ərzində indiyə kimi cəmi bircə dəfə təmir-bərpa işləri aparılıb: "Təmir işləri 2001-ci ildə olub. Çox baxımsız və yararsız bir hal alan ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, baxan yoxdur. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişik, ancaq heç kim problemlə maraqlanmır".
"Hazırkı dövrdə Qəbələnin turizm potensiyalı yüksək olduğuna görə ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, eləcə də digər ölkələrdən rayona qonaq gələnlər çox olur. Bu vəziyyət bura gələn qonaqları da olduqca məyus edir. Ziyarətçilər sual verirlər ki, "belə bir görkəmli şəxsin ev muzeyi nə üçün baxımsız və viran haldadır?" Təəssüf ki, onlara verəcək cavabımız yoxdur" — deyir muzey müdiri.
Çimnaz xanım qeyd edir ki, muzeyə gələn ərəb turistlər mövcud vəziyyətə heyrət edirlər: "Hazırda ən çox qonaqlar ərəb ölkələrindən gəlir. İsmayıl Qutqaşınlının o dövrdə 2 dəfə Həcc ziyarətinə getməsi və ərəb ölkəsinin insanları haqqında "Səfərnamə" əsərində yazması ərəblərin də marağına səbəb olub. Ancaq Qutqaşınlının ev muzeyinə gələn ərəblər belə bir görkəmli insanın ev muzeyin bu halda olmasından şok keçirirlər".
"İsmayıl bəy düz 25 il Rusiyada xidmət edib, rusiyalı qonaqlar üçün də onun həyatı çox maraqlıdır. Bura gələn ruslar da Qutqaşınlının ev muzeyini bu halda gördükdə ərəblər kimi heyrətə gəlirlər. Belə bir şəxsiyyətin ev muzeyinin bu halda qorunmasını fəlakət adlandırırlar" — muzey müdiri bildirir.
Qeyd edək ki, hazırda ev muzeyi kimi, general-mayorun məzarı da bərbad vəziyyətdədir, dağılmaq üzrədir. Yaxın zamanlarda bu problem aradan qaldırılmasa, buraya gələn qonaqlar və turistlərinin qınaq obyektinə çevriləcəyik.
Qeyd edək ki, İsmayıl bəy Qutqaşınlı, həmçinin xeyriyyəçi kimi tanınıb. İnsanların maariflənməsi ilə yanaşı, iqtisadi vəziyyətlərinin yüksəlməsi üçün də işlər görüb. Dövrünün ziyalıları İsmayıl bəy haqqında olduqca müsbət fikirlər söyləyiblər. Qutqaşın və Şamaxı camaatı da İsmayıl bəyə böyük sevgi və hörmətlə yanaşıblar.
İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri indi də maraqlı xatirələr danışırlar. Qohumlarından birinin dediyinə görə, İsmayıl Qutqaşınlı Həcc ziyarətindən qayıdarkən özü ilə bir qız və bir oğlan qul alıb. Onları Qutqaşında azad edərək yeni həyat qurmalarına şərait yaradıb. Belə bir şəxsin xatirəsinin yaşadılması və abidəsinə hörmətlə ehtiram etmək hər bir vətəndaşın borcudur.(karabakhmedia.az)
İlham Əhmədov
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024