Şahidi olduğun bir əməl yaddaşda daha dərin iz qoyur, nəinki bu barədə deyilən min söz”
Ibsen Henrik, Norveç şairi və dramaturqu
Baharın gəlhagəl, qışın isə qaçaqaç günləri idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinişməsini gözləyirdilər. Rayon əhli adi günlərinin birini yaşayırdı. Mövsümün bu dövrü hər il belə olurdu bu yerlərdə.
1965-ci ilin ilk baharı da istisna deyildi.
Rayon rəhbərliyi də cari işlərlə məşğul idi. Rayon Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər iş otağında daxil olan məktubları diqqətlə oxuyub müvafiq şöbələr üzrə tapşırıqlar verirdi. Telefon zəng çaldı. Birinci katib Əli Həsənovla birbaşa əlaqə telefonu idi.
– Buyurun, yoldaş Həsənov.
– Kazım, Ağbulaqdakı təsərrüfatlarla bağlı fikrini bilmək istəyirəm. Bir düşün, gələcəm sənin otağında danışaq.
Aralarında səmimi münasibətlər olsa da bir az gözlənilməz idi belə bir qeyri-formal zəng. Həm də axı Ağbulaq ərazisində müzakirə oluna biləcək xüsusi mövzu da yox idi.
Əli Həsənov özü Kazım Əliyevin otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin adını çəkdikdən sonra gözləri ilə Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli Həsənov dedi:
- Günorta qonağımız olacaq. Bu yerlərin adamı deyil. Sizdə nahar edəcəyik. Səməndər bacıya de hazır olsun. Telefonla bir söz demə. İşdən tez gedərsən. Bizim evdə qulaq var (Əli Həsənov evində danışıqların izlənməsi üçün cihaz quraşdırıldığını nəzərdə tuturdu).
Heydər Əliyev və Əli Həsənov 1964
Qonağın kim olmasını soruşmazlar. Bu yerlərin qaydası belə idi. Günorta Kazım Əliyevin evi tərəfə “QAZ 69” markalı maşın yaxınlaşdı. Ev sahibi və Əli Həsənov qonağı eşikdə gözləyirdilər. Maşından hündür boylu, idmançı cüssəli, mavi gözlü, 40 yaşlarında bir adam düşdü. Əli Həsənovla görüşdü. Onlar tanış idilər. Daha sonra Kazım Əliyevlə əl sıxdı. Sonra diqqətlə Kazım Əliyevə baxdı. Həyətə daxil oldular. Gəlmə adam Əli Həsənovdan soruşdu:
– Haqqında danışdığın əməkdaşın bu adamdır?
Əli Həsənov təsdiq etdi. Otağa keçdilər. Səməndər xanım məcməidə xoruzpipiyi dəmlənmiş ətirli cayla içəri daxil oldu.
– Sizin tərəfdə kəklikotu çayı olmur?-qonaq gümrah səslə soruşub otağa çökmüş rəsmiyyətə bir sadəlik qatdı.
Az keçmiş Səməndər xanım bu dəfə kəklikotu çayını süfrəyə düzdü, yanında da İrəvan kətəsi. Ətirli qoxu otağı bürüdü. Çayın qonağın ürəyincə olması seziliridi. Qonaq tavana, divarlara göz gəzdirdi. Elə bil öz-özlüyündə nəyi isə götür-qoy edir, əllərini yuyurmuş kimi gah sağ əli ilə sol yumruğunu, gah da sol əli ilə sağ yumruğunu sıxırdı. Saatına baxdı:
– Yemək qalsın başqa vaxta. Çıxaq havaya, deyib ayağa qalxdı.
Səməndər xanıma minnətdarlığını bildirdi:
– Belə yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.
İdmançı görkəmli adam gəldiyi “QAZ 69″da, Əli Həsənovla Kazım Əliyev Volqada ermənilərin sıx məskunlaşdığı Orconikidze kəndini keçərək Şınıx dərəsi tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə, Mutu dərəyə, Köhnə Baş Keçidə üz tutdular. Bir qədər sonra maşınlar dayandı. Qonaq “Qoy, əməkdaşın bizi burada gözləsin”- dedi.
Əli Həsənov və Kazım Əliyev
Həsənovla qonaq aralanıb şumluğa tərəf yollandılar. Kazım Əliyev maşının yanında qaldı. Bir saat davam edən söhbətdən sonra qonaqla Birinci katib geri döndülər. Qonaq hər ikisi ilə görüşüb öz maşınına tərəf irəliləməzdən əvvəl Əli Həsənova sakit, lakin qətiyyətli səslə dedi:
– Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin. Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.
“QAZ-69” uzaqlaşdı. Əli Həsənov qayğılı görünürdü, başını bulayıb Kazım Əliyevə dedi:
- Bu adam bizi böyük bəladan qurtarmağa gəlib. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini Heydər Əliyevdir. Bakıdan Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib. Qonşularımız dinc durmurlar.
İki gün sonra rayonda görünməyən hadisələr yaşandı. Çəmbərəkə Moskvadan DTK-nın nümayəndələri gəldilər. Sovet rəhbərliyi milli məsələyə və millətçiliyin hər hansı bir təzahürünə çox həssas yanaşırdı. Rayonun ДОСААФ (Добровольное Общество Содействия Армии, Авиации и Флоту) “Ordu, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin binasındakı silah otağından yoxa çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən Orconikidze ermənilərindən yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon milis şöbəsinin silah saxlanılma otağından “itmiş” silahlar əvvəlcədən hazırlanmış plana əsasən ermənilərə paylanıbmış.
Aprelin 24-ü, qondarma “erməni soyqırımı” günündə Yerevandan gəlmiş dəstə ilə yerli millətçilər təxribatlar törədərək Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə yaxın kəndlərində və Krasnoselonun Ardanış, Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları qırmağı planlaşdırmışdılar.
Qeyd etmək yerinə duşər ki, qondarma erməni soyqırımının 50 illiyi ərəfəsində Qərbdə, o cümlədən Latın Amerikasında və Yaxın Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə genişmiqyaslı terror aksiyalarına start verməyi qərara aldılar. Ondan əvvəl isə Azərbaycanda və Ermənistanda azərbaycanlılara qarşı silsilə təxribatlar planlaşdırılırdı. Erməni lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi prinsipsizlik nümayiş etdirərək 1965-ci ildə “soyqırımla” bağlı Yerevanda məhdud çərçivədə tədbir keçirilməsinə icazə verdi. Əslində bu aqressiv erməni milliyətçiliyinə SSRİ məkanında da əl-qol açmağa imkan yaratdı.
Əli Həsənov
…..Söhbətin əvvəlinə qayıdaq. Krasnoseloda dindirmələr, sorğu-suallar başladı. Rayonun partiya-sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən şübhəlilər qismində təhqiqata cəlb olundular. Yerli milis şöbəsinin rəisi mayor Qaleçyan xüsusilə narahat görünürdü. Əsaslar isə ciddi idi. Əvvəllər də azərbaycanlılara qarşı nifrətini gizlətməyən Qaleçyanın dinc əhalinin əmin-amanlığını qorumaq əvəzinə terror şəbəkəsinin əsas əlaqələndiricisi olması üzə çıxmışdı.
Rayonda müxtəlif şayiələr yayılmağa başladı. Artıq rayon camaatı terror şəbəkəsinin Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi. Moskva komissiyasının rayonda işinin ikinci günü isə Qaleçyanın öldürüldüyü xəbəri yayıldı. Rəsmi versiya “özünəqəsd” oldu. Qaleçyanın kabinetində ağzının içinə atəş açılmışdı. Kriminal aləmdə ağzından söz qaçıran şəbəkə üzvləri belə cəzalandırılır. Bu ölüm əslində Moskva komissiyasının da işinə yaradı. Şəbəkənin əsas təşkilatçıları və üvzləri nə bilindilər, nə də həbs olundular.
… Bu gerçək hadisə Heydər Əliyevin həyatından olan epizodik bir andır. Yüzlərlə, minlərlə soydaşımızı xilas edən an. Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar. Əli Həsənov daha 4 il Birinci katib işlədi. Daha sonra İrəvanda rəhbər vəzifələrdə işləsə də, artıq o, ermənilərin qəzəbinə tuş gəlmişdi. Onun erməni siyasi dairələri tərəfindən təqibləri başlanmışdı, hər an şərlənərək həbs edilməsi zaman məsələsi idi. Heydər Əliyev bu vətənpərvər azərbaycanlı kadrı erməni şovinizminin cəngindən xilas edərək Azərbaycana dəvət etdi və o, Azərbaycanda məsul vəzifələrdə çalışdı. Həsənovdan sonra azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna Azərbaycan türkü təyin edilmədi.
O dövrün gerçəkliyi elə idi ki, Anti-Azərbaycan Sovet rejiminin sərt qadağaları çərçivəsində Heydər Əliyevin belə fədakarlıqlarından xalqımızın xəbəri olmurdu, amma az sayda bilənlər Azərbaycan xalqının böyük oğlunun belə əməllərini daim minnətdarlıqla xatırlayırlar.
Nə yaxşı ki, həmfikrim, Göyçəli həkim Hüseyn Hüseynov kimi həmin hadisələrin canlı şahidləri həyatdadır.(rakus.az)
Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024