Azərbaycan qadını. Həmidə xanım Cavanşir

15:57 / 21.05.2020
Baxılıb: 3952

İnsan olmaq böyük şeydir, qadın olmaq isə daha da böyükdür”

Marti Larni

Hər küncdən qışqırırdılar ki, evdə oturmağı faydalı keçirmək lazımdır. Biz də geri qalmayıb maraqlı və faydalı kontent əlavə etməyi qərara aldıq.

Biz həm tarixdə iz qoymuş, həm də müasirlərimiz olan qadınlar haqqında yazacağıq. Ümid edirik ki, rubrikamızın birinci materialı xoşunuza gələcək.

Qarabağlı dahi qadının portretini görəndə başa düşürsən ki, sadə bir təbəssümün arxasında nə qədər ağrı, məyusluq, nifrət, sevinc və sevgi gizlənir. Özünə sual verirsən: o, bütün bunlara necə tab gətirib və yıxılmadan irəliyə gedə bilib?

Ola bilsin ki, siz bu gün kimdən söhbət gedəcəyini təxmin etdiniz.

Azərbaycanın ilk maarifçilərindən biri olan Həmidə Cavanşir 19 yanvar 1873-cü ildə Şuşa qəzasında alim, ziyalı, tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya göz açıb. Onun ailəsi XVIII əsrin qədim və adlı-sanlı Qarabağ nəslindəndir. Bunun sayəsində Həmidə xanım ana dilini, rus və fransız dillərini mükəmməl öyrənmişdi və ali təhsil almışdı. O dövrdə təhsil, üstəlik ali təhsil ala bilmək çox nadir hadisə idi. 

Əhməd bəy sərt xasiyyətə malik, ağıllı və məqsədyönlü insan idi. Yeri gəlmişkən, çoxları güman edir ki, Həmidə Cavanşir bu xasiyyətini məhz atasından götürüb. Onların hər mənada uğurlu, zəngin və maarifli ailəsini görənlər onlara həsəd aparırdı. Bədxahları hər şey qıcıqlandırırdı, xüsusilə də Əhməd bəyin kənd təsərrüfatında tətbiq etdiyi yeniliklər. Məsələn, islahatlar sayəsində onun sahib olduğu daşlı torpaq məhsuldar sahəyə çevrilmişdi və ailəni uzun illər təmin etmişdi. 

Həmidə xanımın qeydlərindən məlum olur ki, onun atası prinsipial, bəzən isə çox sərt insan olub. Belə ki, o, öz həyat yoldaşına doğmalarını görməyi qadağan etmişdi. Lakin həyat yoldaşının qohumu vəfat edəndə o, Əhməd bəyin qadağasına məhəl qoymur. Eh, kaş o, bu vidanın nələrə səbəb olacağını bilsəydi. Həmin gündən sonra Həmidə xanımın anası öldüyü günə qədər öz uşaqlarını görə bilmədi. Əhməd bəy həyat yoldaşını əfv etmədi. O, dəfələrlə arvadına demişdi ki, qohumları ilə əlaqə saxlamasın, çünki onun fikrincə, onlar Kəhrizli kəndindəki işlərin əleyhinə bədxahlıq etmişdilər. Anasının ölümündən qısa müddət keçmiş gənc qızı növbəti zərbə gözləyirdi. Doğma qardaşı Məmməd bəy qəfildən özünü qatarın altında ataraq intihar edir. O, inqilabi baxışlarını bölüşməyən və ona vətəndən getməyi qadağan edən atası ilə söhbətdən sonra bu addımı atmışdı. Sonralar Həmidə xanım öz gündəliyində yazırdı: “Mən nə anamın, nə də sonralar Məmməd bəyin ölümünə görə bir dəfə də olsun, atamı ittiham etmədim”. 

Boylu-buxunlu, qədd-qamətli, uzun saçlı və yaxşı təhsilli Həmidə xanım hər zaman əks cinsin diqqətini cəlb edirdi. Bununla belə, Əhməd bəy onu tez ərə vermək istəyirdi, hesab edirdi ki, qədim adətlərə görə onu qaçırda bilərlər. Daha bir övladından ayrı düşməyə onun ürəyi dözməzdi.

Sanki taleyin bir hədiyyəsi kimi, Həmidə xanım İbrahim bəy Davatdarovla qarşılaşır. Yaxşı təhsilli və nəzakətli bəy gənc qızın soyuq qəlbini yumşaldır. O, Həmidə xanımın o qədər xoşuna gəlir ki, aradakı yaş fərqi (22 yaş) onu çəkindirmir. Doğru deyiblər ki, əgər insan sevirsə, nə yaşa, nə boya, nə də başqa bir şeyə baxmır. Onun üçün seçdiyi şəxs ən mükəmməl insan olur.

Burda sualınız yarana bilər: niyə çoxsaylı təltifləri olan alay komandiri, çoxlarının xəyalı olan bəy belə uzun müddət subay qalıb? Məlumdur ki, İbrahim bəyin həyatında çoxlu qadınlar olub. Lakin o, müsəlman qadınla evlənmək istəyib. Ətrafında isə belə birinə rast gəlməyib. Bir dəfə tanışlarından biri ona Qarabağda yaşayan bir qız haqqında danışır. O, İbrahim bəyin bütün tələblərinə cavab verirdi. Bu söhbətdən sonra Davatdarov yubanmadan Kəhrizliyə yollanır. Həmidə xanımı görəndə başa düşür ki, onun gözəlliyi haqqında deyilənlər gerçəyin qarşısında acizdir. Onların arasında hisslər alovlanır. Bu, ilk baxışdan sevgi idi. Məhz ilk qarşılaşdıqları gün İbrahim bəy Həmidə xanıma evlilik təklif edir. Lakin 15 yaşlı qız öz arzusunu dilə gətirir — təhsilini davam etdirmək. İbrahim bəy cavab verir: “Mənimlə evlən və bütün imkanları yaradacam”. Əlavə edir ki, cavab üçün bir ildən sonra geri dönəcək. 

İllər sonra Həmidə xanım öz nəvəsi Minaya danışır ki, bu müddət ona 10 il kimi gəlmişdi.

1889-cu ildə 16 yaşlı Həmidə Cavanşir ailə həyatı qurur. Sevgi dolu nikahdan qızı Mina və oğlu Müzəffər dünyaya gəlir. Sonralar həyat yoldaşının işinə görə onlar Brest-Litovska köçürlər. Ailə orda 6 il can bir qəlbdə yaşayır. Bu müddət ərzində Həmidə xanım əcnəbi dilləri, tarix və ədəbiyyatı öyrənir. Avropa mədəniyyəti və ənənələri onun şəxsiyyətinin formalaşmasına güclü təsir edir. Ballarda iştirak etmək üçün çoxsaylı dəvətlər alsa da, Həmidə xanım imtina edirdi. O, dəbdəbəli şənliklər əvəzinə kitab oxumağa üstünlük verirdi. Cəmi bir dəfə İbrahim bəy öz həyat yoldaşını Yeni il maskaradında iştirak etmək üçün dilə tuta bilir. Bu tədbir üçün Həmidə xanım dərziyə milli Azərbaycan geyimi sifariş edir. Bu libasda da cəmiyyət arasına çıxır. 

Ailə səadəti bir göz qırpımında məhv olur. 1902-ci ildə Qars qalasının komendantı Davatdarov vəfat edir. İbrahim bəy günvurma nəticəsində iflicdən dünyasını dəyişir. 

Gənc qadın uzun müddət ərini unuda bilmir, yemir və yatmır. O, gecə və gündüzlərini onun qəbri üstə keçirir.

Əhməd bəy sevimli qızını xilas etməyi və Qarabağa aparmağı qərara alır. Həmidə xanım uzun müddət köçməyə razı olmur. O, xaricdə təhsilini davam etdirmək istəyir. Atası onu dilə tutur ki, heç olmasa, onun ölümünə qədər birlikdə doğma malikanələrində yaşasınlar. Yarım il sonra Əhməd bəy sətəlcəmdən dünyasını dəyişir. Amma bu, Həmidə xanımı yıxa bilmir. Atasından ölümündən sonra o, yüksək intellekti və geniş dünyagörüşü sayəsində böyük ailə mülklərini idarə etməyi öyrənir. 

1905-ci ildə Həmidə xanım Əhməd bəyin əlyazmalarını nəşr etdirmək məqsədilə Tiflisə gəlir və Azərbaycan ədəbiyyatının klassiki Mirzə Cəlil Məmmədquluzadə ilə tanış olur. İki il sonra, 1907-ci ildə publisist Məmmədquluzadə ona evlənməyi təklif edir. Hadisələrin bu cür gedişatı Həmidə Cavanşirin xoşuna gəlmir, amma Mirzə Cəlil öz niyyətində israrlı olur. Həmidə xanımın qızı onu bu məsuliyyətli addımı atmağa razı salır və anası ikinci dəfə evlənməyə qərar verir. Onlar ailə həyatının böyük hissəsini bir-birindən ayrı keçirirlər. Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşri ilə məşğul olur, Həmidə xanım isə malikanədəki işləri idarə edir. Məmmədquluzadə ailəsində çətin dövr publisistin Kəhrizli kəndinə köçməsindən sonra başlayır. Həmidə xanım qısqanclıq edir. Bir gün Mirzə Cəlil hansısa gənc qızla çox səmimi davrandığı üçün cütlük arasında ciddi ixtilaf düşür. 

Bir dəfə Mirzə Cəlinin anası Qəmər Əmiraslan oğluna deyir: “Sən Həmidəyə qarşı haqsızlıq edirsən”. O isə cavab verir: “Xahiş edirəm, bu haqda danışmayaq. Mən arvadıma hörmət edirəm, lakin mənə başqası lazımdır”. 

Bu hadisə Mirzə Cəlil və Həmidə xanımın həyatında bir istisna hal idi. 

Çətinliklərə və bu qədər fərqli xarakterlərə baxmayaraq, onlar 25 il xoşbəxt ailə kimi yaşayırlar. Həmidə xanım yazıçının sadiq müttəfiqi olur və hətta onun ölümündən sonra da onun yaradıcılığını təbliğ edir. 

O, bütün həyatı boyunca öz xalqının rifahı uğrunda çalışır. Məsələn, doğma kəndi Kəhrizlidə (indiki adı Ağcabədi rayonu) toxuculuq fabriki, oğlanlar və qızlar üçün məktəb, habelə xəstəxana açır. Əvvəllər heç kimin ağlına da gəlməzdi ki, XIX əsrin qadını xeyriyyə cəmiyyəti yarada bilər. 1906-cı ildə Həmidə Məmmədquluzadə Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətini qurur. O, heç kəsi diqqətsiz qoymur və ağır gündə kömək əlini uzadır. Onun xeyirxahlığının parlaq nümunəsi Mirzə Ələkbər Sabirin müalicəsi üçün göstərdiyi səylərdir. Sonralar onun zəhmətini təkcə şairin özü deyil, həm də Üzeyir Hacıbəyli “Müəlumat” qəzetində dəyərləndirir: “Qoy ədəbiyyat tarixində yazsınlar ki, Sabir kimi şairi təqdir edən bir kişi olmadı, bir arvad oldu ki, şairin səhhəti üçün öz varından keçdi”. 

Şərq qadınlarının azadlıq problemini işıqlandıran “Molla Nəsrəddin” jurnalının çətin dövrü Həmidə xanımdan yan keçməyib. O, jurnalın nəşri üçün şəxsi büdcəsindən vəsait ianə etmişdi. Həmidə xanım deyirdi: “Bu gün mən satirik jurnala kömək edirəm, sabah isə o, xalqa kömək edəcək”. 

Lakin sovet hakimiyyətinin gəlişindən sonra Həmidə xanımın təkcə doğma kəndindəki torpaqları deyil, həm də zadəgan əsilli olduğu üçün səs hüququ əlindən alınır. Çətinliklərlə əlaqədar o, Bakıya köçür və ömrünün sonuna qədər orda yaşayır. 

Həmidə xanım Azərbaycan xalqının tarixinə təkcə mesenat kimi deyil, həm də xalq yaradıcılığı nümunələrinin böyük hissəsini toplamış folklorçu kimi həkk olunub.

1955-ci ildə Həmidə Cavanşir-Məmmədquluzadə dünyasını dəyişir. Amma onun xatirəsi bir çox insanın qəlbində hələ də yaşayır. (Friday.az)

Nailə Abdullayeva

GOYCE.AZ


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər