Ermənistan Sevr müqaviləsini niyə "diriltmək" istəyir?

18:18 / 28.08.2020
Baxılıb: 3540

Avqust ayının 10-da Ermənistan prezidenti Sarkisyan və baş naziri Paşinyan ənənəvi Sevr ah-vay xatırlaması etdilər. Bu, ermənilərin puç olmuş xəyallarından ən böyüyüdür və Sevr müqaviləsinin aqibətinə baxanda bir daha ilahi ədalətə inanmamaq olmur. Ermənistan prezidenti və baş naziri Sevri qanuni, beynəlxalq, hazırda da de-fakto qüvvədə olan sənəd kimi səciyyələndirdilər. Heç bir ölkə tərəfindən ratifikasiya olunmamış və qüvvəyə minməmiş sənədin hüquqi cəhətdən qüvvədə olması sual doğurur.

Ermənistanın bir sıra siyasi partiyaları da Sevr müqaviləsinin 100 illiyi münasibətilə bəyanat verdilər. Əvvəla, onu qeyd edək ki, Sevr ermənilərin və onların havadarlarının 100 ildir dəyişməyən, əksinə daha da artan mənfur planlarının təcəssümüdür və Sevri tarixin dərinliyinə gömərək, bu böyük qələbəyə imza atan, tarix boyu heç bir zaman köləliyi və əsarəti qəbul etməyən qəhrəman türk xalqıdır. Müqavilə tarixin dərinliklərinə gömülsə də, bu gün onu yenidən dirçəltməyə çalışan beynəlxalq imperialist güclər hərəkətə keçmişlər. Bundan ruhlanan Ermənistanın şovinist siyasi qüvvələri bəyanat yayıblar. Orada deyilir: "Türkiyə və Ermənistan sərhəddini öz möhürü ilə təsdiq edən ABŞ-ın 28-ci prezidenti Vilson 1920-ci il noyabrın 22-də öz qərarını müqaviləni imzalamış dövlətlərə göndərdi. Biz xüsusi vurğulamaq istəyirik ki, Sevr müqaviləsi təkcə tarixi fakt deyil, o, günü bu gün də onu imzalamış dövlətlər arasında mövcud olan, lakin qüvvəyə minməsi regionda hərbi-siyasi vəziyyətin dəyişməsi ucbatından baş tutmayan müqavilədir. Türkiyə ilə Ermənistan arasında iki ölkənin sərhədlərini müəyyən edən, beynəlxalq səviyyədə tanınmış başqa heç bir çoxtərəfli müqavilə yoxdur.

Sevr müqaviləsinin və Vilsonun arbitraj qərarının 100 illiyi münasibətilə siyasi təşəbüskarlıq göstərilməsi vacibdir. Türkiyənin Ermənistana düşmənçilik münasibəti, Ermənistanın Türkiyə tərəfindən blokadası, Türkiyənin Azərbaycana hərbi-siyasi dəstək verməsi, hərbi təhdidlərlə müşayiət olunan Türkiyənin Qarabağ məsələsinə cəlb edilməsi, Türkiyənin qonşu regionlarda vəziyyəti gərginləşdirməsinə xüsusi diqqət ayrılmalıdır" və s. fikirlərin yer aldığı şovinist bəyanatda daha sonra qeyd edilir: "Sevr müqaviləsini imzalamış beynəlxalq hüququn indi də mövcud olan subyektləri öz mövqelərini bildirsinlər. Biz böyük milli əhəmiyyət kəsb edən Sevr müqaviləsinin modernləşdirilərək beynəlxalq təsirinin artması məsələsində bütün ictimai-siyasi qüvvələri bu təşəbbüsə qoşulmağa çağırırıq!".

Qarabağ klanı və onun əlaltıları - Çiçəklənən Ermənistan, Daşnaksütyun və bir neçə partiya bu müqaviləni imzalayıblar. Şübhəsiz ki, ermənilərin tükənməyən ambisiyalarından savayı, son dövrdə regionda baş verən hadisələr də onları bu məsələni gündəmə gətirməyə təhrik edib. Bundan əvvəl isə Ermənistan Avropa Partiyasının sədri Tiqran Xemalyan Putinə müraciət edərək, beynəlxalq hüquq və ədalət naminə "böyük Ermənistan"ın torpaqları məsələsini təftiş edərək, 1921-ci il Moskva müqaviləsinə yenidən baxmaq çağırışı edib. O, sərsəm iddialarla çıxış edərək bildirib ki, "sovet Rusiyası Qərbi Ermənistanın Sevr müqaviləsi və Millətlər Liqasının mandatı ilə tanınmış bütün torpaqlarını Türkiyəyə hədiyyə edib". Halbuki, Türkiyə ilə Ermənistan arasında 1920-ci ilin 24 sentyabrında ermənilər tərəfindən başlanan müharibə noyabrın 15-də daşnak ordusunun faktiki darmadağın edilməsilə başa çatdı. Yerevan şəhəri və Göyçə gölündən başqa indiki bütün Ermənistan ərazisi türklərin əlinə keçdi. Ermənilər kapitulyasiya edərək türklərlə Aleksandropol (Gümrü) sülh müqaviləsi bağlamağa məcbur oldular. Müqavilənin 10-cu maddəsinə əsasən, ermənilər Sevr müqaviləsinin qüvvədən düşdüyünü qəbul etməli oldular. Bundan başqa, Ermənistan hökuməti öz üzərinə öhdəlik götürürdü ki, Avropadan və Amerikadan Antanta hökumətlərinin imperialist mərkəzinin öz siyasi alətinə çevirdiyi erməni nümayəndə heyətini geri çağırsın. Gümrü müqaviləsinin 2-ci maddəsinə görə, Ermənistan və Türkiyə arasında sərhəd elə müəyyənləşirdi ki, Qars və Sürməli qəzası Ağrı dağı ilə birlikdə Türkiyədə qalırdı. Ağrı dağı 1918-ci il Brest-Litovsk müqaviləsinə əsasən yox, 1920-ci il Gümrü müqaviləsinə görə Türkiyəyə keçirdi. Sürməli qəzasını Rusiya 1828-ci ildə Persiyadan qoparıb öz ərazisinə qatmışdı. Türkiyə 1878-ci il müqaviləsinə görə ondan alınmış Qars, Batum, Ərdəhanı geri qaytardı. Ermənistan bütün bunları qəbul etdi, üstəlik, 1920-ci ilin avqustunda, yəni Gümrü müqaviləsinin bağlanmasından 4 ay əvvəl imperialist güclərin Sevr müqaviləsi ilə ona vermək istədiyi torpaqlardan imtina edərək Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməyəcəyinə dair öhdəlik götürdü. Əslində, Ermənistan heç vaxt sahib olmadığı, lakin Antantanın mərhəməti sayəsində əldə etməyə ümid bəslədiyi, xəyal etdiyi torpaqlardan əl çəkməli oldu, üstəlik, ona verilmiş torpaqları da itirdi.

Ermənistan 1920-ci ilin avqustunda Antantanın ona vəd etdiyi torpaqları sentyabrda türklərdən silahlı yolla işğal etməyə çalışdı, amma noyabrda geri oturduldu, dekabrda isə alçaldıcı sülh bağlanmasına razılıq verməyə məcbur oldu. 1921-ci il Moskva müqaviləsi kiçik istisnalarla Gümrü müqaviləsinin müddəalarını təsbit edirdi. Yəni, Ermənistanın bu gün Rusiyanı guya onun torpaqlarını türklərə verməkdə ittiham etməyə haqqı yoxdur. Çünki Sevr müqaviləsində vəd edilən torpaqları türklərdən almağa çalışan erməniləri türklər geri oturdub və Gümrü müqaviləsini imzaladıblar, 1921-ci il Moskva müqaviləsi isə artıq ondan sonra baş verən hadisədir. Moskva müqaviləsinin 2-ci maddəsinə görə, türklər sovet Rusiyası ilə dostluğa görə artıq onun tərkibində olan sovet Gürcüstanına Batum şəhəri və limanını güzəştə getdi. Yəni, ermənilərin iddia etdiyi kimi, ruslar türklərə yox, türklər ruslara torpaq vermişdi. Üstəlik, Sevr müqaviləsinə görə Ermənistanın qərb və cənub sərhədlərini ABŞ prezidenti Vilson müəyyən etməli idi. Lakin 2020-ci ilin oktyabrında o, ağır insult keçirdi. İndiyə qədər də məlum deyil ki, onun vəzifələrinin icrası müvəqqəti də olsa, vitse-prezident Tomas Marşala keçməyibsə, Vilsonu xəstə olduğu dövrdə kim əvəz edib?! ABŞ-ı həmin dövrdə "məxfi prezident" birinci xanım Edit Vilson və prezidentin müşavirlərinin idarə etməsi məlumdur. ABŞ həmin vaxt Millətlər Liqası və Versal sistemindən özünütəcrid etmişdi. ABŞ dövlət sistemi elə qurulub ki, xəstə prezidentin adından hər hansı bir addım ondan sonra gələn prezidentin və Konqresin sərt reaksiyası ilə üzləşə bilərdi. Sevr müqaviləsi, ermənilərin sərhədlərinin müəyyənləşməsi məsələsi beləcə həll olunmamış qaldı. İndi ermənilərin iddialarına Rusiyadan belə bir cavab verilir: Rusiya nə etməli idi?! Qars, Ərdəhan, Ağrı dağına görə o vaxt Türkiyə ilə müharibə etməli idi?! Yoxsa, imperialist Antantanın Sevr müqaviləsinin həyata keçməsi üçün çalışmalı idi?!

Həmin dövrdə Türkiyə ilə kiçik Ermənistanın böyük iddialarına görə savaşmağa dünya müharibəsindən və vətəndaş müharibəsindən çıxmış Rusiyanın taqəti qalmamışdı və qalsaydı belə, bu, onlara lazım deyildi. Rusiya üçün vacib olan Antantanın ona Qara dənizdən hücumunun qarşısını almaq üçün Türkiyənin boğazları bağlaması idi, nəinki kiçik Ermənistanın problemləri. ABŞ prezidenti Vudro Vilsonun təklifinə əsasən, bölgədə Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni «Vilson Ermənistanı» adlandırırdılar. ABŞ Senatı Vudro Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üstünlük verdi. Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyə Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsinə Ermənistana güzəştə getməyə məcbur oldu. Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Sultan VI Mehmet müqavilənin şərtlərilə razılaşsa da, Ankarada yeni yaranmış Atatürk hökuməti ölkəni təslimçiliyə sürükləyən bu sənədin qəbulundan imtina etdi. Türk millətçi hökuməti həmin əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi.

Naxçıvan məsələsi ermənilərin Azərbaycana qarşı ərazi iddialarında daima Qarabağla birlikdə önə çıxarılıb. 1920-ci ildə Sevr müqaviləsi imzalanan zaman erməni general Baqdasarovun başçılığı altında Naxçıvana hücum etdilər, lakin türk korpusu, general Cavad bəy və Qızıl ordunun səyləri ilə məğlubiyyətə uğradıldı. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Kazım Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. 1920-ci ilin sentyabr ayının 20-də Kazım Qarabəkir paşa cəmisi 1,5 ay müddətində erməniləri darmadağın etdi. Silahlı ermənilər ya məhv edildi, ya da yaxınlıqdakı kəndlərə qaçdılar. Rusiya bolşeviklərinin köməyi ilə türk ordusu Yerevanın bir neçə kilometrliyində dayandılar. Onu da qeyd etmək lazımdır ki, rus qoşunları Sevr müqaviləsinin bağlandığı ərəfədə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmuşdular. Lakin 1920-ci ildə polyakların rus ordusuna çox ağır zərbə vurmasından sonra avqustun 24-də Türkiyə və Rusiya arasında razılaşma imzalandı. Buna əsasən, Rusiya Türkiyənin əleyhinə olan və Atatürk hökuməti tərəfindən qəbul edilməyən heç bir beynəlxalq sənədi tanımamaq öhdəliyi götürdü. Ermənilərin məğlubiyyətindən sonra 1920-ci ilin noyabrında Bakıda olan Stalinə bu barədə məlumat verəndə o, qeyd etmişdi ki, "Antantanın təxribatlarının qurbanı olan Daşnak Ermənistanı çökdü, çünki Antanta əvvəlcə onu Türkiyəyə qarşı qızışdırdı, daha sonra isə türklərin qarşısında biabırçı durumda tərk etdi. Ermənilərin Rusiya ilə birləşməkdən başqa çarəsi yox idi". İngiltərə baş naziri Corc Llolud isə müstəqil Ermənistan məsələsini "ümidsiz layihə" adlandırmışdı. Lloyd Corc qeyd edirdi ki, "əslində ermənilər əsassız ümidlərə qapılmaq hüququna malik deyildilər". Ermənilərin Sevr barədə ümidləri 100 il əvvəl olduğu kimi bu gün də uğursuzluğa məhkumdur, həm də o baxımdan ki, Rusiya Sevr müqaviləsinin gündəmə gəlməsini istəməz. Əvvəla, bu müqavilə 100 il əvvəl Rusiyanın da düşmənləri olan Antanta tərəfindən həyata keçirilməyə çalışılıb, digər tərəfdən Sevr Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva, Qars müqavilələrini də təhlükəyə atmış olar və bu, Rusiyaya qətiyyən lazım deyil. 1945-ci ildə SSRİ belə bir cəhd göstərdi və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdü. Lakin bütün təzyiqlərə baxmayaraq ikinci dünya müharibəsində neytral qalan, nə Almaniyaya, nə də Antihitler koalisiyasına qoşulmayan Türkiyə məcbur olaraq əvvəlcə, Marşall planı çərçivəsində ABŞ-dan yardım aldı, 1952-ci ildə isə NATO-ya üzv oldu. 1961-ci ildə ABŞ-ın Türkiyədə raketlər yerləşdirməsinə cavab olaraq, SSRİ Kubada raketlər yerləşdirdi və nəticədə iki ölkə nüvə müharibəsinin bir addımlığına çatdı.

Rusiyanın indiki beynəlxalq mövqeləri SSRİ-dən qat-qat zəifdir və belə bir şəraitdə Putinin kiçik Ermənistana görə Türkiyə ilə münasibətləri gərginləşdirəcək addımlar atması mümkün deyil. Artıq Rusiyadan Ermənistanın Sevr çağırışlarına cavablar verilib: "Sevrə görə Putini yox, Vudro Vilsonun və onun arvadı Edit Vilsonun üstünə gedin, çünki sizə söz verib arxanızda dayanmayan onlardır"!(correct.az)

Müəllif: Nəzakət Məmmədova


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər