Səfyar Musayev 1935-ci il iyulun 17-də qədim Azərbaycan torpağı İrəvan quberniyasının Yeni Bayazid qəzasının Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində dünyaya göz açmışdır. S.Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Fəaliyyəti, elmə olan böyük marağı S.Musayevi 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür. 1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və ömrünün son günlərinə kimi bu vəzifədə çalışmışdır. Professor Səfyar Musayev çox gərgin, səmərəli və məhsuldar işləyən görkəmli tədqiqatçı alim idi. O, tarixin başlıca elmi istiqamətlərindən hesab edilən siyasi tarix sahəsində geniş araşdırmalar aparan, onu dəqiq fakt və sənədlərlə zənginləşdirən, yeni elmi məktəb yaradan alimlərdən idi. Tədqiqatçının ictimai-siyasi hərəkatlar və partiyalar, ölkəmizin iqtisadi, tarixi və mədəni problemlərini elmi cəhətdən işıqlandıran monoqrafiyaları, məqalələri, müəllifi və redaktoru olduğu kitablar, dərsliklər indi də öz aktuallığını saxlamaqdadır. O, 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. Səfyar Musayevin rəhbərliyi altında 30-a qədər namizədlik dissertasiyası müdafiə olunmuşdur. Almaniya, Avstriya, Türkiyə, İran, Çin, Çexiya, Kipr və b. ölkələrdə siyasi tarixin tədrisi, türkdilli xalqları düşündürən problemlərlə bağlı simpoziumlarda, konfranslarda maraqlı məruzələr etmişdir. Görkəmli alim ömrünün 40 ilindən çoxunu BDU-da keçirmişdir. O, bu müddət ərzində universitetin ictimai-siyasi və elmi həyatında mühüm xidmətlər göstərmişdir. Səfyar müəllimin rəhbərliyi altında ilk dəfə BDU-da Siyasi tarix kafedrası yaradılmış və səmərəli fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə 1991-ci ildə respublikamızda ilk dəfə olaraq ali məktəb tələbələri üçün fundamental xarakterli “ Siyasi tarix ” dərsliyi çap edilmişdir. 1998-ci ildə işıq üzü görən bu dərsliyin ikinci cildi respublikanın təhsil sistemində siyasi fənlərin tədrisində yaranan boşluğun aradan qaldırılmasında mühüm hadisə olmuşdur. Siyasi fəaliyyətiYAP-ın yaradıcıları olan 91-lərdən bir qrupu görkəmli alim Səfyar Musayev təkcə müəllimlik fəaliyyəti ilə kifayətlənməmiş, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Onun həyatı və fəaliyyəti Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən ictimai-siyasi proseslərlə sıx bağlı idi. 1980-ci illərin axırları - 1990-cı illərin əvvəllərində Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinib getmək təhlükəsi yarandığı dövrdə Səfyar Musayev universitetin bir qrup müəllimi ilə birlikdə mübarizəyə qalxdı. O, 1992-ci il oktyabrın 16-da “ Səs ” qəzetində dərc etdirdiyi “ Mən niyə əliyevçiyəm ” məqaləsində Heydər Əliyevin tarixi xidmətlərini qeyd etməklə belə bir nəticəyə gəlirdi ki, Azərbaycanı düşmüş olduğu bu bəladan yalnız və yalnız Heydər Əliyev xilas edə bilər. Həmin illərdə mərhum professor Səfyar Musayevin ictimai-siyasi xadim Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə məhz BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında “ Heydər Əliyevin müdafiəsi mərkəzi ” yaradılmış və ulu öndərin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra mərhum Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı. Xalqımızın böyük rəhbəri Heydər Əliyevin xidmətlərini və fəaliyyətini dəstəkləmək istiqamətində Səfyar Musayevin apardığı çoxşaxəli siyasi iş, Heydər Əliyevlə və respublikamızın digər rəhbərləri ilə qurulan əlaqələr, ulu öndərin məktəbini keçən Səfyar Musayev resublikamızda artıq görkəmli ictimai-siyasi xadimə çevrilmişdi. Xalqımız onu 1995-ci il noyabrın 12-də 74 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçmiş, Milli Məclis isə onu İnsan hüquqları daimi komissiyasının, daha sonra isə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasında Sosial siyasət və insan hüquqları daimi komissiyasının sədri təyin etmişdi. O, hər iki məsul vəzifənin öhdəsindən bacarıqla gəlmişdi. Səfyar Musayev Azərbaycanın 1995-ci il 12 noyabrında qəbul olunan ilk Konstitusiyasını hazırlayan komissiyanın üzvü olmuşdur. Professor Səfyar Musayev zəngin elmi-pedaqoji irs qoyub getmişdir. O, istedadlı alim, bacarıqlı təşkilatçı olmaqla bərabər, ustad pedaqoq idi. Elmi-pedaqoji fəaliyyəti dövründə özünə qarşı həmişə tələbkar olmuş, mühazirə və seminarlarında dövrün elmi nailiyyətlərindən məharətlə istifadə etmiş, müəllim ləyaqətini həmişə uca tutmuşdur. Görkəmli elm xadimi hər kəsə, o cümlədən rəhbərlik etdiyi kollektivin bütün üzvlərinə münasibətdə səmimi, nəzakətli və mehriban idi. Onlara daim qayğı göstərirdi, xeyirxahlıq onun amalı idi. S.Musayev görkəmli alim olmaqla yanaşı, həm də humanist və alicənab insan idi. Səfyar müəllim səriştəli təşkilatçı, bacarıqlı siyasətçi, işgüzar və prinsipial şəxsiyyət kimi tanınırdı. O, ədalətsizliyə və haqsızlığa qarşı barışmaz mübariz, adamları tanımaq və onların qəlbinə yol tapmaq, insanları özünə cəlb etmək kimi yüksək keyfiyyətlərə malik idi. Mərhum professorun amalı hər yerdə qanunun aliliyini qorumaq, qanun qarşısında hamının bərabərlik prinsipini müdafiə etmək idi. Səfyar müəllimin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, onu göz bəbəyi kimi qorumaq, erməni işgalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin azad edilməsi, milyondan çox qaçqının öz yurdlarına qayıtmasına nail olmaq idi. Yeni Azərbaycan Partiyasının nüfuzlu şəxlərindən sayılan Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. 1935-ci ildə anadan olan S.Musayev 74 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmişdi. İctimai xadim, professor Musayev Səfiyar Bəylər oğlunun (17.07.1935 – 06.01.1999) anadan olmasının 75 illiyi dövlət tərəfindən qeyd olunmuşdur.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024