Qırxbulaq əfsanəsi

17:12 / 04.01.2018
Baxılıb: 1442

“Qırxbulaq” adında təbii gözəlliklərinnən dillər əzbəri olan Göyçə mahalında qədim bir yaşayış yeri var. Görəsən bu kəndi niyə belə addandırıflar. Doğrudanmı kənddə qırx dənə bulax coşuf çağlıyır. Yoxsa, bu adnan bağlı xalq arasında hansısa bir rəvayət yaşıyırmı?Deyillər, bir zamannar bu kənddə varlı-hallı bir ağa yaşayırmış. Səxavətdə, mərhəmətdə, insafda ad-san qazanıfmış. Allahın, haqqın-ədalətin yolunda canından belə keşməyə hazırıymış. Qapısına gələni əliboş qaytarmaz: heş zaman heş kəsi naümid qoymazmış. Dara düşənin dayağı, işıxsız evlərin çırağıymış.Ulu tanrı bu kişidən heş nəyi əsirgəmiyifmiş. Təkcə bir dərdi varıymış. Heş bir züryəti yoxuymuş. Ancax uşağı olmadığına görə tanrıdan heş zaman gileylənməz, deyərmiş:Tanrı bilən məsləhətdi. Versə, nə vaxt olsa verəjək, - deyərmiş. Yaş qırxı haxlasa da ağa öz işində, güjündəymiş, fağıra-füqaraya. Kasıf-kusufa, dilənçiyə, yesirə də ki, bir əli sədəqə paylayarmış.Ağa bir gün yatıf yuxuda görür ki, bir nurani qoja ona yaxınnaşıf dedi:- Eşit oğul. Dediklərimə yaxşı qulaq as. Sürüdən qırx öyəc ayır. Hərəsini bir gündə kəsif yetim-yesirə payla, ürəyini bişirif arvadınnan özün ye. Qırx günün tamamından sonra arvadının boynuna sənnən bir oğlan uşağı düşəjək. Oğlun cox alicənab, rəhmli, ədalətli, baxtdı, qismətdi olajax. Nigaran olma, dediklərimi unutma. Tanrının buyruğuna əməl et, züryət payın var.Bunu eşidən ağa hövlanak yuxudan ayıldı. Gördü ki, hələ gejə yarısıdı. Savaha çox var. O gördüyü yuxusunu arvadına danışdı. Buna arvadı da çox sevindi.Savah açılan kimi ağa yuxusunda gördüyü nurani qojanın dediklərini həyata keçirtdi. Sürüdən qırx bəyənmə öyəc ayırdı. Gündə birini kəsif ətini kasıf-kusuva, əlsiz-ayaxsızdara payladı. Ürəyini isə bişirif arvadınnan özü yedi. Elə ki, qırxıncı gün oldu, arvadın boynuna uşax düşdü. Ağa da, eşidənnər də buna çox sevindilər. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə keçənnən sonra arvad Novruz bayramının qırxıncı günündə bari-həmlini yerə qoydu. Uşax doğulan gün ağanın da qırx yaşı tamam olurdu. Uşax həm də təzə ildə obada doğulan qırxıncı uşağıydı.Uşax böyüdü, boya-başa çatdı, “Qırx” sayı haqqında eşitdikləri onu çox maraqlandırırdı. Uşax elə bil ki, “qırx” sözünə vurulmuşdu. Nə iş görürdüsə “qırx”nan başdıyırdı. Onun eldə-obada qırx sədaqətdi dostu varıydı. Qırx yaşında evləndi. Kənddəki qırx gözəl qızdan birini - qırxıncısını sevdi. Qırx gün toy çaldırdı. Toya qırx yerdən adam çağırtdırdı. Hər xörəkdən qırx qazan bişirtdirdi. Gəlinə qırx dəst paltar tikdirdi, qırx cür bəzək-zinət şeyləri hədiyyə elədi.Qərəz, nə başınızı ağrıdım, ağanın oğlu qırx rəqəminə o qədər aludə oldu ki, axırda yaşadığı kəndin adını dəyişif qoydu “Qırxlar”.“Qırxlar” kəndinin səsi-sorağı hər yerə yayıldı. Atası-anası ölənnən sonra qırx gün matəm saxladı. Qırx gün, qırx gejə onlara ehsan verdi. Qırx günnən sonra oldu kəndin ağası. Qırx yaşından sonra bir qızı oldu. Qızına qırx kəniz bağışdadı. Özünə qırx otaxlı ev tikdirdi. Qırx sürü qoyun-quzu saxladı. Qırx köhlən atın gündə birini mindi, hər qırx günnən bir təzə paltar geydi. Kəndə qırx yerdən yol aşdı. Qərəz, güjü nəyə çatdısa hamısını 40 rəqəminnən bağladı. Lakin bir şeydən savayı. O da kənddəki yeganə bulağıydı. Bulağın sayının qırxa çatdırmağa onun nə güjü vardı, nə də qüdrəti.İllər beləcə ötüşürdü. Qırxlar kəndi böyüdü, adı dildən-dilə düşdü. Ağanın səxavəti, ədaləti dillər əzbəri oldu.Söz düşəndə o, el içində deyərdi. - Bizim bu Qırxlar kəndində qırxla bağlı edə bilmədiyim tək bir şey qaldı. Bu da kəndin yuxarı hissəsindəki bulağın tək olmasıdı. Əgər imkanım olsaydı, kənddən bulax çıxarardım. Hayıf ki, buna gücüm çatmır. Bunu da edə biləni dünya malından qəni edərəm. Deyərəm ki, bu dünyada heş dərdim qalmadı. Neynəmək olar? Tanrı bilənnən yaxşısı yoxdu.Camaat da bir ağızdan deyərmiş:- Əlini haxdan üzmə. Bu arzun da düzələr. Bu kənddə ağıllı-kamallı bir cavan varıymış. Ağanın bu sözünnən sonra o çox fikirrəşdi, çox götür-qoy etdi. Axırda istədiyinə nail oldu. Ağanın yanına gedif dedi:- Möhtərəm ağa, icazə versən mən sənin qırx bulax arzunu çin edərəm.Ağa eşitdiyinə inanmadı. Ancaq bu sözü ona deyən oğlanın çox ağıllı, kamallı olduğunu bilirdi. Ağa dedi:- Doğrudanmı? Sən bunu nejə edərsən?Oğlan dedi:- Möhtərəm ağa, necə edərəm, o mənim işimdi. Ancax gərək mana qırx gün möhlət verəsən. Ağa dedi:- Möhlət verdim!Oğlan dedi:- Möhtərəm ağa, şərtim təkcə möhlət deyil.Ağa dedi:- Özgə şərtin nədi?Oğlan dedi:- Möhtərəm ağa, gərək mənə hər gün bir öyəc kəsif, ətini qovuruf göndərəsən. Ürəyini də bişirtdirərsən. Yarısını qızın yeyə, yarısını da bir xonçuya qoyuf mana göndərərsən.Ağa dedi:- Elə bu!Oğlan dedi:- Xeyr, səbr et. Möhtərəm ağa. Hər gün qovurmanı və xonçanı gərək qızının qırx kənizindən biri gətirsin.Ağa dedi:- Sonra!Oğlan dedi:- Qırxıncı gün axşam, vədə tamam olanda, mən hər bulağın üstündə bir tonqal qalıyajam. Tonqalların qırxı da savaha kimi yanajax. Savah açılanda sən qırx atdıynan, qızın da kəndin otuz doqquz gözəli ilə bulaxa gələrsiniz. Mən onuncu, qırxıncı bulağın üstündə olajam. Kəndin gözəllərinin hər biri bir bulaxdan su içər, sənin qızın isə qırxıncı bulağa qalxar. O, qırx naxışdı qızıl camını dolduruf yarıya qədər özü içər, yarısını mana verər. Sonra siz və kənd adamları bulaxların suyunnan istədiyiniz qədər. Doyunca içə bilərsiniz.Ağa eşitdiklərini yuxu olduğunu hiss edif əllərini gözlərinə apardı, qulağını eşələdi. Dedi: bəlkə qulağım səs eşidir.Bunnarı hiss edən oğlan dedi:- Möhtərəm ağa, dediklərim olmasa, qanım halaldı.Oğlan oradan birbaş evə gəldi. Onun ağayla bağladığı şərt hər yerə yayıldı.Oğlan bilirdi ki, kəndin üst yanından çıxan bulağın suyu qırx bulağın suyundan çoxdu. İndi qalırdı bu suyu qırx yerə ayırmax. Bunu oğlan əvvəlcədən fikirrəşmişdi. O heş kəs bu sirri bilməsin deyə gejələr işə başdıyır, əvvəlcə həmin bulağın sağ tərəfinnən xeyli aralıynan, yerin altınnan bulağa sarı lağım atdı. Ancax bulaxnan lağım arasını aşmadı. Sonra bu işini bulağın sol tərəfində apardı. Gündüzlər də çıxıf qızartmanın yolunu gözdədi. Hər gün bir gözəl ona ət qızartması, ləzzətli yeməklər gətirdi. Xonçadakı ürəyin də yarısını. Ancax heş kəs inanmırdı ki, bu həqiqət ola. Çünki oğlan bütün günü boş-bekar oturardı. Oğlanın bu işinə ağa da məhəttəl qalmışdı. Ancax nə etmək olardı? Kişidə söz bir olar. Verilmiş vaxtı gözdəmək lazımıydı. Axı, hardan biləydi ki, bu ağıllı, kamallı, tədbirli oğlan verdiyi vədə xilaf çıxmıyajax, dediyi qırxıncı gün, qırx yerdən bulaxlar qaynıyıf daşajax. O hər iki tərəfdən bulağa lağım atıf qurtardıxdan sonra, yəni qırxıncı gün işini yerin üstündə apardı. Əvvəlcə gur çeşməni qazıf gizdətdi. Üstdən yerin altına hər iki tərəfə olan lağımların arasını aşdı. Birdən-birə bulağın suyu tamam qurudu. Çünki bu su yerin altınnan iki tərəfə uzanan lağımlara axıf dolurdu. Lağımlar su ilə dolannan sonra bulax yenə əvvəlki kimi aşıf daşmağa başdadı. Oğlanın sevincinin həddi-hüdudu yoxuydu. O əsas işi görüf qurtarmışdı. Buna görə dayanmax olmazdı. Vaxt keçirdi. O linknən lağımın üstünnən arabir daha otuz doqquz deşik açdı. Deşiklərdən su eşiyə çıxmağa başladı. Oğlan bu deşikləri bir azda genişləndirdi. Sonra açdığı yerə daş-qum doldurdu. Az keşmədi oğlanın ağlınnan yaranan bulaxların duruluğu, yaraşığı göz oxşadı. Elə bil ki, bu bulaxlar neçə min il əvvəl bunnan qavax buradan axırmış. Axşam olan kimi ağa tez-tələsik eşiyə çıxıf kəndin yuxarı hissəsinə baxdı ki, görsün qırxıncı gündü, vədə tamamdı, tonqallar yanırmı? Gördü ki, oğlan bir-bir tonqalları yandırır. Axırda özü də qırxıncı tonqalın yanında dayandı. Bu tonqalı daha gur yandırdı. Kəndə hay düşdü. Hamı damın üstünə çıxıf bu mənzərəyə baxırdı. Əvvəlki tək gur bulağın səsi kəsilmişdi. Onun əvəzinə qırx bulağın şırıltısı eşidilirdi. Ağa da, camaat da savahın açılmasını səbirsizdiknən gözdüyürdü. O, başdan ağa şərtə görə öz qızınnan birrikdə kəndin qırx gözəl qızdarını götürüf, bulağa getməliydi. Xülasə, bunnar qırx nəfər atlı, kənd adamları da dəstələrə bölünüf bulaxlara doğru axışıllar. Çatanda həqiqətən burada qırx bulağın olduğunu gördülər. Kəndin gözəlləri bir əlindəki xonçanı da birinci bulağın üstünə qoyuf, piyaləsini dolduruf işdi. Belə-belə oyuz doqquz gözəl bu işi görənnən sonra, növbə ağanın qızına gəldi. Onun çoxdankı arzusuydu ku, belə ağıllı, dərrakəli bir oğlanın arvadı olsun. O, atasının icazəsi ilə əlindəki xonçunu oğlana verdi. Oradakı piyaləni çıxarıf qırxıncı bulaxdan doldurdu. Yarısına qədər özü işdi, yerdə qalanını oğlana verdi. Hamı bir ağızdan:- Mübarəkdir! Xoşbəxt olsunnar, - dedilər.Sonra ağa və kənd adamları bulağın suyunnan doyunca içif xonçadakı şirniyyatlardan, bayram payınnan doyunca yedilər. Yenidən hər bulağın üstündə bir qurvan kəsildi. Bu şadyanalıx həm də oğlannan-qızın birinci toy günü hesav edildi.Ağa molla çağırdı. Qızın kəvinini oğlana kəsdirdi. Toy düz qırx gün davam etdi. Oğlan da, qız da, hər birinə qırx dəst toy paltarı tikdirdi. Qırx yerdən toya adam dəvət olundu. Hər yeməkdən qırx qazan asıldı. Toyun qırxıncı günü ağa dedi:- Ay camaat. Bilin və agah olun. İndiyə kimi bizim bu kəndə Qırxlar kəndi deyərdilər. Bundan sonra kəndin adı dönüf olur “Qırxbulaq” kəndi. Su təmizdikdi, su aydınlıxdı, su paklıxdı. Balalarım, Sizi də xoşbəxt olun! O vaxtdan həmin kəndin adı “Qırxbulaq” qaldı. Ancax heş kəs bilmədi ki, həmin ağıllı, kamallı oğlan buna necə nail oldu. O nə qədər yaşadısa da, bu sirri heş kəsə demədi.Söyləyəni: Məsimov Oruc Budaq oğlu (1926).Mənbə: Azərbaycan folkloru antologiyası, III kitab, (Göyçə folkloru), kitabından səh.151-155. (Bakı, “Səda”, 2000.)

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər