Milli dövlətçilik tariximizin məğrur lideri

13:58 / 28.12.2023
Baxılıb: 3216

Cənab Prezident, mən bu gün Azərbaycanımızın ən nüfuzlu universitetlərindən birində müəllim olaraq çalışıram. Bir alim kimi tədqiqatlarım var. Amma illər nə qədər məni uşaqlığımın keçdiyi o yerlələrdən ayırsa da, o tarixi torpaqlarımız heç zaman yadımdan çıxmaz...

Tarix xalqı, milləti, Vətəni üçün və millətinin sabahı üçün düşünən beyinləri, şəxsiyyətləri onu yetişdirən xalqa ərmağan edir. Azərbaycan xalqının yerləşdiyi coğrafiyanın tanınmasında məhz bu şəxsiyyətlərin dərin zəkalarının, uzaqgörənliklərinin, kəskin mübariz davranışlarının bir sözlə əngin ruhi dərinliklərinin rolu bu xalqa əzəmət, mübarizlik, qəhrəmanlıq bəxş edib. Dərin mənəvi dünyasının sayəsində fəth etdiyi mənəvi zənginlik xalqımızın tarixi xarakterini formalaşdırıb. Qəlbinin təmizliyi, humanistliyi, birgəyaşayış ənənsinin ən şəffaf nümunəsini dünyanın bütün xalqlarına nümunə olacaq dərəcədə aydın şəkildə göstərən bu xalq çox təəssüf ki, tarixin bəzi dövrlərində nankor münasibətlərə tuş gəlmişdir. Bu qədim diyarın zəhmətkeş, fədakar, qonaqpərvər insanları mərhəmətləri səbəbiylə isti evlərində yer verdikləri, süfrələrində çörək verdikləri insanlar gəldikləri yerləri unudub torpaq iddiasına qalxdılar. Xalqımızın əsas faciələrinin başlanğıcı da məhz bu zamandan etibarən yaranmağa başladı.

Məlum olduğu kimi son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti, soyqırımı və təcavüzkarlıq Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Başlanğıcını 1805-ci ildən götürən köçürülmə siyasəti Cənubi Qafqazda Azərbaycan üzərindəki faciələrin ruşeymini yaratdı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.

1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində ən yaxşı torpaqlarda yerləşdirilmişlər. XX əsrin əvvələrindən başlayan siyasi mərhələlər azərbaycanlıların etnik təmizlənməsi prosesləri ilə başlayaraq əhali sayının erməniləşdirilməsi məqsədi ilə dörd mərhələdən keçərək son nöqtəsini keçən əsrin 90–ci illərinə qədər gətirdi. Nankor qonşularımızın torpq iddiaları səbəbindən elə həmin illərdən bu günə qədər yaşamadığımız faciə qalmadı. Bəli, tale bizə çörəyimizi yeyib, suyumuzu içənlərin nankorluğunu göstərsə də nə yaxşı ki, bu faciələri görən və xalqını bu tarixi sınaqdan çıxarmaq üçün güclü liderlər verdi.  Bu mənada hələ Sovet imperiyasının daxilində ikən bu xalıqı təkləməyə çalışan, təbii və mənəvi resurslarını tükətməyə, məhv etməyə cəhd edən xainlərdən qorumağa çalışan, onun uzaqgörənliyi ilə gələcək müstəqil Azərbaycan ücün elmi, hərbi sərmayə qoyan Heydər Əliyev şəxsiyyəti omuşdur. Onun millətinə olan sevgisi təkbaşına bir insanın böyük bir qoşun qarşısında xalqını müdafiə üçün sinəsini sipər etməsinə bənzəyirdi.

Müstəqilliyimiz bərpa etdiyimiz dövr Azərbaycan xalqının ən çətin, ən sınaqlı dövrünə təsadüf etsə də bu böyük insan bu tarixi sınaqdan da alnı açıq çixdi. Həmin tarixi sınaq nə idi? Yenicə müstəqillik əldə etmiş Azərbaycan, zəif iqtisadiyyat, Qərbi Azərbaycan deportasiyasına uğramiş 100 minlərlə qaçqınlar, Qarabağdan paytaxta və digər rayonlarımıza gələn məcburi köçkünlər, ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi, azsaylı etnik xalqalar içərisində müstəqil dövlət yaratma iddiaları, missoner dini sektaların ölkəyə axını və s. Bəli, belə çətin bir tarixi sınaqdan Azərbaycan bölünmədən, parçalanamadan, alnı açıq, üzü ağ çıxdı. Bu,  məhz Heydər Əliyev siyasətinin tövhəsi idi. Azərbaycan küllərindən təkrar yaranan bir simurq kimi yenidən yarandı və ayağa qalxdı.

Dahi şəxsiyyətin dedyi kimi “Azərbaycan dünyaya bir günəş kimi doğdu”.
Bu qibtəedici dövlət siyasəsətinin davamçısı isə siz oldunuz, Cənab Prezident. Bir dahi atanın miras qoyduğu bütün ənənələri; dövlətçilik siyasətini, daxili və xarici siyasətdəki uğuru, sosial-iqtisadi inkişafı, bayraqlar içərisində bayrağımızı ən yüksək kürsülərdə dalğalandırmağı, multikultural birgəyaşayış ənənəsini dövlət siyasətinə çevirməyi, böyük iqtisadi layihələrin həyata keçirilməsini, milli-mədəni irsimizin dirçəldilməsini, güclü hərbi arsenalın təşkilini sizin sayənizdə görmüş olduq.

Qarabağ yaramızın sağalmasını, tarixi torpaqlarımızın bərpasını illərdir ürəyində gəzdirib bu amal üçün daha güclü bir Azərbaycan qurmaq üçün var gücünüzlə çalışdınız və sonunda ata vəsiyyətini şərəflə yerinə yetirib itirilmiş Qarabağ adlı Türk yurduna təkrar sahib çıxdınız. Bütün dünya qarşıınıza sədd çəkməyə çalışsa da, dayanmadınız. İnamla və xalq - dövlət birliyinə güvənərək daha da irəli getdiniz. Atanız Heydər Əlirza oğlunun bir zamanlar müttəfiq respublikalar içərisində xalqını sinəsinə çəkərək hər kəsdən qorumağa çalışan, təkbaşına bir cəngavərin qoşun qarşısındakı duruşuna bənzədi bu məğrur duruşunuz...Çünki siz o atanın oğlusunuz. Məktubumun əvvəlində qeyd etdiyim xalqa ərməğan oğullar məhz sizsiniz, MÜZƏFFƏR SƏRKƏRDƏMİZ!

Mən, mənfur ermənəilərin 1988-ci il Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya etdiyi, sürgünə uğramış bir üzvüyəm. Qeyd edim ki, Göyçə mahalından ayrılanda mənim on iki yaşım vardı. Göyçə gölünün sahilində qədim türk boylarına məxsus adət-ənənəsiylə, milli-mənəvi dəyərləriylə zəngin, ədəbiyyat, folklor, saz-söz məskəni bir kəndimiz vardı bizim də. Bu gün sadəcə yuxularımızda görə bildiyimiz və xatirələrimizdə yaşada bildiyimiz bir kənd...Ziyalı bir ailədə böyüdüyüm, uşaqlığımın keçdiyi o qonaq-qaralı, sazlı-sözlü evimiz indi bizdən çox uzaqlardadır. Lakin bu gün Vətəndən Vətənə qovulmağın acısın yaşayan biri kimi sizin “Qərbi Azərbaycanana qayıdış” konsepsiyasına böyük ümidlərlə qoşulur və bir Qərbi Azərbaycan ziyalısı olaraq bu siyasətinizlə də fəxr edirəm.

Cənab Prezident, mən bu gün Azərbaycanımızın ən nüfuzlu universitetlərindən birində müəllim olaraq çalışıram. Bir alim kimi tədqiqatlarım var. Amma illər nə qədər məni uşaqlığımın keçdiyi o yerlələrdən ayırsa da, o tarixi torpaqlarımız heç zaman yadımdan çıxmaz. Ürəyim Vətən həsrəti ilə yansa da çıxışlarınızda ifadə etdiyiniz “İrəvan bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” deyişinizdə ürəyimdə yaranan ümidlərimə imzanızla möhür vuracağınıza inanıram. Varlığınıza şükr edərək bir ziyalı xeyir-duası ilə hər zaman sizə və ailənizə dua edirəm. Sizi bu xalqa qismət edənə minlərcə şükr edirəm. Bu xalqı çox sevirsiniz, xalq da sizi çox sevir. Bu mənəvi birliyi hər zaman qorumaq üçün Tanrı sizin yar və yardımçınız olsun.

Aygün Xəlilqızı.
BDU nun dosenti Fəlsəfə üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər