Təbii ki, «etnik mənşəli, o cümlədən qəbilə və tayfa adlarınin iştirak etdiyi yer adlarına görə azərbaycanlıların təşəkkülündə hansı qədim qəbilə və tayfaların iştirak etməsi haqqında danışmaq olar» (140, 7). Azərbaycan ərazisində məskunlaşmış qədim qəbilə və tayfalar haqqında müxtəlif mənbələrdə müəyyən məlumatlar vardır.Qədim Azərbaycan etnonimlərinə yunan və Roma mənbələrində - Hekatey Miletskinin (miki, dondar), Heredotun (kaspi,kel, girkan, anariak,qarqar, sirak, mard, sak, massaket və s.), Dionisinin (hun, kaspi, girkan, mard və s.) əsərlərində rast gəlinir (76, 107; 105, 15; 88, 7).Y.M.Cəfərov qeyd edir ki, Qafqaz ərazisindən bəhs edən antik tarixçilər eramızın ilk əsrlərində burada hunların da yaşadığını təsdiqləyirlər (Bax: 87, 220-232; 37, 21-30; 46, 35-36; 114, 5-20 və s.).Suriya mənbələrində qədim Azərbaycanın buntürk, hun,qıpçaq, oğuz (quz), bulqar, icmax, peçenek, xəzər, xaçmatak və s. tayfalarının adları çəkilir(133; 97).Albaniya-Arran dövrünün etnonimlərinin böyük əksəriyyətinə V-VII əsrlər erməni tarixçi və coğrafiyaşünaslarının əsərlərində də rast gəlinir. V əsr erməni tarixçilərindən Favstos Buzənd bu ərazi haqqında məlumat verərkən həmin regionda yaşamış quqar, alban, maskut, xeçmatak, icemax, hun, çilb, kel,qat və s. tayfaların məskunlaşdıqlarını qeyd etmiş, Moisey Xorenski özünün “Ermənistan tarixi” əsərində qədim türkdilli xalqlardan olan bulqarların, hunların, xəzərlərin, barsillərin Zaqafqaziyaya hücumlarından bəhs edir, Lazar Parbski isə Albaniyada kəngərlərin yaşadığından danışmışdır. VII əsr “Erməni coğrafiyası” əsərində Asiya Sarmatiyasında yaşamış kaspi, bakan, zəgan, icemax, maskut, xeçmatak, xantuk, xeran,şarvan, max və s., Moisey Kaqankatvatsinin “Alban tarixi” əsərində alban, basil, qarqar, lbin, çilb, hun, çol, tərtər, köçər,mexrin, maskut, uti, xeçmatak, peçenek və s. etnosların adları çəkilir. Gəncəli Mxitar Qoşun “Alban xronikası” və gəncəli Kirakos Qanzaketsinin “Tarix” əsərlərində Azərbaycanın bir çox etnonimlərinə rast gəlinir: hun, aqvan, alan, qacar, qıpçaq, muğal-tatar, səlcuq,tatar, türk, kanı, eri, movakan, xəzər, qıpçaq və s. tayfa adlarına və müxtəlif tayfa adlarını mühafizə edən Ereti, Kiş, Muğan, Şəki və s. kimi toponimlərə təsadüf olunmaqdadır.Azərbaycanın orta əsr etnonimiya və etnotoponimyasının öyrənilməsində fars mənbələrindən X əsr anonim abidəsi Hüdud əl -Aləm,Fəzlullah ibn Ruzbixan Xuncinin «Tarix aləm-arayi Amini» əsərində Azərbaycan və onunla həmsərhəd ölkələrdə XV əsrdə mövcud olmuş onlarca etnonim və etnotoponim öz əksini tapmışdır: türk, türkman, qacar, mosullu, rumlu, cığatay, çakarlı, şamlı, düxarlı, Kepçak, Qoşqar və s. Ərəb coğrafiyaşünas və səyyahlarının əsərlərində Azərbaycan tayfa adlarını və tayfa adlarını özündə əks etdirən coğrafi adları öyrənmək üçün xeyli material vardır. Bu əsərlərdə avarlar, alanlar, arranlılar, bulqarlar, dağlılar, deyləmlilər, karluklar,kasaklar|kalaklar, osmanlılar, sərirlilər türklər, türkmənlər,xəzərlər, çarukluq, cuvaldar kimi etnonimlər, Alan qalası, QandzakGəncə, Muğan, Muğan düzü, Muğaniyyə, Tərtər, Xəzər dənizi, Xunan, ŞabranŞəbəran və s. kimi etnotoponimlər özünə yer tapmışdır. XIII əsrin sonu və XIV əsrin əvvəllərinə aid Azərbaycan (türk) etnonimlərinin öyrənilməsində Rəşidəddin Fəzlullah ibn Əbu-əl-xeyr Əli Həmədaninin əsərləri, xüsusilə onun “Cami ət -təvarix“ əsəri (136) əvəzedilməz mənbələrdəndir. Görkəmli alim ağaceri, bayaut, curyat, cəlair, carukluq, cəmşidi, cirkin/çirkin, itbarak, kalac xalac, kanlı|kanqlin, karatut, karkas, karkın, karluk|xarluut, qaşqar, kinkit|kingiyat, kipçak kipçaut, kuçaylar, konkotan|xonkxotan, oğuz, sakait|saxait, səlciut, suldus, qantuq|-tanqxut, türkmən, türk, urnat, elçigin və s. tayfa adlarını çəkir.Rəşidəddinin əsərində 24 oğuz tayfası sadalanır. Müəllif Oğuzun 6 oğlundan (Gün xan, Ay xan, Yulduz xan, Göy xan,Dağ xan, Dəniz xan) olan nəvələrinin adları (Qayı, Bayat, Alkarauli, Karaüylü, Yaraz, Dügər, Durduqa, Bayarlı, Aveş (Auş), Kırık, Bekdili, Karkın, Bayandur, Bika, Culdur, Çipni, Salor (Salır), Imur, Alayuntlu, Uçqız, Yandır,Bükdür, Binva, Kanık) ilə əlaqələndirir, onqonlarını göstərir. Rəşidəddin, həmçinin Uyğur, Qanlı, Qıpçaq, Karluk Kalaç və Ağaceri adlarının Oğuzun qardaş və əmi oğlanlarının adları, eyniadlı tayfaların həmin şəxslərin törəmələri olduğunu da qeyd etmişdir. Azərbaycan etnonimlərini tədqiq etmiş Elmira Əhmədova Əbu Bəkr əl-Qütbi əl-Əhərinin (XIV əsr) və Məhəmməd əl-Hələbinin (XV əsr), Əbd ər-rəşidəl-Bakuvinin əsərlərində çobanilər, cəlairlər, onların sülalələri, ağqoyunlular türk, kani,kimax, oquz, türkmən, xəzər, alan, bulqar, quzlar, səlcuqlar,bacanakpeçenek, oğuz və s. barədə mükəmməl məlumatlar verildiyini qeyd edir(26). C.V.Qəhrəmanovun “Opisanie arxeoqrafiçeskix dokumentov“ (104) və T.M.Musəvinin “Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər)(61) kitabları da etnonimlərin öyrənilməsi baxımından çox qiymətlidir. Həmin əsərlərdə kələntərlər, kəngərli, qaraxanbəyli,qarabaldırlar, əfdar, qırxlı, şamlı, sabunçu, borbor, qaraçallı, sulfa, bacravanlı, baharlı, xocamusaxlı, sarılı (Sarıəlili), kəbirli, ulaclı, qarasalehli, dəmirçilər, aslanbəyli, zirəli, mansurlu, Aşıq Musalı, Sultan Əhmədli, Qaradağlı Padar, Əlixanlı, Qullar Kəngərli, Aslanbəyli, Şamlı və s. kimi etnonim və etnotoponimlər verilmişdir. Bu dövrlərdə işlənmiş etnonimlərimizdən bir çoxuna - “Qarabağnamələr“ də (40; 41) rast gəlinir.Məsələn, qacar, sarıclı, Otuziki, kəbirlilər, qaradağlı,kəncəli, naxçıvanlı, şahsevən,qarabağlı, şəkili, qızılbaşlar, dəvəli və s. S.Q.Klyaştornı V əsr tarixçisi Lazar Barpetsinin məlumatına istinad edərək göstərir ki, Zaqafqaziya xalqlarının birləşmiş ordusu 482-ci ildə Ermənistanın və Gürcüstanın sərhədində yerləşən Kəngər vilayətindəki Kəngər dağının altında toplaşmışdı(108, 175-176). Azərbaycanın V-X əsr hadisələrini təsvir edən XVII əsr abidələri sırasına daxil edilən “Tarixi-Derbend X-XI vekov“,Azərbaycan tarixşünaslığının banisi A.A.Bakıxanovun “Gülüstani-Irəm“ külli miqdarda etnonimlərimiz həm ayrıca, həm də toponim və antroponimlərin tərkibində qeydə alınmış, onlardan bir çoxları haqqında tarixi-etnoqrafik məlumatlar verilmişdir: xəzər,Xəzəriyyə, türk, çağatay, Dəşti-Qıpçaq, XəzərKaspi dənizi, Şabran, avarlar, Avaristan, maskat, Xunzax, Suvar qalası, Muğan və s. (“Tarixi-Dərbəndnamə“), aşkunaz aşkenaz (skiflər), bacqurdaşqurd, bicanak peçenek, bulqar (Burqaz, burqar, balkar), qarqarlar, quhlar, hunlar, qay, kasak (kasoq)kaşak, kimmerlər, qapçaqlar, leklər, moqanlu, silvi, çilb, türkmənlər, çepni, şirr, Bayat qapı, Dəvəçi, SədənSədun, Xəzər dənizi, Xunan, ŞakiŞakki və s. (V.F.Minorski), ayrum, albanlar, arşalı, bərməkilər, çarlar, zığlar, qaramanlı, karanay, kaspilər, kəngərli, qubalılar, kırklı, muğanlı, osallı, təkəli, ustaclı, xələc, xəlilli, çakirli, Avar mahalı, Alan qapısı, Alxanlı kəndi, Bərmək mahalı, Qəley Suvar, Çiraq qala, şabran dərəsi, Əliqulu xan Şahsevənski, Əhməd xan Abdali, Əşrəf Çoban, Cəfər Bərməki, Kərim xan Əfşar, Fətəli xan Qacar, Həsən Ağqoyunlu, Əmiraslan xan Kırklı və s.( 146; 118). XIX əsrin əvvəllərindən başlayaraq rus imperiyasının Azərbaycanı idarə edilməsinə kömək məqsədilə yazılmış rusdilli sənədlər -dövlət, kəndlilərin təsərrüfat və məişətinə dair kitablar, müxtəlif quberniya, qəza və mahallara aid məlumat əsərləri, o cümlədən “Sbornik materialov dlə opisanie mestnosteyi plemen Kavkaza“, “Sbornik svedeniy o kavkazskix qorüax“, “Materialı dlə izuçeniə gkonomiçeskoqo bıta qosudarstvennıx krestğən zakavkazskoqo kraə izvleçennıx iz posemeynıx spiskov 1886 q.», “Izvestiə kavkazskoqo otdela russkoqo imperatorskoqo obhestva“, “Spiski naselennıx mest Rossiyskoy Imperii“, “Kavkazskiy kalendarğ“, “Azerbaydcanskiy nastolğnıy kalendarğ“ və s. eləcə də görkəmli qafqazşünaslardan A.A.Şifnerin, N.K.Zeydlitsin, E.A.Veydenbaumun A.M.Dirrin, P.K.Usların və s. əsərləri də Azərbaycan etnonimiyası və etnotoponimiyası ilə zəngindir. T.I.Hacıyev yazır: «etnoslar gəlib-gedirlər, toponimlər isə yerində durub müşahidə aparır, gələnləri qəbul edir, gedənləri yola salır, ona ilk dəfə verilən adı özü ilə yaşadır. Azərbaycan toponimləri də bu torpağın qədim tərcümeyi-halını bizə çatdırır»(36). Azərbaycan etnogenezi problemlərinin həlli ilə dərindən məşğul olan, sələflərindən fərqli olaraq bu məsələyə sistemli və elmi-nəzəri cəhətdən yanaşan M.H.Vəliyevin (Baharlının) 1921- ci ildə nəşr etdirdiyi “Azerbaydcan: fiziko-qeoqrafiçeskiy,gtnoqrafiiçeskiy oçerki” və 1925-ci ildə çapdan buraxdığı “Naselenie Azerbaydcana”- “Muzey gtnoqrafiçeskix sokrovih” kitabları bu baxımdan əvəzedilməz mənbədir.Müəllifin ikinci əsəri ancaq bu məsələyə həsr olunmuş, burada ilk dəfə olaraq,Azərbaycanın etnik tərkibi, etnosların təşəkkültapma tarixləri,Azərbaycan xalqının formalaşmasında iştirak etmiş əsas türkdilli etnoslar, onların məskunlaşdıqları yaşayış məntəqələri geniş və hərtərəfli araşdırılmışdır. O bu əsərində Azərbaycanda yaşamış və yaşayan əksər tayfaların adlarını müəyyənləşdirməyə çalışmış, həmin tayfaların əksəriyyəti haqqında tarixi və etnoqrafik məlumatlar vermiş, onların adlarını əks etdirən etnotoponimləri sadalamışdır.Məsələn, bulqar, xəzər, zıq,qazax, şıxlı, salahlı, quş, xələc, kəngər, cəlair, şamlı, bəydili, inallı, təklə, qaramanlı, əhmədli, imirli, dügər, ilxıçı, bayat, çobani, baharlı, padar, lək, xəlilli, osallı və s. (tayfa adları), Xəzər, Zıq, Qazax, Quşçu, Xələc, Kəngərli, Ilxıçı, Şamlı, Bəydili, Təklə Muğan, Qaramanlı, Əhmədli, Dükər, Bayat və s. (şəhər və kənd adları). M.T.Vəliyevin əsərində padarlar ən məhşur oğuz tayfalarından biri kimi təqdim edilir və göstərilir ki, Elxanilər dövründə padarlar Orta Asiyadan Azərbaycana göçürülmüş 200 min türkdilli ailə içərisində mühüm yer tutmuşlar.Onlar əvvəllər Cənubi Azərbaycanda yaşamış, XVI-XVII əsrlərdə Səfəvilər dövründə isə müəyyən hissəsi dağıstanlıların qarşısını almaq məqsədilə Şimali Azərbaycana köçürülmüşdür(84, 398-399). N.A.Abelov keçən əsrin 70-ci illərində Şamaxı qəzasında Pir Mərdəkan dağında 194 ailədən ibarət Quşi adlı tayfa yaşadığını qeyd etmişdir.Tədqiqatlardan aydın olur ki, Aərbaycanda, eləcədə Ermənistan ərazisində türkdilli tayfa və qəbilələrin məskunlaşması tarixi çox qədimdir (37, 25). Araşdırmalar göstərir ki, Gəncə qəzasının etnotoponimlərinin formalaşmasında leq, kanq, quşi, kazan, kazax, qanzak,dəli, /tele/, hun, eymur, ayrım, düyərli, padar, bayan, bucaq, şatı,xaput /haput/, kəngərli, xunus, kollü, koran və s. mühüm rolu olmuşdur. Azərbaycan xalqının etnogenez məsələləri ilə daha dərindən məşğul olan və bu istiqamətdə öz səylərini ardıcıl davam etdirən Q.Qeybullayevin “Toponimiə Azerbaydcana”, “Kgtnoqenezu azerbaydcanüev”, “Qədim türklər və Ermənistan",“Azərbaycan türklərinin inkişafı tarixindən“ adlı kitabları və çoxsaylı məqalələri Azərbaycan və Qərbi Azərbaycan etnonimlərinin tədqiqi üçün əvəzsiz material və elmi mənbədir. Həmin əsərlərdə Azərbaycan (türk) xalqının demək olar ki, bütün makro və ya mikro, paleo, mezo və neotoponimləri əksini tapmışdır. Etnonimlər, onların rast gəldiyi ilkin mənbələr haqqında məlumatları kifayət qədər genişləndirmək mümkündür. Zənnimizcə, Azərbaycan və Qərbi Azərbaycan ərazisindəki toponimlərin tərkibinə girən əsas etnonimlər, onların rast gəldiyi mənbələr haqqında yetərli ümumi məlumat verildi. Türk mənşəli qəbilə və tayfalar, nəsil və tirələr haqqında elmi ədəbiyyatda geniş bəhs olunur, bu istiqamətdə tədqiqatlar davam etdirilir. Azərbaycanın bugünkü ərazilərində etnonimlərdən düzəlmiş külli miqdarda etnotoponimlər vardır. Onların əksəriyyəti R.M.Yüzbaşovun, Q.Ə.Qeybullayevin, Ə.A.Hüseynzadənin, Q.Voroşilin, S.M.Mollazadənin, Ə.I.Əliyevin, eləcə də digər coğrafiyaçı, tarixçi və dilçi toponimçilər tərəfindən tədqiq edilmişdir. Bununla yanaşı, araşdırmalardan aydın olur ki, qədim Oğuz yurdu Ermənistan ərazisindəki etnotoponimlər kifayət qədər tədqiq olunmamış, onların areal xüsusiyyətləri üzə çıxarılmamışdır.Könül Səmədova"QƏRBI AZƏRBAYCAN ETNOTOPONIMLƏRININ AREALLARI" kitabı
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024