İrəvan şəhəri XVIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş və indi Ermənistan adlanan respublikanın paytaxtıdır. Bu şəhər Ağrı vadisinin şimal-şərqində Zəngi çayının sahilində yerləşir.
İlk dəfə adı VII əsrdə (607-ci il) xatırlanır: “607-ci ildə katolikos Abraham, Dvin şəhərində çağırdığı dini iclasda demişdir ki, bu iclasda həm də İrəvandan iki nümayəndə: David və Cocik iştirak eləyirlər”. İrəvan nümayəndələrinin bu dini iclasda iştirakı onu sübut edir ki, İrəvan şəhəri iqtisadi, ictimai-siyasi cəhətdən inkişaf etmiş bir yer olmaqla yaşayış məskəni kimi daha qədimdən mövcuddur.
İrəvan şəhərinin adı 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Rəvan, İrəvan XVII əsr mənbəyində Rəvan, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan, XIX əsr rus mənbələrində Grivan, Erevan, Erivan formalarında qeyd edilmişdir. Erməni mənbələrində şəhərin adı Erivan, Ayravan, Evran, Errevant, Rəvant, İrvan, XX əsrin 30-cu illərindən Yerevan formasında yazıya alınmışdır. Şəhər guya I Ağriştinin e. ə. 782-ci ildə tikdirdiyi Erebuni qalasının yaxınlığında salınmışdır.
Rus arxeoloqu M.V.Nikolski 1893-cü ildə indiki Ermənistan ərazisinə səyahət edərək Göyçə gölünün sahilində qədim yazılan araşdırmış və gölün sahilindəki Gölkənd (ermənilər Zovinar deyir) kəndinin yaxınlığında tapdığı yazıları b.е.ə. VIII əsrə aid etmişdir. Bu daş kitabələrdə qeyd edilir : Urartu şahı I Rus (e. ə. 730-714) deyib ki, ölkəni, о cümlədən İrəvan ölkəsini zəbt etdim.
Buradan aydın olur ki, Urartu şahının işğal etdiyi yer qədim türk ərazisi olub. Deməli, bir yaşayış məskəni kimi İrəvan qədim tarixə malikdir. Lakin bəzi tədqiqatçılar İrəvan şəhərinin salınmasını XV – XVI əsrlərə aid edirlər. Bununla bağlı XVII əsrdə yaşayıb-yaratmış görkəmli türk coğrafiyaşünası Evliya Çələbi yaşayış məntəqəsi kimi İrəvanın XV əsrdə salındığını yazır:
“Hicri – 810 (1407-08)-cu ildə Əmir Teymurun tacirlərindən Хасə xan Ləhicani adlı tacir Rəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. Öz ailə üzvlərilə burada sakin olur. Gündən-günə düyü əkini hesabına varlanaraq bu böyük kəndin əsasını qoyur”
Tədqiqatçıların bir qismi isə İrəvan şəhərinin salınmasını Xətainin adı ilə bağlayırlar. Tarixçi-toponimist Q. Qeybullayev yazır: “… yaşayış məntəqəsi kimi Yerevan yalnız XVI əsrdən məlumdur”. Fikrimizcə, şəhərin salınması XVI əsrə aid edilə bilməz. Çünki Şah İsmayıl İrəvan şəhərini yox, İrəvan (Rəvan) qalasını tikdirmişdir. Bununla bağlı Evliya Çələbinin bir məlumatı da diqqəti çəkir: “….
915 (1509-10)-cu ildə İran Şahı (?-İ.B.) Şah İsmayıl orada qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verir. O da 7 ilə qədər orada qala tikdirərək adını “Rəvan” qoyur. Zəngi çayının şərq sahilində yerləşmiş daş və kərpicdən tikilmiş möhkəm , gözəl bir qaladır, ancaq hasarı yoxdur”. Erməni tarixçisi Yervand Şahəziz bu qənaətə gəlmişdir ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəlli olmuşdur.
XVII əsr fransız səyyahı Jan Şarden İrəvan şəhəri haqqında yazır:
“İrivan (müəllif İrəvan şəhərinin adını İrivan formasında qeyd edir ) böyük şəhərdir: onun çox böyük hissəsi dağlardan və üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. О, hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfindən Zəngi, cənub-qərb tərəfindən isə Qırxbulaq (Zəngi о nor-uest, Körkbulaq о Südest) çayları axır”.
Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərli İrəvan şəhərinin coğrafiyası ilə bağlı yazır: “İravan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxurda düşübdür. Şimali-qərbi və şimali-şərqi tərəflərdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, onda gözəl bağ, bağça və məzrələri vardır”.
İrəvan, eyni zamanda dövrünün mədəniyyət mərkəzi olmuşdur. Evliya Çələbi hələ XVII əsrdə qeyd edirdi ki, “Rəvanda qazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşik ağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardır”.
F.Köçərli demişkən : “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”. Qədim türk yaşayış məskəni olan İrəvan VII əsrdə (642-643) Ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə səlcuq türklərinin, XIII-XIV əsrlərdə monqol-tatarların tabeliyinə daxil edilmiş, XV əsrdə Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəyiliyinin, XVIII əsrin ortalarından mövcud olan Azərbaycan xanlıqlarından biri İrəvan xanlığının mərkəzi olmuşdur.
1827-ci ildə İrəvan Rusiya tərəfindən işğal edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrəvan şəhəri Azərbaycanın tərkibində Rusiyaya birləşdirildi. Çox təəssüflə qeyd etməliyik ki, türklərin tarixən məskunlaşdığı bu qədim şəhər XX əsrin əvvəllərində ermənilərə verilmişdir. Belə ki, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli Xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə bu haqda yazmışdır: “Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin yanvarında Ağdam Olimpiya İdman Kompleksinin açılış mərasimindəki nitqində demişdir: “Azərbaycan tam sərbəstdir ki, bütün imkanlardan, о cümlədən hərbi imkanlarından istifadə etsin və öz doğma torpaqlarını azad etsin. Biz heç kimin torpağını zəbt etməmişik. Halbuki indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıbdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, о da böyük bir səhv idi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər”. Şəhərdə tarixən yalnız azərbaycanlılar (erməni, rus məhəllələrində azərbaycanlılar həm də “islam”, “farslar”, “müsəlmanlar”, “tatarlar”, “Türklər” adı ilə göstərilir) və XVII-XVIII əsrlərdə isə çox az sayda ermənilər yaşamışlar.
1655-ci ildə İrəvana gəlmiş Jan Batist Taverniye yazır ki, şəhər qalasında yalnız müsəlmanlar (azərbaycanlılar) yaşayırdılar. XVII əsrdə İrəvanda olmuş Avropa səyyahlarından Cemelli, Ker-Porter, Ceyms Moriyen, Monpero, Kameron, Linç, Dübüa və b. İran hökmdarlarının tabeliyində olan İrəvan şəhərini İran torpağı, bu torpaqda yaşayan əhalini iranlı, fars kimi qələmə vermişlər.
Əsl həqiqət isə belədir ki, İrəvan şəhərində yaşayan əhali “iranlı”, “fars” yox, Azərbaycan türkləri olmuşdur. İrəvan qədimdən inkişaf etmiş Azərbaycan şəhəri olmuşdur. Burada hətta pul kəsilirdi. XVII əsrdə yaşayıb-yaratmış görkəmli Türkiyə coğrafiyaçısı Evliya Çələbi yazır: “Şəhər (İrəvan şəhəri -) içərisində təqribən 2600 üstü örtülü torpaq ev vardır. Onlardan ən abad və gözəli xan sarayıdır ki, Əmirqunə xan abadlaşdırmışdır. Bu sarayın yaxınlığında, sol tərəfində şah zərrəbxanası yerləşir. Burada abbası və bisti kəsilir. Yayla qapısı qarşısında olan böyük əraziyə qədim şəhər deyirlər. Burada cümə məscidi, karvansara, üstüörtülü və üstüaçıq bazar vardır.
Körpü başında xan bağı yerləşir. Yenə orada cümə məscidi, karvansara, hamam, üstüörtülü bazar çoxdur, bir növ şəhərdir”. İrəvan şəhərində, bilavasitə azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr kifayət qədər olmuşdur. Bu tarixi abidələri bilərəkdən gah farslara aid etmiş, gah da “yapon bəzəkləri”, “Çin memarlıq nümunələri” adlandırmışlar.
İrəvan şəhərində tarixi abidələr içərisində məscidlər xüsusi olaraq diqqəti cəlb edir. Bu şəhərdə tarixən kilsə olmadığı halda, doqquz məscid olmuşdur: Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi . Lakin bu gün yalnız bir məscid – Göy məscid qalmışdır ki, həmin məscidi də bu gün ermənilər fars məscidi kimi dünyaya tanıtmaq istəyirlər. İrəvan şəhərinin məhəllə (Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar. Yonçalıq və Börkçülər ), karvansara (Gürcü karvansarası , Culfa karvansarası, Sərdar karvansarası, Sulu karvansarası, Tağlı karvansara, Susuz karvansara, Hacı Əli karvansarası). Meydan (Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı) adları da Azərbaycan dili əsasında yaranmışdır.
İrəvanda olmuş rus, Avropa səyyahlarının həqiqəti söyləməyə sanki dilləri gəlməmişdir. “Qədim tarixli memarlıq məktəbimizin təsviri sənətimizdən gözəl örnəklərindən, babalarımızın yüksək sənətkarlıq nümunələrindən vəcdə gələn səyyahlar, tədqiqatçılar, yazıçılar çox təəssüf ki, bu örnəkləri, bu nümunələri tamamilə başqalarına aid etmişlər. Elə həmin Linçin dediyinə görə, xan sarayı ilə Güzgülü salon “fars memarlıq məktəbinə xas olan parlaq abidədir”.
İ.Şopenin yazdığına görə guya bu, “Çin memarlıq üslubu ilə ucaldılmış imarətdir”. Xan sarayında daha çox olmuş və qalmış A.S.Qriboyedov daha uzaqlardan yapışıb salondakı, tavanlardakı bəzəkləri “yapon bəzəkləri” adlandırmışdır. 1673-cü ildə İrəvanda olan XVII əsr fransız səyyahı Jan Şarden yazır ki, İrəvan qalası kiçik bir şəhərdən böyükdür. О oval formadadır ki, dairəsi dörd min addım olub, təxminən 800 evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər (Azərbaycan türkləri – İ.B.) yaşayırlar. İrəvan şəhərinin etnik tərkibinə nəzər salanda aydın olur ki, İrəvanda tarixən yalnız Azərbaycan türkləri yaşamışlar. Bizə gəlib çatan tarixi mənbələrdən görünür ki, İrəvan şəhərinin köklü sakinləri azərbaycanlılar olmuşlar. XVI əsrə aid Çuxur -Səd vilayətinin vergi dəftərində göstərilir ki, İrəvan şəhəri altı məhəllədən ibarətdir ki, burada da yalnız azərbaycanlılar yaşayır.
Erməni tədqiqatçısı A.Papazyan yazır ki, XVIII əsrin əvvəllərində Osmanlı türklərinin müdaxiləsi vaxtında yalnız iqtisadi baxımdan deyil, dövlət-siyasi baxımdan da ermənilərin yenidən burada (İrəvanda) məskunlaşdırılması vacib idi. Osmanlılara müqaviməti məhz onlar göstərməli idilər. Sitatın ardınca S.Məmmədov fikrə aydınlıq gətirərək qeyd edir ki, XVIII yüzilliyin əvvəllərinə qədər İrəvan şəhərində və bəylərbəyilikdə ermənilər olmamış, burada yalnız azərbaycanlılar yaşamışlar.
Hələ XVII əsrin 50-ci illərində İrəvana gəlmiş səyyah de-Labule la Quza və 1655-ci il mayın 20-də Lalenin İrəvandan XIV Lyudovikin ünvanına göndərdikləri məktubda yazırlar ki, İrəvan qalasında, həmcinin şəhərdə müəyyən miqdarda erməni vardır. 1670-ci ildə İrəvan şəhərində olmuş holland taciri Yan Streys yazır ki, İrəvanda az miqdarda yoxsul erməni yaşayır. 1700-cü il martın 10-da İrəvanda olmuş alman səyyahı Kaspar Şillinger yazır ki, İrəvan şəhərinin daxilində yalnız farslar (azərbaycanlıları farslar kimi qeyd edirlər) yaşayırlar.
İbrahim Bayramov
Filologiya elmləri doktoru “Dirçəliş-XXI əsr”
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024