İrəvan xanlığı ərazisindəki mahallar

14:00 / 03.02.2018
Baxılıb: 2432

Çar hakimiyətinin I828-ci il 2I mart tarixli dekretilə Erməni vilayəti tərkibində İrəvan əyaləti (provinsiyası), Naxçıvan əyaləti və Ordubad dai­rəsi, onların tərkibində isə mahallar (nahiyələr) yaradılmışdır.Bu mahalların təşkilində çay hövzələrinin əraziləri əsas meyar kimi nəzərdə tutulurdu. Aşağıda verilən siyahının sağ tərəfində həmin mahalların ərazisinə uyğun gələn Ermənistan SSR-in inzibati vahidləri göstərilir. Mahalların ərazisini Sovet dövrünün inzibati ərazi bölgüsü üzrə xırdalamaqla məqsəd keçmiş mahallarda və sonra yaranmış rayonlarda azərbaycanlıların yerləşməsi və sayı haqqında ətraflı məlumat verməkdir:1.Qırxbulaq mahalı ərazi­sində - Kotayk-Abovyan rayonu 2.Zəngibasar mahalı ərazisində - Masis rayonu 3.Gərnibasar mahalı ərazisində - Artaşad rayonu 4.Vedibasar mahalı ərazisində - Ararat rayonu5.7. Dərəkənd- Parçenis mahalı ərazisində - Əştərək və Araqadz rayonları 6.Saatlı mahalı ərazisində - Hoktemberyan rayonunun bir hissəsi 7.Talin mahalı ərazisində - Talin rayonu 8. Sərdərabad mahalı ərazisində - Hoktemberyan rayonu 9.Karpibasar mahalı ərazisində - Eçmiadzin rayonu və Əştərək rayonunun bir hissəsi10.Abran mahalı ərazisində - Nairi (Abaran) rayonu 11.Dərəçiçək mahalı ərazisində - Hrazdan rayonu 12.Göyçay-Göyçə mahalı ərazisində-Kamo,Vardenis, Martuni rayonları yaranmışdır.13.Seyidli və Axsalı mahalı - Əştərək, Talin, Aba­ran rayonlarının həmsərhəd ərazisidir. 14. Şərur mahalı - Naxçıvan MR (Sədərək rayonu) ərazisinə düşür.15.Sürməli mahalı - Araz çayının sağ sahili, hal-hazırda Türkiyə ərazisidir.Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil olundu ki, bu da sonralardan Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi. Müasir Yeğeqnadzor( əvvəllər Keşişkənd, sonra Mikoyan) və Vayk (əvvəllər Paşalı, sonra Əzizbəyov) rayonlarının ərazilərinə uyğun gəlir. Qəzanın Şərur bölməsi Naxçıvan MR ərazisinə düşdüyündən onun haqqında müfəssəl məlumat verilmir. Bu yazıda söhbət yalnız Ermənistan SSR ərazisinə daxil edilən bölgələr haqqın­da gedəcəkdir.Çar Rusiyasının hakim dairələri qələbədən dərhal sonra ələ keçirtdikləri “qənimətin inventarizasiyasını” - 183I-ci ildə ərazi­də olan əhalinin siyahıya alınmasını təşkil etdilər. 1 saylı cəd­vəldə İrəvan xanlığı ərazisində daimi yaşayan azərbaycanlı və erməni əhalisinin sayı haqqında 183I-ci il üzrə məlumat­lar verilir. Ermənistan SSR ərazisinə düşən ərazi nəzərdə tutulduğuna görə Naxçıvan, Sürməli və Şərur mahallarının əhalisi buraya da­xil edilməmişdir.Təkcə 1826-1828-ci illərin Rusiya-İran müharibəsi zamanı İrə­van xanlığı ərazisində azərbaycanlılar yaşamış 420-dən çox kənd dağıdılmiş, bir çox kəndlərin adları tarix səhifəsindən si­linmişdir. Bu dağıdılan, əhalisi bütünlüklə məhv edilən və di­dərgin düşən kəndlər İrəvan istiqamətində hücuma keçən rus qoşunlarının yolu üstündə olmuşdur. Beləliklə, İrəvan şəhərinin zəbt edilməsi on minlərlə azərbaycanlı əhalinin məhv edilməsi hə­sabına başa gəlmişdir.Təqribi həsablamalara görə, dağıdılmış kəndlərdə ən azı 30-40 min nəfər azərbaycanlı əhali yaşamışdır. Tabiidir ki, ınüharibənin teatr məydanına çəvrilən ərazidə qalan kəndlərdə də xeyli adam tələf olmuş, doğum azalmış, əhalinin xilas olmuş his­səsi yurd-yuvalarını tərk edib başqa ölkələrə üz tutmuşdur. Bunlar da nəzərə alınsa Rusiya tərəfindən ilhaq edilməsi ərə­fəsində İrəvan xanlığı ərazisində ən azı 130-150 min nəfər azərbaycanlı əhalinin yaşadığı aşkarlanır.Həbib Rəhimoğlu"SİLİNMƏZ ADLAR,SAĞALMAZ YARALAR" kitabından

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər