Azərbaycan türklərinin qədim yurd yeri-Qafan rayonu

20:00 / 21.12.2018
Baxılıb: 4936

Qafan rayonu Zəngəzur mahalında önəmli yer tutur. Naxçıvanla Qarabağ arasında dağ silsələləri arası ilə uzanan bu mahal Bərgüşad, Zəngəzur və Mehri dağ silsilələri əhatəsində dağlıq ərazidə, Gığı və Oxçu dərələrində yerləşir. 1920-ci ilə qədər Gəncə quberniyasının Zəngəzur qəzasının əyaləti olmuş, 1917-20-ci illərdə baş verən siyasi oyunlar nəticəsində Zəngəzurun digər bölgələri kimi Qafan da Ermənistan SSR-in inzibati rayonuna çevrilmiş və 9 sentyabr 1930-cu ildən müstəqil rayon kimi fəaliyyət göstərir.

Fiziki xəritədə Qafan rayonunun yerləşməsi, sərhədləri belə görünür: cənubdan Azərbaycan Respublikasının Zəngilan, Qubadlı rayonları, şərqdən Zəngəzur mahalının Gorus və Sisyan (Qarakilsə) rayonları, cənubi-qərbdən Zəngəzurun Mehri rayonu.

Qafan rayonuna-dəmiryolu, avtomobil və təyyarə ilə gediş-gəliş mümkündür. Qərbi Azərbaycanın tarixi hadisələrlə zəngin olan bu bölgəsi mövcud mənbələrdə siyasi baxışlardan, şovinist münasibətlərdən irəli gələrək müxtəlif cür işıqlandırılmışdır. Əgər Zəngəzur mahalının müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin (Alban, Sünik, Atabəylər, Qaraqoyunlu, Azərbaycan, İran, Ərəb xilafəti, Rusiya, Ermənistan və s.) tərkibində olmasını nəzərə alsaq, Qafanla bağlı söylənən fikirlərin ziddiyyətli görünməsi təəccüb doğurmamalıdır.

Qafan rayonu ərazisində ulu babalarımızın yaratdığı maddi-mədəniyyətin izləri eramızdan əvvəlki dövrlərə gedib çıxır. Xüsusilə « Qafan rayonu ərazisində saxlanılan qədim oğuz qəbirstanlıqları, kitabələr, qəbir daşları uzaq keçmişimizdən - VII-X yüzilliklərdən xəbər verir. Təkcə Qafan rayonunda qeydə alınmış 200-dən artıq kənd, oba, çay, göl, dağ, qala və b. coğrafi adlar türkdilli toponimlərdir. Min illər boyu mövcud olan Qapıcıq, Xusdub, Pirhəmzə, Piricavidin və s. adlar bunu sübut etmirmi?!.. Onlar məskun olduqları yerin dağına,daşına, yurduna, ocağına öz əlamətlərinə görə mənalı adlar verməli idilər. »

Bunu xəritələrdə, atlaslarda, poçt kitablarında, Ermənistanın toponimləri ilə bağlı çap olunan lüğətlərdə yüzlərcə Azərbaycan-türk mənşəli sözlər də sübut edir. Zəngəzurun və onun tərkib hissəsi olan Qafanın faciəsi 1915-1989-cu illərdə öz zirvəsinə çatdı... Qərbi Ermənistan (1915) əldən çıxandan sonra şərqi Ermənistanda mövqelərini möhkəmləndirmək üçün daşnak hökuməti Gürcüstanın (Borçalı mahalı) və Azərbaycanın Gəncə quberniyasının bir hissəsini (o cümlədən Zəngəzuru) ələ keçirmək uğrunda mübarizəyə girişdi.

Daşnak hökuməti qaniçən Andranikin, Nijdeyin, hərbi nazir Dronun köməyi ilə 1918-ci il dekabr ayının axırınadək Qafanda olan 100-dən artıq azərbaycanlı kəndi nizami ordunun köməyi ilə qırğınlarla qovmuşdu. Rayon əhalisinin 60%-ni təşkil edən azərbaycanlılar (40 min nəfərdən artıq adam) Naxçıvana,Ordubada və Qarabağın müxtəlif rayonlarına pənah gətirmişlər. Andranikin Qafanda törətdiyi qanlı qırğınları təsəvvür etmək üçün o vaxt vurulmuş rəsmi teleqramlar kifayətdir.

Zəngəzur qəza rəisinin 114 nömrəli teleqramında deyilir: « Ermənilər Andranikin başçılığı və ingilis-fransız nümayəndələrinin razılığı ilə dini fərqə görə 30-dan artıq müsəlman kəndi dağıdıb, yandırıb və əmlakını talan ediblər. Qaçıb qurtara bilməyən sakinlər vəhşicəsinə öldürülmüşdür »

Zəngəzur qəzasının idarə müdirinin 1919-cu ilin yanvarında verdiyi 349 nömrəli teleqramında isə deyilir: « Quşçulu, Əcili, Atqız kəndləri yanvar ayının ilk günlərində dağıdılmış, şəhərcik, Acağu, Oxçu mühasirə edildikdən sonra ermənilər tərəfindən alınmış, Kirətağ, Mollalı, Qovşud, Qarabaşlar, Baharlı, Daşbaşı,Mahmudlu, Keynəşin, Həcəti, Kurut, Pəyhan, Kırs, Acıbac kəndləri ermənilər tərəfindən mühasirəyə alınmışdır. » Bu sətirlərə ancaq 1948-1953-cü və 1988-1989-cu illər deportasiyasını əlavə etmək kifayətdir. Qafanda vaxtı ilə mövcud olan 130 kənddən 26-da ermənilər yaşayırdı. Hal-hazırda isə Qafan tam erməniləşdirilmiş, hətta mövcud yer adlarımız da xəritələrdən silinmişdir.

Qafanda azərbaycanlılar, əsasən, Kığı və Oxçu dərələrində məskən salmışdılar. Kığı dərəsində - Quşçulu, Mollalı, QarabaĢ, Qovşud, Baharlı, Kığı, Pürülü, Mahmudlu, Kəypişin, Həçəti, Kurut, Çiriş, Kırs, Acıbac, Kərd, Yuxarı Kərd, Gotalı kəndləri, Oxçu dərəsində isə - Müsəlləm, Oxçu, Atqız, Aralıq, Pirdavdan (Pircavidan), ġabadin və b. kəndlərdə yaşamışlar.

Qafan rayonu ərazisi, əsasən, türk mənşəli etnoslarla zəngin olmuşdur: qapan, ecanan, oxtar, çobanlı,hünüt, sabadin, quşçulu, mollalı, qarabaş, baharlı, pürülü, mahmudlu, kurut, şotanlı, oxçu, məzrə, gödəkli və s. Bu etnosların hər biri öz keçmişini yaşayış məntəqəsi adlarında, oronim və hidronimlərdə yaşatmaqdadır. Dağların zirvəsində əsrlər boyu yaşayan Qafan bölgəsi Azərbaycanın mədəniyyət və elminə, dövlətçiliyinə, güc strukturlarına çox dəyərli insanlar bəxş etmişdir.

Mənbə: Vilayət Əliyev " ZƏNGƏZURDA QALAN İZİMİZ " kitabından


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər