Ağ Ananın övladları: Ən qədim türklər

15:00 / 23.02.2018
Baxılıb: 1390

Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq neolit - eneolit dövrlərində formalaşdığını sübut etməkdədir. J. Mellart Anadolu ərazisində yerləşən Çatal - Höyük abidəsində qazıntılar apararkən kömürləşmiş xalça qalıqlarına rast gəlmiş və həmin xalçanın üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o, son eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalarının naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi (Yengi Ögə, 2016, s. 106-113). Çatal-Höyükdə çox sayda qadın və kişi heykəllərinə rast gəlinib. Belə hesab edilir ki, onlara büt kimi sitayiş edilirmiş. Heykəllər arasında qadın heykəllərinə daha çox rast gəlinməsi və onların xüsusi düzəldilmiş evlərdə toplanması arxeoloqları belə bir qənaətə gətirmişdir ki, Çatal-Höyükdə ana kultu mövcud olmuş, həmin evlər isə ibadət otaqları rolunu oynamışdır.Hələ 1960-cı illlərdə 40 belə «ibadət evi» qazılaraq aşkar edilmişdir. Buradan tapılan «ilahələr» əsasən üç vəziyyətdə təsvir olunur. Bunlardan bir qismi gənc qadın, digərləri insan və ya öküz doğan orta yaşlarda olan qadın, başqa bir qismi isə bəzən yırtıcı quş tərəfindən müşaiyət edilən, bəzənsə tək olan qoca qarı şəklində təsvir edilirdi (James Mellaart, 1967, p. 181). Kişi «tanrı»lar bəzən uşaq, bəzən yeniyetmə (ilahənin sevgilisi) bəzənsə saqqallı kişi şəklində düzəldilirdi. Saqqallı kişilər bir sıra hallarda hansısa mifoloji heyvanın və ya öküzün belində oturulmuş vəziyyətdə olurdu.Ana ilhəsinin barelyefləri bəzən iki metrə çatır və aslanların arasında oturmuş vəziyyətdə təsvir olunurdu. Bəzən müxtəlif simvolların birləşdirildiyi, məsələn, qadın döşü ilə öküz buynuzunun birlikdə təsvir edildiyi də maşahidə edilmişdir (James Mellaart, 1967, p. 181).E.ə. 6200-ci ilə aid edilən bir «ibadətxana»da öküz başlarının və onların da arxasında insan ayaqlı qrifonlar tərəfindən hücuma məruz qalan insan başlarının barelyeflərinə rast gəlinmidir.Çox sayda «ibadətxana»nın aşkarlanmasına rəğmən, mütəxəssislərin fikrincə, Çatal-Höyük cəmiyyətində sosial bərabərsizliyin mövcudluğunu iddia etmək üçün heç bir əsas yoxdur. Gəlinən ümumi qərar belədir ki, sözügedən cəmiyyətdə nə anaxanlıq (matriarxat), nə də ataxanlıq (patriarxat) mövcud olmamışdır. Qadınlarla kişilərin statusu da eyni idi (A Global .., 1991, p. 9-13; Christine Fielder and Chris King, 2004; Michael Balter , 2005, c. 127).Alimlərin bəzisi qadın heykəllərinin ümumiyyətlə sitayiş obyekti olmadığını, hansısa başqa funksiya daşıdığını ehtimal edirlər (Hodder I., 2005). Amma bunun əksini düşünənlər daha çoxdur. C. Mellartdan başqa M. Gimbutas da Çatal-Höyükdən çıxan kök qadın heykəllərinin ana ilahəsi olduğu fikrini söyləmiş və öz fikrində daha da irəli gedərək, Çatal-Höyük mədəniyyətində anaxanlığın hakim olduğunu iddia etmişdir. M. Balter də onun fikrinə şərik çıxmışdır (Michael Balter., 2005).Yuxarıda qeyd edildiyi kimi, Çatal-Höyükdə insan və öküz doğan ana ilahə obrazlarına da rast gəlinmişdir. Maraqlıdır ki, bunlardan birincisi türk mifologiyasındakı Umay ana obrazına, digəri isə Ay kağan obrazına uyğun gəlməkdədir.Öküz doğan ilahə obrazının izlərinə zamanla bir qədər dəyişmiş formada «Oğuznamə»də rast gəlirik. Maraqlıdır ki, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem munasibəti bəslədiklərini söyləmişlər.Bu alimlər bu halda «Oğuznamə»də yer alan aşağıdakı sözlərə və Oğuzun anqağusu kimi təsvir edilən öküz rəsminə istinad etmişlər: «Olsun dedilər. Onun anqağusu budur».«Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, saçları, qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi...» (Bayat, 1993, s. 124).Alimlərin bir çoxu bu fikirdədir ki, ana ilahəsinə baş Tanrı kimi sitayişin kökləri Paleolitə qədər uzanır. Bəziləri bu inancın qaynağını ana bətnini xatırladan mağaralarla, su stixiyası ilə, bitkilər aləmi ilə (Горшунова О. В., 2008, с. 71-82), başqa biriləri astral obyektlərlə (Горшунова О. В., 2001. с. 219-231) bağlamağa çalışırlar. Alimlər onu müxtəlif xalqların mifologiyasında rast gəlinən Anahid, Geya, Afrodita və s. bu kimi qadın ilahə obrazları ilə müqayisə etmişlər. Lakin müqayisəyə çəkilən ilahələrin heç biri öz panteonunda ən başda, yəni baş Tanrı məqamında durmur. Bu hala sədəcə Ağ Ana (Ana yaradıcı) ilə bağlı türk mifik mətnlərində rast gəlinir:«Ana yaradıcı artıq bir dünya yaratmağa qərara almışdı. Amma nə ilə yarada idi, əlində bir şey yox idi. Buna görə qırmzı boyunlu balıqcılla bir çöl ördəyini yanına çağırdı və onlara dedi:-Tez dənizin dibinə dalın və mənə bir az torpaq gətirin!Quşlar dənizin dibinə daldılar, az sonra çöl ördəyi dimdiyində bir parça çamurla suyun üzündə göründü. Amma balqcıl orada yox idi. Yaradıcıı “bu balıqcıl harada qaldı” deyə düşünərkən, o da suyun üzünə çıxdı. Amma ağzında nə çamur, nədə başqa bir şey vardı. Yaradıcı soruşdu:-Hanı sənin torpağın?Balıqcıl boynunu bükdü və cavab verdi:-Dənizin dibində mən torpaq tapmadım. Onun üçün də torpaq gətirmədim.Yaradıcı bunu eşitdikdə çox hirsləndi və belə dedi:-Ey hiyləgər quş! Mən sənə çöl ördəyindən daha qısa və daha az qüvvətli bir dimdikmi vermişdim? Bu olan şeydir? Səninki onunkindən həm qüvvətli, həm də uzundur, necə olur ki, çöl ördəyi dənizin dibindən çamur tapır, sən tapmrsan? Mən səni cəzalandıracağam və sən yer üzündə yaşamayacaqsan. Gəz, uç, nə istəyirsən elə, amma dənizin üstündə elə. Cum dənizə, yiyəcəyini orada axtar. Orada yat, orada qalx. Nə edəcəksənsə, orada et, amma yer üzünə gəlmə!Ana yaradıcı çöl ördəyinin gətirdiyi çamurla dunyanı yaratdı. Çamuru əlinə aldı, dənizin üstünə qoydu. Nə cür oldusa, palçıq dənizin dibinə batmadı. Nə dalğalar, nə də külək onu yerindən tərpədə bilmdi. Eyni ilə bir adacıq kimi dənizin ortasında dayanb qaldı. Az sonra da böyüməyə başladı. Elə böyüdü, elə böyüdü ki, bugünkü dünya oldu» (Ögəl, 2006, səh. 445).Başqa bir süjet isə belədir:«Bir Ağ Ana var idi, yaşardı su içində,Göründü su üzündə, Ülgenə belə dedi: “Yaratmaq istəyirsən sən də bir şeylər, Ülgen,Yaradan olmaq üçün bu qutsal sözü öyrən.De ki, mən etdim, oldu. Başqa bir şey söyləmə,Hələ yaradan ikən “etdim, olmadı!” demə!”Ağ Ana bunu dedi, qeyb oldu, çıxıb getdi,Dənizə dalıb getdi, bilinməz hara getdi» (Ögəl, 2006, səh. 228-229).Daha bir süjet:«Böyük Ağ yaradan Ürünğ Ayığ Toyon lap əvvəldən böyük dənizin üzərində yüksəklərdə dayanıb-durarkən suyun üstündə üzən bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu:-Sən kimsən?Köpük Tanrıya baxıb dedi:-Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram.Tanrı şeytana üz tutub soruşdu:-Bilmirəm, sözün doğrudurmu? Suyun altında yer varmı? Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi.Şeytan dənizə daldı, xeyli vaxt keçdikdən sonra şeytan göründü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı ondan aldı, əlində tutub, baxdı, torpağı təqdis etdi və suya atdı. Sonra şeytan düşündü ki, Bu Tanrını necə suda batırım, boğulsun. Lakin elə bu vaxt torpaq böyüyüb, ətrafa yayılmağa başladı. O sərtləşdi, bərkidi. Dənizin böyük bir hissəsi həmin torpaqla doldu» (Ögəl, 2006, səh. 443).Daha bir variant:«Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ağ ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Elədiyindən peşiman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi…» (Cəfərov, 2004, səh 13). «Ər Soqotox» dastanının O. Böhtlinq tərəfindən toplanmış variantında Ağ Ana da eynən Umay kimi ağacla bağlı təqdim edilir:«...Günəşə üz tutub, üç dəfə salam verdi. “Xaqan ağac”ın qarşısına çatan kimi diz çökdü və ağaca belə dedi:-Mənim ağac Xaqanım! Ey müqəddəs ruh! Ey ulu xatun! Mənim yurdumun ruhu! Mən bir yetimdn başqa bir şey deyildim. Sən götürdün, məni böyütdün.Mən kiçik bir uşaq ikən, sən məni böyük bir adam etdin... Gəl mənim nə olacağımı, gələcəyimi də bildir. Mən nə edəcəyəm? Mən bundan sonra necə yaşayacağam? Ey ulu ana!..İgid bunları söylədikdən sonra birdən göy üzü tutulmuş, buludlar yığılmış və göy müdhiş bir şəkildə gurlamağa başlamışdr. Az sonra iri-iri damlalı yağış yağmağa başlamış və ətrafı sellər basmışdır. Göydən ağ bir bulud uçmuş və bu buluddan da yerə ildırımlar enmişdir. Yer – göy titrəmiş, çaylar daşmş, dənizlər çalxalanmışdır. Az sonra ağ saçlı Ana Tanrı görünmüşdür. Yavaş – yavaş ağacın kökündən çölə çıxmş və oğlanın qarşısında durmuşdur» (Ögəl, 2006, səh. 120). Yuxarıda qeyd edildiyi kimi, Çatal_Höyükdə Ağ Ana ilə yanaşı sitayiş obyektlərindən olan kişi «tanrı»lar bəzən uşaq, bəzən yeniyetmə (ilahənin sevgilisi) bəzənsə saqqallı kişi şəklində düzəldilirdi. Saqqallı kişilər bir sıra hallarda hansısa mifoloji heyvanın və ya öküzün belində oturulmuş vəziyyətdə olurdu (James Mellaart, 1967, p. 181).Maraqlıdır ki, sonuncuların təsviri türk mifologiyasında aşağı ölülər dünyasının sahibi olan Erliyin təsvirləri ilə üst-üstə düşür. Belə ki, şamanlar öz alqış və ovsunlarında Erliyi atletik bədən quruluşuna malik qoca kişi kimi vəsf edirlər. Onun göz-qaşı hiss kimi qara rəngdədir, iki yerə bölünən saqqalı dizinə qədər çatır. Azı dişlərini xatırladan bığlar burmadır və qulağının arxasına qədər uzanr.Buynuzları ağac köklərini xatırladır. Saçları buruq-buruqdur. O, bir versiyaya görə qara palçıqdan tikilmiş sarayda, digər iki versiyaya əsasən isə qara dəmirdən qayrılmış çəpərləri olan sarayda yaşayır. Bu saray Toybadım çayının sahilində yerləşir. Erlik bəzən avarları olmayan qara qayıqda, bəzən “kəlkə” (kəlçə) adlanan mifik heyvanın, bəzənsə keçəl öküzün belində gəzir (Алексеев, 1984, с. 53).Çatal-Höyükdə kəsilmiş insan başları yeyəm yırtıcı quş şəkillərinə də tez-tez rast gəlinir. Bunun nə anlama gəldiyini bilməsək də, bu günə qədər dilimizdə işlənən «filankəsin başını yemək» ifadəsi, çox gümün ki, həmin dövrün yadigarıdır.Qaynaqça1. A Global History from Prehistory to the Present. New Jersey, USA: Prentice Hall, 1991. 2. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, Sabah, 1993. 194 s.3. Cəfərov N. Qədim Türk ədəbiyyatı. B., “AzAtaM”, 2004. 322 s.4. Christine Fielder and Chris King. Sexsual Paradox: Culture. Sexual Paradox: Complementarity, Reproductive Conflict and Human Emergence. 2004.5. James Mellaart. Catal Huyuk: A Neolithic Town in Anatolia. McGraw-Hill, 1967.6. Hodder I. New finds and interpretations at Çtalhöyükş Çatalhöyük 2005 Archive Report. CatalhoyukResearch Project, Institute of Archaeology. 2005.7. Michael Balter. The Goddess and the Bull. New York: Free Press, 2005.8. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.9. Yengi Ögə. Xalça naxışlarımızda yaşayan ulu tariximiz // Axərbaycan xalçaları. Cild 6, № 21, 2016, s. 106-113.10. Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. Новосибирск, Наука, 1984, 232 с.11. Горшунова О. В. Идея двух начал в культе плодородия у народов Средней Азии // Среднеазиатский этнографический сборник. Ред. В. И. Бушков. Москва: Наука, 2001. с. 219-231.12. Горшунова О. В. Священные деревья Ходжи Барора. Фитолатрия и культ женского божества в Средней Азии // Этнографическое обозрение. 2008, № 1. с.71-82.Bəxtiyar Tuncaybextiyartuncay.wordpress.com

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər