13:30 / 04.03.2018
Baxılıb: 2258
Abacyan//AbacyantsBu erməni soyadının etimologiyası ilə bağlı dörd versiya vardır. Birinci versiyaya görə, o, türkmənşəli Abas şəxs adından s-c əvəzlənməsi ilə düzəldilmişdir.İkinci ehtimala görə, bu soyad türkmənşəli Ağabacı şəxs adından -ğa komponentinin və “ı” saitinin düşməsi yolu ilə düzəldilmişdir. Türk dillərində belə sözlərin tələffüzündə bu,normal hadisədir.Üçüncü ehtimala görə, Abacyan soyadı dilimizdə tez-tez işlənən “a bacı” formasından düzəldilmişdir. A nidası bacı ismi ilə birləşərək Abacı sözü, ondan isə eliziya hadisəsi ilə Abacyan soyadı yaranmışdır. Dördüncü ehtimala görə isə, Abacyan soyadı dilimizdəki əba//aba sözünə sənət, peşə bildirən -çı sözdüzəldici şəkilçisinin artırılması ilə yaranmış əbaçı//abaçı sözündən düzəldilmişdir. Məlum olduğu kimi, əba//aba keçmişdə müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarına deyilirdi.Şəxsən biz bu dörd versiyadan sonuncu versiyaya üstünlük veririk. Ermənilərin sənətkarlığın müxtəlif sahələrinə, o cümlədən dərziliyə, deməli, həm də əbaçılığa (əba tikməyə) xüsusi meylli olması belə düşünməyə əsas verir.Erməni dilçi alimi Anna Henrikovna Abacyan, Ermənistan SSR Xalq artisti Vladimir Amvrosyeviç Abacyan, yazıçı-tərcüməçi Mikael Fyodroviç Abacyants və b. bu soyadı daşıyırlar.Abalyan//AbalyantsAbalyan erməni soyadının etimologiyasını iki variantda izah etmək olar. Birincisi, ondan ibarətdir ki, bu soyad Azərbaycan türkləri arasında geniş yayılmış Habil //Həbil şəxs adından i-a əvəzlənməsi və “h” səsinin düşməsi ilə düzəldilmişdir.İkinci varianta görə isə, Abalyan soyadı Azərbaycan dilində çox geniş yayılmış “A bala” xitabı vasitəsilə yaranmışdır. Bu xitab əvvəl ləqəb kimi işlənmiş, sonra soyad kimi götürülmüşdür. Lakin biz birinci varianta üstünlük veririk.Sosialist Əməyi Qəhrəmanı,seleksiyaçı, Dağlıq Qarabağın Hadrut rayonundan Aleksandr Melkumoviç Abalyan, Bakı doğumlu aktrisa, Ermənistanın Əməkdar artisti Nina Yefremovna Abalyan (Nvard Yepremi Abalyan), professor Sergey Xristoforoviç Abalyants və b. bu soyadı daşıyırlar.Abaryan//AvaryanBu erməni soyadı türk boylarından olan avar//abar boyunun adından düzəldilmişdir. Bu fikri irəli sürməyə əsas verən arqumentlərdən biri Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində tarixən avar türklərinin sıx məskunlaşmasıdır. Hətta İrəvan xanlığının tərkibindəki 15 mahaldan birinin – Abaran mahalının adı da bu türk boyunun adından götürülmüşdür.Həmin etnonimlə bağlı Abaran mahalında eyniadlı oykonim də mövcud idi. Belə ki, Abaran rayonunun mərkəzi Abaran şəhəri adlanırdı.Erməni aktyor və rejissoru Aleksandr Avakoviç Abaryan,erməni jurnalisti Ruslan Abaryan, Rusiyanın Sankt-Peterburq şəhərindən Artur Avaryan və b. bu soyadı daşıyırlar.Abasyan//Melik-AbasovBu erməni soyadının kökündə türkmənşəli Abas şəxs adı dayanır.Abas şəxs adının ərəb mənşəli Abbas şəxs adı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Abas şəxs adının türk dillərində abıs, apas, abız, avaz formaları məlumdur. Mənası savadlı, bilikli deməkdir.Tatarlarda, qaraqalpaqlarda,peçeneq və başqırdlardaAvaz, Apaz, Abas şəxs adları ilə müqayisə etmək olar.1836-cı ildə Alban kilsəsinin müstəqilliyi Rusiya tə-rəfindən rəsmi ləğv edilərək Eçmiədzin katolik kilsəsinin tabeçiliyinə verildi, albanların bir hissəsi öz xristian dinindən imtina etməyərək tədricən erməniləşdilər, bir hissəsi isə islam dinini qəbul edərək öz milli mənsubiyyətlərini türklüklərini qoruyub saxladılar.Erməniləşdirilən həmin albanlarda nəslin ruhani mənsubiyyətini bildirmək üçün onların soyadlarının önünə “Ter”prefiksi (məsələn, Ter-Qriqoryan, Ter Petrosyan və s.) artırılırdısa və bu da, əsasən, “keşiş ata” anlamına gəlirdisə (yeri gəlmişkən, ermənilər keşişə “terter” deyirlər), alban mənşəli ermənilərin digər bir hissəsinin isə soyadının əvvəlinə, əsasən,zadəgan titulu olan məlik (erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində) prefiksi (sözün əvvəlində gəlib,onun leksik və ya qrammatik mənasını dəyişən morfem) əlavə olunur. Bu soyadın əsasən Zəngəzur-Qarabağ mənşəli insanların soyadında geniş yayılması da onun alban xristian türklərinə məxsus olmasını təsdiq edir. Yeri gəlmişkən, sonralar bir hissəsi islamı qəbul edən həmin xristian alban türkləri soyadlarında məlik titulunu saxlamaqda davam etdilər, məsələn,Məlik-Abasov, Məlik-Yeqanov, Məlik-Ağalarov, Məlik-Aslanov, Məlik-Paşayev, Məlik-Kərəmov və.s Eramızın 551-595-ci illərində Alban katolikosu olmuş Abas (Ter-Abas) həmin adın daşıyıcısıdır. Moskva vilayətində tarix müəllimi işləyən Ruslan Kaçaxoviç Abasyan, 1982-ci ildə Qərbi Azərbaycanın Talın mahalının Siçanlı kəndində doğulmuş erməni müğənnisi Hacı Abasyan, Rusiyanın Samara vilayətində ingilis dili müəllimi işləyən Qayane Surikovna Abasyan və b. bu soyadı daşıyırlar.BabakyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli bəbək sözündən yaranmış Bəbək ləqəbindən ə-a əvəzlənmələri ilə düzəldilmişdir. Azərbaycan dilində bəbək sözü iki mənada geniş işlənir:birincisi körpə uşaq, çağa, ikincisi gözün giləsi mənalarında.Babakyan soyadı, bizcə, uşaq anlamında olan bəbək sözündən yaranmışdır.Rusiyanın Krasnodar diyarında fərdi sahibkar Seyranuş Vladimirovna Babakyan, Rusiyanın Slavyansk şəhərindən Qarnik Babakyan və b. bu soyadı daşıyırlar.Babalyan//BabelyanBu erməni soyadı Azərbaycan dilindəki günah, məsuliyyət, vəbal anlamında olan babal sözündən düzəldilmişdir. Soyadın ikinci variantda a-e əvəzlənməsi ilə Babelyan variantı da müşahidə edilməkdədir.1886-cı il Şuşa doğumlu erməni siyasətçisi və dövlət xadimi Artaşes Babalyan, Rusiyanın Stavropol diyarında həkim-stomatoloq Qriqori Samveloviç Babelyan və b. bu soyadı daşıyırlar.BabasyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli baba sözündən yaranmış Baba şəxs adına 2-ci şəxsin təkinəsı mənsubiyyət şəkilçisi əlavə etməklə yaranmış Babası ləqəbindən düzəldilmişdir.Baba sözünün mənası və yayılma arealı barədə Babayan soyadından danışarkən bəhs etmişik.Pedaqoji elmlər namizədi, professor, gimnastika üzrə Ermənistan SSR Əməkdar məşqçisi Martuni Ağacanoviç Babasyan, Moskva şəhərində 1534 saylı gimnaziyanın müəllimi Hamayak Martunikoviç Babasyan və b. bu soyadı daşıyırlar.CançiyevBu erməni soyadı Azərbaycan dilindəki can sözündən və peşə, sənət bildirən -çı şəkilçisindən yaranmış cançı sözündən düzəldilmişdir. Dilimizdəki farsmənşəli can sözününü mənaları və işlənmə yeri barədə Canibekyan erməni soyadından danışarkən ətraflı bəhs etmişik. Professor Qriqori Avetoviç Cançiyev və b. bu soyadı daşıyırlar.CaneryanBu erməni soyadı Azərbaycan dilindəki can və ər//er sözlərinin birləçməsindən yaranmış Caner şəxs adından düzəldilmişdir.Caner şəxs adı Türkiyə türkləri arasında xüsusilə geniş yayılmışdır və heç şübhəsiz, ermənilər də bu soyadı onlardan götürmüşlər.Dilimizdəki farsmənşəli can sözününü mənaları və işlənmə yeri barədə Canibekyan erməni soyadından danışarkən ətraflı bəhs etmişik.Sovet boksçusu, SSRİ idman ustası, Ermənistan SSR Əməkdar məşqçisi Karlos Qurgenoviç Caneryan, Rusiyanın Ufa şəhərində fərdi sahibkar Suren Albertoviç Caneryan və b.bu soyadı daşıyırlarCanibekyanBu erməni soyadı Azərbaycan dilindəki farsmənşəli can və titul, rütbə və mənsəb bildirən türkmənşəli bek (bəy, bay,bey, biy) sözündən yaranıb, “bəyin canı” mənasını verən Canıbəy şəxs adından ı-i əvəzlənməsi ilə düzəldilmişdir.Can sözünün dilimizdə aşağıdakı mənaları var:1. dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq, ruh – Məsələn: Hələ canı var. Çıxmayan cana ümid çoxdur.2. həyat, varlıq: canını qoymaq, canını əsirgəməmək,canından qorxmaq – Vətən uğrunda canından keçmək.3. tab, taqət, hey – Səndə heç can yoxdur. Onda heç can qalmayıb.4. bədən – Canım ağrıyır. Canına üşütmə düşmək;5. adam, insan, fərd – Bulaqlar başına min bir can gəlir(Aşıq Şəmşir).6. bir şeyin əsası, mahiyyəti, məğzi: işin canı, məsələnin canı, sözümün canı.Aşağıdakı sabit söz birləşmələrinin komponenti kimi də işlənir: can almaq, can atmaq, can bahasına, can bəsləmək, can vermək, can qoymaq, canına qulluq etmək, can yandırmaq,canının hayına qalmaq, can üstə olmaq, can çəkmək, can çürütmək, cana doymaq, cana gəlmək, cana gətirmək, cana sinmək, candan-başdan keçmək, candan eləmək, canı ağzına gəlmək, canı boğazına yığılmaq, can qurtarmaq, canı yanmaq,canı sağ olsun, canı sızıldamaq, canında su var, canı suludur,canı üçün qorxmaq, canı çıxmaq, canı cəhənnəmə, canım qurban, canım sənə desin, canım üçün, canına vəlvələ düşmək,canına lərzə düşmək (üşütmə, titrəmə), canına od salmaq, canında az yoxdur, canından bezar olmaq, canını boğazına yığmaq, canın qoymağa yer axtarmaq, canını qurtarmaq, canınıişə verməmək, canını çürütmək, canını sıxmaq, canını çölə atmaq, canının qeydinə qalmaq, canlara dəymək və s.Monqol-tatar sərkərdələrindən birinin adı məhz Canı bəy olmuşdur.SSRİ təyyarəçi-kosmonavtı, aviasiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı V.A.Canibekovun soyadı ilə müqayisə oluna bilər.SSRİ Xalq artisti, aktyor Qurgen Canibekoviç Canibekyan, Ermənistanın Xalq artisti, aktyor Karen Qurgenoviç Canibekyan və b. bu soyadı daşıyırlar.DadalyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli dədəismindən və -li sözdüzəldici şəkilçisindən yaranmış Dədəli ləqəbindən ə-a əvəzlənməsi və sözün sonundakı “i” saitinin düşməsi yolu ilə düzəldilmişdir.“Dədə” sözünün mənası barədə Dadayan erməni soyadından danışarkən bəhs etmişik.Dadalyan soyadı 18-19-cu yüzillər Türk xalq ozanı Dadaloğlunun adı ilə müqayisə oluna bilər.Rusiya Federasiyasında dövlət məmuru Ruzanna Qaribovna Dadalyan, Moskva şəhərində fərdi sahibkar Varujan Mişai Dadalyan və b. bu soyadı daşıyırlar.DadamyanDadamyan erməni soyadı ulu ata, ulu baba anlamına gələn türkmənşəli “dədə” sözü ilə 1-ci şəxsin təkinə aid -m mənsubiyyət şəkilçisinin birləşməsindən yaranmış dədəm ləqəbindən ə-a əvəzlənməsi ilə düzəldilmişdir.Dədə sözünün tarixi və yayılma arealı ilə bağlı Da- dayan soyadından danışarkən bəhs etmişik.Təkcə onu əlavə etmək istəyirik ki, erməni dilində “dədəm” sözü “im hayr” kimi tərcümə olunur, lakin ermənilərdə İmhayryan soyadı yoxdur.Professor Gennadi Qriqoryeviç Dadamyan, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, professor Gennadi Qriqoryeviç Dadamyan, Ukraynanın Kiyev şəhərindən Nelli Vartanovna Dadamyan və b. bu soyadı daşıyırlar.DadaşyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli dadaş sözündən yaranmış Dadaş şəxs adından düzəldilmişdir.Azərbaycan dilində Dadaş – kiçik qardaş və bacıların böyük qardaşlarına verdiyi addır. Bəzən ataya da müraciət forması olaraq Dadaş deyilir.Rusiyanın Kislovodsk şəhərində fərdi sahibkar Armen Dzonikoviç Dadaşyan, Rusiyanın Moskva şəhərindən Sergey Dadaşyan və b. bu soyadı daşıyırlar.Dadayan//DadoyanTürklərdə “dədə” – ulu ata, ulu baba mənasında işlənir. “Dədə” sözündən Dədə şəxs adı əmələ gəlmiş, ə-a əvəzlənməsi ilə isə ermənilər onu Dada şəklinə salmış və ondan türk mənşəli Dadayan, a-o əvəzlənməsi ilə Dadoyan erməni soyadları əmələ gəlmişdir.Er. əv. 820-ci ildə II Sarqonun hakimiyyəti dövründə Manna dövləti ərazisində Dadi əyalətinin adı çəkilir.Dədə sözünü dadi sözü ilə müqayisə etmək olar. Bu soyadın türk mənşəli olmasını sübut edən dəlillərdən biri də “dədə” sözünün türk dillərindəki ulu əcdad anlamı və sufi təfəkküründəki mürşid statusudur. Ötən yüzildə 1300 illiyini təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” eposundakı Dədə Qorqudun adındakı “Dədə” titulu da bu sıradandır.Ermənilər “dədə”yə hayr deyirlər, lakin ermənilərdə Hayryan soyadı yoxdur.Dadayan soyadını kabarda-balkarlardakı Dadiyev soyadı ilə müqayisə etmək olar.Professor Stepan Vağarşakoviç Dadayan, seleksiyaçı Tatyana Lvovna Dadoyan və b. bu soyadı daşıyırlar. Osmanlı Xarici İşlər Nazirliyi Baş məsləhətçisi (müstəşar) (1880-1887) Artin Dadyan paşa da bu soyadı daşımışdır.(Yeri gəlmişkən, Sultanın bu qədər məsul vəzifəyə təyin etdiyi həmin Artin Dadyan erməni-türk davası zamanı sultanın əleyhinə iş aparmışdır).DağbaşyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli dağ və baş sözlərindən düzəldilmişdir.Dağ sözünün dilimizdə aşağıdakı mənaları var:1. yer səthindən, dəniz səviyyəsindən həddindən artıq yuxarı, göyə tərəf qalxan səth, qayalıq, başı qarlı hündür yer;2. dağ çəkmək, dağlamaq: Yağla yağlayır, şişlə dağlayır(məsəl);3. dağ yağ, ərinmiş yağ;4. köç yeri, yaylaq: Ellər aransız-dağsız qaldı.Baş sözü barədə Adabaşyan//Odabaşyan soyadından danışarkən bəhs etmişik.SSRİ-nin Xalq müəllimi, Sosialist Əməyi Qəhrəmanı Samson Ağabekoviç Dağbaşyan, erməni futbolçusu, müdafiəçi Qaqik Tiqranoviç Dağbaşyan və b. bu soyadı daşıyırlar.EksuzyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli öksüz sözündən yaranmış Öksüz ləqəbindən ö-e, ü-u əvəzlənmələri ilə düzəldilmişdir.Öksüz sözünün dilimizdə yetim və uğursuz, bədbəxt,talesiz anlamları vardır. Rusiyanın Soçi şəhər Məclisinin 5-ci çağırış deputatı Sergey Sergeyeviç Eksuzyan, Rusiyanın Moskva şəhərinin 2099 saylı məktəbinin müəllimi Qohar Qriqoryeviç Eksuzyan və b. bu soyadı daşıyırlar. ElbakyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli el(oba) sözündən və bax feilindən x-k əvəzlənməsi ilə düzəldilmişdir. “Elə baxan” və ya “elin baxdığı” anlamındadır.Soyadının el komponentindən Ellaryan soyadından danışarkən bəhs etmişik.Aktyor və rejissor Armen Edqaroviç Elbakyan, aktyor teatr, kino və televiziya rejissoru Artur Apetoviç Elbakyan və b. bu soyadı daşıyırlar.ElbekyanBu erməni soyadı Azərbaycan dilindəki türkmənşəli el(oba) sözündən və titul, rütbə, mənsəb bildirən bəy//bek komponentindən düzəldilmişdir.Soyadının el komponentindən Ellaryan soyadından,bəy//bek komponentlərindən isə eyni tərkib hissəli başqa soyadlardan danışarkən bəhs etmişik.Rusiyanın Volqoqrad şəhər sakini Spartak Edikoviç Elbekyan və çoxlu sayda sıravi erməni bu soyadı daşıyırlar.ElçakyanElçakyan erməni soyadı Azərbaycan dilindəki türkmənşəli əlcək sözündən düzəldilmişdir. Azərbaycan dilində əli soyuqdan və s. qorumaq üçün barmaqlı və ya barmaqsız əl geyiminə “əlcək” deyilir.Qılıncoynatma üzrə SSRİ idman ustası Sarkis Hakopoviç Elçakyan və b. bu soyadı daşıyırlar.ElçibekyanElçibekyan erməni soyadı Azərbaycan dilindəki türk mənşəli el (oba) sözündən və sözdüzəldici -çi şəkilçisindən yaranmış elçi ümumi ismindən əmələ gəlmiş Elçi şəxs adına titul, mənsəb, rütbə bildirən bəy//bek sözü artırmaqla düzəldilmişdir. Elçi sözünün dilimizdə mənaları barədə Elçyan soyadından danışarkən ətraflı bəhs etmişik.Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində Artur Slavoviç Elçibekyan, Rostov vilayətindən Aleksan Karapetoviç Elçibekyan və b. bu soyadı daşıyırlar.FanarcyanBu erməni soyadı Azərbaycan dilindəki fənər//fanar sözündən və sənət, peşə bildirən -çı şəkilçisindən yaranmış fənərçi//fanarçı sözündən ç-c əvəzlənməsi və “ı” saitinin düşməsi ilə düzəldilmişdir.Azərbaycan dilində fənər ətrafı və ya bir qismi şüşə və ya başqa şəffaf materialla örtülü işıq cihazına deyilir.Tibb elmləri doktoru, akademik Varfolomey Artyomoviç Fanarcyan, tibb elmləri namizədi, uroloq David Konstantinoviç Fanarcyan və b. bu soyadı daşıyırlar.FaracyanBu erməni soyadı Azərbaycan dilindəki Fərəc şəxs adından ə-a əvəzlənmələri ilə düzəldilmişdir.1959-cu ilin Dünya çempionatının ağır atletika üzrə gümüş medalçısı erməni idmançısı Hakop Faracyan, 2016-cı ildə Rusiya Musiqi Akademiyasına qəbul olunmuş Qohar Vardanovna Faracyan və b. bu soyadı daşıyırlar.FaramazyanBu erməni soyadı Azərbaycan dilindəki Fərəməz şəxs adından ə-a əvəzlənmələri ilə düzəldilmişdir. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak edərkən Azərbaycan ordusu tərəfindən məhv edilən erməni terrorçusu Nver Hamoyeviç Faramazyan,digər erməni terrorçusu Serjik Artaşesoviç Faramazyan və b. bu soyadı daşıyırlar.FaraşyanBu erməni soyadı Azərbaycan dilindəki faraş sözündən düzəldilmişdir.Azərbaycan dilində faraş sözü vaxtından, mövsümündən qabaq, tez əkilən anlamlarına gəlir.Belarusiya Respublikası Prezident orkestrinin solisti Yegiazar Faraşyan, “Altay diyarı ermənilərinin İttifaqı” Altay diyar ictimai təşkilatının sədri Vladimir Yervandoviç Faraşyan və b. bu soyadı daşıyırlar.Farmanyan//FarmanyantsBu erməni soyadı Azərbaycan dilindəki fərman ümumi ismindən yaranmış Fərman şəxs adından ə-a əvəzlənməsi ilə düzəldilmişdir.Azərbaycan dilində fərman ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamına, qərarına fərman deyilir.Ermənistan prezidentinin mətbuat katibi Samvel Jorayeviç Farmanyan, professor Yevgeniya Karapetovna Farmanyants və b. bu soyadı daşıyırlar.Mənbə:ƏZİZ ƏLƏKBƏRLİELBRUS QARAQOYUNLU"TÜRKMƏNŞƏLİ ERMƏNİ SOYADLARI" kitabı