Ermənistanın türk mənşəli etnotoponimilərinin leksik-semantik xüsusiyyətləri

14:00 / 28.03.2018
Baxılıb: 1912

Indiyədək dilçiliyimizdə leksik və semantik yolla yeni sözlər yaranmasının sərhəddi dəqiq müəyyənləşdirilməmiş,leksik yolla söz yaratmanın mahiyyəti tam aydınlaşdırılmamışdır.Dildəki xüsusi adların böyük bir qismi appelyativlərin köməyi ilə yaranır. Bu hadisə özünü toponimiyada da geniş şəkildə göstərir. Ona görə də onomastik vahidlərin leksik xüsusiyyətlərini öyrənərkən bu məsələyə fikir verilməlidir.Təbii ki, dildəki bütün appelyativlər onomastik vahidlərin yaranmasında iştirak etmir. Apelyativlərin müəyyən qismi bu prosesdə fəal və məhsuldardır. Bu mühüm dil hadisəsi onomastik leksikadakı bütün xüsusi adlar qrupunu əhatə edir. Məsələn, Ümumi söz Abad Ağ+bənd Ağ+bulaq Ağ+qaya Balıq-çı Balıq-çı-lar Boz+binə Qala+ça Qamış-lı Qara+bağ-lar Xüsusi adAbad (k) Ağbənd (q) Ağbulaq (p) Ağqay a Balıqçı (q) Balıqçılar (q) Bozbinə (k) Qalaça (k) Qamışlı (k) Qarabağlar (k) [/b]Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də leksik yolla söz yaratma prosesi ən qədim derivatoloci hadisədir.Bu prosesdə heç bir qrammatik vasitə olmadan sözlər dəyişir, ümumilik bildirməklə yanaşı, xüsusi obyekt adlarını da ifadə edir.Dilimizin onamastik leksikasında bu hadisə geniş yayılmışdır. Xüsusi adların bir qismi semantik üsulla konversiya yolu ilə yaranır. Belə ki, müxtəlif nitq hissələrinə mənsub olan bir sıra ümumi sözlər substantivləşir və sırf xüsusi ad əmələ gətirir.Onomastik vahidlərin semantik üsulla əmələ gəlməsində başlıca əlamət bu prosesdə bir nitq hissəsinə məxsus sözlərin başqa nitq hissəsinə keçməsi hadisəsidir. Bu cəhətdən onomastik vahidlərin aşağıdakı əmələgəlmə tiplərini göstərmək olar. 1) Sifətin ismə keçməsi əsasında: Bu prosesdə sifətlər substantivləşir və ismin suallarına cavab verir. Hər biri özünəməxsus məna daşıyır. Hər bir adın da daşıdığı məna çox qədimlərə gedib çıxır. Dilimizin onomastik leksikasında sifət +isim modeli aşağıdakı şəkildə mövcuddur. Ağ kənd–Ağkənd;qara qoyun-qaraqoyunlu; ağ-xaç-ağxaç;Göründüyü kimi sifət əsasında yaranmış toponimlərin mənasında həmin sifətlərin bildirdiyi əlamət, keyfiyyət anlayışı olduğu kimi qalmır, zəifləyir. 2) Felin ismə keçməsi əsasında: Faktlar göstərir ki, felin təsriflənməyən formalarından feli sifət və felin əmr, xəbər formalarından olan bəzi sözlər substantivləşərək ismin sualına cavab verir. Məs: Basar+keçər-Basarkeçər. Ermənistan ərazisindəki türk mənşəli toponimlərin tərkibində heyvan adlarının müəyyən tezliklə işlənməsi müşahidə edilir. Bu hadisə ümumiyyətlə türk onomastikası,o cümlədən də Azərbaycan onomastikası üçün yayılmış hadisələrdəndir. Hələ «Kitabi-Dədə Qorqud» dastanlarında bir sıra heyvan adlarının antroponimlərin tərkibində işlənməsinə aid çoxlu faktlar üzə çıxır. Eyni sözləri Orxon-Yenisey abidələri haqqında da demək olar. «Basat Dəpəgözü öldürdigi boyı»nda Dəpəgöz// Təpəgöz Basatdan kimliyini soruşanda onun Anam adın sorar olsan- Qaba Ağac Atam adım deyirsən- Qaqan Aslan cavabı heç də təsadüfü deyildir. Bununla o, ağac heyvan kultu ilə bağlılığınıgöstərmişdir. Qurd protooğuzların ilkin soykökü sayıldığından bir növ totemlər totemi hesab olunur. Ümumiyyətlə, qurd əksər türkdilli xalqlarda güc, qüvvət, məğrurluq, qorxmazlıq rəmzi olmuşdur.«Aldədə» əfsanəsində Aldədənin oğlunun Qurd qayasında Bozqurddan süd əmməsi də buna işarədir. Ermənistan ərazisindəki türk mənşəli toponimlər sırasında da tərkibində qurd sözü olanlar vardır: Qurdqulaq, Qurdqulu və s.Etnonimlər əsasında toponimlərin yaranması geniş yayılmış haldır. Burada leksik sistemin xüsusi onimlərinin toponim tərkibində yer alması özünü göstərir. Belə vahidlərin tapılıb aşkara çıxarılması mənbələrindən biri də aşıq poeziyası və digər yazılı mənbələrdir. Prof. H.Mirzəyev Aşıq poeziyasında işlənən etnonimlərə ayrıca yazı həsr etmişdir.Müəllif leksik qatın tərkibində məhz etnonimlərlə bağlı olan vahidləri aşıq yaradıcılığı nümunələrindən toplaya bilmişdir (55).H.Mirzəyev göstərir ki, «Vers» Dərələyaz və Göyçənin sərhəddində yerləşən, ən uca dağdır. Bu ətrafda Versdən uca dağ yoxdur (3522 m.) Vers dağının Dərələyəzə baxan üzündə əvvəllər Qovuşq və Güldüz kəndlərinə məxsus Soğanlı yaylağı və burada Göytəpə, Qaçaqqayısı, Bərkdərə adlanan yerləri arasında türk tayfalarının birinci adını daşıyan «Xalaclar» yurdu adlı yer də vardır.Türk qəbilələrindən birinin adını daşıyan Arpa çayının bir qolu ilk mənbəyini Vers dağının ətəyindən alır.Ilk araşdırmalara əsasən belə bir mülahizə yürütmək olar ki, Vers dağının adı da qədim türk qəbiləsinin adı ilə, Versaq||Varsaq sözləri ilə bağlıdır. Bəlkə də bu, qədimdə Vərsaqdağ formasında işlənmiş, sonralar isə Versdağ||Versdağı formasına düşmüşdür. Qədimdə şamanların, eləcə də vərsaqların (//varsaqların)öz ayinlərini uca dağ başında keçirməsi, Göyçə və Dərələyəz mahallarında tarix boyu vərsaq (//varsaq)- ozan-aşıq sənətinin geniş yayılması və s. bu kimi faktlarda da yuxarıdakı mülahizəni söyləməyə əsas verir ( bu dağ indi Vardenis adlandırılır). Var olsun Qarabağ, əcəb səfadır Başa Xaçın axar, ayağa Qarqar.. (Aşıq Ələsgər) Arpa çayı aşdı-daşdıSel Saranı aldı qaçdı. (Xalq mahnısı)Ərazi və kənd adlarında: …Göyçə qar əlindən zara gəlibdir, Muğan həsrət çəkər a yağa qar, qar. (Aşıq Ələsgər) Qanlıda qonaq qalanda Canıma sataşdı birə. (Aşıq Ələsgər) Savab bilməz Təhlə ,Qozlu, Qaradolax, Muğanlı, Mulğaduz, Kələntər, Dizax, Kari, Baharlı, Alpavut, Qaytax… (Məlikballı Qurban) Ədəb bilməz Sadıqbəyli, Əyricə, Qaraman, Ternavod, Ağdam, Güllücə, Cəbəlli, Kəngərli, Cinli Yarımca, Bərgüşad, Çələblər, Mərcanlı dəryab… (Məlikballı Qurban) Göftügusi nab, Üçqovat, Padar, Hazır mayəhtacı, içində bazar… (Məlikballı Qurban) Göründüyü kimi–Qarqar, Arpa, Muğan, Təhlə, Qaradolax,Kələntər, Alpavut, Qaytax, Əyricə, Kəngərli, Mərcanlı, Padar və s. kimi tayfa və qəbilə adları aşıq poeziyasında və xalq şairlərinin əsərlərində çox yaxşı mühafizə olunub saxlanılmışdır. Mənbə:Könül Səmədova "QƏRBI AZƏRBAYCAN ETNOTOPONIMLƏRININ AREALLARI" kitabı

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər