Qərbi Azərbaycanın məşhur məktəbləri

20:00 / 03.12.2018
Baxılıb: 4180

Qərbi Azərbaycanın “ kiçik akademiya ”sı - Erməniləri qıcıqlandıran kənd məktəbində hansı məşhurlar oxuyub?

İnsanın şəxsiyyət kimi formalaşmasında və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də cəmiyyət təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq formalaşır. Hələ qədim zamanlardan Azərbaycanda təhsil müəssisələrinin yaranması, ziyalıların təhsilə olan marağı artırmağa çalışmaları və insanları elmə yönləndirmələri ölkədə təhsilin daim diqqətdə olduğunu göstərən məsələlərdəndir. Azərbaycanda orta məktəblər yaranmazdan əvvəl tədris aparılan məkanlardan biri də mədrəsələr olub. Lakin bu zaman, hər uşağı mədrəsələrdəki təhsilə cəlb etmək mümkün deyildi.

Əksər vaxtlarda dini xurafatın və fanatizmin hökm sürdüyü bu təhsil ocaqlarında keçirilən dərslər, bir çox ziyalıların narazılığına səbəb olurdu. Bu kimi hallar orta məktəblərin yaranmasını labüd edən məqamlardan hesab olunur. İndiki zamanda insanların qədim təhsil müəssisələri haqqında məlumatlı olması, təhsilə öz töhvəsini verən və bu yolda mübarizə aparan həmin şəxsiyyətləri tanıması çox vacibdir. Qazax mahalının ilk olmasa da, ən güclü məktəblərindən hesab edilən Gölkənd məktəbi haqqında məlumat verəcəyik.

1 müəllim, 2 şagirdlə fəaliyyətə başlayan məktəb...

Gəncə quberniyası Qazax qəzasının Qaraqoyunlu mahalı 20-ci illərdə ədalətsiz olaraq, Ermənistan SSR-nin tərkibinə qatılıb. Azərbaycanın digər əraziləri kimi bu ərazi də o vaxt murdar daşnak siyasətinin qurbanı olub. Gölkənd kəndi gözəl mənzərəyə malik olmaqla yanaşı, həm də Qaraqoyunlu dərəsinin ən böyük kəndi olub. Bu kəndin sosial-iqtisadi, mədəni inkişafında Gölkənd orta məktəbi mühüm rol oynayıb. 1813-cü il  yanvarın 13-nə olan məlumata əsasən, bir müəllim, iki şagirdlə fəaliyyətə başlayan Gölkənd məktəbi sonralar nəinki Ermənistanda, hətta o vaxt ittifaqda ən nüfuzlu maarif ocağına çevrilib. Bu kəndin gəncləri və ümumən camaatı elmə böyük maraq göstəriblər. Bakıda elə bir ali məktəb olmayıb ki, orada Gölkənd orta məktəbinin yetirməsi olmasın. Bütün bunlarla yanaşı, camaatın səyi nəticəsində hələ 1937-ci ildə Gölkənd kəndində ikimərtəbəli məktəb binası tikilib istifadəyə verilib.

Qeyd edək ki, o vaxtlar heç bir Qərbi Azərbaycan kəndində ikimərtəbəli məktəb binası yox idi. Qərbi Azərbaycan məktəblərinin rekordunu yeniləyən Gölkənd kənd orta məktəbi...Bundan başqa, ittifaqın əksər nüfuzlu universitet və institutlarında Gölkənd orta məktəbinin yetirmələrinə rast gəlmək olardı. Bir fakt da maraq doğurur ki, ermənilərin “ xüsusi istedada və qabiliyyətə malik olmaları ” haqqında uydurmanı Gölkənd məktəbinin şagirdləri və məzunları alt-üst edirdi. O vaxtlar hər il keçirilən hesabatlara əsasən, universitetə qəbul olunan tələbələrin sayına görə Gölkənd orta məktəbi bütün erməni məktəblərinin birlikdə qəbul olunan tələbələrin sayını ötüb keçirdi. Erməni məktəblərinin məzunlarından hər il 3-5 nəfər tələbə adını qazanırdısa, bu rəqəm Gölkənd məktəbi üçün 20-25 nəfər təşkil edirdi.

Həm də 1970-ci illərdən sonra bu məktəbi ana dilində orta məktəbi bitirən məzunlar Moskva, Leninqrad, Voronej, Kuybışev, Novosibirsk universitet və institutlarına uğurla qəbul olunurdular. Həmçinin rayon və respublika olimpiadalarında onlara olan mənəvi və psixoloji təzyiqlərə baxmayaraq, həmişə birinci ya da ikinci yerləri tuturdular. Ermənistanda “ Kiçik Akademiya ” adını alan bu məktəbdə müxtəlif vaxtlarda işləyən müəllimlərdən əməkdar müəllim Hacı Hacıyev, İlyaq Talıbov, Həmid Əliyev, Fərman Əhmədov, Abbas Səmədov, Məmməd Mansurov, Şirin Məmmədov, Novruz Musayev, İsgəndər Hacıyev, İbrahim Həsənov və başqaları orta məktəbin formalaşması və inkişafında böyük qüvvə sərf ediblər.

Bunun nəticəsidir ki, Gölkənd orta məktəbinin məzunlarından 20-dən çox elmlər doktoru və 100-dən çox elmlər namizədi adını alıb. İqtisad elmləri doktoru Həsən Allahverdiyev, kimya elmləri doktoru Qayıbverdi İskəndərov və Firdovsi Seyidov, tibb elmləri doktoru Sabir Əliyev Gölkənd orta məktəbinin məzunlarıdır. Gölkənddə təhsil Qaraqoyunlu təhsilinin tərkib hissəsidir. Bəzi fərqli cəhətlər özünü göstərsə də, ümumi dinamika eyni idi. Digər bölgələrdə olduğu kimi Gölkənd məktəbinin təhsili də tarixi şəraitlə əlaqədar olaraq dəyişirdi.

Nəzrin Cavid

Azedu.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər