Dərəkənd-Parçenis və Sürməli mahalları istisna olmaqla yuxarıda adları sadalanan mahalların əraziləri hazırda Ermənistan Respublikası adlanan dövlətin ərazisinin əsas hissəsini təşkil edir.
XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min kv. km olmuşdur.Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olumuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxur Səəd - yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə həm də İrəvan ölkəsi adlanan Çuxur-Səəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand adlandırıblar) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxur-Səəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxur-Səəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə osmanlılar tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət ərazi-inzibati bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göycə, Dərələyəz, Məzrəə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.Nadir şahın hakimiyyəti dövründə (1736-cı ildən) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Afşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi, İrəvan şəhərində xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi.1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeçiliyinə vermişdi.Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829-1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopen ətraflı məlumat vermişdir.İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur. Mahalların adları belə idi:Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi.Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.Qırxbulaq mahalı Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. Mahal şərq tərəfdən onu Göycə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub qərbdən Gərnibasar, qərbdən isə Körpübasar mahalı ilə həmsərhəd idi. Qırxbulaq yaylasının bulaqları İrəvan şəhərini içməli su ilə təmin edirdi. Mahalda mövcud olmuş 48 kənddən 26-sı rus işğalı nəticəsində dağıdılmışdı. Qırxbulaq mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Kotayk (Abovayan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.Zəngibasar mahalı İrəvan şəhərinin cənubunda yerləşirdi. Bu mahal şimal və şimali-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 33 kənddən 7-si rus işğalı nəticəsində dağıdılmışdı. Mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Masis (Zəngibasar) rayonunun ərazisinə uyğun gəlir.Gərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalı, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 95 kənddən 43-ü rus işğalı nəticəsində dağıdılmışdı. Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Artaşad (Qəmərli) rayonunun ərazisinə uyğun gəlir.Vedibasar mahalı Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Gərnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qapan çaylarının əhatə etdikləri dağlardan və düzənlikdən ibarət idi. Mahalda mövcud olmuş 54 kənddən 33-ü rus işğalı nəticəsində dağıdılmışdı. Vedibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Ararat (Vedi) rayonunun ərazisinə uyğun gəlir. news-detailKörpübasar mahalı şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən Zəngi çayı, şimali-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı Karbibasar kimi verilmişdir. Mahalda mövcud olmuş 49 kənddən 9-u rus işğalı nəticəsində dağıdılmışdı. Körpübasar mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Eçmiədzin rayonu və indiki Ararat vilayətinin keçmiş Əştərək rayonunun ərazilərinə uyğun gəlir.Sərdarabad mahalı Araz çayının şimal tərəfındə, Sürməli mahalının qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Körpübasar yə Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı İrəvanın sonuncu xanı Hüseynəli xan dövründə yaradılmışdı. 1817-ci ildə tikintisi başa çatdırılan məşhur Sərdarabad qalası bu mahalda yerləşirdi. Mahalda mövcud olmuş 30 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisinə uyğun gəlir.Talın mahalı İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayırırdı. Talın mahalı şimaldan Şörəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidə yerləşirdi. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılmışdı. Talın mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Talin rayonunun ərazisinə uyğun gəlir.Səədli mahalı İrəvan xanlığının ərazicə ən kiçik mahalı idi və onun qərb qurtaracağında yerləşirdi. Həmin ərazidə Arpaçay Araza qovuşurdu. Səədli mahalı şimaldan Talın, qərbdən Qars paşalığı, cənubdan Dərəkənd-Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı yanlış olaraq Saatlı mahalı kimi verilmişdir. Mahalda mövcud olmuş 14 kənddən 5-i rus işğalı nəticəsində dağıdılmışdı. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan (Sərdarabad) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.Abaran mahalı Ələyəz dağının ətəyində, xanlığın şimal qurtaracağında yerləşirdi. Mahal şimaldan Pəmbək əyaləti, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 61 kənddən 22-si rus işğalı nəticəsində dağıdılmışdı. Abaran mahalının ərazisi indiki Araqasotn vilayətinin keçmiş Abaran rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.Seyidli-Ağsaqqallı mahalı şimaldan Abaran, qərbdən Talın mahalı, cənubdan və şərqdən Körpübasar, cənubi-qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. 20 kəndə malik Seyidli-Ağsaqqallı mahalının 11 kəndi Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Bəzi mənbələrdə Ağsaqqallı tayfasının adı yanlış olaraq Axsaxlı kimi verilmişdir. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdir. Seyidli-Ağsaqqallı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisidir.Dərəçiçək mahalı şimaldan Pəmbək əyaləti, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə mahalı arasında yerləşirdi. Mahalda mövcud olmuş 53 kənddən 16-sı rus işğalı nəticəsində dağıdılmışdı. Dərəçiçək mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Hrazdan (Axta) rayonunun ərazisinə uyğun gəlir.Göycə mahalı şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimali-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabag xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və cənub-qərbdən Vedibasar mahalları ilə həmsərhəd idi. Ərazicə ən böyük olan Göycə mahalı göycə gölü hövzəsini tam əhatə edirdi. Mahalda mövcud olmuş 126 kənddən 67-sı rus işğalı nəticəsində dağıdılmışdı. İ.Şopen tərəfindən yalnız 59 kənddə əhali qeydə alınmışdı. 37 kəndin adi isə unudulmuşdur. Göycə mahalının ərazisi indiki Gexarkunik vilayətinin keçmiş Martuni (Aşağı Qaranlıq), Sevan, Vardenis (Basarkeçər), Krasnoselo (bir hissəsi) rayonlarının ərazisinə uyğun gəlir.Şərur mahalı şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və cənub-şərqdən Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Arpa çayı mahalı iki hissəyə bölürdü. Mahalda mövcud olmuş 61 kənddən 11-i rus işğalı nəticəsində dağıdılmışdı. Şərur mahalının ərazisi hazırda Naxçıvan MR-in Sədərək rayonunun ərazisinə uyğun gəlir.Dərəkənd-Parçenis mahalı xanlığın cənub-qərb qurtaracağında Araz çayının sağ sahilində yerləşirdi. Hazırda Türkiyə ərazisindədir. Bu mahal şimaldan Səədli mahalı cənub və qərbdən Bayazid paşalığı, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 88 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə 54 yaşayış üçün yararlı kəndi olmuşdur. Dərəkənd-Parçenis mahalı hazırda Türkiyənin Qars vilayətinin Qağızman ilçəsinin ərazisinin bir hissəsinə uyğun gəlir.Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimali-şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ dağı silsiləsi və Maku xanlığı ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 78 kənddən 28-i rus işğalı nəticəsində dağıdılmışdı. Sürməli mahalının ərazisi hazırda Türkiyənin İğdır vilayətinin ərazisinə uyğun gəlir.Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirdi. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay çayı Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmşdı.Pəmbək əyaləti şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şörəyel (Şürəgəl), qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ildə Pəmbəkdə mövcud olmuş 44 kənddən 14-ü rus işğalı nəticəsində boşaldılmışdı.Dərəkənd-Parçenis və Sürməli mahalları istisna olmaqla yuxarıda adları sadalanan mahalların əraziləri hazırda Ermənistan Respublikası adlanan dövlətin ərazisinin əsas hissəsini təşkil edir.
Nazim Mustafa - Professor
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024