ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARI

13:00 / 22.04.2018
Baxılıb: 1240

DAĞLIQ QARABAĞDA ERMƏNİ SAXTAKARLIĞIMəlum olduğu kimi, erməni siyasətçilərinin və onların “uzaqgörən” dövlət xadimlərinin “Böyük Ermənistan” planlarının növbəti həlqəsi Qarabağ torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir dövr ərzində aparılan siyasətin uqurlu finalı erməniləri Dağlıq Qarabağ ərazisində də azərbaycanlıların öz doşa torpaqlarından qovulub çıxarılması əməllərinə başlaması üçün yeni imkanlar açdı. 1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar.Ermənilər istər Ermənistanda, istərsə də Dağlıq Qarabağda olsun, hər addımlarını belə planlı şəkildə atmağa çalışmış, ümumi məqsədlərinə çatmaq üçün hər şeydən və hər yoldan istifadə etməyə cəhd göstərmişlər. Ermənistanın keçmiş rəhbərliyi millətçi ünsürlərin fəaliyyətinə hər cür şərait yaradırdı.Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyindən yazılmış “Ocaq” kitabı nəşr edildikdən sonra Zori Balayan açıq-aşkar meydan oxumağa başladı. Kommunist qiyafəsinə bürünmüş daşnak tör-töküntüləri S.Xanzadyan, S.Kaputikyan, V.Hambartsumyan və başqaları öz həqiqi simalarını göstərdilər. Ermənistanın kütləvi informasiya vasitələri və dövrü mətbuatı bütünlüklə millətçi ünsürlərin sərəncamına verilmişdi. Bütün bunlardan məqsəd Ermənistanın bağlı qapıları arxasında hazırlanan və gələcəkdə “Qarabağ problemi” adı altında ortaya atılmaq üçün erməni xalqının hissələrini qıcıqlandıraraq onu psixoloji cəhətdən “Böyük Ermənistan” proqramını həyata keçirmək üçün səfərbər etməkdən ibarət idi. Erməni Ümummilli hərəkatının o zamankı fəal üzvlərindən Liliya Qriqoryan 1989-cu ilin yanvarında Münxendə çıxan “Страна и мир” jurnalındakı məqaləsində göstərir ki, “Qarabağ” hərəkatının başında Ermənistanın o zamankı rəhbəri K.Dəmirçyan və onun əlaltıları dururdular.Məhz onların rəhbərliyi ilə DQMV-də və Ermənistanda çıxışlar təşkil edilirdi. Ermənistan DTK-nın xüsusi adamları hərəkata nəzarət edirdilər. İzin itirilməsi və pərdələnməsində ziyalıların nüfuzlu fiqurlarından (Silva Kaputikyan, Sos Sarkisyan, Henrix İkityan və s.) istifadə edilirdi. Qorbaçovsayağı “yenidənqurmanın iqtisadi islahatlarının atası” sayılan A.Aqanbekyan 1987-ci ilin payızında Parisdə etdiyi çıxışında “əsaslandırmışdı” ki, DQMV-nin Ermənistana birləşdirilməsi iqtisadi cəhətdən daha səmərəlidir. Əlavə olaraq qeyd etmişdi ki, mənim təklifimlə artıq bu məsələ üzərində xüsusi komissiya işləyir. Ölkə rəhbərinin “sağ əlinin” ağzından çıxan bu sözlər təminat verirdi ki, DQMV-nin erməniləri ayağa qalxıb öz arzularını bildirsələr və Vilayət XDS-nin sessiyası Ermənistana birləşmək haqqında qərar çıxarsa, məsələ yenidənqurmanın eksperimentləri çərçivəsində həll olunacaq. Çünki Moskvadakı erməni lobbisi ölkə rəhbərliyinin məsələni onların xeyrinə həll edəcəyinə əmin idi. İlk cəhd kimi, 1987-ci ilin oktyabrında guya İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə qarşı təşkil edilmiş mitinqlər zamanı DQMV-nin Ermənistana birləşdirilməsi haqqında çağırışlar edildi və kütləvi imzalar toplandı.1988-ci il dekabrın 5-də Z.Balayan İrəvan şəhəri xüsusi rayonu hərbi komendatının siyasi işlər üzrə müavini, polkovnik M.Surkovla televiziya müsahibəsində demişdi ki, biz Dağlıq Qarabağ məsələsini ortaya atmaq üçün düz iyirmi il idi fürsət axtarırdıq. Ancaq belə fürsəti bizə yenidənqurma bəxş etdi. Belə çıxır ki, erməni millətçiləri bütün dövrlərdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişaf səviyyəsini nəzərə almadan bu məsələni ortaya atmağa həmişə cəhd göstəriblər. Lakin inzibati-amirlik dövründə məsələn üzə çıxara bilməyiblər.1988-ci ilin əvvəlinədək gizli fəaliyyətdə olan “Qarabağ” komitəsi, İrəvanda, onun şöbəsi sayılan “Qrunk” komitəsi isə Xankəndində açıq-aşkar fəaliyyət göstərməyə başladı. Onların təzyiq və təhriki ilə 1988-ci il fevralın 20-də DQMV - Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi.Bu qərarın qəbul edilməsi ilə də Ermənistanda yaşayan azərbaycanlıların faciəsi başlandı.İki yol var idi: ya onlar ermənilərin çaqırışına qoşulub Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdar çıxmalı, ya da öz ata-baba yurdlarını məcburi tərk etməliydilər, başqa yol yox idi.Ermənistanın kütləvi informasiya vasitələri orada yaşayan azərbaycanlılardan bircə nəfər də olsun tapıb üzə çıxara bilmədi ki, Qarabağın Ermənistana birləşdirilməsinə tərəfdar olsun.1988-ci il fevralın 24-də DQMV-nin Əsgəran rayonunda iki azərbaycanlı gəncin odlu silahla öldürülməsi hadisələrin inkişafını daha da sürətləndirirdi. Bu zaman Qafan rayonundan təqribən dörd min qaçqının Bakıya və Sumqayıta gəlməsi ilə Ermənistandan Azərbaycana qaçqın axını kütləvi şəkildə almağa başladı. Bir qədər sonra DQMV-nin ərazisindən, xüsusən də Xankənddən azərbaycanlıların kütləvi şəkildə işdən qovulması prosesi başlandı. Onların evləri yandırılıb talan edildi. Stepanakertin (Xankəndi) özündən 18 min azərbaycanlı qaçqın düşdü. Erməni kəndlərinin əhatəsində olan bir neçə azərbaycanlı kəndinin sakinləri basqınlar nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Yerli əhali öz ərazisində qaçqın oldu. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyəti normal hala salmaq tədbirlərinin həyata keçirmək üçün konkret tədbirlər hazırlanarkən ən əsas amillərdən biri kimi burada yaşayan azərbaycanlıların dəqiq sayı nəzərə alınmalı idi. 1989-cu ilin yanvarında keçirilmiş Ümumittifaq siyahıyaalınmasının nəticələrinə düzgün və obyektiv saymaq olmaz. 1979-cu ildə DQMV-də yaşayan 162181 nəfər əhalinin 123076 nəfəri erməni (76 faiz), 37264 nəfəri (23 faiz) azərbaycanlı olmuşdur, 1989-cu ildə isə vilayətin 189029 nəfər sakininin 145450 nəfəri (77 faiz) erməni, 40632 nəfəri (21 faiz) isə azərbaycanlı olduğu göstərilir. Bu məlumatların doğruluğuna və obyektivliyinə şübhə oyadan bir sıra amillər vardır.Əvvəla, statistik məlumata görə o vaxt vilayətdə yaşayan ermənilərin sayı on il ərzində 22374 nəfər, azərbaycanlıların sayı 3368 nəfər artmışdır. Və məlum olmur ki, hansı səbəbə görə Azərbaycanın muxtar vilayətində yaşayan ukraynalıların, belorusların və gürcülərin sayı müvafiq şəkildə, üç, iki yarım və dörd dəfə artdığı halda, azərbaycanlıların artım faizi onlardan xeyli aşağı düşmüşdür. Bu əsla belə ola bilməzdi. Necə inanmaq olar ki, ötən 10 il ərzində vilayətdə erməni əhalisinin artımı təxminən 15,4 faiz, azərbaycanlıların artımı isə təxminən 8,2 faiz olub?!1989-cu ilin yanvarında Dağlıq Qarabağın əhalisi siyahıya alınarkən burada yaşayan ermənilərlə əlaqədar şişirdilmiş rəqəmlər əsas götürülmüşdür. Yəni rəsmən vilayətdə qeydiyyatda qalan, lakin çoxdan Ermənistana, yaxud keçmiş SSRİ-nin başqa şəhərlərində daimi yaşayan və işləyən ermənilər də (15-20 faiz) vilayətin sakinləri kimi qələmə verilmişdir. Digər tərəfdən, son bir neçə ildə Ermənistandan və Azərbaycanın müxtəlif şəhər və regionlarından gələn ermənilər də Dağlıq Qarabağın daimi sakini kimi siyahıya alınmışdılar (təxminən 15-20 min nəfər). Bütün bunların əvəzində isə vilayətin daimi sakinləri olan azərbaycanlılar siyahıya alınarkən -məlum hadisələrlə əlaqədar Xankəndindən qovulmuş azərbaycanlılar (təxminən 15 min nəfər), vilayətin ayrı-ayrı rayonlarından öz doğma ev-eşiklərini atıb, Şuşaya və respublikanın müxtəlif şəhər və rayonlarına pənah aparmış azərbaycanlılar bilərəkdən nəzərdən qaçırılıb.Nəhayət, son rəsmi statistik məlumata şübhə ilə yanaşmağa bir əsas da vardır. Belə ki, 1989-cu il siyahıyaalma materialları tam dəqiq deyil və onun Azərbaycanın, Ermənistanın, o cümlədən Dağlıq Qarabağın əhalisinin milli tərkibinə dair səhifələrində belə bir qeyd vardır: “Ermənistan SSR-in şimal rayonlarında baş vermiş zəlzələ, DQMV və onun ətrafındakı hadisələrlə əlaqədar Ermənistan SSR-də və Azərbaycan SSR-də əhalinin siyahıya alınması mürəkkəb şəraitdə keçmişdir ki, bu da əhalinin dəqiq sayına təsir göstərə bilərdi.” Bütün bunlardan sonra qətiyyətlə demək olar ki, 1989-cu ilin yanvarında DQMV-də aparılan rəsmi siyahıyaalınmanın nəticələri düzgün sayıla bilməz.Ermənilərin mənfur səyasətləri nəticəsində Dağlıq Qarabağ ərazisində yaşayan bütün azərbaycanlıların bu ərazidən qovulması planları da həyata keçirilməyə başlandı. 1988-ci il iyun ayının 15-də Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razılıq verməsi və 1989-cu il dekabr ayının 1-də isə Ermənistan Ali Sovetinin DQMV-ni Ermənistana birləşdirilməsi haqqındakı qərarlardan sonra azərbaycanlıların Muxtar Vilayət ərazisindən nə yolla olursa-olsun çıxarılması prosesi daha da gücləndi. Muxtar Vilayətin əsasən azərbaycanlılar yaşayan kənd, rayon və şəhərləri bir-bir məhv edildi və yandırıldı, yollar bağlandı, gediş-gəliş demək olar ki, kəsildi. Bu mənada yeganə vasitə olan hava yolu ilə təyyarə və vertolyotların uçuşu üçün də qorxu yaranmışdı. 1991-ci ilin sonlarından etibarən ermənilərin açıq-aşkar apardıqları qəsbkarlıq siyasətləri nəticəsində Muxtar Vilayətdəki azərbaycanlılar yaşayan məntəqələr işğal edildi. Kərkicahan, Qaradağlı, Malıbəyli, Meşəli, Quşcular... 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi zamanı 600-dən artıq insan vəhşicəsinə qətlə yetirilmiş, 120 nəfər itgin düşmüş, 1300 nəfərdən artıq adam əsir götürülmüşdü. Belə bir vəhşiliyi törətməklə ermənilərin məqsədi Yuxarı Qarabaqda yaşayan bütün Azərbaycanlıların ürəklərinə dəhşətli qorxu hissi salmaq idi. Ermənilər öz çirkin əməllərini həyata keçirərkən MDB silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməyindən istifadə etmişdilər.İki həftə sonra isə erməni təcavüzkarları Ağdərə rayonunun azərbaycanlılar yaşayan bütün kəndlərini işğal edərək, dinc əhalini qırdılar. May ayında Şuşa və Laçın rayonlarının işğalı ilə ermənilər bir növ öz çirkin niyyətlərinə nail oldular. Onlar nəinki Azərbaycanlısız Ermənistan, eləcə də Azərbaycanlısız Dağlıq Qarabağ arzusuna da nail oldular.VAQİF ARZUMANLI ,NAZİM MUSTAFA "TARİXİN QARA SƏHİFƏLƏRİ Deportasiya. Soyqırım. Qaçqınlıq" kitabıSaytda reklam yerləşdirmək üçün əlaqə +99477-7-105-105

Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər