Təkcə tarixi ərazi kimi deyil, qədim oğuz yurdunun həyata bəxş etdiyi Allah vergisi qədər müqəddəs olan ulu Göyçənin ürəyi sayılan, zamanın sərt sınaqlarına sinə gərən, öz igidləri, ərənləri, qeyrətli oğulları ilə diqqəti daha çox cəlb edən, tarixi ensiklopediya qədər geniş olan, Əmir Teymur kimi məşhur bir fatehin nəzərindən yayınmayıb, onun tərəfindən adı tarixə həkk olunan ulu Daşkənd əsrlər boyu mahalda, eldə sayılıb seçilən bir cənnətməkan olmuşdur. Bununla bahəm o, tarix qarşısında heç də borclu qalmayıb. Ona dağ vüqarlı, pəhləvan cüssəli, Savalan duruşlu, Qoşqar əzəmətli Məşədi Qasım, Hacı Rəhim, Qaçaq İdris, Nağı bəy, Koroğlu Məhəmməd, Vəli, Ziyad kimi ərənlər, igidlər bəxş etmişdir. Günəş qədər möhtəşəm, ocaq kimi müqəddəs olan bu kənd Məşədi Qasım kimi bir azmanı bəxş etməklə ürəklərə istilik, damardakı qanlara qeyrət, iradələrə bir möhkəmlik gətirmişdir.
Haqqında söhbət açacağımız qeyri-adi insan, mərd, cəsur, qorxmaz, qeyrət və namus təcəssümü olan Məşədi Qasım bu kəndin, bu məkanın ərsəyə gətirdiyi əvəzolunmaz tarixi bir şəxsiyyətlərdəndir. "Rəsullu" nəslindən olan Məşədi Qasım Hacı Kərim oğlu 1860-cı ildə Daşkənd kəndində dindar ailədə həyata göz açmışdır. Hələ uşaqlıq illərində onun davranışında, hərəkətlərində xüsusi əlamətlər duyulurdu. Həyata açıq gözlə baxan, uşaq ikən cəldliyi, at minməyi, öz tay-tuşları ilə güləşməyi, qılınc oynatmağı, quşu göydə güllə ilə gözündən vurmağı onun qeyri-adi insan olmağının xüsusi təzahürləri idi.
İllər bir-birini əvəz etdikcə Məşədi Qasım daha da püxtələşirdi, həyatın eniş-yoxuşu ilə birgə addımlayır, xalqın doğmasına, istəklisinə çevrilirdi. Həyatda baş verən olaylar onun maraq dairəsini daha da genişləndirirdi. Az keçmir ki, müqəddəs sandığımız Allah evinə ziyarət onun qəlbinə, duyğusuna siraət edir. Çox güman ki, imkanlı dindar bir ailədə onun ziyarətə getməməsi mümkün deyildi. Ona görə də böyük bir həvəslə İranın Məşhəd şəhərinə gedərək oranı ziyarət edib hörmətli, kamallı bir məşədi kimi doğma Daşkəndinə qayıdır və Məşədi kimi sorağı bütün mahallara yayılır. Kasıblara, əlsiz-ayaqsızlara Hatəm səxavəti ilə kimliyindən asılı olmayaraq hamıya kömək durur. Həm məşədi kimi, həm böyük yenilməz bir igid kimi Məşədi Qasımın adı ətraf mahallara, kəndlərə ildırım sürətilə yayılır. Ulu Göyçənin ən qeyrətli, ən yenilməz, mərd, mübariz oğullarından biri və birincisinə çevrilir. Az müddət ərzində hamı ondan məsləhət almağa, nicat diləməyə pənah gətirir, görməyənlər onun nurlu çöhrəsini görməyə can atırlar. Həm də bu, o vaxta təsadüf edir ki, qan içən erməni daşnakları Azərbaycanın hər yerində – Qubada, Şamaxıda, Bakıda, Şəkidə, Ağsuda olduğu kimi Qərbi Azərbaycan torpağında da ölüm-dirim savaşına başlamışdılar. Erməni daşnaklarına layiqli cavab vermək üçün bütövlükdə Göyçə mahalının sayılıb-seçilən oğulları Qaranlıq (Martuni) rayonunun Alçalı-Çamırlı kəndlərinə toplaşaraq Türk dövlətçiliyi tərəfindən göndərilmiş türk paşasından döyüş taktikasının sirlərinə yaxından bələd olur və erməni daşnaklarına bu istiqamətdən lazımınca cavab verirlər.
Bu ölüm-dirim savaşında özünün xüsusi çəkisi və ayrıca yeri olan daşkəndli Məşədi Qasım da öz ciyərparası olan böyük oğlu Hüsənlə çiyin-çiyinə ata-bala birlikdə səngərdə yüksək peşəkarlıqla erməni daşnaklarına yetərincə cavab verirdilər. Məşədi Qasımın atdığı güllənin birinin də hədəfdən yayınmadığını görən hərbi təlimi keçən türk paşası Məşədi Qasıma sərkərdə adı verərək onu 300 nəfərlik bir döyüşçü ordusuna komandir təyin etmişdir. Ölüm-dirim savaşının gün-gündən alovlandığını görən türk paşası silah-sursat gətirmək üçün sərkərdə Məşədi Qasıma onunla Türkiyəyə getməyi təklif edir və bu təklifi sərkərdə Məşədi Qasım qəbul edir.
Türkiyəyə getmək Məşədi Qasımın maraq dairəsində idi. Çünki sərkərdə Məşədi Qasımın ulu babası XIV əsrdə Türkiyənin Sulduz vilayətindən Qazax rayonuna gəlmiş, oradan isə Göyçə mahalına səpələnmişlər. Sərkərdə Məşədi Qasım, oğlu Hüsən və bir neçə döyüşçü türk paşası ilə birlikdə Türkiyəyə gedirlər. Türkiyədə Nuru Paşa sərkərdə Məşədi Qasıma və oğlu Hüsənə bir dəst türk döyüşçüsünün paltarını hədiyyə etmişdir. Az müddət ərzində Türkiyədən sərkərdə Məşədi Qasım kifayət qədər silah-sursat və Göyçə mahalına bir uzaqvuran top gətirir. Qaranlıq, Çamırlı, Alçalı istiqamətində gedən şiddətli döyüşlərin birində sərkərdə Məşədi Qasımın ciyərparası, şir südü əmmiş oğlu Hüsən və həmkəndlisi olan Sevdalı Hüseynin oğlu Əliş həlak olmuşlar. Hər ikisi sərkərdə Məşədi Qasımın köməkliyi ilə öz doğma kəndlərində torpağa tapşırılmışdır.
Sərkərdə Məşədi Qasımın Türkiyədən gətirdiyi topun səsi-sorağı ətraf mahallara yayıldığı kimi Basakeçərdə erməni Avetis ağaya da çatmışdır. Göyçədəki azərbaycanlı kəndlərini bir-bir qılıncdan keçirmək erməni daşnaklarının çoxdankı arzuları idi. Hər halda bu aqibət başqa kəndlər kimi Daşkəndi də gözləyirdi. Daşnaklar ələlxüsus Məşədi Qasım kimi igidləri olan, qeyrətli say-seçmə oğulları olan Daşkəndi yerindən tərpətməyə birinci üstünlük verirlər. Amma bu yolda Məşədi Qasım böyük bir maneə kimi onların canına vəlvələ salmışdı. Əlbəttə, onlara məlum idi ki, məqsədə nail olmaq üçün birinci növbədə nəyin bahasına olursa-olsun Məşədi Qasımı aradan götürmək lazımdır.
Basarkeçərdə Avetis ağa barışıqlıq pərdəsi altında qonaqlıq düzəltdirir və Məşədi Qasıma xəbər göndərib onu qonaqlığa dəvət edir. Təklifi qəbul edən Məşədi Qasım Avetis ağanın evinə gəlir. Atdan düşərkən həyətdə kimsənin olmadığını bilən bir erməni qadını məsələnin nə yerdə olduğundan Məşədi Qasımı hali edir və deyir ki, " səni aradan götürmək üçün buraya çağırtdırıblar. Qaç buradan, canını qurtar". Son dərəcə qorxmaz və məğrur olan Məşədi Qasım erməni qadınına, " Kafərin gülləsi mənə dəyə bilməz " – deyib qonaqlıq adı ilə düzəldilmiş məclisə daxil olanda görür ki, Avetis ağa başının dəstəsilə onu gözləyir və hamısı silahlıdır. Avetis ağa kinayə ilə Məşədi Qasıma deyir ki, " Bu nə cür qonaqlığa gəlməkdir? " Məşədi Qasım məsələdən hali olaraq şəstlə cavab verir ki, bu cür qonaqlığa, bu cür də gələrlər. Avetis ağa başının dəstəsinə him-cim edərkən dərhal Məşədi Qasım məsələnin nə yerdə olduğunu anlayır və cəld çuxasının altından ona atılan silahını çıxararaq ermənilərə sarı tuşlayıb onların üstünə qışqıraraq deyir: " Yerinizdən tərpənməyin, yoxsa hamınızı qıraram! ". Sərkərdə Məşədi Qasımın məğrur görkəmindən, qəzəbli zəhmindən qorxuya düşən və Məşədi Qasımın sərrast güllə atması ilə yaxından tanış olan Avetis ağa, nə də onun başının dəstəsi Məşədi Qasıma güllə atmağa cəsarət etmirlər.
Məşədi Qasım bayıra çıxıb atını minərkən erməni qadını ona yalvarır ki, " Məşədi, səni and verirəm sizin Seyid Bayram ağaya ki, bizə dəymə. Özü də kəndinizə Daşkənd yolu ilə getmə. Erməni daşnakları Basarkeçərlə Daşkənd arasındakı " Qaraburun " deyilən yerdə pusqu qurublar. Səni öldürəcəklər. Kəndinizə Qoşabulaq istiqamətilə get ". Məşədi Qasım erməni qadının sözünə məhəl qoymayıb Basarkeçərdən Daşkəndə uzanan yolla kəndlərinə yola düşür. " Qaraburun " adlanan yerdən gəlib keçərkən pusquda dayanmış, ermənilər qəfildən Məşədi Qasımı güllə yağışına tuturlar. Düşmən gülləsi onun atını yaralayır. Atdan tullanan Məşədi Qasım cəld bir qayanın arxasına çəkilərək ermənilərlə atışmağa başlayır. Xeyli tələfatdan sonra ermənilər atışmanın mənasız olduğunu görüb qaçmağa öz tuturlar.
Həmin məqamda Qırxbulaq kəndindən bir erməni Daşkəndə Məşədi Qasıma xəbər göndərir ki, erməni daşnakları ingilislərdən top alıblar, həmin toplarla ermənilər bu gün Daşkəndə basqın edib yerli əhaliyə divan tutacaqlar. Ona görə də kəndi gecə ikən tərk etməyiniz məsləhətdir. Lakin doğma ata-baba yurdunu tərk etməyi özünə sığışdırmayan Məşədi Qasım doğma kəndinin igid oğlanlarından Qaçaq İdris, Hacı Rəhim, Kalvayı Zeynal, Korallar tayfasından Vəli, Babakişilər tayfasından Ziyadla birlikdə Basarkeçərdən başlanacaq hücumun qarşısını almaq üçün Daşkəndin girəcəyindəki səngərdə mövqe tuturlar. Məşədi Qasım ən etibarlı, yaxın silahdaşı kimi Kalvayı Zeynala patron daşımağı tapşırmışdı. Basarkeçərdən Daşkəndə uzanan yolu durbinlə müşahidə edən sərkərdə Məşədi Qasım görür ki, bir dəstə yaraqlı erməni topla birlikdə artıq Daşkəndə yaxınlaşırlar. Məşədi Qasım yaxınlaşan dəstə başçısını hədəfə alıb yerə sərir. Dəstə başçısının ölümünü görən dəstə üzvləri bir yanda mövqe tutur, topatanlar topu işə salırlar. Birinci və ikinci mərmi hədəfdən yayınır. Üçüncü mərmi topdan açılan kimi səngərin kənarında torpağı Məşədi Qasımın üstünə tökür. Bunu görən Qaçaq İdris bir əli ilə erməniyə güllə atır, o biri əli ilə torpağı təmizləyir. Keçmişdən aralarında qatı düşmənçilik ədavətləri olan Məşədi Qasımla Qaçaq İdris kəndin müdafiəsini bir damarda axan qan kimi, bir bədəndə bölünməz ürək kimi bir səngərdə öz doğma kəndlərinin müdafiəsində dayanırlar. Döyüşün daha da şiddətləndiyini, özünün yaralandığını görən Məşədi Qasım Qaçaq İdrisə deyir ki, İdris, qaç, səni öldürərlər. İdris isə cavab verir ki, bu gün vətəni faciədən, fəlakətdən qurtarmalıyıq və sənin kimi qeyrətli bir sərkərdəni tək qoyub gedə bilmərəm. Burada ölsək də bir yerdə öləcəyik, qalsaq da.
Qaçaq İdrislə Kalvayı Zeynal yaralanan sərkərdə Məşədi Qasımı ata mindirib hadisə yerindən uzaqlaşdırırlar. Bu hadisədən sonra Məşədi Qasım yaralı halda Kəlbəcər rayonunun Bəzirxana kəndində dostunun evində sığınacaq tapır. Göyçə qaçqınlığı zamanı Məşədi Qasımın həyat yoldaşı Ceyran və kiçik oğlu Dağbəyi Kəlbəcər rayonunda dünyalarını dəyişir və Başlıbelin Ağcaqız qəbirstanlığında dəfn olunurlar. Göyçədə baş verən bu hadisələr eyni vaxtda Azərbaycanın müxtəlif yerlərində, ələlxüsus Qarabağda, Şuşada, Əsgəranda daha qızğın şəkildə baş alıb gedirdi. Həmin döyüşə Məşədi Qasımın yaxın dostu, əslən şuşalı olan, varlı-hallı tacirlər taciri Dəmirçi Məmmədqulu və tarixdən tarixin daş yaddaşına çevrilmiş laçınlı Sultan bəy başçılıq edirdi. Göyçə mahalının dağılmasını ürək ağrısı ilə eşidən sərkərdə Məşədi Qasımın sadiq və ən yaxın dostu olan şuşalı Dəmirçi Məmmədqulu bu hadisədən çox təsirlənir və mütəəsir olur.
Eşidilir ki, sərkərdə Məşədi Qasım Kəlbəcərin Bəzirxana kəndindədir. Dəmirçi Məmmədqulu dostu sərkərdə Məşədi Qasımla görüşmək üçün Kəlbəcərin Bəzirxana kəndinə gəlir və bu yenilməz sərkərdənin yüngül yaralandığını görüb sevinir. Hal-əhvaldan sonra o, Qarabağda da bu hadisələrin geniş qaydada vüsət almasını, dərinləşməsini sərkərdə Məşədi Qasıma bildirir. Qarabağda Məşədi Qasım kimi dəyanətli, cəsur, mətin bir sərkərdənin hava və su kimi lazım olduğunu dostu Məşədi Qasıma bildirir və ondan mənəvi dayaq, taktiki gedişdə dünyagörüşlü, bacarıqlı bir sərkərdə kimi kömək əlini uzatmağı xahiş edir.Həmin gündən etibarən Məşədi Qasım dostu Məmmədqulu ilə Qarabağda, əsasən, Əsgəranda cərəyan edən şiddətli döyüşə qoşulur. Az bir müddət ərzində misli görünməyən, böyük bir şücaətlə ad-san qazanıb ermənilərin canına vəlvələ salır və özünün yenilməz, mübariz sərkərdəlik bacarığı ilə elin qəlbində sönməz bir məşələ çevrilir.
Əsgəran döyüşündə sərkərdə Məşədi Qasımın qoçaqlığı bütün mahallara, ellərə yayılır. Onun sədası öz maddi və mənəvi köməyini xalqına, vətəninə əsirgəməyən, özünün topxanası, cəbhəxanası olan laçınlı igid Sultan bəyə çatır. Ermənilərin bu geniş miqyaslı hücumu doğma qardaş ölkələrə də çatmışdı. Ona görə də Qarabağda, əsasən Əsgəranda baş verən qırğınların qarışısını almaq üçün, oraya xüsusi qüvvə göndərilməsi haqqında Nuru Paşa dərhal əmr vermişdir. Bu əməliyyata Bakı qarnizonunda olan və əməliyyatı həyata keçirəcək I Azərbaycan diviziyasının komandanı polkovnik Cəmil Cihad bəy başçılıq edirdi. Əməliyyat ildırım sürətilə elə bir geniş vüsət aldı ki, bir yandan sərkərdə Məşədi Qasım, bir yandan Dəmirçi Məmmədqulu tərəfindən endirilən zərbə, digər tərəfdən aparılan uğurlu əməliyyatlar nəticəsində ermənilər təslimçilik əlaməti olaraq ağ bayraq qaldırmışlar. Göyçə mahalının dağılması ilə əlaqədar olaraq Məşədi Qasım, Azərbaycan xalqının qeyrətli oğlu, SSRİ Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova, Gəncə quberniyasına və İrəvana buradakı vəziyyət haqqında teleqram vurur. Hər halda bu, Azərbaycan Elmlər Akademiyasının 1989-cu ildə çap olunmuş "Xəbərlər" jurnalının 4 saylı fəlsəfə və hüquq seriyasında 87-ci səhifəsində jurnalın baş redaktoru Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Ziya Bünyadov tərəfindən öz təsdiqini tapmışdır. Ən başlıcası budur ki, əməliyyatın gedişində sərkərdə Məşədi Qasımın ifadə olunmaz dərəcədə şücaəti, misli görünməmiş qəhrəmanlığı Cəmil Cihad bəyi riqqətə gətirir və onda bu igidə qarşı çox böyük etibar, məhəbbət hissi oyanır. Əməliyyatın uğurla başa çatmasının Cəmil Cihad bəydə yaratdığı sevinc və xoş təəssüratlar, bir yanda sərkərdə Məşədi Qasımın bu bənzərsiz qoçaqlığı Cəmil Cihad bəyin ovqatına bir şirinlik, sərinlik gətirdi. Cəmil Cihad bəy sərkərdə Məşədi Qasıma yaxınlaşıb ona öz təşəkkürünü bildirir və ondan artıq dərəcədə xahiş edir ki, Məşədi Qasım onunla birlikdə Türkiyəyə getsin və orada hərbi komandanlıq tərəfindən ən böyük hərbi rütbəyə sahib olsun.
Ancaq sərkərdə Məşədi Qasım bu torpaqdan kənarda bir anda olsun ayrı yaşamayacağını Cəmil Cihad bəyə birdirir. Məsələni bu cür görən Cəmil Cihad bəy əfəndim deyə belindəki türk tüfəngini hədiyyə olaraq sərkərdə Məşədi Qasıma bağışlayır. Bu mənzərəni kənardan böyük diqqətlə müşayət edən sərkərdə Məşədi Qasımın yaxın dostu Dəmirçi Məmmədqulu və Laçının Qırxqız dağı qədər əzəmətli oğlu Sultan bəy də eşidir. Məşədi Qasıma yaxınlaşan Sultan bəy deyir: – " Bir halda ki, sən Cəmil Cihad bəyin təklifi ilə razı deyilsən, onda səndən xahiş edirəm gəl mənim böyük hərbi sursata malik olan topxanama, cəbhəxanama böyük bir sərkərdə kimi ağsaqqallıq, başçılıq et ". Sərkərdə Məşədi Qasım cavab əlaməti olaraq Sultan bəyin təklifinə öz minnətdarlığını bildirir və ona deyir: « Sultan bəy, təklifinizə görə çox sağ olun, amma məlumunuz olsun ki, mənim dostlarım çox olduğu kimi düşmənlərim də çoxdur. Əgər mən sizin təklifinizlə razılaşıb cəbhəxananıza, böyük topxananıza başçılıq etsəm, deyəcəklər ki, Məşədi Qasım qorxusundan Sultan bəyin himayəsinə sığınıb." Bu məqamı görən yaxın dostu Dəmirçi Məmmədqulu və Sultan bəy belə bir qərara gəlirlər ki, kəndlərdən birini hədiyyə kimi (hərgah bu, Ağdamın kəndlərindən biri olub, hal-hazırda da Qasımlı adını daşıyır) Məşədi Qasıma bəxş etsinlər və bu kəndin bütün baratı Məşədi Qasımın özünə məxsus olsun. Amma buna baxmayaraq Məşədi Qasım bir müddət ona bəxş olunan Qasımlı kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Ağdam rayonunun ərazisində Qarqar çayının kənarında yerləşən Əhmədavar kəndində Hacı Zeynalın karvansarasında qalır.
Yeri gəlmişkən deyək ki, Məşədi Qasımın 4 oğlu – Hüsən, Sayad, Fəzi, Dağbəyi, 3 qızı – Zeynəb, Məleykə, Narın olmuşdur. Hacı Zeynalın karvansarasında qalarkən Məşədi Qasımın yaxın dostu Dəmirçi Məmmədqulunun razılığıynan Hacı Zeynalın oğlu Əşrəf bəylə sərkərdə Məşədi Qasımın qızı Məleykə xanım ailə qurmuşdular. Artıq o vaxt gəlir ki, Azərbaycanda Sovet hakimiyyəti qurulur. Həmin vaxt Məşədi Qasımı Ağdam rayonuna milis rəisi vəzifəsinə qoymaq istəyirlər. Amma o buna razılıq vermir və böyük oğlu Sayadı o vəzifəyə məsləhət görür. Oğlu Sayad 3 ay Ağdamda milis rəisi vəzifəsində işlədikdən sonra o vaxtın milisinin qanunsuzluğunu başlıca şərt kimi əsas gətirərək oğlu Sayadı həmin vəzifədən azad etdirir və az müddətdən sonra sərkərdə Məşədi Qasım ermənilərlə döyüşdə aldığı ağır yaradan sonra Şuşada dünyasını dəyişir və Şuşa qəbirstanlığında dəfn olunur. Milyonlar kimi sərkərdə Məşədi Qasımın da ruhu müqəddəs göylərə pənah gətirib əbədiyyətə qovuşur.
Sərkərdə Məşədi Qasımın oğlu, el şairi Fəzi Kərimov yaxın illərə qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşamışdır. Hal-hazırda Məşədi Qasımın 100-dən artıq nəvə-nəticəsi var. Onlardan Xuraman Kərimova, Azər Kərimov, Sabir Kərimov, Savalan Kərimov, Zakir Kərimov, Novruz Qasımov, Dilqəm Kərimov, nəticələri Naqif, Aqif, Qasım, Vurğun və Zaur, qız nəvələri Xasay Zeynalov, Səməd Babayev, Pərişan xanım Məşədi Qasımın davamçılarıdır. Əlbəttə, böyük sərkərdə, xalqımızın qədirbilən, igid, cəsarətli oğlu Məşədi Qasım haqqında tədqiqata hələ bundan sonra böyük ehtiyac var. Ümidvaram ki, böyük tədqiqatçılarımız, ədəbiyyatçılarımız, tarixçilərimiz bu böyük şəxsiyyət haqqında daha dərinliklərə baş vuracaqlar, onu bütün Türk dünyasına olduğu kimi daha dəqiq tanıtdıracaqlar.
Eldar Həsənli
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024