Müstəqil dövlətçiliyimizin inkişafını əngəlləmək üçün daşnak erməni əli ilə törədilən Qarabağ savaşının qəribəli uyğunsuzluq halları az deyil və ordusu yenicə ayaq açan bir məmləkət üçün bu ağrılı durum təbii sayılmalıdır. Ötən hərbi əməliyyatlarda özümüz canlı şahid olmuşuq. Bəzən adi bir taksi sürücüsü tabor komandiri vəzifəsinin yükünü çəkməli olmuşdur. Bəzən ömründə birgünlük hərbi təlim görməyən əsgər elementar bilgisi olmasa da, düşmən minasını zərərsizləşdirmək məcburiyyətində qalmış və bilərəkdən canını torpaq eşqinə qurban vermişdir. Bəzən də savaş təcrübəsi olmayan həkim öz şəfaverici missiyası ilə yanaşı əlinə silah alaraq düşmənlə üzbəüz döyüşə atılmışdır. Məcburən meydana gələn bu uyğunsuzluq halları kadr kasadlığı ucbatından baş versə də, sözün kəsə anlamında onu demək olar ki, yurdumuzun müdafiəsi vətən sevgili insanları hər şeyə vadar etmişdir. Fədakarlıq biz azərbaycanlıların başlıca əməlidir, bu əməl hər cür ləyaqətin əsasını təşkil edir.Doğrudan da, həyat qanunlarını kimsə dəyişdirə və redaktə edə bilməz. Zərurət baş verən zaman çarəsizlik məngənəsinə düşən hər kəs adi vaxtlarda mövcudluğu təxmin edilən qüvvəyə sahib olur. Necə ki, vücudu sağlam, zəkası parlaq, qəlbi aydın olan gənc bir həkim kimi hərbi əməliyyata sadə tibb çantası ilə gedən İmran Qurbanov fələk göydən yerə ensə də, yüksək amallar uğrunda canını fəda etməli idi. Axı, onun içində alışıb-yanan yurd eşqi, vətənçilik məramı, hərbi xidmət mətləbi heç bir halda İmranı məhdud bir fəaliyyət xəttində saxlaya bilməzdi. Tutarlı həyat planı olan bu cəsur vətənoğlumuz ürəküzən yoxluğun, cansıxıcı təsadüf və əngəllərin quluna cevrilməyi qəbul edərdimi?! Nə qədər ağır olsa da, qarşıya çıxan çətinliklər onu əsas hədəfdən yayındıra bilməmişdir. Əksinə şəxsi fədakarlıq hesabına vətənçilik yoluna tədricən yaşıl işıq yandırılmışdır. İldən-ilə güclənən dövlətimiz və toplanan təcrübə sayəsində mövcud geriliklərin sayı azalmışdır. Problemlərin çoxuna son qoyulduqdan sonra İmran həkim özü kimi mətin silahdaşları ilə birgə milli hərbi təbabətimizin təməl daşlarını qoya bilmişlər...Dünyaya göz açdığı məkan–Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndi İmran Qurbanovun yuxusuna tez-tez girir və çəkdiyi acıları təkrarən yaşayır.Namusunu alverə qoyan erməni daşnak xəyanətinin acısını hələ orta məktəbi bitirən zaman çəkmiş bu göyçəli igidimiz daha sonra ali təhsillə bağlı ağrılı günlər keçirmişdir. Belə ki, orta məktəbi yalnız “əla” qiymətlərlə başa vursa da, rayon təhsil şöbəsinin nasist erməni rəhbərliyi ona qızıl medal verməyi “rəva görməmişdir”. Layiqli qiymətini ala bilməyən gənc məzun xeyli sarsıntı keçirmiş, lakin erməni ayrı-seçkiliyinin adi hal olduğunu dərk etdiyinə görə öz ovqatını kökləyə bilmiş və həkim olmaq məqsədilə sənədlərini Azərbaycan Tibb Universitetinə vermişdir. Qəbul imtahanlarından uğurla keçən İmran əczaçılıq fakültəsinə daxil olmuşdur. Di gəl ki, bu qismət onun peşə seçiminə tam cavab vermirdi. İmran müalicə həkimi olmaq istəyirdi. Yaxınları nə qədər təkid etsələr də, inadından dönmədi və ona təqdim edilən tələbə biletini cıraraq əsgərliyə getdi.Niyyəti baş tutmayanlar öz məramından asanlıqla vaz keçmirlər. İlahi hökm belədir. Son nəfəsədək niyyət tükənmir. Bəzən niyyətin ünvanı güman edilməyən hədəflərlə birgə qərarlaşır. Bəzən də qaranlıq bir məkanda özüllənir. Bu səbəbə görə “insanın niyyətindən qaranlıq şey yoxdur” – deyirlər. Xüsusən gənclik illərində bu “qaranlığın qatılığı” azacıq artır. İmran əsgərlik həyatının bəzi məqamlarda tərəddüd içərisində qalaraq niyyətindən düşsə də, həkimlik xəttindən kənara çıxmaq fikrindən vaz keçmədi və hərbi həkim olmaq qərarını qəbul etdi. Lakin yenə də erməni daşnak bəlası onun bu niyyətini sabun köpüyünə döndərdi. Belə ki, əsgərlikdən birbaşa olaraq sənədlərini Sank-Peterburq Ali Hərbi Tibb Akademiyasına verdi. Rayon hərbi komissarlığından müvafiq sənədlər göndərilmədiyinə görə onu güzəştli şərtlərlə iki imtahana buraxdılar. “Yaxşı” qiymət alsa da, rayon hərbi komissarlığının şöbə rəisi Artur Qriqoryan akademiyanın müvafiq rəsmi tələbinə qərəzli şəkildə əməl etmədi və öz-özünə hirsli-hirsli deyindi: “ Hərbi həkim akademiyasına türkün qəbulu üçün mən sənəd göndərə bilmərəm. Öz millətimə dönük çıxımmı?!” Bu erməni qərəzindən qeyzlənən İmran Qurbanov əlini murdar qana batıraraq azad həyatına son qoymaq, həmin alçaq xislətli dığanı öldürmək qərarına gəldi. Amma dığanın əcəl fərmanı Allah tərəfindən verildi. İmran doğma Nərimanlı kəndinə çatar-çatmaz xəbər yayıldı ki, Artur Qriqoryan qəfil infarkt keçirmiş və cəhənnəmə vasil olmuşdur.Bu xəbərdən sonra İmrana dəyən zərbənin ağrısı tez kəsildi. Təcili olaraq sənədlərini yenidən Azərbaycan Tibb Universitetinə təqdim etməli oldu. Tale elə gətirdi ki, 3-cü imtahanı Azərbaycan KP MK-nın xüsusi komissiyasının nəzarəti altında verdi və çox sevdiyi müalücə həkimi ixtisası üzrə bütün sınaqlardan müvəffəqiyyətlə keçdi. Hətta onun fərqli abituriyent kimi imtahan uğurlarını “Vışka” respublika qəzetində işıqlandırdılar.Tələbə həyatı maraqlı və çətin sınaqlarla dolu olsa da, İmran üçün quş qanadlı illər sürətlə keçdi və ali məktəbi fərqlənmə diplomu ilə başa vuraraq Respublika Klinik Xəstəxanasının internaturasına qəbul edildi. Qarabağ savaşının yaralı xəbərləri onu dinc buraxmadı. 1992-ci il may ayının 19-dan etibarən gənc və vətənpərvər həkim İmran Hümbət oğlu Qurbanov şərəfli hərbi xidmət həyatına başladı. Belə ki, o, respublika televiziyasında elan edilən orduya çağırış kampaniyasına cavab olaraq könüllü surətdə hərbi komissarlığa müraciət etmiş və ən ağır cəbhə bölgəsinə göndərilməsini təkidlə xahiş etmişdir. Bu, İmranın Qərbi Azərbaycan sıxıntısından yaranmış həyat məramı idi. Doğma Göyçə dərdinin üstünə böyük vətən dərdinin gəlməsi onu dinc yaşamağa qoyardımı?! Cismən yox olmaq onu məmnun edərdi, lakin belə bir dərdi mənən yaşamağa heç vaxt razılaşmazdı! Söz yox ki, insan xarakterində yüksək qiymətləndirilən gözəl keyfiyyətlər – tükənməz enerji, qəhrəmanlıq, mərdlik, fədakarlıq və əsil nəciblik məhz belə ülvi məramların icra axarında formalaşır və iradə qüvvəsini davamlı surətdə hərəkətə gətirir. Keşməkeşli səngər güzəranında əvəzi heç bir şeylə çıxılmayan mənəvi məsariflər, habelə qəfil könül zərbələri İmranın öz idealına doğru yolda onu ümidsizlik girdabına sala bilməmişdi. Gənc həkim İmran Qurbanov Kəlbəcər döyüş zonasında mövqe tutan 701 saylı hərbi hissənin tibb bölüyündə ordinator kimi xidmətə başladığı gündən etibarən ilk dövrdə hər tibbi xidmət tapşırığının icrası zamanı müxtəlif problemlərlə üz-üzə gəlmiş, hər çətinliyi inadkar çalışqanlığı ilə dəf etmişdi. Həqiqi mənada motoatıcı briqadanın tibb bölüyünün adı var idi, lakin özü yox. Bütün tibbi xidmət tapşırıqlarının yükü briqadanın tibb xidməti rəisi Əhliman Əliyev, İlham Həyatov və İmran Qurbanov tərəfindən çəkilirdi. Çətinliklərin axarında döyüş zonasında həkim ambulatoriyasının müdiri olan vətənpərvər və çox cəsur həkim Habil Şirinov da onlara qoşuldu. Kadr yoxluğu ucbatından döyüş səhnəsində adi qanaxmalar hesabına nə qədər mərd igidlərimizi itirirdik. Tibbi xidmət həcminin çoxluğu üzündən həkimlər gecələr gözünün acısını doyunca ala bilmirdilər. Qızğın hərbi əməliyyatlarda isə yaralıların sayı dayanmadan artır və ixtiyarsız olaraq qeyri-tibb personalı işə cəlb edilirdi....10 iyun 1992-ci il. Mənfur erməni işğalçıları Ağdərə – Çələktar kəndləri istiqamətində Kəlbəcər rayonuna hücum etmişdilər. Bu, hərbi həkim kimi İmran Qurbanovun iştirak etdiyi ilk döyüş sayılırdı. Təbii olaraq çox həyəcan keçirirdi. Hücumu dəf etmək üçün bizim 2 PDM öndə gedirdi. Zenit qurğusu və avtomatik dəzgahlı qumbaraatandan sonra sanitar maşın irəliləyirdi. Maşında sürücüdən başqa yalnız İmran həkim vardı. Orta sürətlə gedən bir PDM-imiz dağlıq yolun sərt döngəsində düşmən texnikası ilə qarşı-qarşıya gəldi. İlk toqquşmada atəş aça bilmədilər. Lakin bir neçə çevik manevrdən sonra dalbadal açılan atəş nəticəsində düşmən texnikasının üzərinə desant kimi oturmuş 6 döyüşçü sanki göyə uçuruldu. Onun ikisinin cırıqlanmış meyiti iri gövdəli ağacın budağından asılı qalmışdı. İgidlərimiz odlanan düşmən texnikasını itələyərək yoldan çıxardı və PDM dərəyə yumalandı. Boğuq bir uğultu eşidildi. Bu zaman sanki yer titrəyib silkələndi. Avtomatik dəzgahlı qumbaraatanımız əlverişli mövqe seçərək düşmən tərəfini hədəfə aldı. Hər tərəfdə barıt qoxulu tutqun tüstü göyə ucalırdı. Bir neçə dəqiqə keçməmişdi ki, düşmən vertolyotunun qara kölgəsi onlara yaxınlaşdı. İmranın ürəyinə elə gəldi ki, vertolyot sanitar maşınımızı nişana almışdır. Bunu hiss edən zaman sürücü sanitar maşınını söndürdü və düşərək qaya altına sığındı. İmran sürücü ilə eyni anda maşından çıxa bilmədiyinə görə labüd ölüm qarşısında qalmışdı. Ara vermədən açılan güllələr onun müəyyən sığınacaq yerinə qaçmasına fürsət vermirdi. Üstəlik vertolyot tərəfindən yağış kimi yağdırılan güllələr yol və ətraf ərazini od içində yandırırdı. Güllələr qayalara dəyərək şaq-şaq şaqqıldayırdı. İmranın sağ qalmaq şansı tükənmək üzrə idi. Nəhayət, İmrana daxili bir güc gəldi. O həddindən artıq təmkin göstərərək tibb çantası ilə birlikdə sanitar maşından düşdü. Bu an düşmən qumbarası vıyıltı ilə onun yarım metrliyindən ötüb keçərək qayaya sancıldı. Həm qumbaranın, həm də qayanın iti qəlpələri onun tərəfə yön alsa da, İmranı yaxalaya bilmədi. O qabaqcadan göz altına aldığı nəhəng bir qaya daşının altına qısıldı.İki yaralı gətirdilər. İmran həkim ilkin tibbi yardım göstərməyə başladı. Onun bu döyüşdə xəsarət almaması sırf təsadüf hesab edilə bilər. Çünki atılan qumbaralar üstündən uçub keçsə də, yaxın ərazidə partlasa da, İmran öz işində idi. Sadəcə əlləri azacıq əsirdi. Rəngi də bir qədər qaçmışdı. Onu anlamaq çətin deyildi. İlk döyüş, ilk sınaq, ilk həyəcan... Təkbaşına 4-cü yaralıya ilkin tibbi yardımı lazımınca başa çatdıraraq ayağa duran kimi sürücünü səslədi: ”Tez ol, maşını işə sal, gecikə bilərik.” Şiddətli həyəcan təsirindən üzü saralmış sürücü kəkələyə-kəkələyə cavab verdi: “Sizin kimi həkimin əlində yaralı ölməz!” Bu sözlərin səmimiyyətindən xoşlanan İmran həkim gülümsündü: “ Ümid Allahdandır. Kimsəni ölümün əlində qoymaram!” Bu qeyri-bərabər döyüşdə düşmən hücumunun qarşısı cəsur döyüşçülərimizin fədakarlığı hesabına alındı və İmran Qurbanov ilkin tibbi yardım göstərdiyi 4 yaralını sanitar maşınla təxliyə edərək döyüş mövqeyindən uzaqlaşdı. Yol boyu baş verən təhlükəli hallardan çətinliklə keçərək yaralıları Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına salamat çatdırdı və birbaşa cərrahiyyə stoluna çıxartdı. Narkoz üçün imkan tapılmasa da, efir maskası hesabına xəstəxananın baş həkimi Vaqif Həsənov və çərrah Əli Əliyevlə birlikdə lazımi əməliyyat cəhdləri sayəsində yaralılar ağır vəziyyətdən çıxarıldı...Hərbi əməliyyatlar zamanı tibb xidmətinin mövcud natamam durumu çox davam edə bilməzdi. Tibb bölüyünün komplektləşdirilməsi ilə bağlı məsələ İmranı narahat edirdi:– Dərmanları özümüz hazırlayırdıq. Əksər hallarda ibtidai üsullardan istifadə edirdik. Hər halda bir sıra müsbət nəticələr qazanmışdıq. Çətinliklərimiz çox olsa da, Qarabağ müharibəsində hərbi təbabətimizin təməl daşını qoyanlardan biri kimi briqadamızın tibb xidməti rəisi Əhliman Əliyevlə birgə təşkilati işlərimizi tədricən həyata keçirə bildik. Ayrıca təlim əsasında taborlar üzrə tibb təlimatçılarını hazırlamaqla yanaşı Bakı şəhərində sovet əyyamından qalmış ”Qızıl Şərq” hərbi şəhərciyində tibb bölüyümüzün formalaşdırılması üçün həkim Aslan Həşimova xüsusi tapşırıq verildi. Sovet ordusu hissələrindən toxunulmaz tibb ehtiyatını qəbul etdikdən sonra Aslan həkimin fəal təşkilatçılığı əsasında “AP-2” markalı avtomobil üzərində qurulmuş əməliyyat otağımızın təminatı zənginləşdirildi. Bu işlərin uğurlu icrasında təcrübəli feldşer Elman İsmayılov köməyimizə çatdı. Aptekimizin yaradılmasında həkim Abhüseyn Abıyev xüsusi fəallıq göstərdi. Cəsur tibb bacıları və feldşerlərlə yanaşı 27 əsgərdən ibarət güclü heyətimiz yarandı. Cərrahlardan Teymur Əlləzov, Zakir Həyatov, həkimlərdən Habil Şirinov, İlham Həyatov, Rüstəm Quluzadə, Kamil Əliyev, Məharət Xasayev, Qalib Əmirov, diş həkimi Qaçay İsmayılov, burun-qulaq həkimi Kərim Orucov, terapevt Lüdmila Andrey qızı Tkaçenko, epidemioloq Nuru Əliyev, feldşer-rentgenoloq Ərəstun Əsədov, anestezioloq-reanimatoloq Şöhrət Verdiyev, o cümlədən maddi təminat taqım komandiri Əbdüləli Seyidov, əşya-ərzaq anbarının rəisi Həşim Həşimov əsl fədakarlıq göstərərək tibb bölüyümüzün inkişafı üçün öz layiqli töhfələrini bəxş etdilər. İxtiyarımıza 13 maşın verildi. Yuxarı komandanlığın tapşırığa əsasən Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəis müavini Cümşüd Hüseynovun rəhbərliyi altında yeni formalaşdırılmış tibb bölüyümüz Laçına yola salındı. Hacısamlı kəndində “taxta zavodu” deyilən yerdə müvafiq mövqe seçdik. Çadır şəraitində ilk tibb bölüyümüzü elə qura bildik ki, komandanlıq bizə təşəkkür elan etdi. Elektrik generatoru vasitəsilə günün istənilən vaxtında fəaliyyət göstərməyə başladıq. 1992-ci ilin sentyabr ayında Laçında Hocaz dağı uğrunda gedən döyüşlərdə xeylı yaralı qəbul etdik və döyüşçülərimiz bizdən razı qaldılar...1992-ci ilin iyun ayında İmran Qurbanov briqadanın tibb bölüyünün komandiri təyin edilmişdi. Briqadanın döyüş yolunun Laçın dövründə hərbi-səhra şəraitində yaradılan hospitalın formalaşdırılması İmran həkimin xüsusi fəaliyyəti sayəsində başa çatdırılmış və 3 mərhələli təxliyə prosesi təşkil edilmişdi. Ordu quruculuğunun həmin keşməkeşli mərhələsində yüzlərlə yaralının həyatını vaxtında aparılan ixtisaslaşdırılmış cərrahi yardım hesabına xilas etmək mümkün olmuşdu. Vətəncanlı və fədakar hərbi həkimlərin, səngər güzəranına alışmış cəsur tibb bacılarının hünəri nəticəsində motoatıcı briqada tərəfindən keçirilən hərbi əməliyyatlarda yaralananların ölüm faizi 5-7 faiz təşkil etmişdir. Bu yüksək göstərici sayılır. Müqayisə aparmaq üçün onu qeyd etmək olar ki, ABŞ–Vyetnam müharibəsində həmin göstərici 7-9 faiz olmuşdur.Hərbi həkim İmran Qurbanovun komandirliyi altında briqadanın tibb bölüyünün həkimləri gərgin döyüşlər zamanı həyatla uyğun gəlməyən travmaların sağalması üçün misilsiz tibbi xidmət nümunələri yaratmışlar. Bununla bağlı İmran həkimin cəbhə xatirələrini yada salmaq yerinə düşər:– Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə mina partlayışı nəticəsində hər iki budun yuxarı üçdə bir səviyyəsində travmatik ambutasiyası, hər iki yuxarı ətrafın cırılmış və didilmiş yaraları ilə xəsarət alan döyüşçümüz Həsən Əliyev ön xətt mövqeyində ilk tibbi yardımın göstərilməsi, operativ surətdə tibb bölüyünə çatdırılması və vaxtında aparılmış ixtisaslaşdırılmış cərrahi yardım hesabına sağ qalmışdır. 1993-1994-cü il ikinci Kəlbəcər döyüşlərində briqadamızın himayəsinə verilmiş Şəmkir taborunun komandiri Xəqani Hüseynovun baş-alın təpəsi nahiyəsində beyin qapağının üst hissəsini artilleriya mərmisinin iri qəlpəsi kəsib atmışdır. Ona ilk tibbi yardım göstərildikdən sonra Toğana kəndində yerləşən səhra hospitalımızda 4 gün müalicə edilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmuşdur. Daha sonra onun üzərində Moskva şəhərində plastik əməliyyat keçirilmişdir. Müntəzəm müalicə hesabına 20 il yaşaya bilmişdir. Cəsur döyüşçümüz Göygöl rayon sakini Asif Məhərrəmov Murovdağ döyüşündə qarın və döş qəfəsinin çoxsaylı dəlib-deşən odlu sılah yaralanmaları, qara ciyərin, sol böyrəyin, dalağın, bağırsaqların müxtəlif zədələnmələri ilə aqonal vəziyyətdə meyitlərin içərisindən götürülərək əməliyyat olunmuşdur. Bu əməliyyat 12 saat çəkmişdir. Onun sağ qalması üçün özüm də qan vermişəm. Nəhayət, böyük cəhdlər hesabına Asif qardaşımızı ölümün pəncəsindən zorla ala bilmişik. O, hazırda yaşayır.... 1992-ci il avqust ayının əvvəli idi. Ağdərə ərazisində uğurlu döyüşlər gedirdi. Qərargahımız Çapar kəndində yerləşirdi. Yaralı gəlişində fasilə yaranmışdı. Buna baxmayaraq günün istənilən vaxtında olduğu kimi tibb bölüyü gücləndirilmiş xidmət rejimində öz fəaliyyətini ahəngdar davam etdirirdi. İmran həkim təminat məsələlərinin həllində şəxsən iştirak edir, meydana çıxan problemləri dəf edərək yardım və təxliyə prosesini öz axarına salırdı. Saat 17.00 radələrində sanitar maşının uzaqdan dalğa-dalğa gələn fasiləsiz siqnalının doğurduğu həyəcanın təsirindən hamının gözləri giriş yoluna dikilib qaldı. İmran həkimin özü maşının qabağına qaçdı. Məlum oldu ki, taqım komandiri baş leytenant Əli Məmmədov ağır yaralanmışdır. Dəzgahlı avtomatik qumbaraatan mərmisi onun burnunu, üst və alt çənəsini dodaqlarla birlikdə üzüb atmışdı. İçəri axan qan nəfəs yolunu tuturdu. Özünü yamanca itirmişdi. Çətinliklə nəfəs alırdı. İmran həkim birinci növbədə qanaxmanın qabağını kəsdi, şok əleyhinə tədbirlər gördü. Yaralı hökmən təcili surətdə rayon xəstəxanasına təxliyə edilməli idi. Yolun uzaqlığı ilə bağlı problem yaranmışdı. Belə ki, Ağdaban yolu ilə getmək çox vaxt apardığına görə bu yaralını yolda itirə bilərdik. Getevan yolu isə düşmənin yaxınlığından keçirdi. Lakin yol qısa olduğuna görə sərfəli sayılırdı. İmran həkim təhlükəli olsa da, yaralının xilası üçün ötən hər dəqiqənin gərəkli olduğunu nəzərə alaraq Getevan yolunu seçdi: “ Bir azdan qaranlıq düşəcək. Axşamın qaranlığında düşmən bizi görə bilməz. Hazırlaşın, qaş qaralan kimi yola çıxarıq.” İmran həkim düzgün qərar qəbul etmişdi. Axı, hər qaranlıq gecənin ümidgözlü bir işığı da olur. Axşam həmin təhlükəli mövqedən keçən zaman sanitar maşınının işığı söndürülsə də, mühərrikin səsi düşmən qüvvələrini duyuq saldı. Sürücümüz maşını elə iti sürətlə sürdü ki, dığalar yalnız arxamızca bir avtomat silahdan güllə qatarı göndərməyə imkan tapdı və o güllələr maşını deşik-deşik etdi, lakin heç kimə xəsarət yetirmədi. Yaralı Kəlbəcər Rayon Xəstəxanasına lazımi məqamda çatdırıldı və ehtimal edilən bütün təhlükələr sovuşdu....14 iyun 1993-cü il – bu tarix İmran həkim üçün kədərli tarix sayılır. Onun başçılıq etdiyi tibb bölüyü indiki Göygöl rayonunun Toğana kəndində yerləşirdi. Gecə saat 12.00 radələrində erməni təxribat-kəşfiyyat qrupu Murovdağın nəzarətsiz qalan sıldırımlı yerlərindən keçərək hərbi-səhra hospitalımıza basqın etmişdi. Məcburən bütün həkim və feldşerlər silaha sarılaraq düşmənə müqavimət göstərmişlər. Təxminən 20 dəqiqə davam edən vuruşmada hərbi qüvvələrimiz köməyə gələnədək erməni təxribat-kəşfiyyat qrupu tibb bölüyü tərəfindən mərdanə dəf edilsə də, çox cəsur hərbi həkim Kamil Əliyev ağır güllə yarası almış və onun həyatını xilas etmək mümkün olmamışdır. Şəhid həkimin xatirəsi döyüş yoldaşları tərəfindən daim anılmaqdadır.Qarabağ savaşında atəşkəsin elan edildiyi vaxtdan etibarən 1997-ci ilin noyabr ayınadək Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasında cərrahiyyə şöbəsinin rəisi kimi xidmət göstərən İmran həkim hərbi qulluqçulara öz şəfaverici fəaliyyətini davam etdirərək ehtiyata buraxılmışdır. Hazırda Respublika Klinik Xəstəxanasının şöbə rəisi vəzifəsində sevimli həkimlik missiyasını yerinə yetirir. Ömür-gün yoldaşı Sevinc xanım şüa diaqnostikası üzrə həkimdir. Vətən dərdini ön plana çəkdiyinə görə birgə tələbəlik həyatından sonra 1992-ci ildə təyin olunmuş toy günü təxirə salınsa da, ailə xoşbəxtliyinə əngəlsiz nail olmuşlar. Ali təhsil almış iki oğlu – Fərhad və Etibar da döyüşkən ruhlu atanın vətənçilik ideyalarını daim öz əməli işləri ilə yaşadırlar... Belə müdrik bir kəlam var: “ Rəftar əksən, söz yox ki, adət biçməli olacaqsan. Adət əksən, şübhəsiz, xasiyyət biçəcəksən. Xasiyyət əksən, son nəticə olaraq, tale biçəcəksən və verilən ömrü bu talenin hökmü ilə yaşayacaqsan.” Bu, insan xarakterinin müdrikcəsinə düşünülmüş inkişaf modelidir. Hərbi həkim, ehtiyatda olan tibb xidməti kapitanı İmran Qurbanovun taleyini bu model üzrə düzümləsək, həqiqətən çox nikbin və qürurverici ovqat qazanarıq. Onun hərbi təcrübəsi, dərin tibbi biliyi, gözəl rəftarı, dəyərli adəti, xoşagəlimli xasiyyəti və səngərləşən taleyi xeyirli nəticələr bəxş edərək bizi daim şərəfləndirir.
Ehtiyatda olan polkovnik-leytenant İbrahim MƏSİMOĞLU hərbi-yazıçı jurnalistHƏRBİ AND" QƏZETİNİN 25 MAY VƏ 01 İYUN 2018-Cİ İL
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024