İranın müasir inzibati-ərazi bölgüsünün əsası Qacarlar sülaləsinin hakimiyyətinin (1795-1925) son dönəmində, 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qoyulmuşdur.
XX əsrin əvvəllərində vahid əraziyə malik olan Güney Azərbaycan son yüz ildə müxtəlif bölgələrə parçalanmışdır. Pəhləvi hakimiyyətinin süqutuna doğru Güney Azərbaycanın ərazisi əsasən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan ostanları arasında bölünmüşdü. İİR yaradıldıqdan sonra bu ostanların ərazisindən əlavə olaraq üç ostan və daha kiçik inzibati vahidlər yaradılmışdır. İnzibati bölgü siyasətinin güney azərbaycanlılar üçün necə böyük siyasi əhəmiyyətə malik olduğunu inqilabdan sonra ana dilindən istifadə ilə birgə, inzibati ərazi bölgüsündə etnik birliyin nəzərə alınması tələbinin irəli sürülməsi də təsdiq edir. İranın müasir inzibati-ərazi bölgüsünün əsası Qacarlar sülaləsinin hakimiyyətinin (1795-1925) son dönəmində, 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qoyulmuşdur. Bu bölgüyə əsasən ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi 4 əyalətə - Şimal, Cənub, Qərb və Mərkəzi - bölünmüşdür. Azərbaycan (Güney) İranın ən böyük əyaləti olan Şimal əyalətinin tərkibinə daxil edilmişdi. Mərkəzi Təbriz şəhəri idi. Qacarlar dövründə vəliəhd Təbrizdə oturduğu üçün çox böyük siyasi əhəmiyyətə malik olub. Şimal əyalətinə hazırda İran İslam Respublikasının ayrı-ayrı inzibati vahidləri olan Həmədan, Zəncan (Zənqan), Qəzvin, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil aid idi. Bu zaman Güney Azərbaycanda Ərdəbil, Urmiya, Üskü, Üşnəviyyə, Əhər, Binab, Astara, Biləsuvar, Təbriz, Culfa, Çəhriq, Xoy, Dehxaran, Dilməqan, Savucbulaq, Sərab, Salmas, Şəbüstər, Sayinqala, Sufyan, Təsuc, Sərəskənd, Qotur, Kukan, Köhnəşəhər, Qırqır, Maku, Mağara, Mərənd, Miyanic, Miyandab, Nəmin, Neyər, Hero (Xalxal) şəhərləri var idi.(1,48) Bu inzibati-ərazi bölgüsündə sonralar müəyyən dəyişikliklər edilmişdir. Qacarlar dövrünə aid ikinci bir bölgüyə əsasən ölkə 6 əsas əyalətə - Şimal-qərb, Şimal, Şərq, Cənub, Qərb, və İraqi-Əcəm (Mərkəzi) bölünmüşdü. Bu bölgüdə Azərbaycan (Güney) Şimal-qərb əyalətinə aid edilmişdir. Azərbaycan (Güney) əyalətinə aid aşağıdakı vilayətlərin adı çəkilir: Ərdəbil (Ərşəq, Ucarud, Muğan (Biləsuvar), Nəmin, Neyər, Astara, Meşkin), Urmiya (Mərqur, Tərqur, Ənzəl, Bərdəst, Sumay-Bəradust, Sulduz, Üşnəviyyə), Təbriz (Rudqat (Sufyan), Ərnəvəq, Gəni, Ənzab (Buraya Təsuc, Şəbüstər, Xamnə, Kuzəkonan, Şərəfxana aid idi), Sərdrud, İskəndan, Üskü, Mehranrud (buraya Basmınc, Sədadya, Səhəndabad aid idi), Ucan (Hacıağa), Abbas (Tikmədağ), Bədustan, Xamnerud (Şəhrək), Xoy (Çors, Kirs, Ovacıq, Çaldıran, Qotur, Maku, Salmas, Dilməqan, Çəhriq, Köhnəşəhər, Xosrovabad, Sədiqiyan), Sərab (Şərəbiyan, Bəraquş, Xalxal), Sayinqala və Əfşar vilayəti (Tikantəpə, Yalquzağac, Həştrud (Sərəskənd qəsəbəsi), Qaracadağ vilayəti (Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar), Marağa (Dehxarqan, Mamaqan, Kukan, Binab, Əcəbşir), Mərənd (Zunuz, Ələmdar, Qırqır, Culfa), Mokra (Savucbulaq, Lahican, Sərdəşt qəsəbəsi, Miyandab), Miyanic (Türkmənçay, Camalabad).(1,48)Qacarlar dövrünün sonu, Pəhləvi dövrünün (1925-1978) əvvəllərində Təbriz mərkəz olmaqla Güney Azərbaycan İranın ən böyük əyaləti idi. Qacarlar sülaləsi devrildikdən sonra əyalətə idarəçilik vali tərəfindən həyata keçirilirdi. Əyalət hakimliklərə bölünürdü və onlara hakimlər başçılıq edirdilər. Hakimliklər bölüklərə, bölüklər isə öz növbəsində mahallara ayrılırdılar. Mahallar kəndlərdən ibarət idi. Kəndlərə kəndxudalar başçılıq edirdilər.(2,61) Bu dövrə aid inzibati-ərazi bölgüsünə Tohid Məlikzadə tərəfindən çap edilmiş Türkiyə Nizami Ordusu nümayəndəsinin 1927-ci ildə tərtib etdiyi "İran Azərbayanı tədqiq raporu" adlı (kitab İranda "Azərbaycan Pəhləvi hakimiyətinin ilk illərində" adı ilə çap edilmişdir) kitabda rast gəlinir. Burada Güney Azərbaycanda XX əsrin 20-ci illərində mövcud olan inzibati-ərazi bölgü sistemi verilmişdir. Bu mənbəyə əsasən Azərbaycan əyaləti 12 vilayətə bölünmüşdü. Bu vilayətlər, onların bölündüyü bölük və mahallar bunlar idi: Təbriz hakimliyi (mərkəzi Təbriz): Rudqat (mərkəzi Sufyan), Təsuc, Şəbüstər, Kuzəkonan, Şərəfxana, Basmıc, Səədabad, Mehranərud (Səhəndabad), Ucar (Hacıağa), Tikmədaş, Xanımrud (Şəhrək); Ərdəbil hakimliyi (mərkəzi Ərdəbil): Ərşələ, Ucarud, Muğan (Biləsuvar), Nəmin, Neyər, Astara, Meşkin (Unar); Qaradağ hakimliyi (mərkəzi Əhər): Kəleybər, Çələbiyan, Vərkəhan, Dizmar; Mərənd hakimliyi (mərkəzi Mərənd): Gəlinqaya, Zunuz, Ələmdar, Gərgər, Culfa; Xoy hakimliyi (mərkəzi Xoy): Çors, Giris, Çaldıran, Qutur; Maku hakimliyi (mərkəzi Maku): Avacıq (Kilsə kəndi), Şut, Çaypara (Qaraziyaddin), Ərəblər; Salmas hakimliyi (mərkəzi Dilman): Köhnəşəhər, Xosrovabad, Sədəqiyan, Çehriq; Urmu hakimliyi (mərkəzi Urmiya): Mərgəvər, Dəşt, Bərdəsur, Sumay, Baradust, Uşnu, Ənzəl, Tərgəvər; Mokra hakimliyi (mərkəzi Savucbulaq): Lahican, Sərdəşt, Miyandab, Rəhmətabad; Marağa hakimliyi (mərkəzi Marağa): Dehxarqan, Məməkan, Gugan, Binab, Əcəbşir; Sayinqala və Əfşar hakimliyi (mərkəzi Sayinqala): Tikantəpə, Yalquzağac, Həştrud (Sərəskənd); Miyanic hakimliyi (mərkəzi Miyanə və ya Miyanic): Türkmənçay, Camalabad; Sarab hakimliyi (mərkəzi Sarab): Şərəbiyan, Alanbəraquş, Xalxal (Herov).(2, 61-64)Rza şah Pəhləvi dövründə (1925-1941), 1932-ci ildə Güney Azərbaycan Şərqi və Qərbi Azərbaycan əyalətlərinə bölündü. Bu bölgüdə Azərbaycan (Güney) ərazisindən Xoy, Rzaiyyə, Savucbulaq, Şahpur, Maku, Miyandab ayrılaraq yeni təşkil olunmuş onuncu nahiyyəyə daxil edildi. Bu bölgənin mərkəzi Rzaiyyə oldu. Şərqi Azərbaycana isə Astara, Dəbil, Boluk-e Səlasə, Təbriz, Culfa, Çəharoymaq, Xalxal, Sərab, Sayinqala, Qaracadağ, Gərmrud, Mərənd, Marağa daxil idi.(1,50)1937-ci ilin noyabr ayında İranın yeni bölgüsü aparılarkən ölkə 6 ostana bölündü. Onların tarixi adları ləğv olundu. Ostanlar Şimal-qərb, Şimal, Cənub, Mekran, Şərq, Qərb ostanları adlandırıldı. Azərbaycan (Güney) ərazisi 3-cü və 10-cu bölgə ilə birlikdə Şimal-qərb ostanına aid edildi. Bu ostan 6 şəhristandan (Ərdəbil, Təbriz, Xoy, Rzaiyyə, Marağa, Mahabad) ibarət idi. Ərdəbil şəhristanına Ərdəbil ətrafı, Ucarud, Muğan, Meşkin, Ərşəq, Nəmin, Vəlgic, Astara, Xalxal və onun ətrafı; Təbriz şəhristanına Məvaze-ye Xan, Ucan, Abbas, Mehranrud, Üskü, Veydəhər, Dehxarqan, Sərdsəhra, Rudqat, Ərvənq, Ənzab, Şəha, Mərənd, Kərkər, Yekanat, Bədustan, Xanemrud, Alan Bəraquş, Əhər, Diklə, Yaft, Əzəndel, Gərmadüz, Meyxan, Ənkut, Meşəpara, Dizmar, Didangəh, Keyvan-e Kəleybər, Sərab, Gərmrud, Yərvanan, Kələbuz, Kənduvan, Həştrud, Quruçay, Gərmxaran, Qoçkanlı; Xoy şəhristanına Xoy, Qotur, Çaybasar, Çaldıran, Avacıq, Sökmənabad, Maku, Bəycik, Qaraqoyunlu, Çaypara; Rzaiyyə şəhristanına Rzaiyyə şəhəri və ətrafı, Nazlıçay, Bərgişli çay, Tərqur, Mərqur, Şapur, Çəhriq, Sumay-e Bəradust, Üşnəviyyə; Mahabad şəhristanına Mahabad şəhəri və ətrafı, Şəhre Viran, Qarasu, Sulduz, Köhnə Lahican, Teymur eli, Turcan, Əxtəçi, Sərdəşt və ətrafı, Saqqız və Banə; Marağa şəhristanına Binacı, Dizəc, Satılmış, Səracı, Qavdul, Miyandab, Acarlı, Çəhardolu, Şahindej, Tikantəpə, Səfaxana.(1,52)1937-ci ilin dekabrında ostanlara bölgü yenidən aparıldı. Ölkə 10 ostana, 49 şəhristana bölündü. Bu dəfə ostanların adları dəyişdirilərək 1-dən 10-a qədər rəqəmlərlə əvəz edildi. 1930-cu illərdə aparılmış bölgülərdən sonra nəticə olaraq, Zəncan Gilan ostanına, Həmədan isə Kürdüstan ostanına qatıldı. Ərdəbilin Səfarud adlanan bölgəsi 1-ci, yəni Gilan ostanına aid olan Rəşt şəhristanına birləşdirildi. Azərbaycanın (Güney) qalan ərazisi mərkəzi Təbriz olmaqla Şərqi Azərbaycan, o vaxtkı bölgü ilə 3-cü ostan, mərkəzi Urmiya olmaqla (Qərbi Azərbaycan ostanı ) 4-cü ostan arasında bölüşdürüldü.1938-ci ildə yenidən inzibati bölgü aparıldı. İran ərazisi 17 ostana bölündü. Bu bölgüdə Zəncan Mərkəzi ostana qatıldı. 1940-cı illərdə (h.q.1322-ci il) Saqqız bölgəsi Mahabaddan ayrılıb Sənəndəc şəhristanına (5-ci - Kürdüstan ostanı) birləşdirildi. Daha sonra Saqqız ayrıca bir şəhristan elan olundu, Banə və Sərdəşt Mahabad şəhristanının tabeliyindən çıxarılıb Saqqız şəhristanına qatıldı. Lakin bir müddət sonra göstərilən ərazilərdən yalnız Sərdəşt yenidən 4-cü ostanın (Qərbi Azərbaycan) ərazisində yerləşən Mahabad şəhristanının tərkibinə daxil edildi.1940-cı illərdə daha bir neçə ərazi 4-cü ostandan ayrılıb 5-ci ostanın ərazisinə qatıldı. H.q.1324-cü ildə 4-cü ostana aid olan Bicar şəhristanı öncə bu ostanın tabeliyindən çıxarılaraq birbaşa mərkəzə, h.q.1325-ci ildə isə 5-ci ostana əlavə edildi. Təqribən eyni zamanda Tikab bölgəsi də 4-cü ostana aid Marağa şəhristanından çıxarılaraq 5-ci ostana, Sənəndəc şəhristanına verildi. Lakin bir ay sonra yenidən Marağa şəhristanına birləşdirildi.1950-ci illərdə İranın inzibati ərazi bölgüsü yenidən bir neçə dəfə dəyişdirilərək əvvəl 11, daha sonra isə 14 ostana bölündü. Güney Azərbaycan ərazisi də bir daha bölündü. Onun tərkibinə daxil olan Astara Gilana, Savə Tehrana qatıldı. Ümumiyyətlə, Astara şəhəri İranın bütün XX əsr inzibati bölgü tarixi boyu vaxtaşırı olaraq gah Gilan, gah da Şərqi Azərbaycan ostanına aid edilirdi. 1960-cı ildə İranın inzibati bölgüsündə aparılan dəyişikliklərə görə ostanların rəqəmlərlə adlandırılması aradan qaldırıldı. 3-cü və 4-cü ostanlar Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanları adlandırıldı.1960-1970-ci illərdə yenidən aparılan inzibati-ərazi bölgülərində İran ərazisi 13 ostana, əvvəl 8, daha sonra isə 11 fərmandarlığa (qubernatorluq) və 151 şəhristana bölündü. Həmədan və Zəncan əvvəlcə ayrıca fərmandarlıqlar kimi qəbul olundu. Daha sonra isə (1973-cü il) ayrıca ostanlara çevrildilər. Ərdəbil şəhristanına aid olan Astara şəhəri də ayrıca şəhristana (1968) çevrildi.Rza şah dövründə aparılan bölgü siyasəti yalnız iqtisadi siyasət olmayıb, onun əsas qayəsinin, İranı bir dilli, bir millətli dövlətə çevirmək siyasətinin təzahürü idi. Bu siyasətin başlıca səbəblərindən biri də İranda yaşayan qeyri-fars millətlərin adlarını yerlərdən silmək üçün atılan addım idi. Bunu ostanlara bölgü keçirməklə, bu ostanların adlandırılmasında yeridilən siyasətlə bərabər bu dövrdə yer adlarının dəyişdirilməsi də sübut edir. Bu dəyişikliklərə nümunə olaraq aşağıdakıları göstərmək olar: Makı yaxınlığında yerləşən Ərəb kəndinin adı dəyişdirilərək Poldəşt adlandırıldı. Yenə də Makı yaxınlığında (cənub-qərbində) yerləşən Qaraeyni adlı yaşayış məskəninin adı Siyahçeşme ilə əvəz olundu. Bundan başqa dəmir yolu vağzalları və Urmiya gölü üzərində yerləşən limanların da adlarında dəyişikliklər edildi. Yam dayanacağı "Peyam" ilə, Hülakü dayanacağı "Hərzənd" ilə, Qaragöz dayanacağı "Zal" ilə, Dizəc Xəlil dayanacağı "Dizə" ilə, Ağgünbəd limanının adı "Sefidgonbəd" ilə, Naharxaran limanı isə "Namavəran" ilə əvəz olundu. (1,51)İran İslam Respublikası elan olunduqdan sonra da inzibati ərazi bölgüsündə aparılan dəyişikliklər davam etdi. Ölkə əvvəlcə 24, daha sonra isə 28 ostana bölündü. 1990-cı illərin əvvəllərində Güney Azərbaycan ərazisi əsasən Şərqi Azərbaycan (Ərdəbil, Əhər, Binab, Bostanabad, Təbriz, Xalxal, Sərab, Şəbüstər, Kəleybər, Marağa, Mərənd, Meşkinşəhr, Muğan, Miyanə, Heris, Həştrud, Biləsuvar, Parsabad), Qərbi Azərbaycan (Urmiya, Bukan, Piranşəhr, Tikab, Xoy, Sərdəşt, Salmas, Şahindej, Maku, Mahabad, Miyandab, Nəqdə), Həmədan (Təvisərkan, Kəbudərahəng, Məlayer, Nəhavənd, Həmədan, Əsədabad), Zəncan (Əbhər, Takestan, Xudabəndə, Zəncan, Qəzvin) ostanları arasında bölünmüşdür. (3,5) 1993-cü ildə Ərdəbil ayrıca ostan elan edildi. Daha sonra isə Qəzvin Zəncan ostanından ayrılaraq müstəqil əyalət oldu.İran İslam Respublikası Statistika mərkəzinin 2006-cı ilin hesablamaları üzrə nəşr etdirdiyi "Ərazinin və əhalinin ümumi hesablanmasına" əsasən demək olar ki, ölkə 30 ostan, 336 şəhristan, 889 bəxş, 2400 dehestan, 1012 şəhər, 63904 kiçik yaşayış məskəninə bölünmüşdür.(4,24) Bu bölgüdən 6 ostan, bu ostanlara aid edilən 62 şəhristan Güney Azərbaycanın ərazisinə aid edilir.Şərqi Azərbaycana 19 şəhristan, 24 bəxş, 58 şəhər, 141 dehestan aid edilir. Ostanının ərazisi 45663 km2-dir. 14 şəhristan, 36 bəxş, 141 dehestan, 57 şəhər, 2731-i daimi olmaqla 3091 yaşayış məskəni Qərbi Azərbaycan ostanının payına düşür. (6,52) Ərazisi 37465 km2-dir. Ərdəbil ostanına 10 şəhristan, 27 bəxş, 23 şəhər, 69 dəhestan aid olmaqla 17844 km2 aid edilir. Həmədan ostanı 9 şəhristan və bu şəhristanlara aid olan 25 bəxş, 27şəhər və 73 dəhestandan təşkil olunmuşdur. Ərazisi 19,368 km2-dir. Zəncan 21773 km2 əraziyə malik olub 7 şəhristan, 16 bəxş, 18 şəhər, 46 dehestandan təşkil olunmuşdur. Qəzvin 15567 km2 əraziyə malik olub 5 şəhristan, 19 bəxş, 25 şəhər, 46 dəhestandan təşkil olunmuşdur.(5)Bundan başqa Güney Azərbaycan ərazisinin əsas hissəsini təşkil edən bu altı ostana qonşu olan Gilan, Kürdüstan, Fars və s. ostanlara aid edilən bəzi ərazilər elmi-kütləvi mənbələrdə və ya kütləvi informasiya vasitələrində yayınlanan məqalələrdə azərbaycanlıların kompakt yaşayış yerləri və Güney Azərbaycanın tarixi əraziləri kimi qeyd olunur. Güney Azərbaycanda və ümumiyyətlə İranda yaradılmış tələbə və ziyalı təşkilatlarının nəşr etdirdikləri bir çox buraxılışlarda Güney Azərbaycan ərazisinə aid edilən bu və ya başqa bölgələrdən bəhs edilmişdir. Bu kimi ərazilərə Astara, Savə, Bicar, Qərvə, Şəkərəli, Sonqur kimi vilayətlər daxildir.Son statistik hesablamalardan sonra, 2006-2010-cu illərdə İranda ostanlara bölgü yenidən aparılaraq onların sayı otuz ikiyə çatdırılmışdır. Qərbi Azərbaycan ostanında üç yeni şəhristan - Poldəşt, Çaypara, Şut yaradılmışdır. Son dövrlərdə internet səhifələrində və digər kütləvi informasiya vasitələrində Xoy, Miyandab, Marağa, mərkəzi Mahabad və ya Bukan olmaqla Kordestane Mokri ostanları yaradılması təklifləri irəli sürülür. Xoy şəhəri mərkəz olmaqla Xoy-Sərhəd ostanının yaradılması layihəsi isə artıq nazirlər kabinetinə təqdim olunmuşdur. İİR-in prezidenti Mahmud Əhmədinejad Xoya etdiyi səfərində əhali qarşısında qısa bir zamanda nazirlər kabinetinə Xoy-Sərhəd ostanının yaradılması haqda göstəriş verəcəyi haqqında çıxış etmişdir. (7)Güney Azərbaycanın ərazisindən bəhs edərkən müxtəlif mənbələrdə təqribən eyni coğrafi ərazidən bəhs edilir. Bu haqda aparılmış elmi tədqiqatlar azsaylı olsa da Güney Azərbaycana aid edilən bu va ya başqa ərazilər haqqında məlumatlara rast gəlmək olar. Yuxarıda adı çəkilən mənbələrdən başqa əsərlərdən Ş.Tağıyeva, Ə.Rəhimli və S.Bayramzadənin "Güney Azərbaycan" məlumat kitabını (Bakı,2000) misal göstərmək olar. Bu kitabda Güney Azərbaycan ərazisi inzibati bölgü baxımından aşağıdakı kimi təqdim olunur:1.Şərqi Azərbaycan əyaləti; 2.Qərbi Azərbaycan əyaləti; 3.Ərdəbil əyaləti; 4.Zənqan əyaləti; 5.Həmədan əyaləti; 6.Qəzvin əyaləti; 7.Savə mahalı; 8.Astara şəhristanı (8,66)XX əsrin 20-ci illərindən başlayaraq İranda aparılmış inzibati ərazi bölgüsü prosesini nəzərə alaraq Güney Azərbaycana aid olan bölgələri aşağıdakı kimi qruplaşdırmaq olar:Güney Azərbaycan ərazinə aid edilən əyalətlər (ostanlar): Güney Azərbaycan ərazisi 6 ostana (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Həmədan, Zəncan) bölünmüşdür.Güney Azərbaycan ərazisinə aid edilən əyalətlərdən kənarda qalan bölgələr (şəhristanlar): Müxtəlif dövrlərdə Kürdüstan ostanına aid edilən Bicar və Qərvə, Gilan ostanına aid edilən Astara, Fars ostanına aid edilən Savə mənbələrdə Güney Azərbaycan ərazisi kimi qeyd olunur.Beləliklə, İranın tərkibində Azərbaycanın (Güney) inzibati-ərazi bölgüsü tarixindən aydın olur ki, burada sabit inzibati-ərazi bölgüsü olmamışdır. XX əsrin əvvəllərindən, Pəhləvilər hakimiyyətinin ilk dövrlərindən başlayaraq Güney Azərbaycan ərazisi kiçik inzibati ərazi vahidlərinə bölünmüşdür. Mərkəzi hakimiyyət Güney Azərbaycanın torpaqlarını müxtəlif inzibati-ərazi vahidləri arasında bölməklə etnik konsolidasiyanın qarşısını almağa çalışmışdır.
Mənbə və ədəbiyyat: Fateme Fəridi Məcid. Sərqozəşte təqsimate keşvəri-ye İran (ketabe əvvəl əz 1285 ta 1385). Celde əvvəl. Azərbaycane Şərqi, Azərbaycane Qərbi, Ərdəbil və İsfəhan. Bonyade İranşenasi, 1388Azərbaycan dər əvayele doureye Pəhləvi (bər əsase qozareş-e məhrəmaneye sale 1327 be ərteşe Torkiye). Motərcem doktor T. Məlikzadə Dilməqani. Təbriz: Əxtər, 1387Salname-ye amare keşvər 1371. Şomare-ye mosəlsəle nəşriyyate mərkəze amare İran: 1849. Çap dər çapxaneye mərkəze amare İran, 1372Nətayece təfsili-ye sərşomari-ye omumi-ye nofus-o məskən-1385. Kolle keşvər. Şomare-ye mosəlsəl-e nəşriyyate Mərkəze Amare İran: 4232. Mərkəze Amare İran, 1387Ətlase rahnomayi-ye ostanhaye İran. Enteşarat-e sazman-e coğrafiyayi-ye niruha-ye mosəlləh, 1390Çənlibel. Sal-e əvvəl. Şomare-ye 3, 1383. Azərbaycan öyrəncilər dərgisi. Vijename-ye qərb Azərbaycan.http://ata-khoy.blogfa.com/post-32.aspxŞ.Tağıyeva. Ə.Rəhimli. S.Bayramzadə. Güney Azərbaycan (məlumat kitabı).
Bakı: Orxon, 2000
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024