Heydər Piriyev: Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır

10:00 / 05.11.2018
Baxılıb: 2368

Fətəli xan Xoyski bildirirdi ki, gərək hər bir dövlət daima özünü müdafiə etmək üçün qüvvə hazırlasın.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər PİRİYEV:Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu sərəncam Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü ilə bağlıdır.Ölkə Prezidentinin sərəncamına uyğun olaraq, Cümhuriyyət ili çərçivəsində həm də hərb tariximizdə şərəfli bir səhifə açmış Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təşkilinə başlanmasının 100 illiyi bütün xalqımız tərəfindən böyük sevinclə qeyd edilməkdədir.Bu tarixi gün münasibətilə doğma ordumuzun şəxsi heyətini, bugünkü mərasim iştirakçılarını ürəkdən təbrik edir və hazırda dünyanın ən güclü ordularından olan ordumuza Vətən və dövlət tərəfindən həvalə olunmuş vəzifələrin həllində daha böyük uğurlar arzu edirəm.Bu günlərdə əsasının qoyulmasının 100 illiyini qeyd etdiyimiz Cümhuriyyət ordusu quruculuğu hərb tariximizdə tamamilə yeni bir mərhələni təşkil edir. Çünki bununla yeni bir dövlət sistemində müstəqil və nizami ordunun əsası qoyuldu, zamanın və dövrün ən qabaqcıl hərbi təcrübəsinə əsaslanmaqla güclü və qüdrətli bir ordunun formalaşdırılmasına nail olundu.Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra bu dövlətin hər bir vətəndaşı üçün millət və Vətən anlayışları daha konkret məzmun kəsb etdi və Cümhuriyyət ordusunun formalaşdırılmasında da bu anlayışlar aparıcı mənəvi-ideoloji xəttə çevrildi.Dövrün siyasi, iqtisadi, mənəvi məhrumiyyətlərinə, hərbi sistemin və infrastrukturun olmamasına baxmayaraq, çoxlu sayda zabit və əsgərlərimiz Vətən və millət dəyərləri ətrafında toplaşaraq qısa bir zamanda çox güclü bir ordunun yaranmasına, tarix səhnəsinə qədəm qoymasına nail oldular. Bununla xalqımızın qəhrəmanlıq tarixinə yeni bir şərəfli səhifə yazıldı.Cümhuriyyət ordusunun yaradılması, onun qısa zamandan sonra döyüşkən bir qüvvəyə çevrilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin düzgün siyasətinin uğurlu nəticəsi idi. Cümhuriyyət hökumətinin rəhbərliyi Cümhuriyyət ordusunu müstəqil dövlətin mühüm atributu, müstəqilliyin müdafiəçisi kimi görürdülər. Bu məqamlar Cümhuriyyətin hərbi siyasətinin də mahiyyətini təşkil edirdi.Ölkənin Nazirlər Şurasının sədri, bir müddət hərbi nazir vəzifəsini öz üzərinə götürmüş Fətəli xan Xoyski bildirirdi ki, gərək hər bir dövlət daima özünü müdafiə etmək üçün qüvvə hazırlasın. Gərək bizim həm xarici düşmənlərimizə, həm də istiqlalımıza hücum edənlərə qarşı mübarizə aparacaq bir qüvvəmiz olsun.Belə bir ordunu qurmaq Azərbaycan üçün xeyli mürəkkəb olan hərbi-siyasi şəraitdə aparılmalı oldu. Hərbi Nazirliyin və Azərbaycan Ordusunun təşkilinə rəhbərliyi öz üzərinə götürmüş tam artilleriya generalı Səməd bəy Mehmandarov 1918-ci il noyabrın 7-də imzaladığı 1 nömrəli əmrində ordu quruculuğunun çətin şəraitdə aparılmalı olacağını qeyd edirdi.Səməd bəy Mehmandarov həmin əmrində yazırdı: “Vəzifələrimin icrasına başlarkən mənim görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini yaxşı anlayıram. Ancaq bu iş görülməlidir və Hərbi Nazirliyin qarşısına çıxan bütün çətinlikləri birgə səmimi fəaliyyət və vəzifəyə təmiz münasibət bəsləndiyi halda aradan qaldırmaq mümkündür.Hamını birgə, səmimi fəaliyyətə dəvət etməklə mən bütün səviyyələrdə olan rəislərin diqqətini qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intizamın aşılanmasına, işə məsuliyyət və məhəbbət hisslərinin oyadılmasına, qanun-qaydaya riayət edilməsinə və nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehriban münasibət göstərilməsinə çağırıram”.Bütün çətinliklərə baxmayaraq, ordu quruculuğuna cəlb edilmiş təcrübəli generalların səyləri nəticəsində Azərbaycanın hərb tarixinə son dərəcə qiymətli səhifələr yazıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu əzəmətli işə qiymət verərkən belə deyirdi: “1918-ci ildə Xalq Cümhuriyyəti, Azərbaycanın ilk demokratik hökuməti dövlət quruculuğu işini çox mürəkkəb və çətin bir dövrdə apardığı zaman Silahlı Qüvvələrin yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət vermiş, qayğı göstərmişdir. Xalq Cümhuriyyətinin ikiillik tarixini bu gün vərəqləyərkən ordu quruculuğu sahəsində nə qədər dəyərli işlər gördüyü, doğrudan da, böyük hörmət hissi doğurur”.Cümhuriyyətin ordu quruculuğu sahəsinə bu böyük ehtiramı doğuran başlıca səbəblərdən biri, sözsüz ki, bu ordunu quranların, onun zabit və komandir heyətinin fədakar xidmətləri idi. Milli təfəkkür və müstəqillik istəyi nəticəsində yeni bir milli ordunun formalaşdırılmasına əsaslı zəmin yarandı.Səməd bəy Mehmandarovun və bütünlükdə Cümhuriyyətin Hərbi Nazirliyinin rəhbərliyinin hərb tariximizdə dəyərli xidmətlərindən biri onda idi ki, onlar öz ətrafına Vətənin və millətin maraqlarını digər bütün maraqlardan üstün tutan generalları və zabitləri toplayaraq onların gücünü müstəqil Azərbaycan üçün gərəkli olan milli ordunun formalaşmasına səfərbər edə bildilər.Cümhuriyyət ordusunun yaradılmasında çox böyük rolu olan general Əlağa Şıxlinski də hərbi nazir adından imzaladığı əmrlərdən birində yazırdı: “Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, Vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır”.Belə qüvvələrin əsasını təşkil edən tam artilleriya generalları Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin, general-leytenant Məmməd bəy Sulkeviçin, general-mayor Həbib bəy Səlimovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general-mayor Cavad bəy Şıxlinskinin, general-mayor Həmid bəy Qaytabaşının, general-mayor Məmməd Mirzə Qacarın və digərlərinin adları qızıl hərflərlə hərb tariximizə yazılmışdır.Məhz belə generalların və zabitlərin rəhbərliyi altında milli dəyərlərə əsaslanan və Azərbaycanın müstəqilliyinə sədaqətli olan yeni bir ordu formalaşdırıldı, bu ordunun milli kadrlarının hazırlanmasında ciddi bir baza yaradıldı və bu bazadan səmərəli şəkildə istifadə edildi, Azərbaycanda yeni hərbi infrastrukturanın əsası qoyuldu, çağırış və səfərbərlik sistemi quruldu.Cümhuriyyət ordusu quruculuğunun uğurunu şərtləndirən amillərdən biri də ordu ilə xalq birliyinin yaradılması, xalqın milli-mənəvi dəyərlərinin ordu daxilinə gətirilməsi idi.Səməd bəy Mehmandarov hərbi nazir vəzifəsinə təyin edilən gün Azərbaycan xalqına müraciət etdi, bütün xalqı ölkə maraqlarının müdafiəsi üçün yaradılmış ordunun qurulmasında yaxından iştirak etməyə çağırdı. S.Mehmandarov şübhə etmirdi ki, xalqın doğma və yaradıcı münasibəti olmasa, Cümhuriyyət ordusunu təşkil etmək asan olmayacaqdır.Xalq-ordu, ordu-dövlət münasibətlərinin düzgün qurulması və əlaqələndirilməsi Cümhuriyyətin ordu quruculuğunun uğurunun əsas amilidir və bu ordu Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğrulda bildi. Cümhuriyyət ordusunun qoruduğu sərhədlər müasir Azərbaycan dövlətinin də sərhədlərinin əsasını təşkil edir.Cümhuriyyət ordusundan bizə miras qalan yalnız sərhədlərimiz deyildir. Azərbaycanın müstəqilliyinə sədaqət, tapşırılan vəzifələrin icrasına fədakar münasibət, əsgər və zabit zəhmətinə yüksək ehtiram, mənəvi saflıq, sonsuz vətənpərvərlik Cümhuriyyət ordusunun bu gün də aktual olan dəyərləridir.1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, bu dövlətin ordusundan miras qalan keyfiyyətlər milli hərbi ənənəyə çevrildi. Sovet hakimiyyəti illərində azərbaycanlılar arasında hərb işinin tarixini təhlil edərkən ulu öndər Heydər Əliyev də məhz bu keyfiyyətlərin bir xətt kimi davam etdiyini qeyd edirdi. Ulu Öndərin fikrincə, məhz bu ənənələrin yaradıcı şəkildə inkişaf etdirilməsi Sovet hakimiyyəti illərində, Böyük Vətən müharibəsi illərində azərbaycanlı hərbçilər tərəfindən sonsuz sayda qəhrəmanlıq nümunələrinin göstərilməsinə yol açmışdı.Cümhuriyyət ordusu quruculuğunun tarixi təcrübəsinə yüksək qiymət verilməsinin nəticəsi idi ki, ulu öndər Heydər Əliyevin qərarı ilə Cümhuriyyət ordusu ilə müasir ordumuz arasında bir tarixi və mənəvi bağlılıq yaradıldı.Böyük tarixi şəxsiyyətin 22 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Ordusunun yaranma tarixi 1918-ci il iyunun 26-dan – Əlahiddə Azərbaycan korpusunun təşkil edildiyi gündən götürüldü.Ulu öndər Heydər Əliyev həm də Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdı, müasir, müstəqil ordumuzun əsasını qoydu, Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildi. Müasir Azərbaycan Ordusunun formalaşmasının başlanğıcı kimi qəbul edilən 1993-cü il noyabrın 2-də Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına müraciətində də Cümhuriyyət ordusunun ən yaxşı təcrübəsinin izlərini görmək mümkündür.Ordu-dövlət münasibətlərinin, xalqın gücünün ordu quruculuğuna səfərbər olunmasının, dünya təcrübəsinə istinad edilməsinin yeni şəraitdə inkişafının, onların tətbiqi mexanizminin müəyyənləşdirilməsi ordu quruculuğu sahəsində tarixi təcrübə ilə mövcud reallıqların Heydər Əliyev tərəfindən məharətlə əlaqələndirilməsi Azərbaycanda keyfiyyətcə yeni bir ordunun meydana gəlməsinə yol açdı.Cümhuriyyət ordusundan başlanan tarixi təcrübəni dəqiqliklə dəyərləndirməklə Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğunun mükəmməl bir siyasəti hazırlanmış və onun uğurlu tətbiqi nəticəsində tarixi ənənələrə, Azərbaycan xalqının istəyinə və ehtiramına layiq olan bir ordu formalaşdırılmışdır.Ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində müəyyənləşdirilmiş siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yeni reallıqlara və imkanlara uyğun olaraq yaradıcı şəkildə həyata keçirilməsi Azərbaycan Ordusunu keyfiyyətcə daha yeni bir səviyyəyə qaldırmışdır.Respublika Prezidentinin gündəlik qayğısı nəticəsində son illər ərzində ordunun texniki təchizatında çox güclü bir sıçrayış olmuş, ordunun maddi-texniki təminatı ən yüksək səviyyədə həll edilmişdir. Hərbi büdcənin ildən-ilə yaxşılaşdırılması ordunun infrastrukturunun, yeni-yeni təlim mərkəzlərinin, hərbi şəhərciklərin, sosial obyektlərin yaradılmasına imkan vermişdir.Döyüş hazırlığı planlarının daim təkmilləşdirilməsi, bu prosesdə dünya təcrübəsinə diqqətin artırılması, ardıcıllığın saxlanması Azərbaycan Ordusunun döyüş qabiliyyətini də xeyli artırmışdır. Qeyd edildiyi kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna respublika rəhbərliyinin gündəlik diqqətinin və qayğısının nəticəsidir.Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yeni və daha yüksək səviyyəyə qalxmasını ordu hissələrinin 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısının alınmasında göstərdiyi nəticələr də bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu nəticələri yüksək qiymətləndirmiş və onları Azərbaycan Ordusunun tarixində parlaq səhifə kimi dəyərləndirmişdir.Bu gün Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Şübhə etmirik ki, Cümhuriyyət ordusunun ən yaxşı ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Ordusu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir.

az.azeridefence.com


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər