TANRI MİSKİNİ –HAQQ CARÇIS

13:08 / 30.10.2018
Baxılıb: 5838

Miskin Abdalın yaradıcılığının, bütövlükdə, sufizm epoxası
konteksində araşdırılması isə öncə onunla şərtlənir ki, hər bir
dövrün insanı mütləq öz fəaliyyətində hakim dünyagörüşün
diktəsi altında olur.

 

Türkün mənəvi-əxlaqi, dini-ruhani, elmi-irfani, ədəbi-ictimai,
sosial-mədəni dəyərlərinin mürəkkəb sintetik vəhdətinin
ən optimal reallaşma faktı kimi Miskin Abdal şəxsiyyəti nadir
simalardandır. Beş əsrdən artıqdır ki, onun mənəvi dünyasından
gələn tükənməz enerji bir qaynaq olaraq özündən sonrakı
dövrlərin ədəbi mühitini həyat işığı, ilahi eşq fəlsəfəsi və
coşгun könül tərənnümləri ilə qidanlandırıb; sufi aşıq olaraq
sazın funksional imkanlarından da maksimum istifadə etməklə
Məhəbbətin Eşqə, Təmizliyin Saflığa, Ehtizazın Ekstaza,
İdrakın Vəhyə çatmasını, Kamilliyin Həqiqətə çevrilməsini öz
müdrik şəxsiyyətində və zəngin yaradıcılığında mükəmməl
şəkildə təqdim edə bilib. Bu böyük şəxsiyyətin həyatı, fəaliyyəti,
xüsusilə, ədəbi yaradıcılığı və sənətkarlığı demək olar ki,
öyrənilməyib. Miskin Abdalla bağlı elmi araşdırmaların məhdudluğunu
da nəzərə almaqla sözügedən şəxsiyyətin və onun
çoxistiqamətli fəaliyyətinin aşağıdakı kontekstlərdə öyrənilməsi
vacibdir:
1. Miskin Abdalın şəxsiyyəti;
2. Miskin Abdalın sosial statusu;
3. Miskin Abdalın sufi statusu;
4. Miskin Abdalın sənətkarlıq fəaliyyəti;
5. Miskin Abdalın siyasi fəaliyyəti.
Miskin Abdalın yaradıcılığının, bütövlükdə, sufizm epoxası
konteksində araşdırılması isə öncə onunla şərtlənir ki, hər bir
dövrün insanı mütləq öz fəaliyyətində hakim dünyagörüşün
diktəsi altında olur. Ədəbi yaradıcılıq da birbaşa dünyagörüşlə bağlı hadisədir. Həmin dövrün (XV-XVI əsrlər) hakim dünyagörüşü
ortodoksal islamın və sufizmin əsas müddəaları və
təməl prinsipləri ilə şərtlənir.
İslamın əsas müddəası – ’’Allahdan başqa allah yoxdur”
(La ilahə illəllah) bütün müsəlman arealında dominant tezis
««Təsəvvüf – sufilik hər bir yüksək xasiyyətə yiyələnmək, hər bir
naqislikdən uzaqlıqdır» (Əbu Mühəmməd Cəriri).
Təsəvvüf sürəkli şəkildə Allaha ehtiyac və bu ehtiyacı ödəmək hissi
və yoludur. Təsəvvüf yolunda birinci mərhələ elm, ikinci mərhələ əmək,
üçüncü mərhələ ilahi vergidir. Elm muradı aşkar edir, əmək tələbi müəyyənləşdirir,
ilahi vergi isə ümid qayəsinə çatdırır. ’’Dünya ilahi vücudu
əks etdirən güzgüdür, dünya zahiri cəhətdir. Həqiqətə çatmaq üçün zahiri
cəhətdən üz döndərib, şəxsən mövcudluqdan xilas olmaq lazımdır. Sufilərə
xas olan vəcdə gəlmək meyllərinin məntiqi inkişafı belədir”.
Sufi yolu – Ali həqiqət axtarışı yoludur. O, bu yolu başa çatanda özü
olur, müstəqil olur. Yəni onun məqsədi əslində özünə çatmaq, özünə qovuşmaqdır.
Materializmcə, dünya göründüyündən artıq deyil. Dünya dünyayla
məhduddur, bəsitdir. İdealizmcə, dünya dərk olunduqca böyüyür, ülviləşir,
müqəddəsləşir. Dünya dünyadan kənara çıxır. Sufi təfəkkürü mateialist
dünyasından doğan idealist dünya mənasını, yəni Ağılla Ruhun
qovuşuğunu təsdiqləyir. Əslində, dünyanın mahiyyətini dərk etməyincə,
idrakın sonuncu mərhələsinə – Haqqa yetişmək mərhələsinə çatmaq olmaz.
Bu məqamda dərk olunmuş dünyanın mənasının özündən böyüklüyü
görünür və Haqqa yetişdə Ali Vəcd, Ali Ehtizaz, İlahi Vəhy iqtidarına
sahib olunur.
Sufi fəlsəfəsi insan aqibətini şərh, təhlil və təyin edən müdriklikdir. Bu
fəlsəfi cərəyan təkcə araşdırılmalı deyil, inkişaf etdirilməlidir. Bu təfəkkür
insanı fasiləsiz olaraq İdeala – Haqqa yaxınlaşdırır. Ruh dünyaya sığmır,
dünyadan yüksəkdə dayanıb, onun mənasından danışır. Bu fəlsəfədə
Haqq arzu olunanın, istənilənin Ali Təzahürüdür.
Təsəvvüf 4 mərhələdə, 40 məqamda Məqsədə gedən yoldur:
1. Şəriət;
2. Təriqət;
3. Mərifət;
4. Həqiqət

Birinci mərhələdə din tərəfindən qəbul edilmiş qanun və vəzifələr yerinə
yetirilir. İnsan bu mərhələ iiə özünü nizamsızlıqdan qurtarır.
Əslində şəriətin müəyyən dərəcədə gətirdiyi xof – əqlin xilafınadır. O,
hər şeyin səthini duydurur. Şəriət özü insanı zahiri davranış vasitəsi ilə
Allaha sevdirən bir yol kimi – mistik xəyalpərvərlik, ekstaz və vəcd vasitəsi
ilə Allaha yaxınlaşdıran digər yolun – Təriqətin on mərhələsi deyil,
əksidir, qarşıduranıdır. Şəriətin şərtləri – iman, elm, namaz, zəkat, oruc,
həcc, cahad, sünnət, şəfqət, heyz və cinsi əlaqələrin haramlığı, naqislikdən
xeyir əmələ yetməkdir və s.
Bəktaşilik təriqətinin ideoloqu – orden başçısı Hacı Bəktaşi Vəli, qulun
Tanrıya yetişdiyi qırx məqamı bu cür sistemləşdirmişdir.
İkinci mərhələ sufizmin əsas, mənəvi cəhətdən artma, daxili özüylə
döyüş mərhələsidir. Təriqət yol deməkdir. Yolun uzunluğu təsəvvüf yolçusunun
öz qüdrətindən asılıdır. Təriqət hallar və məqamlar silsiləsində
bütövləşir.
Məqam – kamillik mərtəbəsidir.
Hal – hər bir məqamı, mərtəbəni tamamlayan, yolçunu yeni məqamlara
hazırlayan və nəhayət, Haqqa qovuşduran ilahi vergidir. Hal qəfil gəlir,
ani olur. Məqam sabitdir, tam psixoloji vəziyyətdir.
Özünəhesabat, özünənəzarət və daxili müşahidə – hal və məqamlardır.
Sührəverdiyə görə, hər hansı bir halın məqama çevrilmək imkanı var.
İlahi vergilər tükənməzdir, məhdudluq yalnız onun hər bəndə tərəfindən
qavranılmasıdır. Sufi o qədər kamilləşməlidir ki, sağkən təlqin və hallarla
öz Ruhunu öz cismindən çıxarmağı bacarsın!
Təriqət – təmizlənmələr, təblər, vəhylər silsiləsidir. Sufi mütəfəkkir
Əl-Qəzalı deyirdi: ’’Şəriətə hamı əməl edə bilər. Əsl çətin yol təriqətdir.
İnsan öz nəfsini paklaşdırdıqdan sonra yeni bir məqama qədəm qoyur –
sidq və səmimiyyət zirvəsinə yüksəlir.
Təriqətin şərtləri – bəd əməllərə tövbə, mürid olmaq, təraş və sufilərə
xas birçək, geyim – xirqə, nəfssizlik, məqam sahibi, məhəbbət sahibi olmaq,
eşq, şövq, səfa, fakirlik yiyəsi omaq, dərviş geyimləri – səccadə,
təsbeh, iynə, əsa və s. özündə gəzdirmək, ümid etmək, paklanmaq və
sаirdir.
Bu mistik yolda sufilərin özünü təhsili – hücrə mehrab üsulu əvəzsizdir.
Özünütəhsil fərdi proses olmalıdır. Zahiri təhsil ixtisasçılığa xidmət
edir. Heç bir məktəb İnam, İdrak, Mənəviyyat, İradə vermir. Özünütəhsil,
özüylə döyüş əsl Kamil İnsan yaradır. Sufizm təriqətində İnsan şəraitdən
güclüdür. Ən pis şəraitdə ən yaxşı İnsan olmaq olar. Özüylədöyüşün son
nəticəsi Saflıq gətirir. Əsl sufinin Mahiyyəti Təzahürünə bərabər olmalı, mənəviyyatı Əməllərində zöhr etməlidir. Sufilər yaradıcılığı mövcudluğa
bərabər olanlardır. Şah Xətai kimi! Şeyx Şamil kimi!
Təriqət yolçusu şəhvətin cismani nəşəsevərliyindən xilas olmalıdır.
Eşqi ülviləşdirib cismanilikdən çıxarmalıdır. Eşqin İlahi mahiyyəti onu
sarsıtmalıdır. Gözəlliyi ilahiliyin cismani təzahürü kimi müqəddəs saymalıdır
(Nəsimi Aşiqliyi ilə Vaqif şəhvaniliyi hüdudsuz ayrılıq təşkil edir. Çünki,
Nəsimi sufi-hürufidir!) Gözəlin köynəyinə Kəbə örtüyü kimi səcdəyə
duran Ələsgər bu Eşqin abdalı, quludur. Təriqət yolçusu gözün gördüyü
zahiri gözəllikdə, idrakın sevdiyi daxili gözəlliyin vəhdətini axtarmalıdır.
Üçüncü təsəvvüf mərhələsi mərifət adlanır. Nadan şərçilər sufilərin
hadisəyə passiv, hərəkətsiz münasibətini, bütün ümidləri taleyə, təvəkkülə
bağladıqlarını bildirir, sufizm yolçularını fatalist, mütləq zərurəti Allaha
bağlayan, ’’bəlaya aşiq olan” fanatiklər, dəlilər adlandırırlar. Dayazlar,
mahiyyətsizlər, – kamil sevgini, kamil təfəkkürü olanları, ’’mərifət elmindən
dolu” olanları dəli – məcnun adlandırırlar. Füzuli deyir:
Eylə sərməstəm ki, idrak etməzəm dünya nədir?
Mən kiməm, saqi olan kimdir, meyi-səbha nədir?
Ağlın, idrakın bu ucalığında onun anlayıb-bilmədiyi şeylər həmin xırdalar,
xəbərsizlər, nadanlar, mərifətsizlərdir. Füzuli öz məcnunluğuyla
dayazlıqları rədd eləyir. İnsanda fikri qüvvə yoxsa, təhlil, tədqiq haradan
olsun? Müdrikliyi, müdrik kəlamı pisləyən adam üzürlüdür, neynəsin,
anlamır, ona qaranlıq görünən hər şeyi pisləyir. Mahiyyəti tam Təzahürə
çevirmək istəyən Sufi, mühitə – həyatlaşmağa uyğunlaşmaya meylli olan
mühitə qarşı durmalı, bu mühitdən imtina etməlidir. Mərifət məqamları
daxili təkan və bu mübarizədə qüdrət və iradə tərbiyə edir.
Mərifət məqamlarında Sufi daxilindəki miskinliklə, zəlilliklə, köləliklə
döyüşüb Tanrı miskininə, Tanrı quluna, İlahi Eşq xəstəsinə çevrilir.
Özünü dərk edən Sufi deyir: ”Mən dünyaya yeyib-içməyə, nəsil artırmağa,
ölməyə gəlməmişəm. Mən mənim dünyamı dərk edib, Ali İnsani
Kamilliyə çatıb, sonsuz olmağa, müqəddəsləşməyə – Aqibətim deyirəm.
Mərifət mərhələsi ilahi güc və bilik verir.
Sonuncu – 4-cü mərhələdə təsəvvüf yolçusu Ucalar Ucası qarşısında
zərrəyə döndüyünü və bu Ucalığın bir zərrəsi olduğunu dərk edir, sirlər
onun qarşısında pünhanlığını itirir, kamilliyə-pirliyə yetişən sufi ’’mülk
sahibinin ətəyinə üz qoyur”, işıqlanır, nur saçır, vəhylər, ehtizazlar, vəcdlər
içində Bəxtiyarlığa və Sonsuzluğa qovuşur. O, İlahi Eşqinə minacatlar
deyir. İlham bədahətən, fasiləsiz çuğlayır onu. Bu, Həqiqətə qovuşma
mərhələsinin möcüzələridir.

kimi qəbul olunur. Sufi redaksiyası isə Тanrıya (Аllaha) münasibəti
”Allahdan başqa heç nə yoxdur” müddəasında ifadə
edərək, hər şeyin Оndan yarandığını və hər şeyin Оna
dönəcəyini (İnna lillahi və inna ileyhi raciun), məhz, ’’Qurani
Kərim”in özündən çıxış etməklə din üzərində, onun əsasında
fəlsəfə yaratdı. Bu fəlsəfəyə görə, Tanrıya qovuşmaq,
(Vəhdəti-vücud) onda ərimək (fənafillah), mürəkkəb vəhdətin
– tamın üzvi hissəsinə çevrilmək üçün ürfani davranışların
xüsusi funksional modelləri, təlimləri və qaydaları vardır. Sufi
kontekstində ’’miskinlik və аbdallıq” da xüsusi ruhani davranış
kateqoriyaları kimi çıxış edir. Bu kateqoriyaların bir şəxsiyyəti
ad səviyyəsində simvollaşdırması iki kateqorial istilahın bir
şəxsiyyətə rəmzləşdirməsi (iki kateqorial terminin bir şəxsiyyətə
aid olması) o deməkdir ki, həmin kateqoriyaların (’’miskinliyin”
və ’’abdallığın”) həm sosial kontekstdə, həm də mətn
kontekstində xüsusi differensial funksional semantikası vardır.
Funksional semantika iyerarxiya təşkil etmir. Yəni ’’miskinliyin”
və ’’abdallığın” işarələdiyi anlayış, məna, bir-birini əvəz edə
biləcək vahidlərin münasibəti (paradiqmatik münasibət) səviyyəsində
deyildir. Əksinə, onlar arasında ardıcıllıq (sintaqmatik
münasibət), səbəb-nəticə (determinativ) əlaqəsi vardır. ’’Fənafillah”
səviyyəsinə yüksələn, ali məqama yetişən Miskin Abdal
Tanrı həqiqətini anlamaq yolunda ’’miskinləşmiş”, ’’qullaşmış”,
’’zəlilləşmiş”, haqq carçısına çevrilərək ’’Abdal” adını almışdı.


(Hüsеyn İsmаyılоv, «Miskin Abdal” kitabı – Bакı, 2001)
Xirqə geyinmiş, adi insani tələblərdən belə, rifahından, dünyəvi həzzlərdən
imtina edən təriqətçinin özündən keçməsi – özündən yüksəkdə
zühur etməsinə gətirib çıxarır. O, özündən kənardakına can ataraq, özünü
cismani əzablara salır və bu əzablar – ’’bəlayi eşq” ona həzz verir. Haqq
Aşiqinin istedadı, fədakarlığı, əzab və işgəncəyə tab gətirməkdir. Göysevər
Aşiqin Həqiqəti – О, göylər Sahibinə qovuşmaqdır.» (Hacı Bəktaşı
Vəli ’’Məqalət”, Ankara, 1990. Z.C.Məmmədov «Azərbaycanda XI-XIII əsrlərdə
fəlsəfi fikir”, Bakı 1978).

Tofiq Hüseynzadə "Səfəvilərin böyük övliyası-Miskin ABDAL" kitabından


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər