ŞAİR MƏMMƏDHÜSEYN HAQQINDA MARAQLI TƏDQİQAT ƏSƏRİ

20:00 / 20.11.2018
Baxılıb: 4676

Bu günlərdə XIX əsr Göyçə aşıq məktəbinin görkəmli nümayəndələrindən el şairi, adı Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Alçalı Məhərrəm, Şişqayalı Şair Aydın,  Hacı Əliş Ağa, Mirzə Bəylər, Şair Kazım və başqa görkəmli el sənəkarları ilə bir sırada çəkilən Daşkəndli şair, bir neçə saz havasının müəllifi qüdrətli söz ustası Məmmədhüseynin şeirləri  “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatla “Nur çeşməsi” adlı kitabı işıq üzü  görmüşdür. Kitabı toplayıb tərtib edən və “Ön soz”ün müəllifi Səyyad Şairov, redaktoru tədqiqatçı Araz Yaquboğludur.

Kitabda şairin 24 gəraylısı, 102 qoşması, 35 qoşma təcnisi, 7 cığalı təcnisi, 15 divani və 4 müxəmməsi – cəmi 189 şeiri, müasirləri Çoban və Axund Əsgərlə deyişmələri, şeirlərinə yazılmış nəzirələr, eləcə də ayrı ayrı vaxtlarda şairin həyat və yaradıcılığı haqqında dövrü mətbuatda işıq üzü görən materiallar öz əksini tapmış, “Nur çeşməsi”ndə yenidən işlənmiş və təkmilləşdirilmişdir.

Aydın məsələdir  ki, XIX əsr Göyçə aşıq poeziyasının inkişafında intibah mərhələsi kimi götürülmüşdür. Lakin A.Fikrətqızının qeyd etdiyi kimi “tədqiqatçılar Aşıq Ələsgər fenomeninə və onunla bağlı sənətkarlara, məsələn, onun ustadı Aşıq Alıya, Alının müəllimi (?) ustadı Ağ Aşığa daha daha çox diqqət verdikləri üçün Ələsgərlə bir dövrdə yaşayıb-yaratmış... el şairlərinin yaradıcılığı diqqətdən kənarda qalmışdır.” Belə ki, Aşıq Ələsgər fenomeni Azərbaycan aşıq sənəti və poeziyasınin simvoluna çevrildiyi halda həmin dövrdə yaşayan, geniş xalq kütlələri tərəfindən hörmət və ehtiramla qarşılanan, sazı və sözü ilə yaddaşlara köçən, şeirləri dillər əzbərinə çevrilən çox sayda şair və aşıqlar, neçə-neçə el sənətkarları nəzərdən kənarda qalmışdır. Lakin folklorşünas Əhliman Axundov  göstərir ki, “...Məmmədhüseyn özündən sonra gələn aşıqlara müəyyən dərəcədə təsir bağışlamışdır. Hətta aşıq şeirinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin üzərində də onun təsiri hiss olunur. Şair Məmmədüseyni bir söz ustadı kimi Ələsgər, Alı, Növrəs İman, Hüseyn Bozalqanlı kimi sənətkar aşıqlar çox qiymətləndirmişlər”. “Nur çeşməsi” Məmmədhüseynin əvvəllər nəşr olunmuş digər kitablarından bir çox fərqli cəhətləri ilə seçilir:

1) Bu kitabda əvvəlkilərdən fərqli olaraq şairin daha çox şeirləri verilmişdir;

2) Doğum və ölüm tarixlərinə aydınlıq gətirilməsi;

3) Şair Məmmədhüseyn haqqında folklorşünas alimlərin, şair və yazıçıların, müəllim və digər peşə sahiblərinin ayrı-ayrı illərdə dövrü mətbuatda nəşr etdirdikləri məqalə və yazılar;

4) Şairin indiyə qədər nəşr olunmamış əsərləri;

5) Haqqında yaradılmış iki dastan;

6) Bir neçə mübahisəli şeirinə aydınlıq gətirilməsi;

Mən sonuncu bənddə əks olunan məsələ ilə bağlı fikirlərimi oxucularla bölüşmək istərdim. Bu baxımdan tədqiqatçı Araz Yaquboğlunun “Dərdli Cavada cavab” məqaləsi daha çox maraq doğurur. Müəllif haqlı olaraq Məmmədhüseynin “Xəbər al deyim” şeirinin  yanlış olaraq Qobustanlı Qaraya aid edilməsinə heç bir lüzum görmür. Faktlarla həmin şeirin məhz Şair Məmmədhüseynə  aid olduğunu sübuta yetirir və yazır: “Hörmətli Dərdli Cavad və professor Seyfəddin Qəniyev. Xahiş edirəm ki, sizə təqdim etdiyim 1936 və 1943-cü ilə aid əlyazmaya qarşı siz də əlyazma təqdim edəsiniz. Təqdim etdiyim mənbələr qarşısında acizsinizsə, sözünüz yoxdursa... səhvinizi etiraf edib, haqq şairinin haqqını özünə qaytarmaq üçün yazılı şəkildə mətbuat vasitəsi oxuculara məlumat verərdiniz”. “Daşkəndli şair Məmmədhüseyn” adlı yazısında isə şairin ölüm tarixinin dəyişdirilməsinə çalışır. Onun 1884-cü ildə deyil, məhz 1880-ci ildə ilan çalması nəticəsində vəfat etdiyini söyləyir.

Sovetlər dönəmində şairin dini şeirlərinin bir çoxunun təhrif edilməsini, həmin şeirlərin əldə olan əsl variantı ilə müqayisəli şəkildə verilməsi də kitab tərtibçilərinin nəzərindən qaçmamışdır. M. Sadiq  Sənan “Xəbər al deyim” şeirinin Aşıq Abbas Tufarqanlıya məxsusluğu haqqında fikir söyləyirsə, kitab tərtibçiləri həmin şeiri kitaba daxil etməklə sanki Məmmədhüseyn və Aşıq Abbas   Tufarqanlı şeirlərinin dil və üslub xüsusiyyətlərini oxucu mühakiməsinə verir. Fikir söyləyərkən istinad nöqtəsi kimi H.İsmayılov, M.Qasımlı, M.Allahmanlı, şair, tarixçi İ.Əsədov, Ə.Axundov, İ.Ələsgər, Q.Namazov, S.Paşayev, H.Əlizadə, A.Fikrətqızı, N.Əhmədli və başqalarının şair haqqında dövrü mətbuatda və ayrı-ayrı kitablarda dərc olunmuş məqalələrindən yaradıcı şəkildə istifadə etməklə öz mülahizə və düşüncələrini əsaslandırmağa çalışırar.   

  “Nur çeşməsi” kitabının diqqətçəkən məziyyətlərindən biri də Şair Məmmədhüseynin portretinin əldə olunub  üz qabığında nəşr olunub və sonda “Şair Məmmədhüseynin nəsil şəcərəsi” – Şairlilər haqqında geniş məlumat verilməsidir. İnanırıq ki, 368 səhifədən ibarət olan bu kitab Məmmədhüseynsevərlərə ən gözəl töhfə olacaq və onların stolüstü kitabına çevriləcəkdir.         

   Mütəllim   HƏSƏNOV,

    AJB-nin üzvü

 


Etiket: Məmmədhüseyn
Xəbərlər

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026

Ayrı salınmış xalqın yaralarına əlac edən həkim

28.12.2025

“Vedibasar mahalı” filminin təqdimatı keçirilib

27.12.2025

Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı

27.12.2025

XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM

27.12.2025

Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb

22.12.2025

“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”

22.12.2025

Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

17.12.2025

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

17.12.2025

Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.

16.12.2025

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

12.12.2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub

10.12.2025

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

10.12.2025

Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

05.12.2025

Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı

05.12.2025

TƏŞƏKKÜRNAMƏ

05.12.2025

Laçınım, Laçınım, gözəl Laçınım!..

02.12.2025

Rüstəm Dastanoğlu – 65

02.12.2025

Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
 

30.11.2025

İkisindən iki... Mənim Dədəm 33+

29.11.2025

Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.

19.11.2025

İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış

13.11.2025

“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.

30.10.2025

Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

14.10.2025

"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası

23.09.2025

“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.

22.07.2025

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025
Bütün xəbərlər