Deportasiyalar, xronika... 2-ci hissə

21:40 / 16.12.2018
Baxılıb: 1846

 

1947-1953-CÜ İLLƏR DEPORTASiYASI


1947-ci il 27 dekabr- SSRİ Nazirlər Soveti « Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında » 4083 №-li qərar qəbul edir. Bu qərara əsasən 1948-1950-ci illərdə « könüllülük prinsipi əsasında » Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməli idi. 1948-ci il 2 fevral- Azərbaycan SSR Nazirlər Soveti müvafiq qərar qəbul edir. Bu qərara əsasən 1948-ci ildə Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı. 1948-ci il 10 mart- SSRİ Nazirlər Soveti 4083 №-li qərara əlavə olaraq « Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında 754 №-li qərar qəbul edir. 1948-ci il- Ermənistandan Azərbaycana 6298 ailə (24631 nəfər) köçürülmüşdür. 1949-cu il 21 sentyabr- vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il üçün köçürülmə planını 10 min nəfərə endirsin.

1949-cu il- Ermənistandan 12306 ailə (54373 nəfər) köçürülür. Köçürülənlər əsasən Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir. 1950-ci il 19 sentyabr Ermənistan SSR Ali Sovetinin fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən – Tumanyan, Hamamlı – Spitak, Ortakilsə – Maisyan, Tomardaş – Vardakar, Arpaçay – Axuryan, Buğdaşen – Baqravan, Qaraqula – Gedap, Ələyəz – Araqats, Boğudlu – Arteni, Qaraburun – Qarmraşen, Qamışlı – Sovetaşen, Uluxanlı – Masis, İmanşahlı – Mxçyan, Qəmərli – Artaşat, Şirazlı – Ayqavan.

1951-ci ilin əvvəlləri- köçürülən əhalinin bir hissəsi məcbur olub Ermənistana  boşaldılmış kəndlərə qayıdırlar. 1951-ci il 19 mart Dilican rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilir.

1951-ci il- Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına köçürülməsi planlaşdırılır. 1952-ci il- Azərbaycan SSR Nazirlər Sovetinin köçürmə planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi nəzərdə tutulur və ilin axırında bu plan 124,6 faiz yerinə yetirilir. 1953-cü il İ.Stalinin ölümündən sonra köçürmə dayandırılır və əhalinin geriyə qayıtma prossesi sürətlənir.

1988-1989-CU İLLƏR DEPORTASIYASI

1988-ci il 19 fevral- İrəvanda kütləvi mitinqlər başlanır. 1988-ci il 20 fevral- DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul edir. 1988-ci il- respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq onların Ermənistandan deportasiya edilməsinə başlayır. 1988-ci il 25 mart “ Qarabağ ” komitəsinin fəaliyyəti Ermənistan SSR Konstitusiyasına və mövcud qanunvericiyə zidd olduğuna görə respublikanın Ali Soveti həmin komitəni qeyri-qanuni hesab edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır.

1988-ci il 15 iyun Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razılıq verilir. 1988-ci il 15 iyun- Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır. 1988-ci il 18 iyul-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV-i haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab edildikdən sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başlayırlar.

1988-ci il noyabrın ortaları- Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirir. 17 noyabr-Bakıda “ Azadlıq ” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilir. 27 noyabr -Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan edir. 1988-ci il 1 dekabr ayınadək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilirlər. 1988-ci il 6 dekabr- demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, Sov. İKP MK və SSRİ Nazirlər Soveti “ Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında ” qərar qəbul edir. 1988-ci il 15 dekabr Ermənistan rəhbərliyi özünü “ sığorta ” edərək azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 rəhbər işçini partiya sıralarından kənar edir, (daha dəqiq desək, bir vəzifədən başqa vəzifəyə dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi verir.

1989-cu il 4 yanvar Ermənistan rəhbərliyinin “ xahişi ” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət edir. 1989-cu il 1 dekabr Ermənistan Ali Sovetinin DQMV-ni Ermənistana birləşdirilməsi haqqındakı qərarlardan sonra azərbaycanlıların Muxtar Vilayət ərazisindən nə yolla olursa-olsun çıxarılması prosesi daha da güclənir.

1988-89-cu illər- Moskvanın ermənilərə arxa durması nəticəsində indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldılır. 1990-cı il 9 avqust Azərbaycan Respublikası Ali Soveti SSRİ Prokurorluğuna 05-1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda milli münaqişələr zəminində həlak olmuş azərbaycanlılar haqqında məlumat verməyi xahiş edir.

2- 15 dekabr- Ermənistandan daimi yaşayış yerlərinə (yəni Azərbaycana) 2300 nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 1100 nəfər, Şamaxıya 315 nəfər, Zaqatalaya 110, Şamxora 54 nəfər. 1991-ci 9 aprel Ermənistan Respublikası Ali Sovetinin fərmanı ilə 90 türk mənşəli məskənlərinin adları dəyişdirilir


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər