Muhamməd bin Əli Şəmsəddin Təbrizi (Şəms Təbrizi) – Azərbaycanın böyük sufi şairi və dərvişi.
Güney Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur (doğum və vəfat tarixi bilinmir).
Şəms Təbrizi ilk təhsilini Təbrizdə almışdır. Hələ cavan ikən o mənəvi hallara, üstün dərəcələrə və məqama çatmışdır.
Mövlanə Cəlaləddin Muhamməd Rumi - Bəlxinin bir mərifət sahibi kimi formalaşmasında Şəms Təbrizinin böyük rolu olmuşdur. Rumi sonralar ustadı və dostu Şəmsi özünün “ Divaniş-Şəms Təbrizi ” (Şəms Təbrizinin divanı) əsərində əbədiləşdirmişdir. Ruminin Şəmsə olan sonsuz dostluq məhəbbəti və onun vəfatından keçirdiyi dərin sarsıntılar özünü Ruminin sonrakı əsərlərində də ifadə etmişdir...
Şəmsin Rumi ilə indiki Türkiyənin Konya şəhərində bir neçə il birgə yaşaması və sonrlar Suriyanın Dəməşq şəhərinə getməsi məlumdur. Bəziləri onun qəbrinin Pakistanın şimalında “Ziyarət” adlanan yerdə Şimşəl kəndi yaxınlığında olduğunu iddia edir. Bəziləri isə onun Rumi kimi Konyada dəfn olunduğunu bildirirlər.
Şəms Təbrizinin dilindən hikmətlər
“Axirəti tərk edib, dünyapərəstlərə mal qazanıb zəngin olmaqdan başqa çarə yoxdur.
Axirət istəyənlərə ölməkdən əvvəl ibadət edərək, İslam dininə xidmət edib səylə çalışmaqdan başqa çarə yoxdur.
Allah- təalanın istəklisi və Ona qovuşmaq arzusu içində olanlara, möhnət, məşəqqət, dərd və bəlalara dözməkdən başqa çarə yoxdur.
Elm tələb edənlərə, yəni alim olmaq istəyənlərə, hər kəsin gözündə alçaq olmaq və tək, kimsəsiz, qəribə qalmaqdan başqa çarə yoxdur.
Çünki kim elm öyrənmək arzusunda olsa, onun hüznü çox olar. Onu təhqir edərlər. Dincliyə qovuşması üçün hər cür dərdə, bəlaya səbr etməsi lazımdır.
Hər kim özünü üstün görsə, onun sonu zillətə düşməkdir.
Hesabsız, sonunu düşünmədən malını sərf edənlər, kasıb olarlar.
Hər kim kasıblığa səbr edib, qənaətkar olsa, sonunda zənginliyə çatar.
Hər kəsin, özündə olan iki şeyin birini öldürüb, birini diriltməsi lazımdır. Öldürməsi lazım olan şey nəfsidir.
Çünki nəfsi öldürmədikcə, rahatlığa çatmaq mümkün deyil. Diriltməsi lazım olan şey isə könüldür. Çünki, könülü ölü olanların məsud və bəxtiyar olması mümkün deyil.
“Bir könül ki, Allah-təalanın söhbətiylə yanıb, onunla həyat tapırsa, bu mərifətdir. Mərifəti yalnız bədəni tərk edərək əldə etmək olar. Çünki, Allah-təala ilə qul arasındakı pərdə, insanın bədənidir.
İnsanın Allah-təalaya çatmasına mane olan şey dörd dənədir:
1) Şəhvət,
2) Çox yemək,
3) Mal və mövqe,
4) Ucb və qürur.
Bax bu dörd şey, insanın Allah-təalaya çatmasına mane olar.
Dörd şəxsin qiyməti, Allah-təala qatında yüksəkdir:
1) Şükr edən zəngin,
2) Qənaətli və səbr edən kasıb,
3) Etdiyi günahlara peşman olub, Allah-təalanın əzabından qorxan,
4) Təqva və zöhd sahibi, yəni, haramlardan çəkinib, şübhəli qorxusuyla mübahların çoxunu tərk edərək dünyaya zərrə qədər meyl etməyən alimdir. Bu qiymətli insanların içində ən üstünü elm və helm sahibi olan alimlərdir.
Dörd müxtəlif comərtlik vardır:
1) Mal comərdliyi; zahidlərə, yəni dünyaya qiymət verməyənlərə məxsusdur. Onlar malı verərlər, mərifəti qazanarlar.
2) Bədən comərdliyi; müctəhid olan alimlərə məxsusdur. Onlar da Allah-təalanın yolunda bədənlərini xərcləyərlər və hidayəti qazanarlar.
3) Can comərdliyi; şəhidlərə məxsusdur. Onlar da canlarını verərək Cənnəti qazanarlar.
4) Ürək comərdliyi; ariflərə məxsusdur. Onlar da könül verərək söhbəti qazanarlar.”
“Vəlilər, Allah-təalanı zikr etməkdən yorulmazlar və Onun söhbətindən doymazlar. Onların yanında dünyanın heç bir qiyməti yoxdur. Onlar, hər an Allah-təalanı zikr edərlər, şükr edərlər və ibadətə davam edərlər. Çünki, bir ürəkdən bütün arzu və istəklər çıxarsa, orada Allah-təalanın sevgisindən başqa bir sevgi qalmaz.”
“Elm üç şeydir: Zikr edən dil, şükr edən ürək, səbr edən bədən.”
“Pəhrizi olmayan bir bədən, meyvəsiz bir ağacdır.”
“Dünya, insanı həva və həvəsinə qapdırar, nəfsin arzularına uydurar, nəticədə Cəhənnəmə aparar.”
“İnsanoğlunun ədəbi yoxsa, insan deyil. İnsanı heyvandan fərqləndirən cəhət ədəbdir.”
“Axirəti qazanmaq üçün çalışmaq lazımdır. Bu, insanı Cənnətə aparıb, onu Allah-təalanın camalını görməklə şərəflənməsinə səbəb olar.”
Üç suala bir cavab
Bir gün Mövlanə Cəlaləddin Ruminin yanına bir qrup fəlsəfəçilər gəlib ona sual vermək istədiklərini bildirdilər. Mövlanə onları Şəms Təbrizinin yanına göndərdi. Bu vaxt Şəms Təbrizi məsciddə, tələbələrinə kərpiclə necə təyəmmüm etməyi göstərirdi. Gələn fəlsəfəçilər ondan üç sual soruşmaq istədiklərini bildirdilər. Ş. Təbrizi “sualınızı verin!” dedi. Fəlsəfəçilərin öz içlərindən biri başçı seçilib, o da sualları verməyə başladı:
“ Deyirsiniz ki, Allah var, amma görünmür, onu bizə göstərin biz də inanaq.”
Ş. Təbrizi “ O biri sualınızı da verin! ” dedi.
O, “ Şeytanın atəşdən yaradıldığını söyləyərsiniz, sonra da ona Cəhənnəmdə odla əzab ediləcək deyirsiniz. Heç atəş də atəşə əzab edərmi? ” dedi.
Ş. Təbrizi yenə də “ Yaxşı, o biri sualınızı da verin! ” dedi.
“ Axirətdə hər kəs haqqını qazanacaq, yəni, etdiklərinin cəzasını çəkəcək. Buraxın insanları canları nə istəyirsə etsinlər, qarışmayın! ” dedi. Bunun cavabında Ş. Təbrizi, əlindəki quru bir kərpici həmən adamın başına vurdu. Sual verən fəlsəfəçi, dərhal gedib qazıya şikayət etdi. Və “ Mən, sual soruşdum, o isə başıma kərpic vurdu.” dedi.
Ş. Təbrizi isə “ Mən ona yalnız cavab verdim.” dedi. Qazı bu işin şərhini istədi. Ş. Təbrizi qazıya vəziyyəti belə izah etdi: “ O, mənə Allah-təalanı göstər, inanım dedi. İndi bu fəlsəfəçi, başının ağrısını göstərsin görək.”
O “ Ağrıyır amma göstərə bilmirəm.” dedi. Ş. Təbrizi “ Bax Allah-təala da vardır, lakin görünməz. Yenə mənə, şeytana odla necə əzab ediləcəyini soruşdu. Mən bunu torpaqla vurdum. Torpaq onun başını ağrıtdı. Halbuki onun öz bədəni də elə torpaqdan yaradılıb. Yenə mənə “ Buraxın insanları canları nə istəyirsə etsinlər, qarışmayın! ” dedi. Mənim canım da onun başına kərpici vurmaq istədi və vurdum. Bəs nə üçün o haqqını axtarır? Bu dünyada hər kiçik bir məsələ üçün haqq axtarılırsa, o sonsuz olan axirət həyatında nə üçün haqq axtarılmasın? ” deyə bildirdi.
Hazırladı: Qılman İman
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024