Behbudova Vəfa tərcüməçi-yazar. Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin üzvüdür. İngilis dilindən (orjinaldan) tərcümələr edir. “İkiçətirli qoca ledi” tərcumələr kitabı 2013-cü ildə işıq üzü görüb.
Robert Luis Stivenson
İngilis ədəbiyyatının ən parlaq nümunələrindən biri də şair, esseist, dramaturq, bir çox romanlar müəllifi Robert Luis Stivenson 13 noyabr 1850-ci ildə Edinburqda Tomas və Marqaret Stivensonlar ailəsində tək uşaq olaraq dünyaya gəlmişdir. Milliyətcə şotland olan R.L.Stivenson ingilis ədəbi söz xəzinəsinə maraqlı irs qoyub getmişdir. Uşaqlıqda onu həyatı boyunca buraxmayan bir xəstəlik keçirmiş, bu səbəbdən məktəbi davam etdirə bilməmiş, evdə xüsusi müəllimlərdən dərs almışdır. O, Edinburq Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdu. Ancaq diplom alsa da, ədəbiyyata marağı onu heç vaxt tərk etmədi. Diplomunu alandan sonra Avropanı gəzməyi qərara aldı. Məqsədi sağlamlığı üçün əlverişli bir yer tapmaq və burada yaşamağa davam etmək idi.
Fransada yerləşən Osusa çayında etdiyi gəzinti ona “ Bir İç Gəzinti ” (An İnland Voyage) əsərini yazması üçün ilham vermişdi. Stivenson Fransanın dağlıq yerlərinə səyahətə çıxmış və burada yaşadıqlarını qələmə almışdır.
Ən məhşur əsəri “ Dəfinələr Adası ” olsa da, Robert Luis Stivensonun qələmə aldığı esselər də diqqəti cəlb edir.
Dünyaya qayıdış
(esse)
İki günün gəzintisinin təəssüratı yaddaşımda qalsa da, dəftərimdə bu barədə heç nə qeyd etməmişəm. Bu xoş günlərdə sahil boyu gedirəm. Çay da sakit - aramla axır. Mavi geyimli paltar yuyan qadınlar və elə həmin rəngdən xüsusi geyimli balıq tutanlar çayın sahilini rəngbərəng edirdilər. Rənglərin çaları, çiçəklərin və yarpaqların rəngi birləşib, “ Məni unutma! ” çiçəyinə bənzəyirdi. Qarşıdakı mənzərə elə bil “ Məni unutma! ” çiçəyinin simfoniyasını yaradırdı. Fikirləşdim ki, Teofil Höte belə məqamda bu iki günün panoramasını təsvir edərdi. Mən çay sahili boyunca bu dəyişkən mənzərənin – gah mavi səmanın, gah buludlu havanın , gah da hamar çəmənliklərin - asimanda güzgü kimi əks olunduğunun şahidi oldum. Mavi geyimli paltar yuyan qadınların gülərək bizə, xoş gəldin, - deməsi, ağacların və suların səsi, bizim fikrimizin ahənginə uyğunlaşaraq, çayın axarında üzürdü. Yorulmaq bilməyən bu möhtəşəm çayın axını fikirlərimi də zəncir kimi uzadıb özü ilə aparır, qətiyyətli bir insan kimi öz yerişini axıra kimi davam etmək istəyirdi. Sahilə çırpılan dalğalar isə Havr çayının qumu üzərində qəh-qəhə çəkirdi. Mənim fikrimcə, yavaş-yavaş qayıqla sürüşüb, keçidi adlayıb irəliləyir, vaxtını havayı keçirmir, dərin hörmət və ehtiramla öz okeanında üzürsən.
Gec, ya tez, hər bir mədəni, elmli adam bura gəlməlidir – sivilizasiya və mədəniyyət xatirinə. Mən taqətdən düşmüş halda şappıltı ilə suya düşürəm və çay boyunca gedirəm. Fikirləşirəm ki, kaş lap suyun ortasında olaydım, kaş lap suyun ortasında işləyə biləydim, kaş mənim kimi danışan insanlarla, mənimlə fikrini bölüşmək istəyən adamlarla hər şeyi bilmək həvəsiylə görüşəydim orda. Pontuaz adamlarına elə gəlir ki, biz keçən dəfəki kimi böyük ehtiramla bu gilli sularda sıraya düzülüb, vaxtdan da istifadə edib qayıqları sürəcək, Osusa çayı ilə günəşin altında uzun müddət səyahət edəcəyik. Ancaq bir neçə mil getdikdən sonra kobud bir adamın arabanı çəkərək aparması bizi fikimizdən ayırdı. Biz şappıltı ilə qayığı hərəkətə gətirərək, bu aləmdə uzun bir dövrə vurub, macəra ilə rastlaşmadan, bizə tanış olan yerlərə qayıdırıq. Bəli, biz bir səyahətçi kimi geri qayıdırıq, ətraf aləmə nəzər yetirib, səyahətimizi başa vururuq. İndi bizi evdə necə surprizlər gözləyir. Biz bir ziyalı kimi uzaq dünyanın boşluğuna səyahət etdik. Bütün gün boyu qayıqla gəzdik...
Nəhayət, gecəyarı evə gəlib, öz otağına keçirsən, sobanın yanında səni Ölüm və Məhəbbət gözləyir. Ancaq ən gözəl macəra bu deyil. İndi biz onu axtarmağa hazırlaşırıq...
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024