Ən yaddaqalan ad günüm
(hekayə)
Qrup yoldaşlarıma baxanda mən bir qədər arsız idim. Çoxu hələ “pozulmamış” saf uşaqlar idi deyə imtahana hazırlaşmayan uşaqların pulunu özüm yığıb verirdim müəllimlərə. “Elmi kommunizm” imtahanına isə heç birinin hazırlaşmaq həvəsi yox idi. Həm də sovet höküməti dağılhadağıldaydı və qulağımız çalmışdı ki, yuxarı kursun tələbələri “elmi kommunizm”, “fəlsəfə” və “SovİKP tarixi” imtahanlarında dikbaşlıq etməyə başlayıblar. Seyfulla müəllim qıvraq tərpənib özü məni yanladı, dedi ki, adama 5 manatdan yığaq, – Əvvəlki imtahanlardan kimin qiyməti nə olubsa, mən də eyni qiyməti yazacağam.
Uşaqlar razılaşdılar. Mən də qiymət kitabçalarını topalayıb verdim müəllimə. Bircə Bəhmən dedi ki, üstündə pulu yoxdu, axşam yataqxanaya gətirəcək. Xülasə, Seyfulla müəllimə boyun oldum ki, pulunu sabah verəcəyəm. Axşam 23 nəfərin 115 manatı cibimdəydi. Təbii ki, xidmət haqqı olaraq mənim qiymətim pulsuz olmalıydı.
Ertəsi gün yatıb qalmışdım. “Qoca kommunist yəqin ki, kafedranın dəhlizində var-gəl edir indi!” – əl-üzümü tələsik yuyub geyindim. İnstituta yollandım. Yolda hər dəfə cibimdəki pula toxunanda əlimin içi gicişirdi. Yasamaldan düşəndə qarşıma qəddi əyilmiş, kirli pencəyinin ətəyi dizlərinə sallanan, saçları pırtlaşıq, kir-pasax içində bir dilənçi əl uzadıb çörək pulu istədi məndən. Ayağında boğazlı çəkmə vardı və sağ tayının böyrü yırtılmışdı. Çeçələ barmağı bu yarıqdan eşikdə qalmışdı. Əynindəkilərdən bircə dama-dama köynəyi abırlıydı. 45-47 yaşı olardı, hardasa, Səfa əmimlə yaşıd idi. Elə bir suyumu da əmimə oxşayırdı. Bu yaşadək dilənçi görməmişdim. Nə edəcəyimi bilmədim. Əlimi cibimə soxub pulu bərk-bərk qarmaladım. Rayonda sofu, kəndirbaz, qalayçı görmüşdüm, amma dilənçi görməmişdim.
– Allah xatirinə, dünəndən dilimə bir loxma dəyməyib, varındırsa, beş qəpik ver, qardaş... – mil kimi qarşısında dayanıb lal olmuşdum. Bəlkə də qorxurdum, bunu indi yadıma sala bilmirəm. Çox eşitmişdik ki, şəhərdə tanımadığına yaxın durmazlar, başını bişirib adamın cibini soyanlar varmış. Bir onu dəqiq bilirəm ki, kişi məni ovsunlamışdı. Universitetin yataqxanalarının həyətindəydik. Dilənçinin arxa tərəfindəki “Yeməkxana” lövhəsi mənə gəl-gəl deyirdi.
– Bircə dəqiqə gözləyin, içəridən bir şey alıb gəlirəm – tərəddüdsüz yeməkxanaya girdim. Utandım onu içəriyə aparmağa, dedim birdən üst-başına görə ikimizi də qovarlar. “Bəlkə də elə yeməkxanadan qovublar yazığı” – çörəyin arasını yardırıb içinə iki kotlet qoydurdum. Bir şüşə də limonad aldım, – “Uzağı Seyfullaya deyərəm ki, Bəhmən pul vermədi” – onsuz da hamıya dünəndən qiymət yazmışdı. “Nə yaxşı dünən yığılan pulları məndən almadı? Yoxsa ilk dəfədir rüşvət alır bizim kommunist?” – müəllimi yola verəcəyimə güvənirdim. Əlimdəki çörəyi görəndə gözünə işıq gəldi, qəddi sevinclə dikəldi. Çörəyi ona verəndə mənə elə gəldi ki, doluxsunub, bir az dindirsəm gözləri dolacaq.
– Allah köməyin olsun, qardaş. Bilmirəm necə təşəkkür edim sənə... Sən Allah, incitdimsə, yolundan elədimsə, bağışla məni.
– Nə incitməyi, əmi, xoşdur... – yox, arsızlığım vardısa, saflığım da qalırmış o vaxtlar...
– Tələbəsən?
– Hə, inşaatda oxuyuram.
– Adın nədir?
– Bəhruz.
– Çox sağ ol, Bəhruz – çörəyi aralayıb içindəki kotletə baxdı və limonadın ağzını açdı. Bir qurtum aldı. – Siqaretin olmaz?
– Yox, çəkən deyiləm.
- Yaxşı eləyirsən... Məni elə çəkmək saldı bu günlərə... – bunu dilinin altında mızıldadı sanki, amma mən eşitdim.
Uzun pilləkəndən enən iki tələbənin biri siqaret çəkirdi. Yanımıza çatanda üzümə üz qatıb bir siqaret istədim ondan. Siqareti dilənçiyə uzatdım. Oğlandan kibrit alıb hələ yandırdım da. O dərin bir qullab vurub tüstünü çiynimin üstündən püflədi. Deyəsən dodaqları papirosa həsrət idi. Siqaretin adını oxudu, – “Vikeroy”... – niyəsə gülümsündü. İkinci qullabı lap ürəkdən sümürdü. – Sənə bir şey deyə bilərəmmi, Bəhruz?
– Əlbəttə, buyurun...
Amma o bir qədər tərəddüd içində düz gözlərimin içinə baxdı, dodaqları səyridi.
– Niyə insanlar bu qədər zalımdır, Bəhruz?.. Həyat zalımdır, bəs insanlar, onlar niyə zalım olsunlar axı? Bu gözəl dünyada yaşamaq niyə bu qədər zülm olmalıdır səncə? Gündə bilirsənmi neçə adam mənim yanımdan ötüb keçir? Üzümə də baxmırlar, adam saymırlar məni. Ya mən? Bilirsənmi gündə neçə nəfərin yanında dikəlib dururam?.. İnanarsanmı ki, mənim də ailəm vardı – arvadım, uşaqlarım?.. Mən onlara istədikləri ər, ata ola bilmədim. Bircə dəfə büdrədim, yıxıldım. Əlimdən tutub qaldıran olmadı. Deyək ki, bir səhf elədim. Bəs geri dönmək üçün milyon kərə yalvardım axı! Tövbəm niyə kara gəlmədi? Hə?.. Bəs qonşularım? Axı onlara çox köməyim keçmişdi, bilirdilər ki, şərəfsiz, alçaq, nadan adam deyiləm. Niyə biri mənə qahmaq çıxmadı? Hamısı məhkəmədə üzümə durub mənə narkoman dedi, evimi əlimdən alıb verdilər arvadıma. Olsun, neyləyirəm evi əgər ailəm yanımda olmayacaqsa. Bəs təqaüdüm? Axı 20 il zabit olmuşam, milyon dəfə qabıq dəyişmişəm ailəmi dolandırmaq üçün. Hələ dostlarım, qohumlarım... Məni adam yerinə qoymayan ilk onlar oldular. Dövlət, hələ dövlət də məni it yerinə qoymadı! Kimsəsizlər evinə yaxın burxmadı. Bədənim, içim yara-xoradır bütöv. Allah şahidimdir ki, onların hamısının istədiyi kimi olmağa çox cəhd elədim. İndi isə alınmır, daha bacarmıram. Çünki qırılmışam, sınmışam, içdən yıxılmışam mən. Təsəvvür edə bilərsən ki, mənim də qürurum var? Hə. Var, mənim qürurum var, məni məhv edən qürurum... Var... – siqaret yarıya qədər yanmışdı. Külünü çırpıb sonadək sümürdü, tüstünü xeyli ciyərlərində saxladı. Kötüyünü qoxlayıb tulladı.
– Üzr istəsəm, yalvarsam, ayaqlarına döşənsəm bağışlayarlarmı bunca illərdən sonra? Yox! Bağışlamırlar! Unutmurlar keçmişi. Yanlışımı hələ də üzümə çırpıb itələyirlər məni. Yaralarımı göstərirəm, dərdlərimi anladıram, dinləmirlər məni. Anlayırsan, dinləmək yox e, üzümü görmək istəmirlər. Ətrafdakı insanlar... “Mənə yardım edin, acam, xəstəyəm, ölürəm!” – deyirəm, mənə bulaşmamaq üçün ətəklərini çəkirlər. Hara tələsir bu insanlar, Bəhruz?! Axı niyə bu qədər laqeyd olub insanlar? Arvadıma deyirəm ki, ölürəm, məni dəfn edəcək adamları axtarıram. Deyir ki, inşallah, nə vaxt gəbərirsən?! Hərdən deyirəm ki, qoy hamısı cəhənnəm olsun! Amma onlarsız bacarmıram, sanki həyatım onlarsız mümkün deyilmiş. Düz altı ildir insanlara yalvarıram çörək pulu üçün, tula payı atırlar ovcuma uzaqbaşı. Amma sən... Ayaqlarının altında ölüm, mənə kömək elə, yalvarıram! Bəlkə sən bilirsən həyatı yenidən başlamağın sirrini. Qurbanın olum, mənə bir şeylər öyrət. Mən tənha yaşamaq istəmirəm. Havalanıram! İnsanlıqdan çıxıram!! – o indi çığırırdı. – Axı mən fərsiz, əfəl deyiləm! Mən onlarsız heç kim olduğumu anladım, bəs onlar? Mən onların həyatında heç nəyəmmi? – ətrafa baxdım ki, görüm bizi izləyənlər varmı. İncəvara, kimsə yox idi. – Məni bircə anam sevirdi. O mənə hər şeyi bağışlayırdı. Öldü o. Öldü... O öləndən sonra bu dünyada mənə olan bütün sevgilərin də kökü kəsildi – artıq o hönkürtüylə ağlayırdı. Devikdiyimi, qorxduğumu özü də hiss elədi. Biləyimdən tutub ehmalca məni yaxındakı ayaqqabı təmiri köşkünün yanına çəkdi. Qolumdan sivrilib bordürün üstündə oturdu. Limonadı və çörəyi daşın üstünə qoyub gözlərini sildi, – Bağışla, min kərə üzr istəyirəm, Bəhruz! Naqqallıq elədim, bağışla! Get, sən dərsə gecikərsən... Çox sağ ol, hər şeyə görə çox sağ ol. Mənə etdiyin bu yaxşılığı heç vaxt unutmayacağam. Allah başından töksün, qabağına xeyir çıxsın... Matım-qutum qurumuşdu. Bu əməlli-başlı tilsim idi. Bu adam məni toruna salmışdı. Bilmirəm, hissləri yalan idi, saxtakarlıq edirdi, yoxsa gerçək, amma mən insan toruna düşmüş sərçədən betər idim.
– Dur gedək! – içimdən gəlirdi bu səs.
– Hara? – gözlərində məsumluq, sonsuz bir hüzn vardı.
– Bu gün mənim ad günümdür, gedək birlikdə qarnımızı doyurub bu dünyanın dadını çıxaraq! – yalan deyirdim, mən yanvarın 5-də doğulmuşdum. Üzü güldü. Limonadı başına çəkib boş şüşəni divarın dibinə qoydu, çörəyi yerdən tapdığı köhnə salafana büküb köşklə divarın arasında gizlətdi. Diqqətlə üzümə baxdı yenə, – Doğru deyirsən, ad günündür?
– Hə. Həm də bu gün heç kimlə görüşmədən şənlənmək istəyirəm.
Qırışığı açıldı, – Allah səni göydən yetirdi mənə. Şükürlər olsun sənə, xudaya! Gedək. Gedək sevinməyə.
O gün axşamadək birlikdə əyləndik, o ki var dərdləşdik. Vahid mənə bütün həyatını danışdı. Gecə ayrılanda o mənə bir şeyi etiraf elədi, – Bu gün bircə arzum vardı paslı ürəyimdə – qarnımı doyurandan sonra intihar etmək. Amma sənin sayəndə yaşamağa, səhvlərimi düzəltməyə bir də cəhd edəcəyəm. Çox sağ ol, Bəhruz. Çox sağ ol ki, yaxşı insan kimi qarşıma çıxdın. Dünyanın yaşamalı dünya olduğunu xatırlatdın mənə.
Amma deyəsən o məni aldatdı. Mən Vahidi bir daha görmədim. Bilmədim, ailəsinəmi qovuşdu, yoxsa qarnını doyurub intiharmı etdi...
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024