Akademik Ziya Bünyadovun fərziyyəsi
Azərbaycanın böyük alimlərindən olan mərhum akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi. Ensiklopedik zəka sahibi olan alim bununla yanaşı, orta əsr Azərbaycan tarixi, Şərq fəlsəfəsi və İslam mədəniyyəti barədə də geniş araşdırmalar aparıb. Bu araşdırmaların hər biri orijinal elmi məqalə xarakterli olub. Həmin məqalələrdən sonra alimlər tərəfindən tarixə yeni və əsaslı baxış, elmi yanaşmalar olub.
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi dird-diri edam edib, dərisini soyublar.
Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.
Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Bildirir ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər.
Ziya Bünyadov Nəsiminin məhkəməsində kimin onun əleyhinə danışması, həmin adamlara Nəsiminin nə cavab verməsi barədə məlumatların yoxluğundan şikayətlənir və öz məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Modern.az saytı mərhum akademikin bu orijinal fərziyyəni əks etdirən məqaləsini təqdim edir. Məqalə Ziya Bünyadovun ölümündən çox sonra, Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub.
“İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının "İslam Ensiklopedisi"ndə dərc olunmuş "Nəsimi" adlı məqaləsindən bəllidir.
Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub.
Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda sərəncamı kim verib - bütün bunlar oxuculara bəlli deyil.
Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir.
Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) "Ənba əl-qumr biəbna əl-umr" ("Həyat oğulları haqqında dolğun bilgi"), Şəmsəddin Səxavi (1427-1497) "əd-Da`əllami liəhl əl-qərn ət-tasi" ("9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq") və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) "Şəzərat əz-zəhəb fi əxbari min zəhəb" ("Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər") əsərində aşağıdakı məlumatı verirlər:
"820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər".
Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar.
Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin "İlam ən-nubəla bitarix Hələb əş-Şəhra" ("Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları") adlı əsərind Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatı da Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin "Künüz əz-zəhəb fi-tarix Hələb" ("Hələb tarixinə dair qızıl xəzinələr") adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.
Məlumatın mətni belədir:
"İmadəddin Nəsiminin qətli hekayəsi:
"Künüz əz-zəhəb"də deyilir ki, zındıq (bidətçi) Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.
Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər.
İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə - Z.B.) deyir:
"Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!".
Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir.
Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin - Z.B.)
Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: "Nə üçün də onun qətlinə fitva verilməsin?"
Fətxəddin isə ona deyir, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?" Şihabəddin: "Bəli!" deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir:
"Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?"
Əmir Yaşbəksə söyləyir: "Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan - Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm".
Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu.
Nəsimi ilə elə belə də etdilər.
O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!"
Bu sözlərdən sonra Məhəmməd Raqib yazır: "Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı" adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona "Nəsimi təkyəsi" deyirlər".
Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.
Akademik Ziya BÜNYADOV
"Azərbaycan şərqşünaslığı" jurnalı; N1, 2009.”
Hazırladı: Elmin Nuri
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024